Sahib

əşyalara, mülkiyyətə, sərvətlərə, nemətlərə sahib olan fiziki, yaxud hüquqi şəxs.
Sahəyə Girmə Məhdudiyyətləri
Sahibkar
OBASTAN VİKİ
Sahib
Sahib — Kişi adı. Sahib Alıyev (dəqiqləşdirmə) Sahib Alıyev (siyasətçi) — Azərbaycan Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış, V çağırış və VI çağırış deputatı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti. Sahib Alıyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Sahib Əhmədov Sahib Əhmədov (zooloq) — biologiya üzrə fəlsəfə doktoru, publisist, zooloq. Sahib Əhmədov (şəhid) — Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Sahib (İran)
Sahib — İranın Kürdüstan ostanının Saqqız şəhristanının Ziviyə bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,489 nəfər və 344 ailədən ibarət idi.
Sahib Abdullayev
Abdullayev Sahib Əhməd oğlu (15 oktyabr 1952, Şahvəlli, Cəbrayıl rayonu – 13 aprel 2017) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” fəxri media mükafatı laureatı. 1952-ci ildə Cəbrayıl rayonunun Şahvəlli kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakultəsini bitirmişdir. Tələbəlik illərindən ədəbi-publisistik yazıları, ədəbi-fəlsəfi esseləri və şeirləri müntəzəm çap olunur. Əsərləri ondan çox almanaxda işıq üzü görmüşdür. “At murad deyilmiş” ədəbi-fəlsəfi esselər, publisistik düşüncələr, portret oçerklər, povest və hekayələr ("Azərbaycan" nəşriyyatı, Bakı-2002; 280 səh.) “Taleyim dönüb Tanrıma” nəsr nümunələri, poemalar və şeirlər ("Nurlan" nəşriyyatı, Bakı-2007; 512 səh.), “Dəfn olunmuş tütək” roman ("Adiloğlu" nəşriyyatı, Bakı-2010; 360 səh.), "Kəndim mənim - Pirim mənim" poema ("MBM" mətbəəsi, Bakı-2011; 88 səh.), "Çarmıxa çəkilmiş ruhların harayı" poema ("Təknur" nəşriyyatı, Bakı-2013; 224 səh.), "Yozulmayan yuxular" roman ("Elm və təhsil" nəşriyyatı, Bakı-2015; 552 səh.) kitablarının müəllifidir. “Xudafərin” (2000-2009) qəzetinin baş redaktoru olmuş, hazırda “Katarsis dünyası” (2009) qəzetinin baş redaktorudur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Qızıl Qələm” fəxri media mükafatı laureatıdır. “Dirili Qurbani” ədəbi məclisinin yaradıcılarından biridir.
Sahib Alıyev
Sahib Eyvaz oğlu Alıyev (24 avqust 1964, Aşağı Şorca, Basarkeçər rayonu) — Azərbaycan Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış, V çağırış və VI çağırış deputatı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti. Sahib Alıyev 24 avqust 1964-cü ildə Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub. Qonşu Daşkənd kənd orta məktəbini bitirib. 1986-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə ilə bitirmişdir. "Lider" televiziyasının siyasi icmalçısı olub. Sahib Alıyev 1992-ci il prezident seçkilərində prezidentliyə namizədlər arasında keçirilmiş debat verilişinə aparıcılıq etmişdir. 2010-cu, 2015-ci və 2020-ci illərdə 95 saylı Tərtər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış, V çağırış və VI çağırış deputatı seçilib. Sahib Alıyev Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədr müavini və Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin üzvüdür.
Sahib Ağayev
Mir Sahib Ağazadə (Ağayev Sahib Qabil oğlu;23 fevral 1980, Bakı) — Azərbaycan aktyoru, rejissor. Mir Sahib Ağazadə 1980-ci ildə Bakıda anadan olmuşdur. Bakı İslam Universitetini (1996-2000), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissorluq” fakültəsini (2001-2004) bitirmişdir. 2000-2003-cü illərdə “Zaman” müstəqil teatrında aktyor, rejissor köməkçisi, quruluşçu rejissor vəzifələrində çalışmışdır. Bir müddət sonra özünün “İrfan” adlı müstəqil teatr studiyasını yaradıb. Bu studiada bir neçə tamaşa və kompozisiyaya quruluş verib (2004-2007). Tələbəlik illərindən kurs rəhbəri Vaqif İbrahimoğlunun yaratdığı Yuğ teatrında aktyor, rejissor köməkçisi kimi fəaliyyət göstərib. 2007-ci ildən 2019-cu ilə qədər “Yuğ” Dövlət Teatrında quruluşçu rejissor vəzifəsində çalışıb. Bir neçə bədii film və serialda aktyor kimi rol alıb. Dövlət tədbirlərinin, yubiley və bədii gecələrinin quruluşçu rejissoru olub.
