Sökmənabad mahalı
Sökmənabad mahalı — Xoy xanlığının mahalı. Ələnd mahalının şimalında yerləşirdi. Uzun müddət Xoyb xanlığında hakimiyyətdə olan Dünbüli tayfa başçılarının ilk məskəni kimi tanınırdı.
Sahəsi —
Əhalisi —
Yaranması — 1747-ci il
Paytaxtı— Sökmənabad kəndistanı
Sərhədləri —
1725-ci ildə Osmanlı İmperiyasının Azərbaycan vilayətinin Xoy livasının nahiyəsi
Şərəf xan yazır ki, Şah I Təhmasib(1524—1576) Xoy və
Sökmənabad şəhərlərinin, eləcə də onların ətraf ərazilərinin
idarəçiliyini dümbülü tayfasına vermişdi və onların
hakimliyi atadan oğula keçirdi. Bu imtiyaz Şah Təhmasibin
oğlu Məhəmməd Xudabəndənin (1578—1587) dövründə
də davam etmişdir. Dümbülü tayfasının əmiri Hacı bəyin
vəfatından sonra Məhəmməd Xudabəndə onun oğlu Əli
bəyi bu vəzifəyə
təyin edir, Süleyman-Saray mahalını və
Abanay mahalının
yarısını da onun idarəsinə verir. Müəllif
yazır: “O, (Əli bəy-N.Ə.) həmin vilayətin əmiri olaraq
Şərurda bir neçə il yoxsulluq içində yaşadı. Çünki həmin
vilayət qarmaqarışıqlıqlar
nəticəsində süquta uğramış və
boşalmışdı, heç bir gəlir vermirdi. Naxçıvana tabe olan
Şərur və Dərəyi Əlkisin vergilərindən müəyyən məbləğ
alırdı və burada, Şərurda da öldü” (Ş.Bidlisi, “Şərəfnamə”,
I c., M, 1967, səh 362).