SÜMÜK

SÜMÜK O, yoluna güllər atar, sənsə ona güllələr; Sümüyündən ağ sarayda düzəldərsən pillələr (S.Rüstəm); GƏMİK [Cavad:] Bu gün zavallı zövcəm yatağıma yaklaşarak quru, gəmik əllərimi əlləri içində oxşayaraq: “Quzum, Cavad, indi maşallah yaxşısan” – dedi (A.Şaiq).

SÜMSÜ
SÜNBÜL
OBASTAN VİKİ
Sümük
Sümük — Çox sayda toxumadan ibarət olan canlı orqanizm üzvü. Sümük dayaq-mexaniki və qoruyucu funksiyalarını yerinə yetirir. O, onurğa skeletinin əsas tərkib hissəsi sayılır. == Kimyəvi tərkibi == Sümüyün tərkibinə həm üzvi, həm də qeyri-üzvi maddələr daxildir. Birincinin miqdarı orqanizmin yaşından asılıdır və cavan orqanizmlərdə o daha çox olur. Buna görə də cavan orqanizmlərin sümüyü elastiki və yumşaqdır. Yaşlılarda isə əksinə, sümük getdikcə bərkləşir. Sümükdə olan bu hər iki maddə onurğalıların qruplarında fərqlənirlər. Məsələn, dərin sualarda yaşayan balıqların sümüklərində minerallar azdır, ona görə də onların sümüyü yumşaq və laylı olur. Böyük insanlarda mineralların miqdarı (əsasən də ümumi çəkinin 60-70%-ni təşkil edir, üzvi maddələr (əsasən kollaqen I) isə 30-40 % civarındadır.
Noxudabənzər sümük
Noxudabənzər sümük (lat. os pisiforme) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun üçvəcli sümüyə məxsus arxa səthi vardır. Bu sümük aşağı doğru çıxıqdır və bayır tərəfdə şırıma malikdir.
Qarmaqlı sümük
Qarmaqlı sümük (lat. os hamatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun aypara sümüyə məxsus yuxarı, İV və V daraq sümüklərinə məxsus aşağı, üçvəcli sümüyə məxsus basıq içəri və başlı sümüyə məxsus hamar bayır səthi vardır.
Qayığabənzər sümük
Qayığabənzər sümük (lat. os scaphoideum, os naviculare manus — BNA) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun mil sümüyünə məxsus çıxıq səthi, trapesiyayabənzər, trapesiyaşəkilli, başlı sümüklərə məxsus aşağı və Aypara sümüyə məxsus içəri oynaq səthləri vardır. Qayığabənzər sümüyün bayır tərəfində lat. tuberculum ossis scaphoidei, tuberculum ossis navicularis — BNA adlı qabarcığa təsadüf edilir.
Sümük birləşmələri
Onurğa sütunu 27 sümüklə birləşib: 24 qabırğa, 2 çanaq, 1 ənsə sümüyü Döş qəfəsi 4 sümüklə birləşib: 2 körpücük, 7-ci boyun fəqərəsi, 1-ci bel fəqərəsi. Çiyin qurşağı 3 sümüklə birləşib: 2 bazu, 1 döş sümüyü. Kürək sümüyü 2 sümüklə birləşib: 1 körpücük, 1 bazu. Körpücük sümüyü 2 sümüklə birləşib: 1 kürək, 1 döş sümüyü. Bazu sümüyü 3 sümüklə birləşib: 1 kürək, 1 mil, 1 dirsək. Bud sümüyü 3 sümüklə birləşib: 1 çanaq, 1 qamış, 1 diz qapağı. Döş fəqərələri 4 sümüklə fəqərə və qabırğalar, axırıncı büzdüm fəqərəsi 1 sümüklə, yerdə qalan fəqərələr 2 sümüklə birləşib. Oma fəqərələri 4 sümüklə birləşir. Tək sümük birləşmələri: 2 diz qapağı, 4 qabırğa, 4 qulaq sümüyü, 20 ədəd axırıncı barmaq falanqası, 1 ədəd axırıncı büzdüm fəqərəsi. Gövdə skletində 5 sümük tək sümüklə birləşib: 4 qabırğa, 1 büzdüm sümüyü.
