rusiya
rusiyalı
OBASTAN VİKİ
Armavir (Rusiya)
Armavir — Rusiya Federasiyasının cənubunda, Krasnodar diyarında şəhər. Şəhər Krasnodar diyarının cənubunda, Krasnodar şəhərindən 202 km məsafədə yerləşir. Moskvadan isə 1400 km-lik məsafə ayırır. Şəhər ətraf kəndlərlə birgə Armavir şəhər dairəsinə daxildir. Önəmli dəmiryol qovşağı hesab olunur. Şəhərdə Armavir-Rostov və Armavir-Tuapse Şimali Qafqaz dəmiryol stansiyasiyaları fəaliyyət göstərir. == Ümumi məlumat == 1839-cu ildə çərkəz erməniləri (çerkesoqaev) Urup çayının mənsəbinə yaxın ərazidə yerləşdirildi. Bu tarix rəsmən Armavir şəhərinin əsasının qoyulması ili hesab olunur. Aul üç tərəfdən eni 2,5 metr olan dərin yarğanla əhatələnmişdir. Digər tərəfdən ərzini Kuban çayı əhatə edir.
Rusiya
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət və ya Ərəsəy — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Bor (Rusiya)
Bor — Rusiya Federasiyasının Nijeqorod vilayətində şəhər.
Bölünməz Rusiya
"Vahid, bölünməz Rusiya" — Paris Sülh Konfransında sülh danışıqlarının gedişatına təsir edən, yeni yaranmış bir çox dövlətlərin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına mane olan əsas problem. == Arxa plan == Rusiyada bolşeviklərin hakimiyyəti ələ almasından sonra bir çox keçmiş çar generalı yeni hökuməti tanımadığını elan etdi. Nəticədə Rusiya vətəndaş müharibəsi başladı. Anton Denikin, Kolçak və s . kimi məşhur generalların başçılıq etdiyi bu müharibə müddətində 1919-cu ildə çar generalları mühüm qələbələr qazandılar. Avropada belə bir təsəvvür yarandı ki, Ağ qvardiyaçılar bolşevik hakimiyyətini devirəcəkdir. Bu səbəbdən də keçmiş Rusiya imperiyası ərazisində yaranmış yeni respublikalara qarşı münasibətlərini dəyişdilər. İngilis komandanı General Tomson Bakıya daxil olarkən bunu öz nitqində açıq-aşkar bildirmişdi: Lakin artıq 1920-ci ildə generalların bolşeviklərə qarşı uğur qazana bilməyəcəkləri bəlli oldu. Yalnız bundan sonra yeni yaranmış respublikaların tanınma prosesi başlandı. "Vahid, bölünməz Rusiya" problemindən əziyyət çəkən yeni yaranmış dövlətlərdən biri də Azərbaycan Xalq Cümhuriyyəti olmuşdur.
Donetsk (Rusiya)
Donetsk — Rusiya Federasiyasının Rostov vilayətində yerləşən şəhər.
Qərbi Rusiya
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət və ya Ərəsəy — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Respublika (Rusiya)
Rusiya konstitusiyasına görə, Rusiya Federasiyası 85 bərabərhüquqlu subyektdən ibarətdir ki, bunun da 22-si respublikadır. Respublikalar Rusiyanın faktiki ərazisinin 28,55% -ni əhatə edir və ölkə əhalisinin 17,95% -i onlarda yaşayır. Respublika, diyarlardan və vilayətlərdən fərqli olaraq, onlar milli-dövlət formasiyalarıdır, yəni Rusiya daxilində bu və ya digər xalqın (xalqların) dövlətçilik formasıdır. Rusiya Federasiyasının digər subyektlərindən fərqli olaraq respublikalar öz konstitusiyalarını qəbul etmək və öz dövlət dillərini qurmaq hüququna malikdirlər və həmçinin onların paytaxtları vardır. Respublikaların Rusiya Federasiyasının ərazi bütövlüyünü pozmaq, onun tərkibindən ayrılmaq hüququ və suverenliyi yoxdur. Sovet dövründə müasir respublikaların əksəriyyəti muxtar sovet sosialist respublikası (MSSR) statusuna malik idi, bəziləri muxtar vilayətlər idi. RSFSR çərçivəsində, ərazilər və bölgələrdən - inzibati-ərazi vahidlərindən fərqli olaraq, onlar milli-dövlət birləşmələri olan federasiya subyektləri hesab olunurdular.
Rusiya diyarları
== Rusiya Federasiyasının diyarları == Rusiya Federasiyası 83 subyektdən ibarətdir və bunlardan 9-u diyar adlanır.
Rusiya erməniləri
Rusiya erməniləri — Ermənistan Respublikasından kənarda yaşayan etnik ermənilərin təşkil etdiyi Erməni diasporunun Rusiyada yaşayan hissəsinin adı. Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyanın 2017-ci ildə bildirdiyinə görə Rusiyada 2,5 milyona yaxın erməni yaşayır.
Rusiya gerbi
Rusiya gerbi — Rusiya Federasiyasının rəsmi dövlət simvolu; Bayraq və himn ilə birlikdə Rusiyanın əsas dövlət simvollarından biridir. Müasir gerb Rusiya Federasiyası prezidentinin 30 noyabr 1993-cü il tarixli fərmanı ilə təsdiq edilmişdir. Rusiya Federasiyasının dövlət gerbi aşağı küncləri yuvarlaq vą kənarları iti dördbucaqlı qırmızı heraldika qalxanından ibarətdir, hansının ki üzərində hamar qanadlarını yuxarı qaldırmış cüt başlı qartal əks olunub. Qartal xaçlı iki kiçik tac və onların üstündə lentlə birləşdirilmiş xaçlı böyük tac ilə taclandırılıb. Qartalın sağ pəncəsində skeptron, solda isə derjava var. Qartalın sinəsində, qırmızı qalxanın üzərində gümüş nizə ilə arxası üstə çevrilən və at tərəfindən tapdalanan qara əjdahaya zərbə endirən gümüş at üstündə mavi plaşlı gümüş atlı təsvir olunub.
Rusiya gölləri
Rusiyada - ümumi sahəsi 350 min km²-dən çox olan iki milyondan çox göl (Xəzər dənizi-gölü istisna olmaqla). Göl sularının ümumi ehtiyatı 26 min km³-ə çatır. Göllərin əksəriyyəti buzlaq mənşəlidir. Rusiyanın Avropa hissəsindəki ən böyük göllər (əsasən şimal-qərbində yerləşir) Ladoqa və Onega (müvafiq olaraq 17,680 və 9,720 km²); Estoniya ilə sərhəddə Peipsi-Pskov gölü (3550 km²); İlmen (təxminən 1000 km², sahəsi suyun səviyyəsindən asılı olaraq dəyişir), həmçinin Kareliyanın Topozero, Vygozero və digər "göl bölgələri". Sibir və Rusiyadakı ən böyük göl (Xəzər istisna olmaqla) - Baykal da dünyanın ən dərinidir; Baykal Rusiyadakı şirin göl suyunun 85% -ni və dünyanın şirin su ehtiyatının 22% -ni ehtiva edir. Gölün uzunluğu 636 km, ortalama eni 48 km; ümumi sahəsi - 31,7 min km²; ən böyük dərinliyi 1620 m (Altetsiyadakı Teletskoye Gölü (325 m) və Predtaimırdakı Xantayskoye gölü (520 m) də böyük dərinlikdə fərqlənir). Baykal rift hövzəsində yerləşir və təxminən 25-30 milyon yaşındadır. Ancaq Rusiya göllərinin böyük əksəriyyəti kiçikdir; Göllər Rusiyanın Avropa hissəsinin şimal-qərbində (xüsusilə Kareliyada) və Qərbi Sibir düzənliyində çoxdur. Göllər arasında təzə olanlar üstünlük təşkil edir, lakin onların da ən böyüyü (1990 km²) Sibirin cənub-qərbindəki Çanıdır.
Rusiya himni
Rusiya Federasiyasının dövlət himni — 2000-ci ildən etibarən Rusiyanın dövlət himnidir. Musiqisi SSRİ-nın də dövlət himninin musiqisi olub. 1991-ci ildən 1999-cu ilədək isə Rusiya himni Mixail Qlinkanın əsəri idi. Himnin sözlərinin müəllifləri Sergey Mixalkov və Q. El-Registandır. Himnin musiqisini Aleksandr Aleksandrov bəstələyib.
