SƏMA

I
сущ. небо, небосвод. Buludlu səma облачное небо, mavi səma голубое небо, tutqun səma пасмурное небо, ulduzlu səma звездное небо, payız səması осеннее небо
II
прил. небесный. Səma rəngi небесный цвет, səma cisimləri небесные тела, небесные светила
SƏLTƏNƏTGAH
SƏMAVAT
OBASTAN VİKİ
Səma
Səma — Yer səthindən yuxarıya doğru maneəsiz bir görünüş. Buraya atmosfer və kosmik fəza daxildir. O həm də yerlə kosmos arasındakı bölgə kimi də hesab olunur, buna görə də kosmosdan fərqlidir. Astronomiya sahəsində səmaya göy sferası da deyilir. Bu, Günəş, Ay, planetlər və ulduzların sürükləndiyi Yerə konsentrik olan mücərrəd sferadır. Göy sferası ənənəvi olaraq bürclər adlanan təyin olunmuş ərazilərə bölünür. Adətən "göy üzü" termini qeyri-rəsmi bir şəkildə Yer səthindən baxış bucağı kimi başa düşülür, amma mənası və istifadəsi fərqli ola bilər. Yer kürəsindəki bir müşahidəki gündüzlər gecəyə görə daha düz görünən bir günbəzə bənzəyən (bəzən göy kasası da deyilir) göy üzünün kiçik bir hissəsini görə bilər. Bəzi hallarda, məsələn, hava haqqında danışarkən, səma atmosferin yalnız aşağı, daha sıx təbəqələrini ifadə edir. Gündüz səması mavi görünür, çünki hava molekulları günəş işığının daha qısa dalğa uzunluqlarındakını daha uzun olanlara (qırmızı işıq) nisbətən daha çox səpələyir.
Gülnar Səma
Gülnar Səma, Gülnar Qasımlı (1986, Dondar Quşçu, Tovuz rayonu) — Prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, kitab, poema və monoqrafiya yazıçısı."Gənc Ədiblər Məktəbi"nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının "Gündəlik Analitik İnformasiya Agentliyi"nin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri. == Həyatı == Qasımlı Gülnar Vaqif qızı 1986-cı ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. Orta məktəbi Tovuz rayon Dondarquşçu kənd orta məktəbində bitirib. === Təhsili === 2004-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş, 2007-ci ildə ali məktəblərarası keçirilən XII fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II yerə layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan ədəbiyyatı bölməsinə magistraturaya daxil olmuşdur. 2014-cü ildə Azərbaycan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olmuşdur. == Fəaliyyəti == 2009–2014-cü illərdə Tovuz rayonu Muncuqlu kənd ümumi-orta məktəbində, 2014–2015-ci tədris illərində "Hədəf" hazırlıq kurslarında müəllim işləyib. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir. 2009 və 2014-cü il bələdiyyə seçkilərində Tovuz rayonu Dondarquşçu kənd bələdiyyəsinin üzvü seçilmişdir. 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Məleykə Səma
Məleykə Səma (Məleykə Əhmədova) — Qarabağ müharibəsinin ilk günlərindən həkim-cərrah olaraq ermənilərlə döyüşlərdə yaralanmış yüzlərlə Azərbaycan əsgərini ölümdən qurtaran birinci dərəcəli tibb xidməti kapitanı, "Azərbaycan bayrağı" ordenli. Məleykə Səma Ermənistanın Loru mahalının Allahverdi (Tumanyan) rayonunda anadan olmuşdur. Məleykənin üç qardaşı şəhid olub, atası Əhməd kişi isə üçüncü şəhid oğlu - Kamandarın ölümünə dözməyərək həyatla vidalaşıb. 1988-ci ildə Ermənistandan qovularkən qardaşı Yaqub Əhmədov ermənilər tərəfindən qətlə yetirilmişdir. Daha sonra kiçik qardaşı 16 yaşlı Səyyad Əhmədov da ermənilər tərəfindən suda boğularaq öldürülmüşdür. Böyük qardaşı Kamandar Əhmədov Qarabağ uğrunda müharibədə şəhid olmuşdur. Kamandar Əhmədov Bakıda Şəhidlər xiyabanında torpağa tapşırılıb. Bakı küçələrindən biri Kamandar Əhmədovun adını daşıyır. 2006-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məleykə prezident İlham Əliyevin sərəncamına əsasən, İkinci Fəxri xiyabanda dəfn edilibdir.