Sümük iliyi
Sümük iliyi — Qanın bütün formalı elementləri — Eritrositlər,trombositlər və leykositlər sümük iliyində ümumi sələf hüceyrələrindən yaranırlar. Sümük iliyində qanyaradıcı toxumalar venoz sinusoidlərlə məhdudlaşmış hüceyrələr yığımından təşkil olunmuşdur.Onlar radial şəkildə yerləşmişlər və mərkəzi sinusoidə açılırlar.Müxtəlif tipli hüceyrələr bu toxumalarda adacıqlar əmələ gətirirlər.Plüripatent kötük hüceyrələrinin əksəriyyəti sümük iliyi kanalı boşluğunun periferik təbəqəsində toplaşmışdır. Hüceyrələr yetişdikcə periferik sahədən kanal boşluğuna doğru hərəkət edərək sinusoidlərə keçir,oradan isə qan dövranına keçirlər.İnsanın sümük iliyinin kariositlərinin təxminən 60–65% i mieloid,10–15 % i isə limfoid tipli hüceyrələrin payına düşür.Limfoid hüceyrələrin təxminən 60% i yetişməkdə olan,qalanları isə miqrasiyaya hazır və ya əksinə qandan sümük iliyinə miqrasiya etmiş hüceyrələrdirlər.Bir gün ərzində 100 milyonlarla yetişmiş limfoid hüceyrələri qana ötürülür.Qandan sümük iliyinə keçən limfositlərin sayı isə təxminən 10 dəfə azdır.Sümük iliyindəki B limfositlərin sayı T limfositlərindən xeyli miqdarda artıqdır.Sümük iliyndə həmçinin 1–2% miqdarında immunoloji reaksiyalara cəlb edilmiş plazmatik hüceyrələr də mövcüddur.
Sümük sistemi
İnsan skeleti — insanın bədənində olan sümüklərin məcmusu. Bu sümüklər məcmusu skeleti (yun. skeleton – "qurumuş") təşkil edir. Skelet hərəkət aparatının passiv hissəsinə aid olub hərəkət, istinad və qoruyucu funksiya daşıyır. Bişofa görə hərəkət aparatı bədənin kütləsinin 72,45%-ni, skelet isə 1/3 və ya 1/7 hissəsini təşkil edir. Yerdə qalanı bağ aparatı və əzələlərin üzərinə düşür. Yetkin şəxsin skeletini təşkil edən sümüklərin ümumi sayı 200-dən artıqdır. == Skelet haqqında ümumi məlumat == Skeleti təşkil edən hər bir sümük – os tam mənada bir orqandır. O müəyyən formaya, ölçüyə, quruluşa və funksiyaya malikdir. Sümük başlıca olmayàraqsümük toxumasından təşkil olunmuşdur.
Sümük xəstəlikləri
Sümük xəstəliyi — Əsasən D vitamini çatışmazlığı nəticəsində yaranan xəstəliklərdir. Son dövrlər daha da aktuallaşmışdır. Aşağıdakı növlərinə rast gəlinir. == Skolioz == Skolioz (yun. σκολιός–"əyri", lat. scoliōsis)–onurğa sütununun əyriliyi. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən bel və döş nahiyələrində müşahidə olunur. Xəstəliyin proqressiv inkişafi onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasina gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur.
Sümük xəstəliyi
Sümük xəstəliyi — Əsasən D vitamini çatışmazlığı nəticəsində yaranan xəstəliklərdir. Son dövrlər daha da aktuallaşmışdır. Aşağıdakı növlərinə rast gəlinir. == Skolioz == Skolioz (yun. σκολιός–"əyri", lat. scoliōsis)–onurğa sütununun əyriliyi. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən bel və döş nahiyələrində müşahidə olunur. Xəstəliyin proqressiv inkişafi onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasina gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur.
Aypara sümük
Aypara sümük (lat. os lunatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun mil sümüyünə məxsus çıxıq səthi, başlı və qarmaqlı sümüklərəməxsus aşağı basıq səthi və qayığabənzər sümüyə məxsus bayır, üçvəcli sümüyə məxsus içəri səthi vardır. == Həmçinin bax == Kinbek xəstəliyi == Mənbə == Prof.
