rusəsilli
rusist
OBASTAN VİKİ
Hindi rusi bhay bhay
Hindi rusi bhay bhay (hind. हिंदी रूसी भाई भाई; hərf. "Hindlilər və ruslar qardaşdırlar") — 1950–1980-ci illərdə SSRİ–Hindistan dostluğunun şüarı. Hər iki tərəf tərəfindən rəsmi olaraq təbliğ olunurdu. 26 noyabr 1955-ci ildə Banqalorda keçirilən mitinqdə N. S. Xruşşov tərəfindən elan edilmişdir. Bundan əvvəl xronoloji olaraq oxşar şüarlar "Hindi çini bhay bhay" (hind. हिंदी चीनी भाई भाई ) şüarı 1954–1962-ci illərdə Hindistan və Çinin dinc yanaşı yaşaması dövrü ilə əlaqəli şüar idi. Bu dövr Çin–Hindistan Sərhəd Müharibəsi ilə başa çatmışdır, "Ruslar və çinlilər əbədi qardaşdır" şüarı da N. S. Xruşşovun dövründə də aktuallığını itirmişdir.
Ermənistan–Rusiya münasibətləri
Rusiya—Ermənistan münasibətləri — Rusiya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistanla Rusiya arasında diplomatik münasibətlər 3 aprel 1992-ci ildə qurulmuşdur. Ermənistan Rusiyanın Zaqafqaziyada əsas müttəfiqi hesab olunur. Rusiya və Ermənistanın əksər əsas beynəlxalq problemlərdə mövqeləri üst-üstə düşür və ya yaxındır. Ermənistan Rusiyanın MDB-nin gücləndirilməsinə yanaşmasını bölüşür. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı formatında əməkdaşlığı, erməni tərəfinin fikrincə milli təhlükəsizliyinin vacib elementidir. Dövlətlərarası münasibətləri müəyyənləşdirən müqavilə və sazişlər arasında 29 avqust 1997-ci il tarixli Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi və Ermənistan ərazilərində Rusiya hərbi birləşmələrinin olmasını tənzimləyən bir sıra sənədlər var. == İqtisadi əməkdaşlıq == İqtisadi əlaqələr, siyasi və hərbi sahələrdə qarşılıqlı əlaqə səviyyəsinə görə ardıcıl olaraq yaxınlaşır. Ticarət balansı Rusiya üçün sistematik olaraq müsbətdir. Rusiya inamla Ermənistan iqtisadiyyatında ən böyük xarici investor mövqeyini qoruyur.
Fransa-Rusiya müharibəsi
Fransa-Rusiya müharibəsi (rus. Отечественная война 1812 года; fr. Сampagne de Russie pendant l'année 1812) — 1812-ci ildə Rusiya və Fransa imperiyaları arasında baş vermiş müharibə. Müharibənin səbəbləri Rusiyanın, Napoleonun İngiltərəyə qarşı Rusiyanın maraqlarını nəzərə almadan Avropa dövlətlərinə qarşı həyata keçirdiyi Kontinental blokada siyasətini aktiv dəstəkləməməsi idi. Müharibənin ilk mərhələsində (iyun-sentyabr 1812-ci il) rus ordusu Rusiya sərhədlərindən Moskvaya geri çəkildi, Borodino döyüşündə Moskvanı verdilər. Müharibənin ikinci mərhələsində (oktyabr-dekabr 1812) Napoleon ordusu ilk növbədə müharibə ilə maraqlanmayan ərazilərdə qış mənzillərinə getməyə səy göstərdi və sonra Rusiya ordusu, aclıq və don hadisələri ilə Rusiyanın sərhədlərinə çəkildi. Müharibə Napoleon ordusunun, Rusiya ərazilərinin azad edilməsi və 1813-cü ildə Varşava və Almaniya torpaqlarına hərbi əməliyyatların ötürülməsi ilə tamamilə məhv edildi. Napoleon ordusunun məğlubiyyətinin səbəbləri arasında rus tarixçisi N. Troitski müharibədə rus ordusunun qəhrəmanlığını, ümumilikdə geniş ərazilərdə və Rusiyanın təbii-iqlim şəraitində hərbi əməliyyatlar üçün fransız ordusunun hazır olmaması və rus komandiri Mixail Kutuzovun və digər generalların hərbi istedadları ilə izah edir. == Tarixi == Napoleon Bonapart Avropada Rusiya kimi güclü bir dövlətin mövcudluğu ilə barışmaq istəmirdi. 1810-cu ildən Fransa Rusiyaya qarşı müharibəyə hazırlaşmağa başladı.