Səma (rəqs)
Səma və ya Sama (Ərəbcə: سماع) — sufilərin musiqisi olub, onun dinləyərək rəqqasların ruha gəlib və fırlanaraq rəqs etməsi sayılır. Ərəbcə "eşitmək" mənasını verən "səmi" sözü, məcazi olaraq "musiqi, nəğmə, rəqs" deməkdir. Zaman keçdikcə sufilər və din xadimləri bu nəğmələrə qulaq asaraq, ayaqüstə fırlanaraq Allaha zikr etməyə başlayırlır. 13-cü yüzillikdə Mevlanə tərəfindən dini nəğmə dünyada daha geniş miqyasda yayılmağa başlayır və ayin halına çevrilir. 2008-ci ildə UNESCO-nun Mədəniyyət irsinə daxil edilir. Sufilər İslamı qəbul etdikdən sonra səmanı, vəhfi, musiqi və şeir dinləyərək qalxıb hərəkət etməyə dönməyə başlayır. İslam dünya meydana gəldikdən sonra onun səmavi din olub-olmaması çox sual meydana çıxartdı. Bu din gəlməmişdən öncə sufilər bir çox halal olanları haram qəbul etmişdilər. Sufilər bir yerə yığlıb, müzakirələr aparır, nəsihətlər verilir və Allah inam, etibar və sevgisinə dair şeir və ilahilər oxunurdu. Şeir və musiqilər gözəl səsə malik olan şəxslər tərəfindən söylənirdi.
Səma Altı
"Səma Altı" (çin. 天下; Tyənsya) — Çin dilində milli və mədəniyyət konsepti. Bu konseptin Şan sülaləsi zamanı yaranması ehtimal edilir. Odlar Yurdu Mizoguchi Yuzo, et al. Chūgoku Shisō Bunka Jiten 中國思想文化事典, Tokyo University Press, 2001. Hayashiya Tatsusaburō, Nihon no Rekishi 12 - Tenka Ittō 日本の歴史 12 - 天下一統, Chūō Kōron Publishing, 1966. Tamagake Hiroyuki, Nihon Chūsei Shisōshi Kenkyū 日本中世思想史研究, Perikan Publishers. 1998. Mizubayashi Takeshi, et al. Taikei Nihon-shi 2 - Hōshakai-shi 体系日本史 2 - 法社会史, Yamakawa Publishing.
Səma Aydəmir
Səma Aydəmir (17 avqust 1985, Bursa) — Türkiyəli yüngül atlet. 2012-ci il London Olimpiadasında 4x400 m estafet yarışında iştirak etmək hüququ qazandı. O, 6 iyun 2012-ci ildə Ankarada keçirilən yarışda 400 m maneəli qaçışda 56,62 saniyə ilə ən yaxşı dərəcəsini əldə edib.
Səma mannası
Səma mannası — dini əfsanəyə görə səhrada dolaşan israillilər üçün göydən tökülən azuqə (Yunan: μάννα;Ərəbcə: اَلْمَنُ;bəzən mana, kişi və ya manna kimi də istifadə olunur); Xristanların Müqəddəs Kitabı İncilə görə, bu, İsrail övladlarının Misirdən çıxdıqdan sonra və Kənanı fəth etməzdən əvvəl səhra səfərləri zamanı Allahın onlara göndərdiyi yeməkdir. Bu yemək Quranda üç dəfə qeyd edilmişdir. Manna Müqəddəs Kitabın "Çıxış" kitabının 16-cı fəslində, "Saylar"ın 11-ci fəslində və Quranın 2-ci fəslində rast gəlinir. Çıxış kitabının 16-cı fəslindəki qeydlərə görə, israillilər Misiri tərk etdikdən sonra ikinci ayın 15-də manna peyda oldu. O zaman Musa israilliləri Elimlə Sinay arasındakı Sin səhrasına apardı. Yeməyə heç nə yox idi. İsrail xalqı Musaya şikayət etdi ki, aclıqdan öləcəklər. Sonra Rəbb Musaya İsrail övladlarına yemək verəcəyini vəd etdi. Həmin gecə Yehova onlara yemək üçün manna göndərməyə başladı və o gündən israillilər 40 il fasiləsiz manna yedilər. Manna gecə vaxtı şehlə birlikdə düşərgəyə düşdü və bu, don kimi bir az yuvarlaq bir şey idi.