Başlı sümük
Başlı sümük (lat. os capitatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun qayığabənzər sümüyə məxsus ınə doğru çıxmış yuxarı səthi, III daraq sümüklərinə məxsus aşağı, yuxarıda qayığabənzər sümüyə və aşağıda trapesiyayabənzər sümüyə məxsus bayır və qarmaqlı sümüyə məxsus yastı içəri səthi vardır. == İstinadlar == == Mənbə == Prof.
Trapesiyayabənzər sümük
Trapesiyayabənzər sümük (lat. os trapezoideum, os multanglum minus — BNA) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun qayığabənzər sümüyə məxsus yuxarı, ikinci daraq sümüyünə məxsus aşağı, trapesiyaşəkilli sümüyə məxsus bayır və başlı sümüyə məxsus içəri səthi vardır. == İstinadlar == == Mənbə == Prof.
Trapesiyaşəkilli sümük
Trapesiyaşəkilli sümük (lat. os trapezium, os multangulum majus — BNA) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun birinci daraq sümüyü ilə calanmaya məxsusyəhərəbənzər bayır səthi, yuxarıda qayığabənzər və aşağıda trapesiyayabənzər sümüklərə məxsus içəri səthi vardır. Aşağıya doğru baxan kiçik oynaq səthi ikinci daraq sümüyünə məxsusdur. Ovuc səthinin bayır tərəfindəyuxarıya doğru çıxan qabarcıq — lat. tiberculum ossis trapezii (tuberculum ossis multanguli minus — BNA) vardır. == İstinadlar == == Mənbə == Prof.
Üçvəcli sümük
Üçvəcli sümük (lat. os triquertum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun oynaqarası qığırdağa məxsus yuxarı, aypara sümüyə məxsus bayır və noxudabənzər sümüyə məxsus ovuc səthləri vardır. == İstinadlar == == Mənbə == Prof.
Əsas sümük
Əsas sümük (lat. Os sphenoidale) yarasa və ya uçan kəpənəyə bənzər sümükdür və kəllə əsasının ortasında üfuqi bir vəziyyətdə yerləşmışdır. Bunun cismi — lat. corpus, bir cüt böyük qanadlar — lat. alae majoris (alae magnae — BNA), bir cüt kiçik qanadları — lat. alae minores (arae parvae —BNA) və bir cüt qanadabənzər çıxıntıları — lat. processus pterygoidei vardır. == Cismi == Cisminin daxilində əsas cibi — lat. sinus sphenoidalis deyilən boşluq vardır. Həmin cib lat.
Sesamoid sümük
Sesamoid sümük (/ˈsɛsəmɔɪd/) — anatomiyada vətər və ya əzələ içərisində yerləşmiş sümük. Adı yunanca "küncüt toxumu" sözündən götürülmüşdür və sesamoidlerin əksəriyyətinin kiçik ölçüsünü göstərir. Çox vaxt bu sümüklər gərginliyə cavab olaraq əmələ gəlir, lakin anatomik quruluş kimi də mövcud ola bilərlər. Diz qapağı bədəndəki ən böyük sesamoid sümükdür. Sesamoid əzələlər vətərlərin sürüşməsi üçün hamar bir səth təmin edir, vətərlərin əzələ qüvvələrini ötürmə qabiliyyətini artırır. == Strukturu == Sesamoid sümükləri insan bədəninin bütün oynaqlarında tapıla bilər, o cümlədən: Dizdə —- diz qapağı (budun dördbaşlı əzələsinin içərisində). O, ən böyük sesamoid sümükdür. Əldə — 2 səsamoid sümük adətən birinci metakarpal sümüyün distal hissələrində baş barmağın adduktor əzələsi və fleksor pollicis brevisin vətərlərində) olur. İkinci metakarpal sümüyün distal hissələrində də adətən səsamoid sümük olur. Biləkdə — biləyin noxudabənzər sümük hissəsi küncütvari sümükdür (biləyi bükən dirsək əzələsi vətərinin daxilində).