Rusiya imperiyası
Rusiya İmperiyası (rus. Российская империя) — 1721-ci ildə Şimal müharibəsinin sona çatmasından 1917-ci il Fevral inqilabı nəticəsində hakimiyyətə gələn müvəqqəti hökumət tərəfindən Respublika qurulana qədər Avrasiya və Şimali Amerika boyunca mövcud olmuş imperiya. Dünya tarixində üçüncü böyük imperiya olmaqla, üç qitə boyunca uzanan Rus İmperiyası ərazi ölçüsünə görə yalnız Britaniya və Monqol İmperiyasından geri qalırdı. Rusiya imperiyasının yüksəlişi rəqib qonşularının — İsveç, Reç Pospolita, İran və Osmanlı imperiyalarının zəifləməsi sayəsində baş verdi. Bu, 1812–1814-cü illərdə Napoleonun Avropanı idarə etməklə qərbə və cənuba doğru genişlənmək istəyinin dəf edilməsində böyük rol oynadı. Rusiya İmperiyasını 1721-ci ildən 1762-ci ilə qədər Romanovlar ailəsi, 1762-ci ildən sonra bu ailənin alman əsilli qolu Holşteyn-Qottorp ailəsi idarə edirdi. 19-cu əsrin əvvəllərində Rusiya İmperiyası şimaldan Şimal Buzlu okeandan cənubda Qara dənizə, qərbdən Baltik dənizindən şərqdə Sakit okeana və 1867-ci ilə qədər Amerikada Alyaskaya qədər uzanırdı. 1897-ci ildə əhalinin siyahıya alınması ilə qeydiyyata alınan 125.6 milyon nəfər ilə həmin dövrdə Böyük Tzin və Hindistandan sonra dünyada əhalisinin sayına görə üçüncü yerdə idi. Rusiya bütün imperiyalar kimi iqtisadiyyat, etnik və dini mənsubiyyət fərqliliklərini özündə birləşdirirdi. İmperiyada çoxsaylı üsyan və sui-qəsd cəhdləri həyata keçirən müxalif qüvvələr var idi.
Rusiya incəsənəti
== Rus ikonası == Çoxsaylı daxili çəkişmələrə baxmayaraq qədim rus dövlətinin “Xüsusi xalq yığıncağı” quruluşu inkişaf edirdi. Knyazların nüfuzlarını yalnız döyüşlərdə deyil, həmçinin mənəvi sahədə göstərməsi ilə qədim rus mədəniyyətinin çiçəklənməsinə şərait yaratdı. Rus torpaqlarında XVI əsr milli özünü dərkin yüksəliş dövrü oldu. XVI əsrdə Rus kilsə ikonları ikonataslarda (pravoslav kilsəsində: ikonaların asıldığı divar) birləşdi. İlk öncə ikonatasın mərkəzi sırası- “Deisusnıy çin” seçilirdi. Yuxarı yaruslara “bayamarlar” , südverən Məryəmin və peyğəmbərlərin daxil idi. Aşağıda ikonostasın orta qapısında və onların kənarlarında blaqoveşşeniye (xristian bayramları ndan birinin adı), adlarına məbəd ithaf olunmuş yevangelist (incilin xəyali müəllifi) və müqəddəslərin təsvirləri yerləşdirildir. İkona müstəliqil əsər olub anca ansabl təşkil edirdilər. İkonaçı rəssamlar onların ansamblda dekorativ səsləşməsini nəzərə alırdılar. İkonastas Allahın hüzürunda olduğu ideyasını təəssüratını təcəssüm etdirdi.
Rusiya inqilabı
Rusiya inqilabı – Rusiya İmperiyası ərazisi boyunca 1917-ci ildə monarxiya dövlət idarəetməsinin ləğv edilməsiylə başlayıb, vətəndaş müharibəsinin sonu və Ukrayna, Azərbaycan və başqa milli dövlətlər daxil olmaqla, bolşevik Sovet İttifaqının qurulmasından sonra 1923-cü ildə sonlanan siyasi və sosial inqilab dövrü. O, Birinci Dünya müharibəsi dövründə, Rusiyanın o dönəmki paytaxtı olan Petroqrad (indiki Sankt-Peterburq) ətrafında və içində cəmlənən Fevral inqilabı ilə başlamışdır. İnqilab Rusiya Ordusunu qiyama hazır hala gətirməkdə əsas payı olan Birinci Dünya müharibəsi ərzində böyük hərbi itkilər kontekstində özünü göstərmişdi. Rusiya parlamentinin, yəni Dumanın üzvləri xaos içərisində Rusiya müvəqqəti hökumətini quraraq ölkənin nəzarəti barədə düşündülər. Bu fikir yüksək əsilzadə zümrəsi və böyük kapitalistlərin maraqları ilə də üst-üstə düşürdü. Ordu idarəçiliyi inqilabı basdırmaq üçün əllərində vasitənin olmadığını hiss etdi və İmperator II Nikolay öz taxtından imtina etdi. İcma təşəbbüsləri hərəkatı cəmiyyəti məclisləri Sovetləri elan etdilər. Əsasən əskərlər və şəhər sənaye işçi sinifindən təşkil olunan bu sovetlər ilk başda müvəqqəti hökumətin idarəsinə icazə versə də, hökumətə təsir etmək üçün müstəsna hüquq və müxtəlif hərbi qruplaşmalara nəzarət etmə barədə israr etdi. Bu, ikili idarəetmə mərhələsini ortaya çıxarır: Müvəqqəti hökumət dövlət gücünü əlində saxlayarkən, sosialistlərin rəhbərliyi altındakı sovetlərin milli şəbəkəsi aşağı və getdikçə artaraq sol yönümlü orta şəhər sinfi üzərində böyük idarə gücünə sahib idi. Bu xaotik dönəm müddətində tez-tez qiyamlar, etirazlar və tətillər qeydə alınır.
Rusiya iqlimi
Rusiyanın iqlimi bir neçə həlledici amillərin təsiri altında formalaşmışdı. Torpaq iqliminin dominantlığı, ölkənin çox böyük olması və dənizin təsirindən uzaq olması ilə tundra bölgələri və ən cənub-şərqi istisna olmaqla, Avropa və Asiya Rusiyasında geniş yayılmışdır. Hind okeanından isti havanın axımına mane olan cənubdakı dağlar, qərb və şimaldakı düzənliklər ölkəni Arktika və Atlantik təsirlərindən həssas edir. == Dinamiklər == Atlantik və ya Sakit okean bölgəsinin mülayim təsiri səbəbindən, nəmli kontinental iqlim Avropa Rusiyasının əksər bölgələrində, Qərbi Sibirin cənubunda və Uzaq Şərq Rusiyasının cənubunda, o cümlədən Moskva və Sankt Peterburq şəhərlərində təsirli olur. (Köppen'in Dfb, Dfa, Dwb, Dwa tipleri). Skandinaviya yarımadası ilə Sakit okean və Sibir arasındakı şimal Avropa Rusiyasının əksəriyyəti yarı arktik iqlimə malikdir, Şimal-Şərqi Sibirin daxili bölgələrində son dərəcə şiddətli qışlar (əsasən Yakutiya, Şimal Soyuq Qütbdə ən aşağı temperatur −68 ° C və ya −90.4 ° F) yerləşdikləri yerə görə daha yumşaqdır. Atlantik okeanının sahilindəki zolaq, eləcə də Arktika adaları qütblü bir iqlimə malikdir (bəzi adalarda həddindən artıq qütb iqlimi (EF) və bəzi yerlərdə tundra iqlimi (ET)). Qara dəniz sahillərinin kiçik bir hissəsi, xüsusilə Soçi, qışda qeyri-adi rütubətli nəmli subtropik iqlimə malikdir (Köppenin Cfa növü). Şərqi Sibir və Uzaq Şərqin bir çox hissəsi yayla müqayisədə qış quru olsa da (Dwa, Dwb, Dwc, Dwd növləri), ölkənin digər bölgələrində mövsüm boyu daha bərabər yağışlar müşahidə olunur. Ölkənin əksər hissəsində qış yağışları ümumiyyətlə qar kimi yağır.
