RUHİ

прил.
1. душевный (связанный с внутренним, духовным миром человека). Ruhi sarsıntı душевное потрясение, ruhi iztirab (-lar) душевные переживания
2. духовный (связанный с нравственным миром человека). Ruhi yaxınlıq духовная близость, ruhi bağlılıq духовная привязанность; ruhi xəstə душевнобольной (страдающий психическим расстройством); ruhi xəstəliklər душевные болезни (болезни, вызванные расстройством, нарушением нервной психологической деятельности человека)
RUHƏN
RUHİ-RƏVAN
OBASTAN VİKİ
Ruhi Bağdadi
Ruhi Bağdadi — şair. == Həyatı == XVI əsr şairlərindən biri olan Bağdadlı Ruhinin əsl adı Osmandır. Onun Sultan Qanuninin ordusunda Bağdada gedən anadolulu bir əsgərin oğlu olduğu məlumdur. Divanındakı şeirlərindən də özünün bir sipahi olduğu aydınlaşır. Ruhi Bağdadi təzkirəçi Əhdi, Füzulinin oğlu Fəzli, eləcə də başda Bağdad şairləri olmaqla övrünün bir çox dövlət xadimi, alim və şairi ilə dostluq və yoldaşlıq etmişdir. Onun yaradıcılığına Füzulinin böyük təsiri olmuşdur. == Yaradıcılığı == == Mənbə == Sosyal, Orhan, Eski Türk Edebiyatı Metinleri, Millî Eğitim Basımevi, İstanbul 2002.
Ruhi Tuna
Ruhi Tuna (23 dekabr 1965, Məlikan, Şərqi Azərbaycan ostanı – 30 oktyabr 2021, Toronto) ― azərbaycanlı heykəltaraş, rəssam. O, 7 il İranda həbsdə olduqdan sonra Türkiyəyə getmiş, 8 il burada fəaliyyət göstərdikdən sonra isə Kanadaya köçmüşdür. Bütün fəaliyyəti boyunca onlarla tarixi şəxsiyyətə həsr edilmiş yüzlərlə heykəl düzəldib. Təkcə Türkiyədə Atatürkə qoyulmuş 300-dən çox heykəl və büstün müəllifidir. == Haqqında == Ruhi Tuna 23 dekabr 1965-ci ildə Məlikkəndidə anadan olub. Kiçik yaşlarından rəssamlıqla məşğul olub. Azərbaycanın muxtariyyət istəyini simvollaşdıran bir karikatura çəkdiyi üçün həbs edilir. 7 il İran həbsxanalarında məhbus həyatı yaşayıb. İlk dəfə Qoşaçayda həbsdə olduğu müddətdə heykəltaraşlıqla məşğul olmağa başlayıb. Həbsdən çıxdıqdan sonra da heykəltaraş kimi fəaliyyətini davam etdirib.