Navikulyar sümük
Navikulyar sümük — (lat. nəˈvɪkjʊlər) əksər məməlilərin ayaqlarında olan kiçik sümük. == İnsan anatomiyası == İnsanlarda navikulyar sümük ayaqda yerləşən tarsal sümüklərdən biridir. Navikulyar sümük və ya əl navikulyar sümüyü termini əvvəllər biləyin sümüklərindən biri olan qayığabənzər sümüyü üçün istifadə olunurdu. İnsanlarda navikulyar sümüyü ayağın medial tərəfində yerləşir və proksimalda talus ilə, distalda üç mixi sümük ilə və yanal olaraq kuboid sümüyü ilə birləşir. Ossifikasiyaya başlayan ayaq sümüklərinin sonuncusudur və adətən qızlarda həyatın 3-cü ilinin, oğlanlarda isə 4-cü ilin əvvəlinə qədər baş vermir. Tibialis posterior navikulyar sümüyə bağlanan yeganə əzələdir. Əzələnin əsas hissəsi navikulyar sümüyün ortasına yapışır. Əlavə navikulyar sümük ümumi əhalinin 2-14%-də mövcud ola bilər. === Klinik əhəmiyyəti === İnsanın navikulyar sümükləri tez-tez qırılan sümük deyil və ancaq 2 səbəbə görə qırılır.
Sümük alət
Sümük alət — sümükdən yaradılmış alətdir. Sümük aləti demək olar ki, hər bir sümükdən və müxtəlif üsullarla yaratmaq mümkündür. Sümük alətlər qrupuna heyvanların sümükləri, buynuzları və diş kimi sərt hissələrindən istifadə olunaraq hazırlanan alətləri qeyd etmək olar. Bu alətlər əsasən qoyun, keçi, iribuynuzlu mal-qara və s. heyvanların sümüklərindən hazırlanmışdır. == Haqqında == Sümük alətlər Homo sapiensin yaranmasından sənədləşdirilmişdir və həmçinin Homo neandertalların kontekstlərindən və ya daha əvvəllər məlumdur. Sümük, digər materiallarla yanaşı, demək olar ki, bütün ovçu-yığıcı cəmiyyətlər tərəfindən alətlər hazırlamaq üçün istifadə edilmişdir. Skeletin hər hansı bir hissəsi potensial olaraq istifadə edilə bilər; bununla belə, buynuzlar və uzun sümüklər ən yaxşı iş materialını təmin edir. Uzun sümük parçaları aşındırıcı daşa sürtülərək ox və nizə ucları, iynələr, çəngəllər və balıq qarmaqları kimi əşyalara çevrilə bilər. Sümük alətlər əsasən sümük qırıqlarından hazırlanır və ya faydalı formada kəsilirdi.
Adsız sümük (çanaq)
Çanaq sümüyü ya adsız sümük (lat. os coxae / os innominatum ) — çanağı təşkil edə bir cüt adsız sümük, 14-16 yaşadək adətən üç ayrı: qalça, oturaq və qasıq sümüklərinin müvafiq qığırdaqlar vasitəsilə bir-biriləri ilə bitişməsindən yaranmışdır. Sonrakı yaşlarda, sümükləşmə prosesi nəticəsində qığırdaq bitişmələr yox olaraq sözü gedən bir cüt adsız sümük kimi formalaşmış olur.
Birinci metatarsal sümük
Birinci metatarsal sümük — ayaqda baş barmağın arxasındakı sümük. Birinci metatarsal sümük metatarsal sümüklərin ən qısası, ən qalını və ən güclüsüdür. == Hissələri == Digər 4 metatarsal sümüklər kimi, 3 hissəyə bölünə bilər: əsas, govdə və baş: Əsas — ayaq biləyinə ən yaxın hissə Baş — baş barmağa ən yaxın hissə Gövdə — ortadakı daralmış hissə Sümük bir qədər yastı və 2 tərəflidir: plantar (ayaq dabanına doğru) və dorsal tərəf (ayaqda dayanarkən yuxarıya baxan sahə). Əsas hissəsində bir qayda olaraq, yan tərəflərdə oynaq fasetləri (oynaq səthləri) yoxdur, lakin bəzən yan tərəfdə oval faset var və onun vasitəsilə ikinci metatarsal sümük ilə birləşir. Plantar səthinin yanal hissəsində fibularis longusun vətərinin bağlanması üçün oval çıxıntı və ya yumruluq var. Birinci metatarsal orta mixi sümük ilə və az dərəcədə aralıq mixi sümüklər ilə birləşir (oynaqlar əmələ gətirir). Onun proksimal artikulyar səthi böyük və böyrək şəklindədir, ətrafı tarsometatarsal bağlar üçün yivlidir və medial olaraq tibialis anterior vətərinin bir hissəsinə daxil olur. Gövdəsi — güclü, yaxşı müəyyən edilmiş prizma şəklindədir. Başı — böyükdür onun plantar səthində səsamoid sümüklərin sürüşdüyü 2 yivli üz var Kənarları — hamar bir hündürlüklə ayrılır. == Əzələ əlavələri == Birinci metatarsal sümüyə 3 əzələ birləşir: tibialis anterior, fibularis longus və birinci dorsal interosseus.