Sahib Heydərov
Sahib Həsənov
Sahib Azər oğlu Həsənov (19 oktyabr 1999; Gəncə, Azərbaycan — 17 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Sahib Həsənov 19 oktyabr 1999-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 2017-ci ildə Gəncə şəhər 7 nömrəli tam orta məktəbi bitirmişdir. Sahib Həsənov 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində xidmət etmişdir. Sahib Həsənov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Sahib Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sahib Həsənov 17 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 18 oktyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Sahib Musayev
Sahib Kazım oğlu Musayev (1952, Çimkənd) — Azərbaycanlı alim, professor, tibb elmləri doktoru, əməkdar elm xadimi. Beynalxalq Elmlər Akademiyasının həqiq üzvü, Revmatologiya İnstitutu Sahib Musayevin ailəsi Qazaxstan Respublikasının Çimkənd vilayətinə sürgün edilib. O, 1952-ci ildə burada anadan olur. Əslən Borçalı mahalının Mameyi kəndindəndir. 1954-cü ildə ailəsi bəraət aldıqdan sonra buraya qayıtmışdır. Orta məktəbi Qərbi Azərbaycanın Loru bölgəsinin Ləmbəli kəndində bitirib. 1966-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universitetinin) müalicə-profilaktika fakültəsinə daxil olub və 1975-ci ildə məzun olub. 2006-cı il iyunun 16-da Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adı verilmişdir.
Sahib Məmmədov
Sahib Məmmədov (siyasətçi) — Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri. Sahib Məmmədov (baş çavuş) — Vətən müharibəsi şəhidi.
Sahib Nəbiyev
Sahib Paşazadə
Sahib Ağaverdi oğlu Paşazadə (24 oktyabr 1980, Bakı) — tarzən, Beynəlxalq Muğam Mərkəzinin direktoru (2023-cü ildən) Əməkdar artist (2011), Prezident mükafatçısı (2011–2018), Tərəqqi medalı laureatı (2020), Beynəlxalq Müsabiqələr qalibi, dosent (2013). 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə piano sinfi üzrə daxil olmuşdur. 1992-ci ci ildən Tar ixtisası üzrə təhsilini davam etdirmişdir. İlk müəllimi-atası xalq artisti, professor Ağaverdi Paşayev olmuşdur. Sonra isə not ixtisası üzrə Akif Novruzov, muğamdan isə Sərvər İbrahimovdan dərs almışdır. 1996-cı ildə Ümumrespublika üzrə keçirilən "Yaşıl yarpaq-96" — Respublika Radio Müsabiqəsinin qalibi olmuşdur −1-ci yer. 1997-ci ildə "Sadıqcan-150" ifaçıların 1-ci Respublika müsabiqəsinin laureatı-3-cü yer. 1998 ildə Orta ali tehsil məktəbləri arasında keçirilən 7-ci Ümumrespublika müsabiqəsinin qalibi-1 yer. 1998-ci ildə "Muğam-98" Respublika müsabiqəsinin laureatı — 3-cü yer.
Sahib Qarayev
Sahib Qarayev (Sahib Səhyəddin oğlu Qarayev; 25 sentyabr 1941, Qubadlı ) — "Tərəqqi" medalı, "Şərəf nişanı" ordeni, "Əmək veteranı" medalı, "Sosialist Müsabiqəsi Qalibi" nişanı təltifçisi. Sahib Qarayev 25 sentyabr 1941-ci ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. 1959-cu ildə Hal kənd orta məktəbini bitirdikdən sonra Sumqayıt şəhərinə gəlmiş, “Sintezkauçuk” zavodunda çilingər peşəsi üzrə əmək fəaliyyətinə başlamışdır. 1960-cı ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olmuş və istehsalatdan ayrılmadan ali təhsil almış, mühəndis-mexanik ixtisasına yiyələnmişdir. Sahib Qarayev 8 iyun 2015-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. 1967-ci ilə kimi həmin zavodda usta, növbə rəisi vəzifələrində çalişmişdır. 1967-ci ilin avqust ayından 1969-cu ilin aprel ayına kimi Sumqayıt Yük Avtomobil Bazasında avtodəstə rəisi, 1969-cu ildən 1972-ci ilə kimi Sumqayıt Sərnişindaşınma Avtobazasının baş mühəndisi, sonra rəisi, 1972-1975-ci illər Sumqayıt Sərnişindaşınma Avtobazasının müdiri, 1975-ci ildən 1982-ci ilin dekabr ayına qədər Sumqayıt Şəhər Avtonəqliyyat İstehsalat Birliyinin rəisi vəzifəsində çalışmışdır. 1982-ci ilin dekabr ayında Sahib Qarayev Bakı şəhərindəki Avtomobil Bazanın rəisi vəzifəsinə təyin edilmiş, 1985-ci ilin mart ayına qədər bu vəzifədə işləmişdir. Həmin ilin mart ayında o, yenidən Sumqayıt şəhərinə dəvət edilmiş və Avtonəqliyyat İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin edilmişdir. 1987-ci ilin sentyabr ayından 1988-ci ilin oktyabr ayına qədər Bakı Taksi Nəqliyyat idarəsi Baş direktorun müavini, 1988-ci ilin oktyabr ayından 1989-cu ilin sentyabr ayına qədər Bakı şəhəri 2 saylı Taksimotor parkının direktoru, 1989-cu ilin sentyabr ayından 1997-ci ilin yanvar ayına qədər Sumqayıt Avtokombinatının direktoru vəzifəsində işləmişdir.
