Qazaxıstanın viza siyasəti
Qazaxıstana gələn ziyarətçilər viza tətbiq olunmayan ölkələrdən gəlmədikləri təqdirdə Qazaxıstanın diplomatik nümayəndəliklərindən birindən viza almalıdırlar.
Aşağıdakı ölkələrin və ərazilərin vətəndaşları Qazaxıstana vizasız səfər edə bilərlər: 11 iyul 2020-ci ildən bəri vizasız gələn şəxslər ölkədə 180 gün ərzində ən çox 90 gün qala bilərlər (ilk giriş anından etibarən hesablanır).
Qeydlər
^ ŞV – Milli şəxsiyyət vəsiqəsi ilə daxil ola bilərlər
^ IP – Daxili pasportla daxil ola bilərlər
2 – 30 günədək, istənilən 180 günlük dövr ərzində ölkədə qalma müddəti ən çox 60 gün ola bilər
3 – 180 gün ərzində 30 günədək
4 – il ərzində 30 günədək
Türkmənistan— Balkan vilayətinin sakinləri Atırau və Mangistau vilayətlərinə vizasız 5 günlük səfər edə bilərlər.
Qazaxıstan iqtisadiyyatına böyük xarici investisiyalar qoyan aşağıda sadalanan ölkələrin vətəndaşlarına tətbiq olunan vizasız siyasət çərçivəsində 30 gündən az qalmaq müddəti üçün viza tələb olunmur. Proqram əvvəlcə 15 iyul 2014-cü ildə başlamış və 10 ölkəyə birtərəfli vizasız giriş imkanı təqdim etdi, 2015-ci ilin iyul ayında isə siyahı 19 ölkəyə qədər genişləndirilmişdir, daha sonra 2017-ci ilin yanvar ayında bu say 43-ə və 2019-cu ilin sentyabr ayında isə 54-ə qədər yüksəlmişdir. Həmin ölkələr bunlardır:
Qırğızıstanın etibarlı turizm vizasını əldə etmiş bu ölkələrin vətəndaşları bu tip vizanın qüvvədə olduğu müddətdə Qazaxıstanın Almatı və Cambul vilayətlərinin sərhəd bölgələrini ziyarət edə bilərlər: ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Danimarka, Fransa, Finlandiya, Xorvatiya, İngiltərə, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Lixtenşteyn, Lüksemburq, Macarıstan, Malayziya, Monako, Niderland, Norveç, Polşa, Portuqaliya, Səudiyyə Ərəbistanı, Sinqapur, Slovakiya, Yaponiya, Yeni Zelandiya və Yunanistan.
Yalnız Almaniya, Benilüks, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, İspaniya, İsveçrə, İtaliya, Latviya, Litva, Norveç, Portuqaliya, Sloveniya, Vatikan və Yunanıstan diplomatik pasportlarına sahib vətəndaşlar və həmçinin Bolqarıstan, Birləşmiş Ərəb Əmirlikləri, Çili, Xorvatiya, İsrail, Kipr, Meksika, Monteneqro, Rumıniya, Slovakiya və Şimali Makedoniya diplomatik və xidmət kateqoriyası pasportlarına malik şəxslər 90 günə qədər Qazaxıstanda vizasız qala bilərlər.
Yalnız Misir, Polşa diplomatik pasport sahibləri və Bosniya və Herseqovina, Çin, Filippin, Hindistan, İndoneziya, İordaniya, İran, Kuba, Macarıstan, Pakistan, Şri-Lanka, Tailand, Türkmənistan, Vyetnam və Yaponiya ölkələrinə aid yalnız diplomatik və xidmət kateqoriyalı pasport sahibləri 30 günə qədər Qazaxıstanda vizasız qala bilərlər.
Birləşmiş Millətlər Təşkilatının pasportu sahiblərindən 180 gün müddətində 30 gün ərzində viza tələb olunmur.
2019-cu ilin dekabr ayında Kolumbiya ilə diplomatik və xidməti pasport sahibləri üçün vizasız müqavilə imzalanmışdı, lakin o, hələ təsdiqlənməyib.