Ət və sümük (teleserial, 2015)
Ət və sümük (ing. Flesh and Bone) - Moira Uolli Bekket tərəfindən yaradılmış ABŞ dram miniserialıdır. Serialın premyerası 8 noyabr 2015-ci ildə Amerikan kabel televiziyası olan Starz-da baş tutmuşdur. Etan Steyfel serialın xoreoqrafı və məsləhətçisi olmuşdur. == Məzmunu == Amerikan Balet Kompaniyasının banisi və bədii direktoru Pol Qreyson bu məkanı dünyanın ən nüfuzlu balet şirkətlərindən birinə çevirmək istəyir. Lakin, iş ortağı və partnyorunun ölümündən sonra depressiya yaşayan Pol gənc balerun Treylə əlaqəyə girir. Bu dövrdə Pittsburqdakı evlərindən qaçaraq Nyu-Yorka gəlmiş gənc balerina Kler işə düzəlmək üçün şirkətə müraciət edir. İlk görüşdəcə Klerin istedadını başa düşən Pol balet truppasının uğurlu gələcəyini bu gənc qız üzərində qurmağa qərar verir. Mövsümün başlamasına az qalmasına baxmayaraq, Pol artıq planlaşdırılmış cədvəldən imtina edir. “Jizel” baleti təxirə salınır.
Kəllə sümüklərinin sınıqları
Kəllə sümüklərinin sınıqları — açıq və qapalı sınıqlara ayırd edilərək, bütün bədəndə olan sümük sınıqları ilə müqaisədə ən qorxulu sınıqlara aiddir. Avtomobil, istehsalat qəzası, bərk, güclü zərbə, hündürdən yıxıldıqda, yaxud müxtəlif səbəbli fövqəladə hallar və s. kəllə sümüklərinin sınmasına səbəb ola bilər. == Əlamətləri == Kəllənin açıq sınıqlarının əlamətləri: ağrılı yara; qanaxma; bayıra çıxan sümük fraqmentləri; bəzən beyin toxumasının görünməsi; çox vaxt xəstədə şüurun itməsi olur. Qapalı sınıqlarının əlamətləri: ağrı; şişkinlik; qançır; şüurun pozulması; bəzən qusma; qeyri iradi diurez (sidiyəgetmə); kəllənin əsasının sınmasında isə burundan və qulaqlardan qanın və beyin mayesinin (likvorun) axması özünü büruzə verir. Fərqləndirici əlamətlərdən biri "eynək əlaməti" (gözlərin ətrafında qansızmalar) zədələnmədən bir neçə saat sonra əmələ gəlir. == İlk yardım == Zədələnmiş üfiqi vəziyyətdə başı mütləq yana çevrilmiş vəziyyətdə olmalıdır (Qəflətən baş vermiş qusma zamanı dilin qatlanmasına qarşı profilaktik tədbirdir). Başın altına dairə formasında kiçik balış qoyulur, o olmadıqda dəsmalı və ya hər hansı bir parçanı "bubliq" formasında düzəldib xəstənin başının altına qoyurlar. Başda yara olduqda onu antiseptik dərmanlar ilə təmizləyib steril sarğı qoyurlar. Yaradan çıxan sümük fraqmentlərinə dəymək, təsir etmək olmaz.