Səma mexanikası
Göy mexanikası (ing. celestial mechanics) — mexanika qanunlarının köməyi ilə göy cismlərinin hərəkətini öyrənən astronomiya bölməsi. Göy mexanikası Ay və planetlərin fəza koordinatlarını hesablayır, Ay tutulmasının vaxtını və yerini müəyyən edir, kosmik cisimlərin real hərəkətini dəqiqləşdirir. Göy mexanikası Günəş sistemini, planetlərin Günəş ətrafında, peyklərin planetlər ətrafında dövr etməsini öyrənir. Həmçinin bu elmi sahə ilə kometa və kiçik planetlərin hərəkətinin trayektoriyasının hesablanır. Uzaq planetlərin və ulduzların hərəkətini bəzən əsrlərlə müşahidələrdən bilmək olur. Günəş sisteminin cisimlərinin hərəkəti isə gözlə də görünə bilər. Onun öyrənilməsi İohan Keplerin (1571–1630) və İsaak Nyutonun (1643–1727) əsərlərindəki göy mexanikası qanunları ilə başladı. Bununla yanaşı bilavasitə göy mexanikasında öyrənilən məsələlərə misal olaraq aşağıdakıları göstərmək olar: Bilavasitə Nyutonun ümumdünya cazibə qanunu ilə bağlı astronomiya məsələləri Cazibə nəzəriyyəsi-tərpənməz cisimlərin qravitasiya sahəsi haqqında təlim n {\displaystyle n} cisim məsələsi-bir-birini Nyutonun ümumdünya cazibə qanunu ilə cəzb edən n {\displaystyle n} maddi nöqtənin hərəkəti Birinci yaxınlaşma hesab edilən bu nəzəriyyədən Eynşteynin qravitasiya nəzəriyyəsi əsasında n {\displaystyle n} cismin hərəkətinin relyativist nəzəriyyəsi və s.
Səma məbədi
Səma məbədi (天壇|Tiāntán/Tyantan) — Pekində yerləşən tarixi abidə. Çinin ən böyük tarixi abidələrindən biri olan Səma Məbədi 500 ildən artıqdır ki, mövcudur. O, Pekinin mərkəzindən cənubda yerləşmişdir. Onun əsas binalarının damı səma rəngində, mavi minalı kirəmitlə örtülmüşdür. Səma Məbədi Min sülaləsi dövründə, 1420-ci ildə imperator Yun Le tərəfindən inşa edilmişdir. Onun ilkin adı – Səma və Yer Məbədi idi, belə ki, burada həm Göyə, həm də Yerə dualar oxunurdu. 1530-cu ildə Pekinin şimalında yer məbədi salınmışdır və bundan sonra Səma məbədi imperatorların Səmaya ibadət etmələri üçün xüsusi yerinə, eləcə də yüksək məhsul üçün dualar oxunan yerə çevrildi, burada həmçinin tufana, buluda dualar edir və əcdadları yad edirdilər. Səma məbədinin ümumi sahəsi 266,7 ha təşkil edir. Məbədin ərazisi iki divarla dövrələnmişdir. Məbədin bütün ərazisini əhatə edən xarici divar 6625 metr təşkil edir.
Səma Ramazanoğlu
Səma Ramazanoğlu (25 avqust 1959, Dənizli) — Türk həkim və siyasətçisi, Türkiyə Respublikasında keçmiş Ailə və Sosial Siyasətlər naziri. 4 noyabr 2015-ci il - 24 may 2016-cı il tarixləri arasında Türkiyənin 64-cü hökumətində Türkiyə Respublikası Ailə və Sosial Siyasətlər naziri vəzifəsində çalışıb. O, ilk dəfə 2015-ci ilin noyabrında Türkiyədə keçirilən ümumi seçkilərdə Dənizlidən millət vəkili olaraq parlamentə seçilib. Ramazanoğlu deputat və nazir olmazdan əvvəl 2003-2009-cu illərdə keçmiş baş nazir və Ədalət və İnkişaf Partiyası lideri Rəcəb Tayyib Ərdoğanın məsləhətçisi olub. O, həm də Ədalət və İnkişaf Partiyasının qurucularındandır. Bacısı Səlma Aliyə Kavaf da 2009-2011-ci illərdə Ədalət və İnkişaf Partiyasından nazir olub. Səma Ramazanoğlu 25 avqust 1959-cu ildə Dənizlidə Niyazi və Gülsərən Bostancı cütlüyünün qızı olaraq dünyaya gəlib. İlk və orta təhsilini Dənizlidə başa vurduqdan sonra 1983-cü ildə Ankara Universiteti tibb fakültəsini bitirmişdir. Təhsilini başa vurduqdan sonra müxtəlif səhiyyə ocaqlarında həkim işləyib. O, İsveçrənin Bern Universitetinin xəstəxanasında və doğum evində radiologiya üzrə rezidenturanı bitirib.
Səma buğası
Səma buğası, həmçinin Səma öküzü, Göy buğası, Göyün buğası, Cənnət buğası və ya Cənnətin buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir. "Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür. Buğaya qalib gəldikdən sonra Enkidu onun sağ budunu İştara ataraq İştarı ələ salır. Buğanın kəsilməsi tanrıların Enkidunu ölümə məhkum etməsinə səbəb olur. Bu hadisə Gilqameşin ölüm qorxusunun yaranmasına səbəb olur və dastanın qalan hissəsini istiqamətləndirir.
Səma öküzü
Səma buğası, həmçinin Səma öküzü, Göy buğası, Göyün buğası, Cənnət buğası və ya Cənnətin buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir. "Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür. Buğaya qalib gəldikdən sonra Enkidu onun sağ budunu İştara ataraq İştarı ələ salır. Buğanın kəsilməsi tanrıların Enkidunu ölümə məhkum etməsinə səbəb olur. Bu hadisə Gilqameşin ölüm qorxusunun yaranmasına səbəb olur və dastanın qalan hissəsini istiqamətləndirir.