Rusiya iqtisadiyyatı
Rusiya iqtisadiyyatı keçid mərhələsində kəskin dəyişikliklərə məruz qalmışdır. İnkişaf səviyyəsi xeyli aşağı düşübdür. Təsərrüfatın sahə strukturunda əsas yeri xammal hasilatı tutur. Təsərrüfatın strukturu sənayeləşmə dövründə hasilat sahələri hesabına xeyli “ağırlaşmışdır”. Təsərrüfatın ərazi strukturu, sosial-iqtisadi, təbii şərait və ərazi əmək bölgüsünün təsiri nəticəsində əmələ gəlibdir. Ölkənin ümumdaxili məhsulunun 41%-ni istehsalı sahələri – sənaye, kənd təsərrüfatı, tikinti, 50% xidmət sahələri – nəqliyyat, rabitə, ticarət və xidmət sahələri , yerdə qalan 9%-ni isə vergidən yığılan vəsaitlər təşkil edir. Xammalla sıx bağlı olan sahələrin əksəriyyəti hasilat yerlərində inkişaf edir. Onların sonrakı emal sahələri, xüsusilə emal sənayesi iri şəhərlərdə yerləşir. Əvvəllər iqtisadi cəhətdən güclü olan ölkələr sırasında durduğu halda hazırda xeyli geriləmişdir. Hazırda adambaşına düşən ÜDM həcminə görə nəinki inkişaf etmiş, hətta Meksika, Braziliya, Argentina və b.
Rusiya mətbəxi
== Tarixi == Qədimdə rus mətbəxinin əsasını müxtəlif suplar, sıyıqlar, xəmir məmulatları təşkil edirdi. XVIII əsrdə Fransadan dəvət olunan aşpazlar rus mətbəxinə sosiska, omlet, kotlet, kompot gətirdilər. Ukraynadan Rusiya mətbəxinə donuz və dana əti bulyonunda hazırlanmış borş daxil olur və bu günə kimi əsas yeməklərdən biri sayılır. Kartofun hələ geniş yayılmadığı dövrlərdə əsas qarnir şalğam (turp) sayılırdı. Tərkibinə xama və kəsmik əlavə olunan yeməklər rus mətbəxinin əsas atributlarındandır. Xaricdə rus mətbəxi, əsasən blinləri, kürüsü və pelmenləri ilə tanınır. Balıqdan müxtəlif yeməklər hazırlanır. Ən nəfis balıq çökə hesab olunur. Balıq suda bişirilib dəfnə yarpağı əlavə olunaraq uxa adlanan sup halında, qızardılmış, sobada bişirilmiş, içinə göbələk və müxtəlif yarmalar doldurulmuş halda süfrəyə verilir. Həmçinin qurudulmuş, hisə verilmiş, duza qoyulmuş müxtəlif balıq növləri də əsas menyuya daxildir.
Rusiya prezidenti
Rusiya Federasiyasının Prezidenti — Rusiya Federasiyasının ən ali vəzifəsidir. Rusiya Prezidenti Rusiya dövlətinin başçısıdır və hakimiyyətin heç bir qoluna aid deyil, Rusiya konstutiyasının , Rusiya vətəndaş haqlarının və insan azadlığının qarantıdır. Rusiya Ali Baş Komandanıdır. 17 mart 1991 ci-ildə ümümxalq referendumun nəticəsi ilə dövlət idarəçiliyinin ən ali vəzifəsi kimi Rusiya Federasiyasının prezidenti postu yaradılmışdır.
Rusiya prezidentləri
Rusiya Federasiyasının Prezidenti — Rusiya Federasiyasının ən ali vəzifəsidir. Rusiya Prezidenti Rusiya dövlətinin başçısıdır və hakimiyyətin heç bir qoluna aid deyil, Rusiya konstutiyasının , Rusiya vətəndaş haqlarının və insan azadlığının qarantıdır. Rusiya Ali Baş Komandanıdır. 17 mart 1991 ci-ildə ümümxalq referendumun nəticəsi ilə dövlət idarəçiliyinin ən ali vəzifəsi kimi Rusiya Federasiyasının prezidenti postu yaradılmışdır.
Rusiya respublikaları
Rusiya Federasiyası 83 subyektdən ibarətdir və bunlardan 22-i respublika hesab olunur.
Rusiya tarixi
Rusiya tarixi (rus. История России) — Rusiya tarixi. == Orta əsrlər == XI əsrin axırları-XII əsrin əvvəllərində Kiyev dövləti geniş əraziyə malik olsa da, möhkəm əsaslı deyildi. Onun tərkibinə qatılmış tayfalar öz xüsusiyyətlərini qoruyub saxlamışdılar. Natural təsərrüfatın hökm sürdüyü ayrı-aryı bölgələr arasında iqtisadi əlaqələr olduqca zəif idi. Bununla yanaşı dövlətin əhəmiyyətli dərəcədə müdafiə sistemi yaradılmışdı. Belə bir şəraitdə XI–XIII əsrlərdə Kiyev dövləti üçün yeni xüsusiyyətlər meydana çıxdı. Ayrı-ayrı bölgələrdə-Novqorod, Polotsk, Smolensk, Suzdal və Rostov torpaqlarında feodal aristokratiyası inkişaf edir və güclənirdi. Bütün torpaqlar feodalların əlinə keçmişdi. Kəndlilərin əlindən bütün torpaqlar çıxdığına görə torpaqsızlaşaraq, feodallardan asılı vəziyyətə düşmüşdülər.
Rusiya vilayətləri
Rusiya Federasiyası tərkibinə daxil olan 85 subyektdən 46-sı vilayət adlanır. Hal-hazırda, Rusiya Federasiyasının subyektləri olaraq vilayət və diyarların hüquqi vəziyyətdə ciddi fərqlər yoxdur. == Rusiya vilayətləri və onların inzibati mərkəzləri == == Tarixi == Hələ IX əsrdə Kiyev Rus dövlətinin bölündüyü ərazi-inzibati vahidlərə volostlar və ya vilayətlər deyilirdi. Bu kiçik knyazlardan biri Rurikoviçin qubernator kimi oturduğu mərkəzi bir şəhər (masa) olan böyük bir ərazinin adı idi. X - XII əsrin əvvəllərində Rusiyanın bölündüyü volostların sayı. eyni zamanda yaşayan şahzadələrin sayından asılı idi və birdən iki yüzə qədər dəyişirdi. Tərcümə ədəbiyyatında bölgə sözü üstünlük təşkil etdi - digər dövlətlərin tərkib hissələrinə tətbiq olunduğu kimi, bəzən Rusiya ilə də əlaqəli olur. Monqollardan əvvəlki dövrə aid mənbələrdə 4 oxşar rəy tapa bilərsiniz: Rostov vilayəti ("Zaman illəri haqqında povest"də 1071-dən aşağı) Polotsk vilayəti (1092 altında eyni yerdə) Pereyaslav vilayəti ("Boris və Gleb nağılı" da) Vladimir vilayəti ("Mağaralı Teodosiusun Həyatı", Vladimir-Volınskidən bəhs edirik). === Rusiya imperiyası === Əvvəlcə Rusiya İmperiyasında qəbul edilmiş inzibati quruluşun qurulmasına qədər keçid dövrü üçün müvəqqəti bir vahid olaraq yeni qoşulmuş torpaqlarda yarandı. Daha sonra ərazilər, əsasən Orta Asiyada, Qafqazda və Uzaq Şərqdə, adi əyalətlərdən fərqli bir prinsiplə idarə olunan geniş yayılmış ərazilər adlandırıldı.
Rusiya xalqları
Rusiya konstitusiyada da əks olunduğu kimi çoxmillətli dövlətdir. Onun ərazisində 190 xalq yaşayır. 2010-cu ildə Ümumrusiya əhalinin siyahıya alınmasına görə əhalinin 80,9 % və ya 111,0 milyon nəfərini ruslar, 19,1 % və ya 26,2 milyon nəfərini isə digər xalqlar təşkil edir Rusiya əhalisi hər nə qədər digər ölkələrlə müqayisədə yüksək olsa da; hər km²-a düşən insan sayı, ölkənin sahəsi ilə əlaqədar olaraq çox azdır. Rusiya əhalisinin başlıca olaraq yaşadığı region, coğrafi olaraq Avropa torpaqları olaraq qəbul edilən Ural dağlarının qərbində və Şimal-qərb Sibirdə yaşayır. Ölkə əhalisinin 73%-i şəhərlərdə yaşayarkən 27%-i kənd yerlərində yaşayır. Rusiya əhali baxımından dünyanın ən çox əhaliyə malik səkkizinci ölkəsi mövqeyindədir. Ölkə əhalisi, Sovet İttifaqının dağılmasından sonra süquta keçmiş olsa da, 2010-cu il sayımına görə 141.927.297 nəfərdir. 1991-ci ildə Rusiya əhalisi bütün zamanların ən yüksək səviyyəsi olan 148.689.000 nəfərə çatmışdı, amma 1990-cı illər boyu davam edən miqrasiya, ölüm nisbətin çox sürətli artması kimi səbəblər ilə ölkə əhalisi 20 illik müddətdə azalmışdır. Ölkədə 2009-cu ildə, son 15 il ərzində ilk dəfə 10.500 nəfərlik bir əhali artımı olmuşdur. Sözügedən artım, 279.906 nəfərin Rusiyaya köçməsi ilə yaranmışdır ki, bu rəqəmin 93%-i Keçmiş Sovet ölkələrindən olmuşdur.