Kəllə və Sümüklər
Kəllə və Sümüklər (ing. Skull and Bones) — 1832-ci ildə Vilyam Huntinqton Rasel və Alfonso Taft tərəfindən Yel Universitetində yaradılmış gizli tələbə cəmiyyəti. Kəllə və Sümüklər XIX əsrin ortalarından etibarən Avropada böyük marağa səbəb olmuş və gizli fəaliyyət göstərməsi səbəbindən təşkilat barədə çoxlu sayda müxtəlif iddialar səsləndirilmişdir. Kəllə və Sümüklərə yalnız kişi cinsdən, ağ dərili və protestant olanlar üzv ola bilərlər. Son illərdə qız tələbələrində təşkilata qəbul edilmələri barədə müxtəlif iddialar olsa da, bu barədə konkret fakt yoxdur. Gizli cəmiyyətə üzv olan tələbələrin adları və təşkilat daxilindəki vəzifə və dərəcələləri, universitet rəhbərliyi başda olmaqla ictimaiətdən gizli saxlanılır. Kəllə və Sümüklərə üzv olmaq üçün Yel Universitetinin sonuncu kurs tələbəsi olmaq ən əsas şərtdir. Pledge adı verilən namizədlər, üçüncü kursda təhsil alarkən təşkilatın xüsusi nümayəndələri tərəfindən izlənilir və izlənmə prosesi uğurla başa catdırıldığı halda namizədə təşkilata qəbul olunması barədə məlumat verilir. Kəllə və Sümüklərs təşkilatının mərkəzi binası məzar adlanır. Bu binanın pəncərələri olmur və təşkilat üzvləri əsas prosesləri buradan idarə edirlər.
Qışlaq-i Sümüklüheydər (Pərsabad)
Qışlaq-i Sümüklüheydər (fars. قشلاق سوموكلوحيدر‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 21 nəfər yaşayır (5 ailə).
Qışlaq-i Sümüklümayir (Pərsabad)
Qışlaq-i Sümüklümayir (fars. قشلاق سوموكلومعير‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (11 ailə).
Sakit okean sümüklüsü
Oncorhynchus (lat. Oncorhynchus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinə aid heyvan cinsi.
Sevimli sümüklər
Sevimli sümüklər (ing. The Lovely Bones) — 2002-ci ildə Elis Sibold tərəfindən yazılan roman. Bu roman təcavüz və öldürülmüşdən sonraki bir yeniyetmə qızın öz dilindən hekayəsidir ki, şəxsi cənnətindən ailəsinə və dostlarına baxır.
Sümükcələr
Sümükcələr (lat. Lithobiomorpha)-dodaqayaqlılar sinfinə aid heyvan dəstəsi. == Xarici quruluşu == Sümükcələrdə qısa, tünd-qəhvəyi, daim 15 cüt yeriş ayaqlı bədən olur. Bədənin uzunluğu 5-50 mm arasında dəyişir. Öndən başın böyürlərində 13-100 buğumlu antenalar və müxtəlif sayda sadə gözcüklər yerləşir. Sümükcələr nəm və qaranlıq yerləri sevir, yumşaq və rütubətli meşə döşənəyinə üstünlük verirlər. Ancaq torpaqda və açıq sahələrdə də onlara rast gəlmək olur. == Həyat tərzi == Azərbaycanda aşkar edilmiş növlərin böyük hissəsi Lithobius (14 növ) və Monotarsobius (18 növ) cinslərinə aiddir. Hessebius və Harpolithobius cinslərinin hərəsindən 1 növ qeydə alınmışdır (Bababəyova, 1993). Böyük Qafqaz rayonlarından 10 növ məlumdur: Harpolithobius perplexus Zal., Lithobiys portschinskii Ssell., L.viriatus Ssel., L.kessleri Ssel., L.pussillus Latz., L.antipai Matic., Monotazsobius curtipes C.K. və b.