Sahib Quliyev
Sahib Quliyev — Sahib Quliyev 26 oktyabr 1954-cü ildə Ağsu rayonunun Bico kəndində dünyaya göz açıb. Sahib Quliyev ixtisas təhsilini əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1972–1978) alıb, sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Heykəltəraşlıq fakültəsini (1981–1989) bitirib. 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Yaradıcılığa erkən yaşlarından başlayan heykəltaraş bu yolda qarşılaşacağı bir sıra çətinliklərə baxmayaraq öz əzmi və iradəsi ilə təsviri sənət aləmində yaradıcı bir insan kimi özünəməxsus — milli ruha əsaslanan axtarışları ilə heykəltaraşlıq sənətinin incəliklərini dərindən mənimsəyib və özündə ənənə ilə müasirliyin qovşağını əks etdirən çoxsaylı kiçik plastika nümunələrinin yaradıcısıdır. Belə ki, Sahib Quliyev hələ yetkinlik dövrünə çatmamış sarı təndir gilindən istifadə etməklə, ətrafında gördüklərini bədii görüntüyə çevirməklə yanaşı əsas etibarilə keçi və at fiqurlarından ibarət kiçik həcmli heyvan fiqurları, sonrakı dövrlərdə isə boz daşdan keçi fiqurları düzəldərdi. Sahib Quliyevin yaratdığı bədii plastika nümunələrinin səthlərində dekorativ bəzək xarakterli və müəyyən rəmzi məna daşıyan milli ornamentlərdən istifadə olunub. Bu naxışların əksər hissəsini isə dünya şöhrətli "Bico" xalçasından götürülmüş ornamental motivlər təşkil edir. "Bico" çeşnili xalça və onun üzərindəki həndəsi elementlər ümumiyyətlə heykəltaraşın yaradıcılığına böyük təsir göstərib. Sahib Quliyevin bir sənətkar kimi formalaşmasında milli plastika sənətimizlə yanaşı ünlü ingilis heykəltaraşı Henri Murun da müəyyən qədər təsiri olub. Bu da səbəbsiz deyildi.