Fərqanə vilayəti (Rusiya imperiyası)
Fərqanə vilayəti (rus. Ферганская область) — Rusiya imperiyasının inzibati ərazi vahidi. İnzibati mərkəzi Skobelevdir. Vilayət Hakim Senatın 5 (17) mart 1876-cı il tarixli 8424 saylı fərmanı ilə Rusiyaya birləşdirilmiş Kokand xanlığından yaradılmışdır; Eyni vaxtda vilayət hökuməti də yaradıldı. 30 aprel 1918-ci ildə bölgə Türküstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil oldu. 1924-cü il oktyabrın 27-də milli-ərazi demarkasiyası nəticəsində Fərqanə vilayəti Qara-Qırğız Muxtar Dairəsi ilə Özbəkistan SSR arasında bölündü. 1929-cu ildə Tacikistan SSR Özbəkistan SSR ərazisindən ayrıldıqdan sonra, Fərqanə vilayətinin cənub hissəsi sonuncu olaraq ayrıldı. == Əhalisi == Əhali əsasən Fərqanə vadisində yaşayırdı, burada dağların ətəyində əhalinin sıxlığı o zamankı İngiltərədəki kimi olan bütöv bir mədəni oazis silsiləsi yerləşirdi. Dağlar daha az məskunlaşmışdı və yüksək dağlar - Alay və Pamir - demək olar ki, boş qalmışdı. Pamir istisna olmaqla - 17 nəfər, bütün bölgədə 1 km²-ə 9,7 nəfər, mədəni oazislərdə - ən azı 135 nəfər; Pamirdə 1 sakinə təxminən 26 km² sahə düşür.
General-feldmarşal (Rusiya)
General-feldmarşal — XVII—XVIII əsrdən—1917-ci ilədək Rusiya ordusunda ali hərbi rütbə.
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (1832)
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (gürc. 1832 წლის შეთქმულება) — Gürcüstan dövlətçiliyini və Baqrationilər sülaləsinin hakimiyyətini bərpa etmək üçün Gürcüstanın çar ailəsi və zadəganları tərəfindən hazırlanmış çevriliş və ya sui-qəsd hadisəsi olmuşdur. == Arxa plan == 1801-ci ildə imzalanmış Georgiyevsk müqaviləsinə əsasən Şərqi Gürcüstan (Kartli-Kaxetiya) Rusiya imperiyasına ilhaq edildi. Gürcüstanın zadəgan ailələri isə Rusiyanın digər vilayətlərinə sürgün edildilər. Rus hakimiyyətindən narazı olan gürcülər, Rusiyanın bölgədən çıxmasını və gürcü zadəganlarının yenidən hakimiyyətə gəlməsini istəyirdilər. Şərqi Gürcüstanın son hökmdarı XII Georginin oğlu knyaz Okropir də müstəqilliyə can atan zadəganlar içərisində idi. Okropir və digər yoldaşları Moskva və Sankt-Peterburqdakı gürcü tələbələr ilə toplantılar keçirərək onlara rus hakimiyyəti altındakı ölkələrinə qarşı vətənpərvərlik hissi aşılamağa çalışırdılar. Beləliklə, Tiflis şəhərində Baqrationilər sülaləsini hakimiyyətə gətirmək isətəyən və gizli fəaliyyət göstərən cəmiyyət yarandı.Okropir 1830-ci ildə Gürcüstana səfər etdi. O, səfəri zamanı Gürcüstandakı sui-qəsdçilər və filosof Solomon Dodaşvili ilə görüşlər keçirdi. Həmçinin sui-qəsd planı Qərbi Gürcüstandakı Rusiya tərəfindən ləğv edilmiş İmereti çarlığından olan gürcülər və Abxaziyanın hakim sülaləsi olan Şervaşidzelər tərəfindən də dəstəklənirdi.