Sümükdaxili
Sümükdaxili, intraossear qısaca i.o. (lat. intra = daxili; lat. os = sümük) tibabətdə dərman və məhlulların orqanizmə yeridilmə - aplikasiya formasıdır. Adətən venadaxili inyeksiya yaxud infuziya mümkün olmadıqda (uşaqlara, kök və yanıqlı, politravmalı xəstələrə, kritik hallarda təcili yardım zamanı) tətbiq edilir. Bu məqsədlə qamış sümüyünün qabarcığından (lat. tuberosite tibiale) 2 sm aşağı və içəri tərəfində xüsusi bohrmaşın vasitəsilə iynə sümük iliyi boşluğuna yeridilir. Sümükdaxili infuziya ağrılı olduğundan əvvəlcə boşluğa yerli keyləşdirici (2%-4ml lidokain məhlulu) yeridilir, sonra isə infuziyaya başlanılır. Əldə edilən sümükdaxili giriş vasitəsilə demək olar ki, bütün növ şok əleyhinə dərman və infuziya məhlullarını, qan və qan əvəzedicilərini yeritmək mümkündür. Bu zaman sümükdaxili giriş vasitəsilə laborator analizlər üçün lazım miqdarda qan götürmək də mümkündür.
Sümüklü
Sümüklü-i Ülya (Biləsuvar)
Sümüklü-i Süfla (Biləsuvar)
Sümüklü-i Süfla (fars. سمكلوي سفلي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 83 nəfər yaşayır (20 ailə).
Sümüklü-i Ülya (Biləsuvar)
Sümüklü-i Ülya (fars. سمكلوي عليا‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 132 nəfər yaşayır (24 ailə).
Sümüklü balıqlar
Sümüklü balıqlar (lat. Osteichthyes) — skeletləri sümük quruluşda və deyildin mənşəli işçilər olan balıqları ehtiva edən sinif. Bədənləri müxtəlif şəkillərdə ola bilər. Bədən üzərindəki Marka sikloid, ktenoid və ya ganoid tipdədir. Quyruq üzgəci ümumiyyətlə homoserk quruluşdadır, ancaq müxtəlif qruplarda fərqlilik göstərə bilər. Yenə fərqli qruplarda, digər üzgəclərdə görülən strukturca dəyişikliklər, sistematik baxımdan əhəmiyyət daşıyar. Ağızları üst və ya uc mövqelidir. Hərəkətli çənələrində müxtəlif quruluşda dişlər ol/tapılar. Bəzi qruplarda ayrıca, yeddinci qəlsəmə yayı üzərində farinks dişləri görülər. qəlsəmələrin üzəri "operkulum" adı verilən kapakçıkla örtülüdür.
Sümüklü balıqlar (Osteichthyes)
Sümüklü balıqlar (infrasinif)
Sümüklü balıqlar (lat. Teleostei) — balıqların infrasinfi.
Sümüklü qanoidlər
Sümüklü qanoidlər (lat. Holostei) — şüaüzgəcli balıqların xüsusi qrupu. Sümüklü balıqlarla qığırdaqlı qanoidlər arasında keçid forma təşkil edir. Kəllə skeleti, çənə və qəlsəmə aparatları sümüklü balıqlar tipində qurulmuşdur, lakin alt çənə qığırdaqlı qanoidlərdəki kimi çoxlu miqdarda sümüklərdən ibarətdir. Sümüklü qanoidlər ilk dəfə Permin sonunda ehtimal ki, ali qığırdaqlı qanoidlərdən əmələ gəlmişlər. Mezozoyda sümüklü qanoidlərin 7 dəstəsi yaşamış və Paleogenin əvvəlində məhv olmuşlar. Hazırda 2 dəstəsi yaşayır.
Sümüklər (teleserial, 2005)
Sümüklər (ing. Bones) ABŞ-nin FOX kanalında 13 sentyabr 2005-ci ildən 28 mart 2017-ci ilə qədər 12 mövsüm ərzində 246 seriyası yayımlanan amerika cinayət prosessual dram televiziya seriyalıdır. Serial məhkəmə-tibbi antropologiya və arxeologiyaya əsaslanır, hər seriya FTB xüsusi agenti Sili But (Devid Borianaz) tərəfindən məhkəmə-tibbi antropoloqu doktor Temperans "Sümüklər" Brennana (Emili Deşanel) gətirilən insan qalıntılarının arxasında olan sirr ilə bağlı FTB cinayət işini və serialın qəhrəmanlarının şəxsi həyatını diqqət mərkəzində saxlayır. Digər baş rolları Mixaela Konlin, Erik Milleqan, Tomas Cozef Tayn, Conatan Adams, Tamara Teylor, Con Frensis Deyli və Con Boyd ifa edir.

Значение слова в других словарях