Ruhi institutu
Ruhi İnstitut ruhani-mənəvi təhsil institutudur və onun təqdim etdiyi təhsil 50 il əvvəl Kolumbiyada bu ölkənin əhalisi üçün hazırlanmışdır. İnstitut ikili məqsəd daşıyır. Bu, bir tərəfdən cəmiyyətin rifahı və çiçəklənməsi, digər tərəfdən isə, kursu keçən insanlara bilik qazanmaqda, ruhani keyfiyyətlərini və qabiliyyətlərini inkişaf etdirməkdə, öz ətraflarına xidmət etmək bacarıqları əldə etməkdə onlara kömək etmək məqsididir. İlk silsilə kurslar 7 kitabdan ibarətdir Birinci kitab Ruhun həyatı haqqında düşüncələr adlanır. Bu kursda iştirakçılar ruhun təbiəti, insana bəxş edilmiş qabiliyyətlər, habelə gündəlik həyatlarında göstərə biləcəkləri məziyyətlər haqqında öyrənir, həyatın mənası, öz taleləri və həyat məqsədləri üzərində düşünür, dua və onun insan həyatında necə bir mühüm təsirə malik olması barədə öyrənirlər. Kursun gedişatı zamanı iştirakçılar aldıqları bilikləri praktikada tətbiq edir, bu bilikləri başqaları ilə bölüşür, dostları və yaxınları üçün həyatın ən müxtəlif hallarına aid dualar oxunan görüşlər keçirməyi öyrənirlər. İkinci kitab Bu kitabda iştirakçılar daha çox inam əldə edir, öz ətraflarını nəzərə almaqla xidmət mövzusunu daha dərindən öyrənir və öz biliklərini bölüşmək üçün ziyarətlər etmək qabiliyyəti əldə edirlər. Üçüncü kitab Bu kitab 5–7 yaşlı uşaqların ruhani tərbiyəsinə həsr olunmuşdur. İştirakçılar uşaqlar üçün sadə məşğələlər aparmağı öyrənir və ruhani keyfiyyətlərini inkişaf etdirməkdə onlara kömək edirlər. Dördüncü kitab Təlimləri ilə bəşəriyyətin həyatında yeni epoxanın əsasını qoyan iki xüsusi Şəxsiyyətin, Allahın Elçilərinin həyatı ilə tanış olur və Bu Günün(yeni vəhy dövrünün) əhəmiyyəti barədə anlayış əldə edirlər.
Ruhi xəstəxana
Ruhi xəstəxana və ya dəlixana — ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin saxlanıldığı və onların müalicəsi üçün nəzərdə tutulmuş xəstəxana. Baş verən ruhi-əsəb (depressiya, şizofreniya, bipolyar pozuntu və ağıl xəstəliyi) xəstəliklərinin növündən aslı olaraq ruhi xəstəxanaların təyinatı dəyişə bilər. Bəzi xəstəxanalar qısa müddətlik müalicə və reablitasiya xidmətləri üçün nəzərdə tutulsada, bir digər növ xəstəxanalarda isə ruhi xəstəliklərdən əziyyət çəkən şəxslər həyatlarının sonlarına kimi saxlanılırlar. == Tarixi == Ruhi xəstəxanaların tarixi şərq ölkələrindən başlanır. Ruhi xəstəxana tipli ilk mərkəz 705-ci ildə Bağdad şəhərində açılmışdır. VI Əməvi xəlifəsi I Vəlidin öndərliyi ilə açılan xəstəxana ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin bir yerdə toplanması və saxlanılması üçün nəzərdə tutulmuşdu. Növbəti bu tip xəstəxana da 800-cü ildə Qahirə şəhərində açılmışdır. 1270-ci ildə Dəməşq şəhərində isə ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin vəziyyətlərinin öyrənilməsi məqsədilə ilk institut yaradılır. Dəməşqdə açılan xəstəxana daxili imkanlarına görə əvvəlkilərə nisbətən daha böyük və geniş olmuşdur. Şərq tibb dünyasında ruhi xəstələrin meditasiya, musiqi terapiyası və dərmanlarla sağaldıda biləcəyinə inanılırdı.
Ruhi Çenet
Ruhi Çenet (20 oktyabr 1990, Aydın ili) — türk youtuber və aktyor. == Həyatı və karyerası == Ruhi Çenet 20 oktyabr 1990-cı ildə Türkiyənin Aydın şəhərində anadan olub. Təhsili üçün Hindistana gedib. Hindistandan universitet təhsilini tamamladıqdan sonra 2011-ci ildə Türkiyəyə gəlib. Türkiyəyə gəldikdən sonra YouTube platforması üçün videolar hazırlamağa başladı. 4 noyabr 2022-ci il tarixinə əsasən YouTube'da 6,56 milyon abunəçisi var. == Maraqlı videoları == === Ruhi Çenet Çində === 2019-cu ildə Çinin Uhan şəhərində ortaya çıxan koronavirus haqqında videoreportaj hazırlamaq üçün Ruhi Çenet 2 fevral 2020 tarixində Çinə getmişdir. Ruhi Çenet Çində olduğu müddətdə burdakı insanlardan reportaj götürmüş və pandemiya haqqında ətraflı məlumat əldə edə bilmişdir. === Ruhi Çenet Ermənistanda === Ruhi Çenet 11 fevral 2020 tarixində Ermənistana gedərək, burada Türklərə olan münasibət haqqında videoreportaj hazırlayır. O buradakı Ermənilərdən müsahibə götürüb, onlara bəzi suallar verib.