Gürcüstan–Rusiya münasibətləri
Rusiya—Gürcüstan münasibətləri — Rusiya və Gürcüstan arasında iki tərəfli diplomatik münasibətlər. 1918-ci ildə Oktyabr İnqilabının səbəb olduğu Rusiya İmperiyasının parçalanması zamanı Gürcüstan müstəqillik qazanır. 1921-ci ildə Rusiya Qırmızı Ordusunun köməyi ilə Gürcüstan ərazisində Sovet hakimiyyəti qurur. Gürcüstan Demokratik Respublikası ləğvi ilə 16 fevral 1921-ci ildə Gürcüstan SSR elan edilir. 1922-ci ildə Gürcüstan SSR Azərbaycan və Ermənistan SSR ilə birləşərək Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasını (ZSFSR) qurur. 5 dekabr 1936-cı ildə ZSFSR ləğv edildikdən sonra Gürcüstan SSR ayrı bir qurum olaraq SSRİ-nin tərkibinə təmsil olunur. 1991-ci ilin dekabrında SSRİ-nin dağılması ilə Gürcüstan beynəlxalq birlik tərəfindən suveren bir dövlət kimi tanınır. 2008-ci ildə Cənubi Osetiyadakı silahlı qarşıdurmadan sonra Rusiya Gürcüstanın və BMT-nin əksər üzv dövlətlərinin Gürcüstanın bir hissəsi hesab etdiyi Abxaziya və Cənubi Osetiya Respublikalarının müstəqilliyini tanıyır. iki ölkə arasında beynəlxalq səviyyədə tanınan Rusiya-Gürcüstan sərhədinin uzunluğu 894 km-dir. == Tarix == Sovet İttifaqının dağılmasından sonra Gürcüstan millətlərarası qarşıdurmaların, siyasi qüvvələr arasında güc və təsir uğrunda silahlı mübarizələrin yaşandığı ölkəyə çevrilir.
Hindistan–Rusiya münasibətləri
Hindistan–Rusiya münasibətləri (rus. Российско-индийские отношения hind. भारत-रूस सम्बन्ध) — Hindistan Respublikası və Rusiya Federasiyası arasındakı mövcud ikitərəfli münasibətlər. Soyuq müharibə dövründə Hindistan və SSRİ arasında güclü strateji, hərbi, iqtisadi və diplomatik əlaqələr qurulmuşdur. Soyuq müharibə başa çatdıqdan sonra Hindistan Qərb dövlətləri ilə əlaqələrini inkişaf etdirmişdir. Buna baxmayaraq, SSRİ-nin dağılmasından sonra Rusiya ilə Hindistan arasında olan yaxın münasibətlər daha da inkişaf etmişdir. Hindistanla Rusiya arasındakı strateji tərəfdaşlıq beş sahəni əhatə edir. Bunlar siyasət, müdafiə, nüvə energetikası, terrorizmə qarşı mübarizə və kosmik fəza sahələridir. Növbəti illərdə altıncı sahə olaraq iqtisadi münasibətlərin də bu siyahıya əlavə ediləcəyi gözlənilir. Belə ki, 2025-ci ilə qədər tərəflər arasındakı ticarət dövriyyəsinin 30 milyard ABŞ dolları həcmində olacağı gözlənilir.
II Rusiya-İran müharibəsi
Rusiya-İran müharibəsi (1826–1828) — Rusiya ilə İran arasında 1826-cı ilin 16 iyul tarixində Azərbaycanın bölüşdürülməsi uğrunda başlayan bu irimiqyaslı müharibə 1828-ci ilin 10 fevral tarixində Türkmənçay sülhünün imzalanması ilə yekunlaşmışdır. == Müharibənin başlanması == Gülüstan müqaviləsi İranı heç cür qane etmirdi, Qafqazın əldən çıxması böyük itki idi. İran Rusiya ilə müharibəyə hazırlaşırdı. Bu müharibədə öz maraqları olan İngiltərə İrana bacardığı hər bir yardımı edirdi. Bununla bağlı 1814-cü ildə İngiltərə ilə İran arasında müqavilə imzalanır, Təbrizdə və başqa şəhərlərdə silah zavodları tikilir, müharibə olacağı təqdirdə Böyük Britaniya İrana ildə 200 min tümən yardım göndəcəyini vəd edir. Rəsmi Qacar hökuməti isə bunun əvəzində heç bir ölkəni İran ərazisindən Hindistana buraxmayacağına dair öhdəlik götürür. İngilis diplomatları 1821-ci ildə İran ilə Osmanlı imperiyası arasında başlayan müharibənin dayandırılmasına nail oldular. İngilislər İranı Rusiyaya qarşı müharibəyə hazırladılar. Qacar hökuməti ruslara qarşı Osmanlı İmperiyası ilə də danışığa başladı. Bundan başqa, Şimali Azərbaycan xanlarından da (Onlar Rusiyanın işğalı nəticəsində öz xanlıqlarını itirib İrana qaçmışdılar) istifadə etdi.