Səma sferası
Səma sferası və ya göy sferası (lat. orbis coelestis) — göy cisimlərinin proqnozlaşdırıldığı ixtiyari radiuslu xəyali sfera: müxtəlif astrometrik problemləri həll etmək üçün istifadə olunur. Səma sferasının mərkəzi kimi müşahidəçinin gözü götürülür; bu halda müşahidəçi həm Yerin səthində, həm də kosmosun digər nöqtələrində yerləşə bilər (məsələn, onu Yerin mərkəzinə aid etmək olar). Yerdəki müşahidəçi üçün səma sferasının fırlanması səmadakı işıqlandırıcıların gündəlik hərəkətini təkrarlayır. Hər bir göy cismi, sferanın mərkəzini cismin mərkəzi ilə birləşdirən düz xətt ilə kəsişdiyi göy sferasında bir nöqtəyə uyğundur. Səma sferasında işıqlandırıcıların mövqelərini və görünən hərəkətlərini öyrənərkən bu və ya digər fəza koordinat sistemi seçilir. İşıqlandırıcıların səma sferasında mövqelərinin hesablanması göy mexanikası və sferik triqonometriyadan istifadə etməklə aparılır və sferik astronomiyanın mövzusunu təşkil edir. Dünyanın oxu dünyanın mərkəzindən keçən xəyali bir xəttdir və onun ətrafında səma sferası fırlanır. Dünyanın oxu göy sferasının səthi ilə iki nöqtədə kəsişir — şimal qütbü və cənub qütbü. Göy sferasına daxildən baxdıqda səma sferasının fırlanması şimal qütbünün ətrafında saat əqrəbinin əksinə baş verir.
Səma Həsənli
Səma Həsənli (8 may 2006, Qax, Azərbaycan) — Azərbaycanlı peşəkar qadın futbolçu. "Qəbələ" klubunun, həmçinin Azərbaycanın qadınlarda ibarət U19 millisinin yarımmüdafiəçisi 2022-ci ilə qədər "UGİM Qax" klubunda çıxış edib 2022-ci ildən "Qəbələ" klubunda çıxış etməyə başladı. (Bəzi mənbələrə görə, "UGİM Qax" klubu adını dəyişərək "Qəbələ" qoymuşdur). 2021-ci ildə artıq U17 millisində çıxış etməyə başladı.
Dəmir (səma daşı)
Dəmir (Səma daşı) Dəmir yer qabığında ən çox yayılmış elementlərdən biridir. Bu cəhətdən o bütün keçid elementləri arasında birinci yeri tutur. Dəmirin bioloji sistemlərdə iştirakı hələ çoxdan məlum olmuşdur. Həm də belə sistemlərdə ona Fe2+ və Fe3+ ionları şəklində təsadüf olunur. Hər iki oksidləşmə halında dəmir ionları üçün oktaedrik quruluşda kompleks əmələ gətirmək xarakterdir. Dəmir insan orqanizminə əsasən bitki mənşəli qidalar və əl ilə daxil olur. İnsan bədənində dəmirin miqdarı 3–4 qramdır ki, bu da orqanizmdəki bütün digər keçid metalların ümüumi miqdarından çoxdur. Bədənin dəmir ehtiyatının 65–70% -i hemoqlabinin tərkibində 15%-I qaraciyərdə, dalağda, sümük iliyində və böyrəklərdə cəmlənmişdir. Qalanı isə zülal sintezində və plazmada oksidləşmə-reduksiya reaksiyalarında iştirak edir. Bioloji sistemlərdə dəmir onunla birləşən liqandın təbiətindən asılı olaraq, müxtəlif ion halında, məsələn, mioqlobin və hemoqlabində Fe2+-ionu katalaza və oksidazalarda isə Fe3+-ionu şəklində olur.
Lanqkavi səma körpüsü
Lanqkavi səma körpüsü — Malayziyada körpü == Tarixi == Körpü 2005-ci ildə istifadəyə verilmişdir. == Quruluşu == Körpüyə çıxmaq üçün funikulyordan istifadə edirlər. Gəzmək üçün olan sahə 410 fut və təxmini 125 metrdir. Körpü Qanqun Mat Çinçanq dağının zirvəsində, dəniz səviyyəsindən 2300 fut hündürlükdə yerləşir. Xüsusi lift ilə dağa qalxan turistlər tropik meşələri və Malayziyanın ən gözəl dağ mənzərələrini seyr edə bilirlər.
Səma aşağı enir
Səma aşağı enir (ing. The Sky Is Falling) — Sidni Şeldonun 2001-ci ildə yazdığı romandır.