Rusiya Çarlığı
Çar Rusiyası — 1547–1721-ci illərdə Rusiyanın rəsmi adı. Bəzi mənbələrdə Rusiya Çarlığı kimi də adlandırılır.
"Aleksandr Nevski" ordeni (Rusiya)
"Aleksandr Nevski" ordeni — Rusiya Federasiyasının dövlət mükafatı. == Tarixi == 1725-ci ildən 1917-ci ilədək Rusiya imperiyasının Müqəddəs Aleksandr Nevski ordeni var idi, SSRİ-də isə Aleksandr Nevski ordeni1942-ci ildən 1991-ci ilədək mövcud olmuşdur. Müqəddəs Aleksandr Nevski ordeni 1725-ci ildə I Yekaterina tərəfindən təsis edilib. Həm hərbi, həm də mülki şəxslərin mükafatlandırılması üçün də nəzərdə tutulub. 1917-ci ildə çar ordenI başqa ordenlərlə birlikdə ləvğ edildi. Aleksandr Nevski ordeni 29 iyul 1942-ci ildə SSRİ komanda heyətinin mükafatlandırılması üçün Qırmızı Ordunun hərbi ordeni kimi təsis edilmişdir. Sovet İttifaqı dağıldıqdan sonra ordeni 1992-ci il 2 mart tarixli Rusiya Federasiyası Ali Sovetinin Qərarı İlə və "Rusiya Federasiyasının dövlət mükafatı Haqqında" 20 mart 1992-ci il tarixli 2424–1 saylı Fərmanı İlə Rusiya Federasiyasının Ali Soveti Rəyasət Heyətinin Rusiya Federasiyasının dövlət mükafatları sistemində 2557-I saylı qərarı ilə saxlanıldı. Lakin, Rusiya Federasiyasının dövlət mükafatı kimi rəsmi statutu və təsviri olmayıb, təltif olunması dövlət tərəfindən həyata keçirilməyib. "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında" 7 sentyabr 2010-cu il tarixli 1099 saylı fərmanı ilə Rusiya Federasiyasının Prezidenti D. Medvedevin gostərişi ilə, Aleksandr Nevski ordeni Rusiya Federasiyasının dövlət mükafatı sisteminə yenidən daxil olur, habelə onun statutu və təsviri təsdiq edilir. Aleksandr Nevski ordeni olaraq Rusiya Federasiyasının ordeni inqilabdan əvvəlki dizaynı ifadə edir.
"Dostluq" ordeni (Rusiya)
Dostluq ordeni — Rusiya ordeni.
"Kutuzov" ordeni (Rusiya)
Kutuzov ordeni — Rusiya Federasiyasının dövlət mükafatıdır. == Ordenin tarixi == Kutuzov ordeni SSRİ-də 1942-ci ildə təsis edilib.SSRİ dağıldıqdan sonra orden Rusiya Federasiyası Ali Sovetinin 20 mart 1992-ci il tarixli 2557 saylı qərarı İlə Rusiya Federasiyasının dövlət mükafatlarının sistemində saxlanılmışdı. Lakin Rusiya Federasiyasının dövlət mükafatı 2010-cu ilə qədər nizamnaməyə və rəsmi təsvirə malik deyildi. Rusiya Federasiyası Prezidentinin 7 sentyabr 2010-cu il tarixli 1099 saylı "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında"fərmanı ilə nizamnamə və ordenin təsviri təsis edilmişdir.2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin nizamnaməsinə dəyişikliklər edilmişdi.
"Müqəddəs apostol Andrey Pervozvannı" ordeni (Rusiya Federasiyası)
Müqəddəs apostol Andrey Pervozvannı ordeni — Rusiya Federasiyasının ali ordeni. Rusiya Federasiyası Prezidentinin 1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanı ilə bərpa olunub.. == Nizamnamə == Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanından çıxarış: Müqəddəs apostol Andrey Pervozvannı ordeni Rusiya Federasiyasının ali dövlət mükafatı sayılır. Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə və digər vətəndaşlar Rusiya Federasiyasının görkəmli dövlət və ictimai xadimləri, Rusiyanın şöhrəti və əzəməti çiçəklənməsinə səbəb olan müstəsna xidmətlərinə görə təltif olunur. Xarici dövlətlərin başçıları və hökumət rəhbərləri Rusiya Federasiyası qarşısında görkəmli xidmətlərinə görə Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə təltif oluna bilər. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanı bu orden zəncirindən və ya rozetdə çiyin üzərində dolaşır. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanın zəncirində taxılmasına xüsusilə təntənəli hallarda yol verilir. Rozetdə çiyin üzərində onun Müqəddəs apostol Andrey Pervozvannı ordeninin işarəsi sağ çiynə keçirilir. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin ulduzu sinənin sol tərəfində, aşağıda orden kötükləri, orden özü solda yerləşir. Döyüş əməliyyatlarında fərqlənməyə görə nişanını və ulduz ordeni ilə təltif edilmiş Müqəddəs apostol Andrey Pervozvannı qılınclarla ilə verilir.
"Müqəddəs böyük Yekaterina" ordeni (Rusiya Federasiyası)
Müqəddəs böyük Yekaterina ordeni — Rusiya Federasiyasının dövlət mükafatı. == Tarixi == Müqəddəs böyük Yekaterina ordeni Rusiya Federasiyasının Prezidenti D. Medvedyevin 3 may 2012-ci il tarixli 573 saylı "Yaxşılıq Uğrunda" Müqəddəs böyük Yekaterina fərqlənmə nişanı və ordeninin təsis edilməsi haqqında" fərmanı ilə yaradılmışdır. == Ordeninin statutu == 1. Müqəddəs böyük Yekaterina ordeni yüksək dini-mənəvi mövqeyi ilə tanınmış və Rusiya Federasiyasının vətəndaşlarına və xarici dövlətlərin vətəndaşlarına sülhməramlı, humanitar və xeyriyyəçilik fəaliyyətində, mədəni irsinin qorunmasında verdiyi töhfəyə görə təqdim edilir. 2. Müqəddəs böyük Yekaterina ordeni lenti sinənin sağ tərəfində daşınır. Müqəddəs böyük Yekaterina ordeni lentini sinənin sağ tərəfində Rusiya Federasiyasının digər dövlət mükafatları ilə birlikdə daşımağa icazə verilir. Müqəddəs böyük Yekaterina ordeninin ulduzu çiynin sol tərəfində "Vətənə xidmətə görə" ordenin ulduzu altında daşınır. 3. Xüsusi hallarda Müqəddəs böyük Yekaterina ordeninin lentini sinənin sağ tərəfində daşınmasına icazə verilir.
"Suvorov" ordeni (Rusiya)
Suvorov ordeni — Rusiya Federasiyasının dövlət mükafatı. == Tarixi == Uşakov ordeni 1942-ci ildə SSRİ-də təsis edilib.SSRİ dağıldıqdan sonra orden Rusiya Federasiyası Ali Sovetinin 20 mart 1992-ci il tarixli 2557 saylı qərarı İlə Rusiya Federasiyasının dövlət mükafatlarının sistemində saxlanılmışdı. Lakin Rusiya Federasiyasının dövlət mükafatı 2010-cu ilə qədər nizamnaməyə və rəsmi təsvirə malik deyildi. Rusiya Federasiyası Prezidentinin 7 sentyabr 2010-cu il tarixli 1099 saylı "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında"fərmanı ilə nizamnamə və ordenin təsviri təsis edilmişdir.2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin nizamnaməsinə dəyişikliklər edilmişdi. 2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin statusunda dəyişikliklər edilərək hərbi birləşmələrin komandirləri və onların muavinləri, yüksək rütbəli ali zabit heyəti, hərbi təhsil təşkilatları və s. verilməsinə qərar verilmişdir. Rusiya Federasiyasının Prezidentinin 14 noyabr 2013-cü il tarixli 842 saylı fərmanı ilə general V. F. Marqelov adına Ryazan ali hava-desant komanda məktəbini Suvorov ordeni ilə mükafatlandırılıb. Prezident Putin 2013-cü il noyabrın 15-də ziyarət zamanı məktəbin bayrağına ordenin nişanını o şəxsən bərkitdi.8 avqust 2014-cü ildə 76-cı qvardiyanın Çerniqov Qırmızı Bayraqlı diviziyası Suvorov ordeniylə mükafatlandırılmışdır.