Ruhi Əliyeva
Ruhi Ərsoy
Ruhi Ərsoy (2 dekabr 1972, Osmaniyə) — türk siyasətçisi, akademik, Milliyətçi Hərəkat Partiyasının (MHP) üzvü. == Həyat və fəaliyyəti == Ruhi Ərsoy 1972-ci il 2 dekabrda Osmaniyədə anadan olub.
Ruhi Sarıalp
Ruhi Sarıalp (türk. Ruhi Sarıalp) — Üç təkanla tullanmada yarışan türk atlet. O, Avropa Atletika Çempionatları və Olimpiya Oyunları tarixində medal qazanan ilk türk idmançıdır. Ruhi Sarıalp 1984-cü il Olimpiya Oyunlarında boksçu Eyüp Can bürünc medal qazanana qədər 36 il ərzində Türkiyə üçün olimpiadalarda güləşdən başqa medal qazanan yeganə idmançı olmuşdur. Bu Əşrəf Apakın 2004-cü ildə çəkic atmada bürünc medalına qədər 56 il ərzində qazanılan yeganə olimpiya medalı idi. Ruhi Sarıalpın 1950-ci ildə Brüsseldə qazandığı bürünc medal, 2002-ci ildə Süreyya Ayhanın 1500 metr qaçışda qızıl medal qazanmasına qədər 52 il Türkiyənin Avropa Atletika Çempionatında yeganə uğuru olaraq qalmışdı. == Həyati == Manisa Hərbi Liseyində atletika ilə məşğul olan Sarıalp daha sonra Fənərbaxçaya keçib. 1948-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında üç təkanla tullanmada Türkiyəni təmsil edib və bürünc medal qazanıb. Bu medal Əşref Apak 2004 Yay Olimpiya Oyunlarında çəkic atmada bürünc medal qazanana qədər 56 il ərzində Türkiyənin atletika üzrə olimpiadalarda qazandığı yeganə medal idi. Sarıalp eyni uğuru 1950-ci ildə Brüsseldə keçirilən Avropa Atletika Çempionatında da göstərmişdi.
Ruhid İslamlı
Ruhidil Qurbanlı
Ruhidil Qurbanlı (d. 28 may 2003) — Azərbaycanı təmsil edən gimnast. == Karyerası == Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyü 2018-ci ildə baş tutan Dünya Çempionatında 4-cü yeri tutdu. Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı 2019-cu ildə Belarusun ev sahibliyində baş tutan II Avropa Oyunlarına qatıldı. Əl-Məşayxi və Qurbanlı cütlüyü temp yarışlarında 28.830 balla gümüş, balans yarışlarında isə 28.160 balla bürünc medala sahib oldu.
Ruhin Qəhrəmanov
Ruhin Xəlilov
Ruhin Xəlilov (azərb. Xəlilov Ruhin Müzəffər oğlu‎; 13 mart 1987, Məzrə, Cəbrayıl rayonu – 21 oktyabr 2020, Qubadlı rayonu) — Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçisi, Birinci dərəcəli dövlət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi == Həyatı == Xəlilov Ruhin Müzəffər oğlu 13.03.1987-ci ildə Cəbrayıl rayonu Məzrə kəndində anadan olmuşdur.Xırdalan şəhər 1 nömrəli tam orta məktəbini bitirmişdir. Bakı Asiya Universitetinin hüquq fakültəsində bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi vəzifəsində çalışıb. Birinci dərəcəli dövlət qulluqçusu olub.Ədliyyə kapitanı idi. == Hərbi xidməti == İkinci Qarabağ müharibəsi başlayan gündən könüllü olaraq Cəbrayıl rayon hərbi komissarlığına müraciət edib. Ruhin Xəlilov 21 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. İkinci fəxri xiyabanda dəfn edilmişdir. == Təltifiləri == (15.12.2020) — "Vətən uğrunda" medalı-Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda“ medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən İcra Baş İdarəsinin “Fəxri Ədliyyə İşçisi” adı verilmişdir.