Səma dəfni ayini
Səma dəfni ayini — mərhumun cəsədini havada asmaqla həyata keçirildiyi dəfn edilmənin ən qədim dini ayinlərindən biri. Ayinin dini motivasiyası müxtəlif xalqlar üçün fərqli olmuşdur. Səma dəfn mərasimi qədim dövrlərin bir çox xalqı arasında mövcud olmuşdur. Bu gün Cənubi Amerikanın bəzi tayfaları arasında da müşahidə edilir. Bəzi xalqlar üçün ayin bütün ölülərlə əlaqəli, bəzilərində isə yalnız bu və ya digər səbəbdən "seçilmişlər" lə əlaqəli şəkildə yerinə yetirilmişdir. Bu ayin haqqında ən qədim istinadlardan biri Nimfodorun mesajıdır (e.ə. III əsr). O, özünün "Barbar qanunları" əsərində yazırdı: Qədim zərdüştlər ölü cəsədini yırtıcı quşlar tərəfindən ziyafət üçün Dahma adlanan bir tikiliyə qoyulmalı olduğuna inanırdılar, çünki cəsədlərin basdırılması və ya yandırılması qədim dində qadağan edilmişdir. Səbəb isə suyun və torpağın çirklənməsinə səbəb olacağını düşünmələridir. 1814-cü ildə David Baqrationi "Gürcüstan tarixi" kitabında məlumat verdi: Hava dəfn mərasiminin Şimali Amerikadakı hinduların bəzi qəbilələri arasında mövcud olduğu da bilinir.
Səma qapılarını döyərək
Səma qapılarını döyərək (ing. Knockin' On Heaven's Door) — tragikomediya janrında çəkilmiş alman filmi. Rejissor və ssenarist Tomas Yanın filmi. Filmin ingilis dilindəki adı (Knockin’ on Heaven’s Door) Bob Dilanın eyniadlı mahnısının karer-versiyasıdır. Filmin teqlaynı: "Ein schnelles Auto, 1 Million Mark im Kofferraum und nur noch eine Woche zu leben". (Sürətli avtomobil, baqajdan 1 milyon marka və yalnız bir həftə yaşamaq). İki cavan oğlan qaydalar haqqında heç narahat olmayan Martin Brest (Til Şvayger) və qanunlara tabe olan Rudi Wurlitzer xəstəxanada eyni palatada qalırlar. Ölümcül xəstə olduqlarını və təxminən bir həftə yaşayacaqlarını öyrənirlər. Pasientlərin bir-birinə öz həyatından danışdığı zaman, onların çarpayısı üzərində yerləşən carmıxa çəkilmiş İsanın şəkli olan xaç tumba üzərinə düşür və sınır, onun içindən tekila şüşəsi aşkar edilir. Çox düşünmədən təzəcə dostlaşmış oğlanlar onu içirlər, həmçinin Martin üçün əhəmiyyətli bir detal aşkarlanır: sən demə Rudi heç bir zaman dəniz görməmişdir.
Enən səma (teleserial, 2011)
Enən Səma - elmi fantastika janrında ABŞ teleserialı.
Torpaq. Dəniz. Od. Səma
Film 4 novella-mahnıdan ibarətdir: torpaq, dəniz, od , səma. Novellaların adları rəmzi məna kəsb etdiyi kimi, filmdəki kiçik kənddə bir-birinin davamı olan və bir-birini əvəz edən 4 nəslin də müxtəlif dövrlərlə əlaqədar talelərinin rəmzi mənası vardır. 1) 1968-ci ildə İrəvanda Zaqafqaziya və Ukrayna Respublikalarının II Zona Kinofestivalı Rejissor Şamil Mahmudbəyova uşaqlarla işə görə Diplom verilmişdir. Ssenari müəllifi: Anar Quruluşçu rejissor: Şamil Mahmudbəyov Quruluşçu operator: Rasim İsmayılov Quruluşçu rəssam: Nadir Zeynalov Geyim rəssamı: Elbəy Rzaquliyev Bəstəkar: Rauf Hacıyev Səs operatoru: Ağahüseyn Kərimov Rejissor assistenti: Ə. İsmayılov, Murad Məlikov, Xamis Muradov, Nelli Mahmudova Operator assistenti: Eduard Qalakçiyev, Rafiq Kərimov, Həmzə Əhmədoğlu Rəssam assistenti: T.Məlikzadə Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Filmin direktoru: Daniil Yevdayev Çalır: Azərbaycan SSR Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsinin Kamera Orkestri Dirijor: Nazim Rzayev Filmin redaktoru: Y.Vəkilov İsmayıl Osmanlı — Kərim baba Ələddin Abbasov — Əli Tamara Kokova — Gülsüm Fidan Qasımova — Sevda Ələsgər İbrahimov — Kamil Kamran Rəcəbli — Kamil (uşaq) Sevda Əliyeva — Solmaz Cəmilə Məmmədova — Solmaz (uşaq) Fikrət Əliyev — Murad Vaqif Həsənov — Murad (uşaq) Rafiq Tağıyev — Murad dayı Əliheydər Həsənzadə — ovçu Zemfira Sadıqova — Fatma Q.Cəfərova - Fatmanın qızı Pyotr Jarikov - həkim Hamlet Xanızadə — neftçi Xamiz Muradov Hacıməmməd Qafqazlı — kənd