I Aleksandr (Rusiya imperatoru)
I Aleksandr Pavloviç (rus. Алекса́ндр I Павлович; 12 (23) dekabr 1777, Sankt-Peterburq – 19 noyabr (1 dekabr) 1825, Taqanroq, Don Voysko vilayəti[d]) — Rusiya imperatoru və mütləq hakimi (24 mart 1801-ci ildən), Malta ordeninin protektoru (1801-ci ildən), Böyük Finlandiya knyazı (1809-cu ildən), Polşa çarı (1815-ci ildən), I Pavelin və Mariya Feodorovnanın böyük oğlu. İnqilaba qədərki tarixşünaslıqda rəsmi olaraq Uğurlu (rus. Благословенный) adlandırılmışdır. == Həyatı == Aleksandr Pavloviç (Blaqoslovennıy – Uğurlu); I Aleksandr (1777–1825) – 1801-ci ildə Rusiya taxtına çıxmışdı. Belə bir fikir var ki, atası Pavel Petroviçə (I Pavel) sui-qəsdin təşkilində iştirak etmişdir. Məhz I Aleksandrın dövründə Azərbaycan torpaqlarının ilhaq edilməsi başlamışdır. Rusiya bu dövrdə İsveçlə (1808–1809), İran (1804–1813), Osmanlı (1806–1812) dövlətləri ilə müharibə aparmışdı. Napoleon Fransası ilə 1812-ci il Vətən müharibəsi, rus qoşunlarının Avropa səfəri, 1815-ci il Vyana konqresi I Aleksandrın xarici siyasətində mühüm yer tutmuşdu. Bundan sonra daha çox dini-mistik təlimlərlə məşğul olmuşdu.
I Nikolay (Rusiya imperatoru)
I Nikolay Pavloviç (rus. Николай I Павлович; 25 iyun (6 iyul) 1796, Böyük Qatçina sarayı, Sankt-Peterburq quberniyası[d] – 18 fevral (2 mart) 1855, Qış sarayı) — Romanovlar sülaləsindən olan Rusiya çarı. == Krım müharibəsinin başlamasında rolu == Avstriya imperatorunun xahişi ilə I Nikolay rus qoşunlarının Macarıstanda baş verən inqilabi çıxışların yatırılmasında iştirakına göstəriş vermiş, macar inqilabı boğulduqdan sonra inqilabi çıxışlarda iştirak edənlərin bir qismi Türkiyədə sığınacaq tapmışdılar. Yaranmış şəraitdə Rusiyanın əlinə Qara dəniz boğazlarına müdaxilə etmək üçün fürsət düşmüşdü və III Napoleon bundan istifadə edərək Müqəddəs İttifaqın parçalanması üçün müxtəlif üsullara əl atdı. I Nikolay Türkiyədən inadla macar inqilabçılarının geri qaytarılmasını tələb edir, sultan isə bundan qəti olaraq imtina edirdi. Məhz bu zəmində "Şərq məsələsi"yenidən kəskinləşməyə başladı ki, bu da müharibəyə gətirib çıxardı. Şərq məsələsinin qızışdırılmasında iki dövlət xüsusilə maraqlı idi: Fransa və Rusiya. Fransa onu iflic vəziyyətinə salmış Müqəddəs İttifaqın dağıdılmasına çalışırdı. I Nikolay isə Qara dəniz boğazında Rusiyanın ağalığına nail olunmasını istəyirdi. Avropa dövlətlərindən İngiltərə Qara dəniz boğazlarında qüdrətli Rusiyadansa, zəif Türkiyənin olmasına üstünlük verirdi.