Ruhiyyət sarayı
Ruhiyyət sarayı (Türkmən dilində: Ruhyýet köşgi) — Türkmənistanın paytaxtı Aşqabadda yerləşən saraydır. Sarayda rəsmi hökumət tədbirləri, forumlar, görüşlər və açılış tədbirləri həyata keçirilir. Bina Fransanın Bouyges tikinti şirkəti tərəfindən tikilmişdir.
Ruhin İsmayılov
Ruhin İsmayılov (19 fevral 1987, Nərimanlı, Vardenis rayonu) — Azərbaycanlı bəstəkar, prodüser və aranjimançı. Murad Boz, Sonər Arıca, Sevtuğ və başqa tanınmış türk musiqiçilərlə işləyib. Akademik musiqi təhsili alıb, bir çox populyar və tanınmış mahnıların müəllifi, Azərbaycanda və Türkiyədə çəkilən bir neçə filmin, animasiya və teleserialın musiqilərinin bəstəkarıdır. Bundan əlavə bəstəkar bir sıra film, serial, tv proyektlər üçün musiqilər yazmışdır. == Həyat və fəaliyyəti == Ruhin Nazir oğlu İsmayılov 1987-ci il fevralın 19-u Ermənistan SSR-in Basarkeçər (indiki Vardenis) rayonunun Nərimanlı (indiki Şatvan) kəndində anadan olub. 2005-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin bəstəkarlıq sinfini bitirib. Həmin ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq ixtisasına qəbul olub. Müəllimi azərbaycanlı professor, xalq artisti Arif Məlikov olub. Bu illər ərzində bir çox əsərlər yazıb: 2006-cı ildə prelüdlər və skripka üçün pyeslər, 2007-ci ildə sonata, 2008-ci ildə simfonik süita, 2009-cu ildə diplom işi olaraq simfonik poema yazıb. 2010-cu ildə Norveçin paytaxtı Oslo şəhərində keçirilmiş Avroviziya Mahnı Müsabiqəsinin milli seçim finalının açılış musiqisinin müəllifidir.
Əhvali-ruhiyyə
Əhvali-ruhiyyə — davamlı psixi proseslər üçün emosional fon formalaşdıran, aşağı intensivliyə malik kifayət qədər uzunmüddətli emosional proses. Əhvali-ruhiyyə adətən affektlərdən]], hisslərdən və duyğulardan fərqlənir. Emosional tona görə bərabər (eytimik), aşağı (hipotimik), yüksək (hipertimik), narahat və s. ola bilər. Əhval-ruhiyyə aydın şəkildə müəyyən edilə bilən hallar kimi də çıxış edə bilər: sıxıntı, narahatlıq, qorxu, kədər, iztirab və ya ehtiras, eyforiya, sevinc və s.). == Terminin mənası və sərhədləri == Əhval-ruhiyyə insanın bütövlükdə həyat vəziyyətinə münasibətini ifadə edən emosional proses kimi başa düşülür. Adətən əhval-ruhiyyə sabit və uzunmüddətli, eləcə də aşağı intensivlikdədir. Əks halda, bu, əhval pozğunluğunun əlaməti ola bilər. Mütəxəssislər "əhvali-ruhiyyə" anlayışı ilə "duyğu", "affekt", "emosiya" və "yaşantı" anlayışlarını fərqləndirirlər: Duyğulardan fərqli olaraq, əhval-ruhiyyənin obyektlə əlaqəsi yoxdur: onlar heç kimə və ya heç bir şeyə münasibətdə deyil, bütövlükdə həyat vəziyyətinə münasibətdə yaranır. Bu baxımdan, əhval-ruhiyyə hisslərdən fərqli olaraq ambivalent ola bilməz.

Digər lüğətlərdə