sakini Ənvər Həsənov — gənc əsgər Törəxanım Zeynalova — qarı Yusif Yulduz — kənd sakini Mayak Kərimov — qonaq Mixail Mineyev - polkovnik Yusif Vəliyev — Əli (Ələddin Abbasov) (titrlərdə yoxdur) Həsən Əbluc — Kamil (Ələsgər İbrahimov) (titrlərdə yoxdur) Müxlis Cənizadə — Murad dayı (Rafiq Tağıyev) (titrlərdə yoxdur) Süleyman Ələsgərov — Həkim (Pyotr Jarikov)(titrlərdə yoxdur) Ətayə Əliyeva — Gülsüm (Tamara Kokova) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Sevda (Fidan Qasımova) (titrlərdə yoxdur) Əzizağa Qasımov — polkovnik (Mixail Mineyev)(titrlərdə yoxdur) Bahadur Əliyev — komandir (titrlərdə yoxdur) Ramiz Məlik — Murad (Fikrət Əliyev (rejissor)) (titrlərdə yoxdur) Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 154; 257.
Səma obyektləri
Astronomik obyekt, göy cismi və ya səma cismi — müşahidə edilə bilən kainatda mövcud olan, təbii olaraq yaranan fiziki varlıq, birləşmə və ya struktur. Astronomiyada obyekt və cisim sözləri çox vaxt bir-birini əvəz edir. Bununla belə, astronomik cisim və ya göy cismi vahid, möhkəm əlaqəli, bitişik varlıq, astronomik obyekt və ya göy obyekti isə bir neçə cisimdən və ya bununla bərabər alt strukturlu digər obyektlərdən ibarət ola bilən mürəkkəb, daha zəif birləşmiş strukturdur.Astronomik obyektlərə planetar sistemlər, ulduz qrupları, dumanlıq və qalaktikalar, astronomik cisimlərə isə asteroidlər, peyklər, planetlər və ulduzlar aiddir. Kometa həm cisim, həm də obyekt kimi təyin edilə bilər: o donmuş buz və toz nüvəsi nəzərdə tutulduqda cisim, diffuz koma və quyruğu ilə bütün kometi təsvir edərkən obyektdir. Kainatın iyerarxik quruluşa malik olduğunu söyləmək olar. Ən böyük miqyaslarda quruluşun əsas komponenti qalaktikadır. Qalaktikalar qruplar və topalar şəklində qurulur, çox vaxt daha böyük ifrattopalar daxilində, demək olar ki, voydlər (qaranlıq boşluqlar) arasında böyük saplar boyunca düzülür və müşahidə oluna bilən kainatı əhatə edən bir şəbəkə yaradır. Qalaktikalar birləşməyə səbəb ola biləcək digər qalaktikalarla qarşılıqlı əlaqə də daxil olmaqla, formalaşma və təkamül tarixlərindən asılı olaraq müxtəlif morfologiyalara, nizamsız, elliptik və diskəbənzər formalara malik olur. Diskəbənzər qalaktikalar spiral qollar və bariz bir halə kimi xüsusiyyətlərə malik linzaşəkilli və spiral qalaktikaları əhatə edir. Əksər qalaktikaların nüvəsində ifratkütləli qara dəlik var ki, bu da aktiv qalaktika nüvəsinin meydana gətirə bilər.
Səma qəsri Laputa
Səma qəsri Laputa(yap. 天空の城ラピュタ ) - Hayao Miyazakinin yazıb yaratdığı 1986-ci il tam metrajlı anime. Film yapon animasiya studiyası Studio Ghiblinin məhsuludur. Qədim əfsanə olan Laputa uçan adadır.Bəziləri oranı böyük hərbi baza ,bəziləri isə sonsuz xəzinəsi olan saray hesab edir. Səma qəsri Laputa göylərdə-buludların arasında, gözlərdən uzaqda yerləşir.Bu sirli qalaya gedən yolu yalnız Şitanın sehirli güclərə malik tumarı vasitəsilə tapmaq olar.Tumar göy rənglidir və üzərində qızılı simvol var. Səma qəsri Laputa animasiyasının saundtreki - 1986-cı ildə buraxılmış saundtrek albomudur.Saundtrek siyahısı 14 trekdən ibarətdir.Bütün treklərin müəllifi Co Hisayşidir. "The Girl Who Fell from the Sky" – 2:27 "Morning in Slag Ravine" – 3:04 "A Fun Brawl (Pursuit)" – 4:27 "Memories of Gondoa" – 2:46 "Discouraged Pazu" – 1:46 "Robot Soldier (Resurrection/Rescue)" – 2:34 "Carrying You" – 2:02 (Xor: Suginami Children's Choir) "Sheeta's Decision" – 2:05 "On the Tiger Moth" – 2:32 "An Omen to Ruin" – 2:18 "The Sea of Cloud Under the Moonlight" – 2:33 "Laputa: Castle in the Sky" – 4:36 "The Collapse of Laputa" – 2:00 (Xor: Suginami Children's Choir) "Carrying You" – 4:07 (İfaçı: Azumi Inoue) Film İMDBnin hazırladığı Top 250 film siyahısında 230-cu mövqedə qərarlaşıb.İMDB xalı 8,1-dir.