Jukov ordeni (Rusiya)
Jukov ordeni — Rusiya Federasiyasının dövlət mükafatı. == Tarixi == Orden Rusiya Federasiyası Prezidentinin 9 may 1994-cü ildə 930 saylı fərmanı ilə iri hərbi əməliyyatların keçirilməsində, o cümlədən Böyük Vətən müharibəsi dövründə hərbi əməliyyatların keçirilməsində xidmətlərinə görə yüksək rütbəli və ali zabit heyətinin mükafatlandırılması üçün, təsis edilmişdir. Əvvəl Jukov ordeni iyerarxiyası dövlət mükafatlarına görə "Vətən qarşısında Xidmətlərinə Görə" ordeni ilə gedirdi və lent bağlamada sinəsinin sağ tərəfində olurdu. 2010-cu ilin sentyabr ayında ordeninin nizamnamə və təsvirinə mühüm dəyişikliklər edilib, o cümlədən ordenin taxılması qaydası dəyişdirilərək, sinənin sol tərəfində beşguşəli kötük lentlə sancılır. Orden yerini Uşakov ordeni ilə əvəzlədi. 2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin statusunda dəyişikliklər edilərək hərbi birləşmələrin komandirləri və onların muavinləri, yüksək rütbəli ali zabit heyəti, hərbi təhsil təşkilatları və s. verilməsinə qərar verilmişdir. Rusiya Federasiyasının Prezidentinin 25 aprel 1995-ci il tarixli 413 saylı fərmanı ilə 15 mükafatlandırma keçirilib. Cəmi 100 nəfər və 4 hərbi hissə Jukov ordeni ilə mükafatlandırılıb.
Komsomolskaya pravda (qəzet, Rusiya)
"Komsomolskaya pravda" (rus. «Комсомо́льская пра́вда») — Rusiyanın "Komsomolskaya pravda" mediaqrupunun nəşri: gündəlik və həftəlik qəzet, sayt, radiostansiya və telekanal. Qəzet 13 mart 1925-ci ildə təsis edilib. İlk nüsxəsi 24 may 1925-ci ildə çıxıb. == Mənbə == Официальный сайт газеты Официальный сайт телеканала Arxivləşdirilib 2012-10-02 at the Wayback Machine Официальный сайт радиостанции — 97.2FM (мск) Пожар в «Комсомолке» Комсомольская правда в Красноярске Комсомольская правда в Иркутске Комсомольская правда на Северном Кавказе «Комсомольская правда».
Kutuzov ordeni (Rusiya)
Kutuzov ordeni — Rusiya Federasiyasının dövlət mükafatıdır. == Ordenin tarixi == Kutuzov ordeni SSRİ-də 1942-ci ildə təsis edilib.SSRİ dağıldıqdan sonra orden Rusiya Federasiyası Ali Sovetinin 20 mart 1992-ci il tarixli 2557 saylı qərarı İlə Rusiya Federasiyasının dövlət mükafatlarının sistemində saxlanılmışdı. Lakin Rusiya Federasiyasının dövlət mükafatı 2010-cu ilə qədər nizamnaməyə və rəsmi təsvirə malik deyildi. Rusiya Federasiyası Prezidentinin 7 sentyabr 2010-cu il tarixli 1099 saylı "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında"fərmanı ilə nizamnamə və ordenin təsviri təsis edilmişdir.2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin nizamnaməsinə dəyişikliklər edilmişdi.
Lanqdok-Rusiyon
Langedok-Russilyonn (fr. Languedoc-Roussillon) - Fransanın cənubunda yerləşən keçmiş bölgə statuslu yaşayış məntəqəsi. 2016-cı il yanvarın 1-dən Oksitaniya bölgəsinin bir hissəsidir.
Le-Peaj-de-Rusiyon
Le-Peaj-de-Rusiyon (fr. Le Péage-de-Roussillon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Rusiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38298. Kommunanın 2007-cu il üçün əhalisi 6569 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 134 ilə 263 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 80 km qərbdə yerləşir.
Müdafiə Nazirliyi (Rusiya)
Rusiya Müdafiə Nazirliyi (rus. Министерство обороны Российской Федерации) — Rusiya Federasiyası Silahlı Qüvvələrinin inzibati və funksional rəhbərliyini həyata keçirən rəsmi qurumdur. Bu təşkilatda nazir; silahlı qüvvələrin üzərində gündəlik inzibati və əməliyyat səlahiyyətlərini yerinə yetirir. Müdafiə Nazirliyinin icra orqanı olan Baş Qərargah; müdafiə nazirinin əməliyyatlar ilə əlaqədar olan əmr, təlimat və tapşırıqlarını yerinə yetirir. Dövlət Şurası vasitəsilə Müdafiə Nazirliyi üzərindəki qanunverici səlahiyyətdən istifadə edərək, Rusiya hökuməti silahlı qüvvələri lazımi səviyyədə hazırlamaq üçün qismən məsuliyyət daşıyır.