"Şərəf" ordeni (Rusiya)
Şərəf ordeni (rus. Орден Почёта) — Rusiya Federasiyasının dövlət mükafatıdır. == Ordeni ilə təltif edilmişdir == Rusiya prezidenti V. Putin və ordenlə təltif edilib — 2 qat Olimpiya çempionu Svetlana Xorkina. 8 iyun 2001-ci il Bax Şərəf Ordeninin Cəngavərləri İlk olaraq 1994-cü ildə 17-ci Qış Olimpiya Oyunlarının nəticələrinə görə mükafatlandırılan idmançılar və məşqçilər oldu.
102-ci Rusiya hərbi bazası
102-ci Rusiya hərbi bazası (rus. 102-я российская военная база, erm. Ռուսաստանի 102-րդ ռազմական բազա) — Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı hərbi bazası. Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. Hazırda şəxsi heyətinin 4000 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir. == Alayların təyinatı və şəxsi heyəti == 128-ci motoatıcı alay: Alay 3 motoatıcı tabor (biri BMP-2, biri BTR-80, biri isə avtotexnika), zenit divizionu (silahlanmasına ZSU-23-4 «Şilka», BRDM maşının bazasında «Strela» və ZU-23-2 ), özüyeriyən artilleriya divizionu («Qvozdika»), artilleriya divizionu (D-30 haubitsalar), tank bölüyü (T-72 tankları) olmaqla 750 nəfər şəxsi heyətdən ibarətdir.
1905-ci il Rusiya inqilabı
Rusiyada 1905-1907-ci illər inqilabı və ya Birinci rus inqilabı - XX əsrdə, eyni zamanda Rusiyada ilk inqilab. Bu inqilabın qarşısında mütləqiyyətin devrilməsi, təhkimçiliyin qalıqlarının ləğv edilməsi dururdu. == İnqilabın ilkin şərtləri == Mülkədar torpaq sahibkarlığı təhkimçiliyin qalıqlarının əsası idi. Buna görə aqrar məsələ rus burjua-demokratik inqilabının mərkəzi məsələsi idi və onun milli xüsusiyətini müəyyən edirdi. Öz obyektiv mahiyətinə görə bu inqilab burjua inqilabı idi. Ancaq hərəkətverici qüvvələri baxımından o əvvəlki burjua inqilablarından fərqlənirdi. Bu inqilabın xüsusiyəti daxilində iki sosial ziddiyətin çulğaşmasında idi: 1) Ümumdemokratik hərəkat, çar mütləqiyyətinə qarşı, demokratik təsisatlar, təmsilçilik və başqa siyasi hüquqlar uğrunda mübarizə. 2) Proletariatla burjuaziya arasında yaranmaqda olan kəskin ziddiyətlər. Rusiyanın əhalisinin əksəriyyəti, təhkimçilik qalıqlarından əziyyət çəkən kəndlilər idi. Yaranmaqda olan kənd burjuaziyası, tamamilə mülkədarların əlində olan hakimiyətdə təmsil olunmurdular.
1905 Rusiya inqilabı
Rusiyada 1905-1907-ci illər inqilabı və ya Birinci rus inqilabı - XX əsrdə, eyni zamanda Rusiyada ilk inqilab. Bu inqilabın qarşısında mütləqiyyətin devrilməsi, təhkimçiliyin qalıqlarının ləğv edilməsi dururdu. == İnqilabın ilkin şərtləri == Mülkədar torpaq sahibkarlığı təhkimçiliyin qalıqlarının əsası idi. Buna görə aqrar məsələ rus burjua-demokratik inqilabının mərkəzi məsələsi idi və onun milli xüsusiyətini müəyyən edirdi. Öz obyektiv mahiyətinə görə bu inqilab burjua inqilabı idi. Ancaq hərəkətverici qüvvələri baxımından o əvvəlki burjua inqilablarından fərqlənirdi. Bu inqilabın xüsusiyəti daxilində iki sosial ziddiyətin çulğaşmasında idi: 1) Ümumdemokratik hərəkat, çar mütləqiyyətinə qarşı, demokratik təsisatlar, təmsilçilik və başqa siyasi hüquqlar uğrunda mübarizə. 2) Proletariatla burjuaziya arasında yaranmaqda olan kəskin ziddiyətlər. Rusiyanın əhalisinin əksəriyyəti, təhkimçilik qalıqlarından əziyyət çəkən kəndlilər idi. Yaranmaqda olan kənd burjuaziyası, tamamilə mülkədarların əlində olan hakimiyətdə təmsil olunmurdular.
2015 Rusiya Su-24 təyyarəsinin vurulması
Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması — 24 noyabr 2015-ci il tarixində Türkiyə ilə Suriya sərhədinin yaxınlığlnda Türkiyə hərbi hava qüvvələrinin F-16 qırıcı təyyarəsi tərəfindən Rusiyanın Su-24 bombardmançı təyyarəsinin vurulması. == Hadisənin məzmunu == Türkiyə Silahlı Qüvvələrinin açıqladığı radar analizinə görə, Rusiyaya məxsus təyyarə Türkiyə hava sərhədini pozaraq Türkiyə üçün təhlükə yaradıb. Türkiyə silahlı qüvvələri Su-24 təyyarəsi tərəfindən hava sərhədinin pozulduğu vaxt 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyini bildirib. Rusiya Müdafiə Nazirliyi isə Su-24 təyyarəsinin Suriya hava sərhədi daxilində uçduğunu bildirib. Pilotlar paraşütlə tullanaraq təyyarədən evakuasiya olunsalar da, onlardan biri – Su-24 təyyarəsinin pilotu polkovnik-leytenant Oleq Peşkov yerli türkmanların yerdən açdıqları atəşlə havada öldürülüb. Kapitan Konstantin Muraxtin isə sağ tapılaraq Suriyadakı Rusiya hərbi bazasına aparılıb. Rusiya prezidenti Vladimir Putin Oleq Peşkova ölümündən sonra Rusiya Qəhrəmanı adını verib. Ertəsi gün Rusiyanın Su-24 təyyarəsinin vurulması ilə bağlı Türkiyənin Moskvadakı diplomatik missiyasının qarşısına toplaşan yüzlərlə aksiya iştirakçısı səfirlik binasına yumurta, daş, butulka və boya qutuları atıblar. Səfirliyin bir neçə pəncərəsi sındırılıb. Polis aksiyaya müdaxilə etməyib və iştirakçılar arasında saxlanılan olmayıb.
2015 Rusiya meşə yanğınları
2015 Rusiya meşə yanğınları (rus. Лесные пожары в Сибири (2015), ing. 2015 Russian wildfires) - Rusiyanın cənubi Sibir ərazilərində 12-16 aprel aralığında baş vermiş meşə yanğınları. Baş verən yanğınlar nəticəsində Xakasiya Respublikasında yaşayan 29 nəfər həlak olmuş 6.000 dən çox şəxs isə evsiz qalmışdır. Eyni zamanda Zabaykal diyarının inzibati mərkəzi olan Çita şəhəri yaxınlığında yerləşən meşədə yanğın nəticəsində 4 nəfər həlak olmuşdur. Yanğının Daxili Monqolustan Muxtar Rayonu ərazisinə qədər yayıldığı raport edilmişdir.
2016 Rusiya Müdafiə Nazirliyi Tu-154 qəzası
2016 Rusiya Müdafiə Nazirliyi Tu-154 qəzası, 25 dekabr, 2016-cı il tarixində Moskva saatı ilı (UTC+3) 05:50-də Tupolev Tu-154 tipli təyyarə ilə Moskvadan Latakiyaya gedən Qızıl Ordu heyətindən 65 musiqiçi, jurnalist və əsgərləri daşıyan təyyarənin qəzası. Rusiya Müdafiə Nazirliyinin ilkin məlumatlarına əsasən Tu-154 təyyarəsindən kimsə xilas oluna bilinməyib. Təyyarədə ümumi olaraq 93 nəfərin olduğu rəsmi olaraq açıqlanmışdır.
Akmola vilayəti (Rusiya imperiyası)
Aqmola vilayəti (rus. Акмо́линская область), 1918—1920 illərdə Omsk vilayəti (rus. Омская область) — Rusiya imperiyasının inzibati ərazi vahidi.