Açıq səma altında muzey
Açıq səma altında muzey — Muzeydə eksponatlar açıq səma altında nümayiş olunur və qorunur. ==== Haqqında ==== Açıq səma altında muzeyin təşkil etməyin vacibliyi ideyası və prinsipləri ilk dəfə olaraq isveçrəli alim Ç. Bonsetten tərəfindən XVIII əsrdə irəli sürülmüşdür. İsveçrə 1891-ci ildə isə Qezelius məşhur "Skansen" muzeyini təşkil etdi. Avropa və Amerika qitələrində belə muzeylər çoxdur (Kopenhagendə – 1897, Osloda – 1902, Arnxemdə – 1912 və s.). Təkcə Polşada belə muzeylərin sayı 35-ə çatmışdır. Finlandiyada Serasaari adasında ənənəvi kəndli malikanəsi və o cümlədən XVIII əsrə aid zəngin etnoqrafik abidələr saxlanmaqdadır. Burada bütün sənətkarlıq emalatxanaları və dəyirmanlar işlək vəziyyətdə nümayiş etdirilir. Almaniyanın Zanvüst şəhərində alman kəndinin 250 illik tarixini izləmək mümkündür. Buxarestdə yerləşən muzey-kənd də diqqəti cəlb edir. Muzeydə 62 kompleks abidə və 18 min eksponat nümayiş etdirilir.
Səma şairi (film, 2003)
Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən film 1918-ci ilin martında ermənilərin Bakıda törətdikləri soyqırım hadisələri ilə başlanır. Nadir sənədli kadrlarda Hüseyn Cavid Bakı nümayişçiləri arasında görünür. Ssenari müəllifi: Azər Turan Rejissor: Şamil Nəcəfzadə Operator: Nizami Abbas Bəstəkar: Ərtoğrul Cavid Məsləhətçi: Turan Cavid Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 380.
Sahn-ı Səman mədrəsələri
Sahn-ı Səman mədrəsələri (Osmanlıca: صحن ثمان) — Fateh Sultan Mehmed tərəfindən İstanbulda inşa edilən yüksək dərəcəli mədrəsə. Sahn-ı Seman İstanbulun fəthindən sonra Fatih Sultan Mehmed tərəfindən qurulan təhsil ocaqları arasında ən yüksək təhsil ocağıdır. Səhn-i Səman; Quran, hədis, kəlam, fiqh və təfsir kimi İslam elmləri ilə yanaşı, fizika, kimya, riyaziyyat və astronomiya kimi əqli elmlərdən də məruzələrlə çıxış etmişdir. Fatih Kompleksi daxilində yerləşən Sahn-ı Seman kompleksin bütövlüyü çərçivəsində inşa edilmişdir. Onun tikintisi 1462-1470-ci illər arasında davam etmişdir. Səhn-i Səmanın meydana gəlməsində Əli Kuşçu ilə Fatih Sultan Mehmetin birliyi ön plana çıxır. Sahn-ı Seman İstanbuldakı ilk türk ali təhsil müəssisəsidir. Sahn-ı Səman mədrəsələri Fatih Külliyesinin ən yüksək səviyyəli mədrəsələridir. Mədrəsələrdə Əli Kuşçunun hazırladığı tədris planının olduğu və onun “Kânûnnamə” şəklində edildiyi məlum olsa da, indiyə qədər araşdırılan Osmanlı arxiv sənədləri arasında bu sənədə rast gəlinməmişdir. Ola bilsin ki, bu qanunun əsli 1918-ci ildə kompleksdə baş verən yanğında məhv olub.