Müqəddəs apostol Andrey Pervozvannı ordeni (Rusiya Federasiyası)
Müqəddəs apostol Andrey Pervozvannı ordeni — Rusiya Federasiyasının ali ordeni. Rusiya Federasiyası Prezidentinin 1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanı ilə bərpa olunub.. Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanından çıxarış: Müqəddəs apostol Andrey Pervozvannı ordeni Rusiya Federasiyasının ali dövlət mükafatı sayılır. Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə və digər vətəndaşlar Rusiya Federasiyasının görkəmli dövlət və ictimai xadimləri, Rusiyanın şöhrəti və əzəməti çiçəklənməsinə səbəb olan müstəsna xidmətlərinə görə təltif olunur. Xarici dövlətlərin başçıları və hökumət rəhbərləri Rusiya Federasiyası qarşısında görkəmli xidmətlərinə görə Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə təltif oluna bilər. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanı bu orden zəncirindən və ya rozetdə çiyin üzərində dolaşır. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanın zəncirində taxılmasına xüsusilə təntənəli hallarda yol verilir. Rozetdə çiyin üzərində onun Müqəddəs apostol Andrey Pervozvannı ordeninin işarəsi sağ çiynə keçirilir. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin ulduzu sinənin sol tərəfində, aşağıda orden kötükləri, orden özü solda yerləşir. Döyüş əməliyyatlarında fərqlənməyə görə nişanını və ulduz ordeni ilə təltif edilmiş Müqəddəs apostol Andrey Pervozvannı qılınclarla ilə verilir.
Müqəddəs böyük Yekaterina ordeni (Rusiya Federasiyası)
Müqəddəs böyük Yekaterina ordeni — Rusiya Federasiyasının dövlət mükafatı. Müqəddəs böyük Yekaterina ordeni Rusiya Federasiyasının Prezidenti D. Medvedyevin 3 may 2012-ci il tarixli 573 saylı "Yaxşılıq Uğrunda" Müqəddəs böyük Yekaterina fərqlənmə nişanı və ordeninin təsis edilməsi haqqında" fərmanı ilə yaradılmışdır. 1. Müqəddəs böyük Yekaterina ordeni yüksək dini-mənəvi mövqeyi ilə tanınmış və Rusiya Federasiyasının vətəndaşlarına və xarici dövlətlərin vətəndaşlarına sülhməramlı, humanitar və xeyriyyəçilik fəaliyyətində, mədəni irsinin qorunmasında verdiyi töhfəyə görə təqdim edilir. 2. Müqəddəs böyük Yekaterina ordeni lenti sinənin sağ tərəfində daşınır. Müqəddəs böyük Yekaterina ordeni lentini sinənin sağ tərəfində Rusiya Federasiyasının digər dövlət mükafatları ilə birlikdə daşımağa icazə verilir. Müqəddəs böyük Yekaterina ordeninin ulduzu çiynin sol tərəfində "Vətənə xidmətə görə" ordenin ulduzu altında daşınır. 3. Xüsusi hallarda Müqəddəs böyük Yekaterina ordeninin lentini sinənin sağ tərəfində daşınmasına icazə verilir.
NATO - Rusiya münasibətləri
NTV (Rusiya)
NTV (rus. НТВ) — 1993-cü ildə fəaliyyətə başlayan Rusiya televiziya kanalıdır. NTV Rusiya ilə yanaşı digər ölkələrdə də yayımlanır. "NTV Mir" telekanalı MDB və Pribaltikada, bundan başqa Qərbi Avropada, Yaxın Şərqdə, ABŞ, Kanada, İsrail, Avstraliya, Yeni Zellandiya və Okeaniya ərazilərində yayımlanır. Telekanalın "NTV HD" adı ilə yüksək dəqiqlikdə fəaliyyət göstərən versiyası da vardır. Telekanal 6 dəfə loqotipini dəyişmişdir. Hal-hazırda istifadə olunan loqotip — yeddinci və səkkizinci loqotipdir. 1993-cü ildə loqotip sağ aşağı küncdə yerləşirdi. 1993-cü ildən indiyə kimi loqotip sol aşağı küncdə yerləşir.
Nickelodeon (Rusiya)
Nickelodeon (Rusiya) - Rusiyada yayımlanan 15 noyabr 1998-ci ildə fəaliyyət göstərən bir uşaq kanalıdır. Kanal rus dilində yayımlanır. Kanal 4 oktyabr 2001-ci ildə hd yayımına başladı. Nikelodeon NTV Plus, NTV Plus Ukrayna , Telekarta, Viasat Ukrayna və OTAU TV kimi operatorlarda ingilis və rus dillərində yayımlanır.