Aleksandr Nevski ordeni (Rusiya)
"Aleksandr Nevski" ordeni — Rusiya Federasiyasının dövlət mükafatı. == Tarixi == 1725-ci ildən 1917-ci ilədək Rusiya imperiyasının Müqəddəs Aleksandr Nevski ordeni var idi, SSRİ-də isə Aleksandr Nevski ordeni1942-ci ildən 1991-ci ilədək mövcud olmuşdur. Müqəddəs Aleksandr Nevski ordeni 1725-ci ildə I Yekaterina tərəfindən təsis edilib. Həm hərbi, həm də mülki şəxslərin mükafatlandırılması üçün də nəzərdə tutulub. 1917-ci ildə çar ordenI başqa ordenlərlə birlikdə ləvğ edildi. Aleksandr Nevski ordeni 29 iyul 1942-ci ildə SSRİ komanda heyətinin mükafatlandırılması üçün Qırmızı Ordunun hərbi ordeni kimi təsis edilmişdir. Sovet İttifaqı dağıldıqdan sonra ordeni 1992-ci il 2 mart tarixli Rusiya Federasiyası Ali Sovetinin Qərarı İlə və "Rusiya Federasiyasının dövlət mükafatı Haqqında" 20 mart 1992-ci il tarixli 2424–1 saylı Fərmanı İlə Rusiya Federasiyasının Ali Soveti Rəyasət Heyətinin Rusiya Federasiyasının dövlət mükafatları sistemində 2557-I saylı qərarı ilə saxlanıldı. Lakin, Rusiya Federasiyasının dövlət mükafatı kimi rəsmi statutu və təsviri olmayıb, təltif olunması dövlət tərəfindən həyata keçirilməyib. "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında" 7 sentyabr 2010-cu il tarixli 1099 saylı fərmanı ilə Rusiya Federasiyasının Prezidenti D. Medvedevin gostərişi ilə, Aleksandr Nevski ordeni Rusiya Federasiyasının dövlət mükafatı sisteminə yenidən daxil olur, habelə onun statutu və təsviri təsdiq edilir. Aleksandr Nevski ordeni olaraq Rusiya Federasiyasının ordeni inqilabdan əvvəlki dizaynı ifadə edir.
Almaniya–Rusiya münasibətləri
Almaniya–Rusiya münasibətləri — Almaniya Federativ Respublikası ilə Rusiya Federasiyası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Rusiya-Almaniya münasibətlərinin çoxəsrlik bir tarixi var. İlk ticarət və sülalə əlaqələri Qədim Rusiya dövləti ilə Müqəddəs Roma İmperiyası arasında mövcud olmuşdur. I Pyotrun dövründə alman alimləri, sənətkarları və hərbi qulluqçuları böyük həvəslə Rusiyaya dəvət edilir və onlara mühüm imtiyazlar verilirdi. Romanovların imperator ailəsi kiçik alman knyazlıqları ilə sülalə nikahlarına girir və III Pyotrdan Romanovlar sülaləsi şəcərə qaydalarına görə Holşteyn-Qottorp-Romanovlar adlanırdı. Böyük Yekaterina kimi tanınan alman şahzadəsi Anhalt-Zerbst Sofiya Frederika 34 il Rusiyanı imperatriça kimi idarə etmişdi. Onun təşəbbüsü ilə çoxlu sayda alman sakinləri Rusiyaya dəvət edilmiş, sonralar onlar rus almanları adlandırılmış və onlar az məskunlaşmış torpaqlarda məskunlaşmışdılar. 1871-ci ildə Prussiyanın aparıcı rolu ilə elan edilmiş vahid alman dövləti olan Almaniya İmperiyası Avstriya-Macarıstanla birlikdə Rusiyanın Avropada təsirinin genişlənməsinə qarşı çıxdı. Almaniya kansleri Otto fon Bismark 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinin nəticələrinin Rusiya üçün əhəmiyyətli dərəcədə məhdudlaşdırıldığı Berlin Konqresinin təşkilatçısı idi. XX əsrin əvvəllərində Avropanın iki hərbi-siyasi bloku - Üçlər ittifaqı (Almaniya, Avstriya-Macarıstan və İtaliya) və Antanta (Rusiya, Fransa və Böyük Britaniya) arasında ziddiyyətlər kulminasiya nöqtəsinə çatdı və Birinci Dünya Müharibəsi başlandı.
Amerika-Rusiya ticarət şirkəti
Amerika-Rusiya ticarət şirkəti (hərdən Rus Amerikası ticarət şirkəti), ARTŞ (ing. American Russian Commercial Company, ARCC) — Amerika səhmdar şirkəti. == Müəssisə == 1852-ci ilin payızında (digər mənbələrə görə — 1853-cü ildə ) bir qrup San-Fransisko taciri tərəfindən Rus Amerikasından (Alyaska bölgələri) Kaliforniyaya çatdırılan buzun satılması məqsədi ilə qurulmuşdur. Amerika Birləşmiş Ştatlarının bu bölgəsində çatışmazlıq və bu səbəbdən böyük mənfəət vəd etdi. Şirkət bir müddət "Buz" da adlandırıldı. ARTŞ yaradılmadan əvvəl buz Cənubi Amerikanın cənub ucundan böyük çətinliklərlə Kaliforniyaya nəql edildi. Şirkətin ilk prezidenti Beverli Şyun Sanders (ing. Sanders, Beverly Chune) (1808–1883) idi. Şirkəti qurmağa kömək edən Rus-Amerikan Şirkətinin (RAŞ) agenti Peter S. Kostromitinov və gələcəkdə Rusiyanın San-Fransiskodakı Konsulu Peter S. Kostromitinova görə, yeni şirkətin iş şərtləri "olduqca faydalı idi" "RAŞ üçün, sonuncudan bəri," kapital xərcləmədən və heç bir şey risk etmədən, təxmini hesablamalara görə, ona 2.50 dollardan çox olmayan bir ton üçün 25 dollar dəyirmi bir rəqəm aldı ". == ARTŞ və Krım müharibəsi == Krım müharibəsi zamanı RAŞ rəhbərliyi, Sakit okean sahili boyunca nisbətən qorunmayan müstəmləkələrin və ticarət gəmilərinin İngilis Hudzon körfəzi şirkəti (hücumları Kanadanın qərbində, xüsusən də Vankuver Adasında) tərəfindən olacağından qorxurdu.
Aqmola vilayəti (Rusiya imperiyası)
Aqmola vilayəti (rus. Акмо́линская область), 1918—1920 illərdə Omsk vilayəti (rus. Омская область) — Rusiya imperiyasının inzibati ərazi vahidi.
Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyası
Azərbaycan-Rusiya futbol matçlarının siyahısı
== Kişilər == === A milli === 28.03.2009 Moskva DÇ Rusiya – Azərbaycan 2:0 14.10.2009 Bakı DÇ Azərbaycan – Rusiya 1:1 16.10.2012 Moskva DÇ Rusiya – Azərbaycan 1:0 15.10.2013 Bakı DÇ Azərbaycan – Rusiya 1:1 03.09.2014 Moskva DÇ Rusiya – Azərbaycan 4:0 === U-21 === 17.11.2015 Bakı AÇSO Azərbaycan – Rusiya 3:0 24.03.2016 Rostov-na-Donu AÇSO Rusiya – Azərbaycan 2:2 === U-19 === 29.09.2005 Berburq, Lüksemburq AÇSO Rusiya – Azərbaycan 3:0 07.01.2009 Sankt-Peterburq BT Rusiya – Azərbaycan 2:0 05.01.2012 Sankt-Peterburq BT Sankt-Peterburq – Azərbaycan 1:2 04.01.2015 Sankt-Peterburq, Rusiya BT Rusiya-2 – Azərbaycan 2:4 07.01.2015 Sankt-Peterburq BT Sankt-Peterburq – Azərbaycan 4:2 22.03.2018 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya 0:4 25.03.2018 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya 0:1 20.03.2019 Krasnodar, Rusiya AÇSO e.r., Rusiya – Azərbaycan 0:0 === U-18 === 01.10.2000 AÇSO Rusiya – Azərbaycan 10:0 22.03.2018 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya -:- ??.03.2018 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya -:- === U-17 === 26.10.2005 Kfar-Sava, İsrail AÇSO Rusiya – Azərbaycan 1:1 01.10.2007 AÇSO Rusiya - Azərbaycan 1:1 23.09.2013 Volqoqrad, Rusiya AÇSO Rusiya – Azərbaycan 1:0 18.02.2015 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya 1:2 20.02.2015 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya 2:4 23.06.2015 Astana BT Rusiya-2 – Azərbaycan 0:1 23.02.2016 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya 1:5 25.02.2016 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya 1:0 11.08.2016 Çimkənd, Qazaxıstan BT Rusiya-2 – Azərbaycan 1:12 20.02.2010 Minsk BT Rusiya – Azərbaycan 1:0 === U-16 === 27.03.2015 Matozinyuş, Portuqaliya BT Rusiya – Azərbaycan 1:0 === Klublar === 27.01.1993 Moskva, Rusiya, Birlik Kuboku, Spartak M. – Neftçi 8:0 30.01.1995 Moskva, Rusiya, Birlik Kuboku, Spartak M. – Neftçi 5:0 25.01.1997 Moskva, Rusiya, Birlik Kuboku, Spartak M. – Neftçi 4:2 27.07.2004 Bakı, Azərbaycan, UEFA ÇL, Neftçi – ÇSKA 0:0 04.08.2004 Moskva, Rusiya, UEFA ÇL, ÇSKA – Neftçi 2:0 23.01.2005 Moskva, Rusiya, Birlik Kuboku, Lokomotiv – Neftçi 2:1 08.01.2009 Antalya, Türkiyə, YO, Spartak Nalçik – Xəzər Lənkəran 1:2 13.01.2009 Antalya, Türkiyə, YO, İnter Bakı – Tom 1:0 19.01.2010 Antalya, Türkiyə, YO, Xəzər Lənkəran – Vityaz 1:0 19.01.2011 Antalya, Türkiyə, YO, Neftçi – SKA-Energiya 1:1 21.01.2011 Sankt-Peterburq, Rusiya, Birlik Kuboku, Zenit - İnter Bakı 0:5 06.03.2011 Antalya, Türkiyə, YO, Qarabağ – SKA-Energiya 3:1 23.01.2011 Antalya, Türkiyə, YO, Spartak Moskva – Xəzər Lənkəran 3:1 18.01.2012 Sankt Peterburq, Rusiya BT Sozvezdiye (U-14) - Neftçi (U-14) 0:1 03.02.2012 Antalya, Türkiyə, BT, Terek – Neftçi 0:3 03.07.2012 Antalya, Türkiyə, YO, Kuban – Neftçi 2:0 25.10.2012 Kazan, Rusiya, UEFA AL QM, Rubin – Neftçi 1:0 08.11.2012 Bakı, Azərbaycan, UEFA AL QM, Neftçi – Rubin 0:1 19.01.2013 Antalya, Türkiyə, YO, Neftçi – Rotor Volqoqrad 1:0 19.01.2013 Antalya, Türkiyə, YO, Qarabağ – Ural 3:2 25.01.2013 Antalya, Türkiyə, YO, Qəbələ – Tom 1:1 22.06.2013 Tirol, Avstriya YO İnter Bakı – Krasnodar 0:0 24.06.2013 Qızılcahamam, Türkiyə YO Mordoviya – Qarabağ 3:1 27.06.2013 Qızılcahamam, Türkiyə YO Mordoviya – Qarabağ 1:1 27.06.2013 Leoqanq, Avstriya YO İnter Bakı – Anji 0:1 28.06.2013 Tirol, Avstriya YO Neftçi – Volqa 0:1 30.06.2013 Antalya, Türkiyə YO Simurq – Spartak Nalçik 0:1 09.07.2013 Tirol, Avstriya YO Neftçi – Terek 0:0 22.01.2014 Antalya, Türkiyə YO Qəbələ – Volqa 0:0 28.06.2014 Xoxfilsen, Avstriya, YO, Qarabağ – Krasnodar 0:1 26.07.2014 Avstriya YO Amkar – Simurq 4:1 27.07.2014 Sloveniya YO Xəzər Lənkəran – Arsenal (Tula) 2:1 22.01.2015 Antalya YO Neftçi-2 – Rubin-2 1:4 23.01.2015 Antalya YO Qəbələ – Kuban 0:2 23.01.2015 Antalya YO Neftçi-2 – Dinamo Moskva-2 1:2 29.01.2015 Antalya YO Qarabağ – Mordoviya 0:0 07.07.2015 Avstriya YO Qarabağ – Lokomotiv Moskva 2:2 30.09.2015 Moskva, Rusiya UEFA GL Spartak Moskva (U-19) - Rəvan (U-19) 4:0 01.10.2015 Krasnodar, Rusiya UEFA AL Krasnodar - Qəbələ 2:1 14.10.2015 Krasnodar, Rusiya BT Puls Yakutsk (U-14) - Neftçi (U-14) 1:2 16.10.2015 Krasnodar, Rusiya BT Nadejda Krasnodar (U-14) - Neftçi (U-14) 2:3 21.10.2015 Bakı, Azərbaycan UEFA GL Rəvan (U-19) - Spartak Moskva (U-19) 0:0 10.12.2015 Bakı, Azərbaycan UEFA AL Qəbələ - Krasnodar 0:3 28.06.2016 Avstriya YO Zenit - Qarabağ 0:1 21.09.2016 Qəbələ UEFA GL Qəbələ (U-19) - Dinamo Moskva (U-19) 0:2 19.09.2016 Moskva UEFA GL Dinamo Moskva (U-19) - Qəbələ (U-19) 5:0 17.01.2017 Antalya, Türkiyə YO Neftçi – Tosno 2:2 21.01.2017 Antalya, Türkiyə YO İnter Bakı – Orenburq 1:1 15.06.2017 İnnsburk, Avstriya YO Axmat – Qəbələ 1:0 20.06.2017 İnnsburk, Avstriya YO Axmat – Qarabağ 1:0 28.06.2017 Tirol, Avstriya YO Dinamo Moskva – Qarabağ 1:0 17.01.2018 Antalya, Türkiyə YO Qarabağ – Kuban 2:2 22.01.2018 Antalya, Türkiyə YO Neftçi – SKA-Xabarovsk 1:8 27.01.2018 Antalya, Türkiyə YO Neftçi – Krılya Sovetov 0:2 27.01.2018 Antalya, Türkiyə YO Qəbələ – Arsenal Tula 3:3 30.01.2018 Antalya, Türkiyə, YO, Zirə – Avanqard 0:3 31.01.2018 Antalya, Türkiyə YO Sumqayıt – Anji 0:1 01.02.2018 Antalya, Türkiyə YO Keşlə – Yenisey 1:1 28.08.2018 Astana, Qazaxıstan BT Azərbaycan (U-17) – Krasnodar (U-17) 0:3 20.01.2019 Antalya, Türkiyə YO Qəbələ – Yenisey 2:2 22.01.2019 Antalya, Türkiyə YO Azərbaycan (U-19) – Krasnodar-3 1:1 24.01.2019 Antalya, Türkiyə YO Azərbaycan (U-21) – Spartak Moskva-2 0:0 25.01.2019 Antalya, Türkiyə YO Keşlə – Çertanovo 1:0 26.01.2019 Antalya, Türkiyə YO Zirə – Tambov 2:0 30.01.2019 Antalya, Türkiyə YO Azərbaycan (U-19) – Dinamo-2 -:- 20.06.2019 Topuk yaylası, Türkiyə YO Neftçi – SKA-Xabarovsk 3:1 28.06.2019 Avstriya YO Ufa - Qarabağ 1:2 25.07.2019 Tula, Rusiya UEFA AL Arsenal Tula - Neftçi 0:1 01.08.2019 Bakı, Azərbaycan UEFA AL Neftçi - Arsenal Tula 3:0 18.12.2019 Bakı, Azərbaycan YO Zirə (U-17) - Kazan (U-17) 1:1 18.01.2020 Antalya, Türkiyə YO Qəbələ – Çayka 3:0 21.01.2020 Antalya, Türkiyə YO Sabah – Spartak Moskva-2 2:2 22.01.2020 Antalya, Türkiyə YO Keşlə – Arsenal Tula 1:2 29.06.2021 Fillax, Avstriya YO Neftçi – Spartak Moskva 2:1 11.07.2021 