Səmada kimyəvi izlər
Kimyəvi izlər (ing. chemtrails ) sui-qəsd nəzəriyyəsinin bir hissəsidir və bu anlayışa görə dünyanı gizli idarə edən qüvvələr və ya "işğal hökuməti" gizli şəkildə sərnişin təyyarələrindən müəyyən "kimyəvi maddələr" püskürür. Sui-qəsd nəzəriyyəçiləri iddia edirlər ki, bu cür təyyarələr qeyri-adi kondensasiya izləri qoymaqla seçilir. Lakin realda səma üzərində yaranan bu izlərin həqiqətən kimyəvi olduqlarını isbat edən heç bir sübut yoxdur. Bu konsepsiyanın mənşəyi Amerika Birləşmiş Ştatlarının 1967-1972-ci illərdə Vyetnam ( Vyetnam Müharibəsi ), Kamboca ( Kamboca Kampaniyası ) və Laos ( Laos Vətəndaş Müharibəsi ) üzərində buludlara gümüş yodidi səpdiyi Popay əməliyyatı ilə əlaqələndirilir ki, bu da bu ölkələrin ərazisi üzərində daha çox yağıntıya səbəb olmuşdu. Hava şəraitinin dəyişdirilməsi texnologiyalarının hərbi məqsədlər üçün istifadəsinə qadağa hazırda Ətraf Mühitin Dəyişdirilməsi Vasitələrinin Hərbi və ya Hər hansı digər Düşmən İstifadəsinin Qadağan edilməsi haqqında Konvensiyaya ( ENMOD ) uyğundur. SSRİ-nin təşəbbüsü ilə hazırlanmış bu konvensiya, xüsusən ABŞ, Rusiya və Çin tərəfindən ratifikasiya edilmişdir. 1996-cı ilin avqustunda ABŞ Hərbi Hava Qüvvələri hava silahları üçün ideyalar təklif edən "Hava güc çoxaldıcısı kimi: 2025-ci ildə havaya sahib olmaq" məqaləsini dərc etdi. Bu məqalə kimyəvi izlər ideyası üçün təkan oldu. 2 oktyabr 2001-ci ildə ABŞ Konqresi ekzotik silah sistemlərinin təsnifatının bir hissəsi kimi ilk dəfə olaraq "chemtrails" termininindən istifadə edərək H.R. 2977 aktını qəbul etdi.
Məhəmməd Ticani Səmavi
Məhəmməd Ticani Səmavi (2 fevral 1943) — Tunisli İslam tədqiqatçısı, şiəliyi seçən Maliki alimi. O, 1936-cı ildə Tunisin Kafsa şəhərində əslən iraqlı ailədə anadan olmuşdur. Babası İraqın Səmave şəhərində yaşamış və Abbasilər dövründə həyatını qorumaq üçün digər vətəndaşları ilə birlikdə Afrikaya köçmüşdür. Məhəmməd ibtidai təhsilini Zeytunə Universitetinin filiallarından birində bitirmişdir. Tunisin müstəqillik əldə etməsindən və Zeytun Universitetinin bağlanmasından sonra o, fransız-ərəb məktəblərində oxuyub. Bitirdikdən sonra orta məktəbə getdi və kursunu bitirdi. Məhəmməd 17 il dosent vəzifəsində çalışıb. Təhsilini davam etdirmək üçün Fransanın Sorbonna Universitetinə daxil olur və 8 il dinlərlə bağlı araşdırmalar apararaq oranı bitirir. Sonra fəlsəfə və İslam tarixi və məzhəblərini öyrənərək doktorluq dərəcəsini aldı. 10 yaşında Quranın yarısını əzbər bilirdi.
Səmavi Əyicə
Mustafa Səmavi Əyicə (türk. Semavi Eyice; 9 dekabr 1922, Kadıköy, İstanbul ili – 28 may 2018, İstanbul) — Türk incəsənət tarixçisi, tarix, mədəniyyət, din, elm, siyasət və iqtisadiyyat da daxil olmaqla, demək olar ki, hər sahədə Bizans imperiyasını araşdırmış elm adamı. Bizans və Osmanlı incəsənəti ilə bağlı araşdırmaları ilə tanınan alimdir. Məqalələri, ensiklopedik məqalə və araşdırmaları mindən çox kitabda çap olunmuş Əyicə Bizans incəsənətinin Türkiyədə tanınmasında böyük rol oynamışdır. O, "İstanbul aşiqi" kimi tanınır. Onun İstanbulun itirilmiş tarixi abidələri ilə bağlı məqalələri bu mövzuda ən mühüm araşdırma mənbəyidir. Mədəni və Təbii İrsin Qorunması üzrə Ali Şuradakı vəzifəsi sayəsində bir çox tarixi binanı dağılmaqdan xilas edib; O, xilas edə bilmədiklərinin də qeydə alınmasını təmin edib. İstanbulun tarixi abidələri ilə bağlı araşdırmaları ilə yanaşı, Balkan ölkələrində Tavr dağlarındakı arxeoloji ərazilər və Osmanlı abidələri ilə bağlı araşdırmaları vardır. Səmavi Əyicə, 1922-ci ildə İstanbulda anadan olub. Amasranın köklü dənizçi ailələrindən olan Əyicəoğullarına mənsubdur.

Digər lüğətlərdə