Nickelodeon (Rusiya) - Vikipediya
Nickelodeon (Rusiya) - Rusiyada yayımlanan 15 noyabr 1998-ci ildə fəaliyyət göstərən bir uşaq kanalıdır. Kanal rus dilində yayımlanır. Kanal 4 oktyabr 2001-ci ildə hd yayımına başladı. Nikelodeon NTV Plus, NTV Plus Ukrayna , Telekarta, Viasat Ukrayna və OTAU TV kimi operatorlarda ingilis və rus dillərində yayımlanır.
Ob (çay, Rusiya)
Ob çayı və ya Divanu Luğati-t-Türkə görə Yamar çayı (tatar. Ümər, Үмәр) — Qərbi Sibir ərazisindən axan çay. Altay dağlarında formalaşan çay. Çay Biya ilə Katun çaylarının birləşməsindən əmələ gəlir. Ob çayının uzunluğu 3650 km təşkil edir. Su toplayıcı sahəsi 2 990 000 km²-dir. Mənsəbdə Ob estuarisini əmələ gətirərək Kara dənizinə tökülür. Nenlər çayın aşağı axarlarında yaşayırlar. Onlar çayı Salya-yam adlandırırlar ki, buda "burun çayı" adlanır. Xantılar və mansilər ona Аs adını vermişlər.
Ordu generalı (Rusiya)
Ordu generalı (rus. Генерал армии) — Rusiya Federasiyası Silahlı Qüvvələrində general-polkovnik rütbəsindən daha yüksək və Rusiya Federasiyasının Marşalı rütbəsindən aşağı olan hərbi rütbə. Bu, ordu generalının ümumi rütbəsindən əlavə xidməti (qüvvələr) və xüsusi təyinatlı qüvvələrin (1993-cü ildə siyahıdan çıxarıldı) marşallarının sıraları mövcud olduğu SSRİ Silahlı Qüvvələrindən fərqli olaraq, bütün qoşunların (qüvvələrin) və xüsusi təyinatlı qüvvələrin hərbçilərinə təyin edilə bilər. Ehtiyatda olan və ya istefada olan bir ordu generalı hərbi rütbəsinə müvafiq olaraq "ehtiyat" və ya "istefada olan" sözləri əlavə edilir. Hərbi Dəniz Qüvvələrində Böyük Admiral hərbi rütbəsinə uyğundur; sinfi rütbələri "Rusiya Federasiyasının 1-ci dərəcəli Həqiqi Dövlət Müşaviri" (dövlət qulluğunda), "Rusiya Federasiyasının Həqiqi Dövlət Müşaviri" (Ədliyyə orqanı) və "Həqiqi Dövlət Ədliyyə Müşaviri" (prokurorluqda); xüsusi rütbə "Rusiya Federasiyasının Polis Generalı", "Rusiya Federasiyasının Ədliyyə Generalı", "Rusiya Federasiyası Daxili Xidmət Generalı" və "Rusiya Federasiyası Gömrük Xidmətinin Həqiqi Dövlət Müşaviri".
PFL ikinci divizionu (Rusiya)
PFL ikinci divizionu — (rusca: Второй дивизион ПФЛ) — səviyyəsinə görə peşəkar Rusiya futbolunun üçüncü divizionu. İkinci divizion yarışlarını Peşəkar futbol liqası təşkil edir. İkinci divizion coğrafi prinsipə görə 5 zonaya bölünür: "Qərb", "Mərkəz", "Cənub", "Ural-Povoljye" və "Şərq". Hər bir zonadakı klublar hər il dəyişilir. 2009-cu ildə divizionda 81 komanda ərizə vermişdir. Hər bir zonanın qalibi, birinci diviziona köçürülür. Zonalarda axırıncı yerləri tutan klublarsa, peşəkar statuslarını itirir və Həvəskar futbol liqasına enir. Birindən başqa bütün zonlarda yarışmalar iki dairə üzrə keçirilir. "Şərq" zonasının azlığı üzündən oradakı yarışlar üçdairəvi turnirdə keçirilir. Mövsüm bitdikdən sonra zona qalibləri ikinci divizionun çempionluğu uğrunda PFL Kubokunda iştirak edirlər.

Digər lüğətlərdə