Kirxdorf, Avstriya YO Qarabağ – Arsenal Tula 0:1 22.07.2021 Soçi, Rusiya UEFA KL Soçi - Keşlə 3:0 29.07.2021 Bakı, Azərbaycan UEFA KL Keşlə - Soçi 2:4 17.01.2023 Antalya, Türkiyə YO Sumqayıt – Krılya Sovetov 0:1 01.07.2023 Sankt-Peterburq, Rusiya BT Zenit - Neftçi 3:1 15.07.2023 Türkiyə YO Qəbələ - Orenburq 1:1 18.07.2023 Moskva, Rusiya YO Spartak Moskva - Neftçi 2:0 18.11.2023 Bakı, Azərbaycan YO Neftçi - Zenit 2:1 == Qadınlar == === A milli === 17.09.2021 Krımsk, Rusiya AÇSO Rusiya - Azərbaycan 2:0 25.11.2021 Bakı, Azərbaycan BT Azərbaycan - Rusiya 0:4 === U-21 === === U-19 === 20.10.2012 Krımsk, Rusiya AÇSO Rusiya - Azərbaycan 5:0 11.03.2013 Soçi, Rusiya BT Rusiya - Azərbaycan 0:1 22.03.2014 Soçi, Rusiya BT Rusiya - Azərbaycan 3:0 20.03.2017 Soçi, Rusiya BT Rusiya - Azərbaycan 1:0 01.03.2019 Soçi, Rusiya BT Rusiya - Azərbaycan 7:0 === U-18 === 16.05.2014 Bakı, Azərbaycan BT Azərbaycan - Rusiya 1:4 === U-17 === 12.02.2014 Antalya, Türkiyə YO Azərbaycan - Rusiya 2:0 25.04.2018 Bakı, Azərbaycan YO Azərbaycan - Rusiya (U-16) 0:2 28.04.2018 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya (U-16) 0:1 === Klublar === == Futzal == === A milli === 27.03.2012 Bakı, Azərbaycan DÇSO (p/o), Azərbaycan – Rusiya 2:3 09.04.2012 Tümen, Rusiya DÇSO (p/o), Rusiya - Azərbaycan 2:2 09.02.2016 Belqrad, Azərbaycan AÇ Rusiya – Azərbaycan 6:2 02.11.2017 Slovakiya YO Azərbaycan (U-17) – Rusiya (U-17) 0:20 04.12.2017 İsfahan, İran BT Azərbaycan – Rusiya 3:4 22.09.2019 Həştərxan, Rusiya BT, Rusiya - Azərbaycan 2:1 30.01.2020 Osiek, Xorvatiya DÇER, Azərbaycan – Rusiya 4:3 === Klublar === 19.11.2014 Pardubiçe, Çexiya UK Dinamo Moskva - Araz Naxçıvan 5:4 24.11.2016 Zaqreb, Xorvatiya UK Qazprom-Yuqra - Araz Naxçıvan 4:0 == Çimərlik futbolu == === A milli === 12.05.2015 Moskva, Rusiya BT, Rusiya – Azərbaycan 9:5 13.05.2015 Moskva, Rusiya BT, Rusiya-2 – Azərbaycan 7:1 20.07.2018 Moskva, Rusiya BT, Rusiya – Azərbaycan 8:3 05.07.2019 Nazare, Portuqaliya BT, Rusiya – Azərbaycan 3:3 pen.
Azərbaycan-Rusiya sərhədi
Azərbaycan-Rusiya sərhədi — Azərbaycan və Rusiya arasında dövlətlərarası sərhəd. Sərhəddin uzunluğu 327,6 km (55,2 km çay, 272,4 km quru) quru sərhəddi, 22,4 km isə dəniz sərhəddidir. Sərhəddə Rusiya Federasiyasının ən ucqar cənub nöqtəsi yerləşir. 1991-ci ildə Rusiya ilə Azərbaycan haqqında bu sərhəd dəqiqləşib. Rusiya ilə Azərbaycan arasında avtomobil, dəmir və piyada keçidləri müxtəlif hissələrdə yerləşir. Onlardan biri dağlıq və dağətəyi zonadakı (Samurçay üzərindən), digəri isə aşağıdan (Samurçayın deltasının üzərindən) keçir. Keçmiş sərhəddə isə iki Rusiya eksklavası Xraxoba və Uryanobadır. Azərbaycan sərhəddi daxilində etnik qruplardan ləzgilər yaşayır. Sərhəd haqqında Azərbaycan və Rusiya ilə 2010-cu ildə müqavilə bağlanıb. Sərhəd çayı olan Samurçaydan suvarmada istifadə olunur.
Ağ qvardiya (Rusiya)
Ağ qvardiya (rus. Бѣлая Армія/Белая гва́рдия) — Rusiyada vətəndaş müharibəsi və xarici hərbi müdaxilə illərində Rusiya dövlətinə bağlı hərbi hissələr. Bu hərbi hissələr bolşeviklərə bağlı Qızıl Orduya qarşı vuruşmuşdur. == Qeydlər == == İstinadlar == == Əlavə ədəbiyyat == Osipov, Yury. White Armies. Moscow: Great Russian Encyclopedia. 2005. səh. 268. ISBN 5-85270-331-1.
Birinci Rusiya inqilabı
Rusiyada 1905-1907-ci illər inqilabı və ya Birinci rus inqilabı - XX əsrdə, eyni zamanda Rusiyada ilk inqilab. Bu inqilabın qarşısında mütləqiyyətin devrilməsi, təhkimçiliyin qalıqlarının ləğv edilməsi dururdu. == İnqilabın ilkin şərtləri == Mülkədar torpaq sahibkarlığı təhkimçiliyin qalıqlarının əsası idi. Buna görə aqrar məsələ rus burjua-demokratik inqilabının mərkəzi məsələsi idi və onun milli xüsusiyətini müəyyən edirdi. Öz obyektiv mahiyətinə görə bu inqilab burjua inqilabı idi. Ancaq hərəkətverici qüvvələri baxımından o əvvəlki burjua inqilablarından fərqlənirdi. Bu inqilabın xüsusiyəti daxilində iki sosial ziddiyətin çulğaşmasında idi: 1) Ümumdemokratik hərəkat, çar mütləqiyyətinə qarşı, demokratik təsisatlar, təmsilçilik və başqa siyasi hüquqlar uğrunda mübarizə. 2) Proletariatla burjuaziya arasında yaranmaqda olan kəskin ziddiyətlər. Rusiyanın əhalisinin əksəriyyəti, təhkimçilik qalıqlarından əziyyət çəkən kəndlilər idi. Yaranmaqda olan kənd burjuaziyası, tamamilə mülkədarların əlində olan hakimiyətdə təmsil olunmurdular.
Boris Yeltsin adına Qırğızıstan-Rusiya Slavyan Universiteti
Boris Yeltsin adına Qırğızıstan-Rus Slavyan Universiteti — Qırğızıstan Respublikası və Rusiya Federasiyasının birgə tabeliyində olan ali təhsil müəssisəsi. Universitet Qırğızıstanın paytaxtı Bişkekdə yerləşir. Rusiya Universitetləri Birliyinin üzvü. == Tarixi == Qırğızıstan-Rusiya Slavyan Universiteti 1993-cü ildə Qırğızıstan Respublikası ilə Rusiya Federasiyası arasındakı Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinə (Moskva, 10 iyun 1992) uyğun olaraq Qırğızıstan Respublikası Prezidentinin Fərmanı ilə ( Bişkek, 28 sentyabr 1992.) Və Qırğızıstan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında Qırğız-Rus Slavyan Universitetinin yaradılması və fəaliyyət şərtlərinə dair bir razılaşma (Bişkek, 09.09.1993), Hökumət Qərarı Rusiya Federasiyası (Moskva, 23.02.1994, No 149.), 14 fevral 1994-cü il tarixli 326-128 / 1 saylı, Rusiya Federasiyası Ali Təhsil üzrə Dövlət Komitəsi sədrinin və Qırğızıstan Respublikasının Təhsil və Elm Naziri. İlk 200 tələbə 1993-cü ildə universitetin qapısına girdi. 1997-ci ildə məzuniyyət bakalavr tezislərinin ilk müdafiələri, bir il sonra 1998-ci ildə ilk diplom işlərinin müdafiələri baş verdi. 2004-cü ildə Qırğızıstan Respublikası Prezidentinin fərmanı ilə Universitetə ​​Qırğızların yaradılmasına verdiyi böyük şəxsi töhfəyə görə xüsusi minnətdarlıq və hörmət əlaməti olaraq Rusiya Federasiyasının ilk Prezidenti Boris N. Yeltsinin adı verildi. -Rusiya Slavyan Universiteti. Mövcud olduğu illər ərzində QRSU, 50 ən yaxşı tələbəyə fərdi təqaüd şəklində əhəmiyyətli maliyyə dəstəyi verən, universitetin müasir təhsil avadanlığı ilə təchiz olunmasına kömək edən Yeltsin Fondu ilə daim sıx əlaqələr qurdu. Yeltsin Fondunun köməyi ilə rus dilində şagird və məktəb olimpiadaları, MDB məkanında vahid təhsil məkanının qorunub saxlanmasına dair beynəlxalq elmi və praktik konfranslar keçirildi.

Digər lüğətlərdə