Sahib Rüstəmov
Sahib Rəhimov
Sahib Rəhimov (Sahib Səttar oğlu Rəhimov; 26 iyun 1937, Kərimbəyli, Qaryagin rayonu – 8 aprel 2020, Bakı) — dövlət xadimi. Sahib Səttar oğlu Rəhimov 26 iyun 1937-ci ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Orta məktəbi Kərimbəyli kəndində bitirdikdən sonra 1954-cü ildə Azərbaycan Xalq Təsərrüfati İnstitutunun iqtisadiyyat fakultəsinə daxil olub, 1958-ci ildə uğurla bitirərək, təyinatla Dövlət Plan komitəsinin nəzdində fəaliyyət göstərən Təchizat və Təminat baş idarəsində iqtisadçı kimi əmək fəaliyyətinə başlamışdır. Sonra ki dövrdə o Azərmeşəkagiztikinti və Təminat birliyində baş mühəndis, şöbə müdiri və 1965-ci ilə qədər idarə rəisi vəzifələrini ardıcıllıqla icra etmişdir. Sahib Rəhimov sonra ki illərdə Dövlət Tikinti materiallari İstehsalı Təchizat və Təminat idarəsinin rəis müavini (1965-1966-ci illər), Azərbaycan Kənd Tikinti Nazirliyinin MMTŞ-də baş mühəndis (1966-1969-cu illər), Montin adına Ağac Emalı zavodunun direktoru (1966-1972), Başkolxozlararasitikinti Sənaye Müəssisələri idarəsinin rəisi (1972-1979-cu illər), Meşədəmir zavodunun direktoru (1979-1983-ci illər), Kənd Tikinti Nazirliyinin Tikinti materiallari trestinin müdir müavini və həmin nazirlikdə Azərkəndtikintikomplekt trestinin rəisi (1983-1986),Azəraqrarsənayetikinti Birliyinin rəis müavini (1986-1989), Azərbaycan Dövlət Tikinti və Arxitektura Komitəsinin sədr müavini (1989-1990),Azərsənayetikinti Birliyinin sədr müavini (1991-1991) və Azərbaycan Sənaye Tikinti Materiallari nazirinin müavini (1991-1998) vəzifələrində çalışmışdı. 1998-ci ildən isə onun həyatında yeni bir səhifə açılır. Sahib Rəhimov 1998-ci ildə Qaçqınlar və Məcburi Köckünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri və 1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini təyin olunur və 2009-cu ilə qədər bu vəzifədə çalışıb. Sahib Rəhimovun əmək fəaliyyəti və vətənə xidməti Azərbaycan Respublikası tərəfindən hər zaman yüksək qiymətləndirilib, müxtəlif zamanlarda o, orden, medallarla, fəxri adlarla təltif olunub. O, Azərbaycan Respublikasının Əməkdar İnşaatcisi fəxri adi və 2007-ci ildə uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə prezident İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Sahib Rəhimov 8 aprel 2020-ci ildə Bakı şəhərində vəfat edib.
Sahib Sailov
Sailov Sahib Ağagül oğlu (15 may 1932, Salyan rayonu) - Azərbaycan Kommunist Partiyası Şamaxı Rayon, Qasım İsmayılov Rayon və Astara Rayon partiya komitələrinin birinci katibi. Sahib Sailov 1933-cü ildə doğulmuşdur. 1954-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakultəsini, 1959-cu ildə Moskva Ali Komsomol Məktəbini, 1975-ci ildə isə Sov.İKP MK yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1954-1956-cı illərdə orta məktəbdə müəllim kimi işləmişdir. Tarix elmləri namizədidir. 1950-1964-cü illərdə ilk komsomol təşkilatı katibliyindən Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi vəzifəsinə qədər yol keçmişdir. 1957-ci ildə Salyan Rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur. 1961-1964-cü illərdə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin təlimatçısı, şöbə müdirinin müavini, katibi olmuşdur. 1957-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüdür. 1964-1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin inspektoru olmuşdur.
Sahib Ömərov
Sahib İbrahimli
Axundov Sahib İbrahim oğlu (17 aprel 1952, Gəncə, Azərbaycan) — şair, dramaturq, yazıçı, ədəbiyyatşünas alim, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Sahib Axundov 1952-ci il aprel ayının 17-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1968-ci ildə Gəncə şəhərindəki 1 saylı tam orta məktəbi, 1973-cü ildə isə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) filologiya fakültəsini bitirmişdir. 1973-cü ilin sentyabr ayından 1974-cü ilin may ayınadık Ucar şəhər 5 saylı səkkizillik məktəbdə müəllim işləmişdir. 1974-cü ilin may ayından 1975-ci ilin iyun ayınadək hərbi xidmətdə olmuşdur. 1975-ci ilin sentyabr ayından 1982-ci ilin iyun ayınadək Ucar şəhər 5 saylı səkkizillik məktəbdə və qiyabi orta məktəbdə müəllim işləmişdir. 1976-cı ildə istehsalatdan ayrılmadan AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aspiranturada təhsil almış və 1983-cü ildə "Qasım bəy Zakirin lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1982-ci ilin iyun ayından 1989-cu ilin may ayınadək AMEA Gəncə Elmi Mərkəzində elmi işçi vəzifəsində işləmişdir.1989-cu ilin may ayından 1995-ci ilin iyun ayınadək Azərbaycan Kənd Təsərrüfatı İnsitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universitetində) mətbuat sahəsində və müəllim işləmişdir. 1995-ci ilin iyun ayında Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin sədri seçilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir və bununla paralel pedaqoji fəlaiyyətlə də məşğul olur.
Sahib İbrahimov
Sahib Bayram oğlu İbrahimov — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi veteranı. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin mayoru olan Sahib İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib İbrahimov "Zəfər" ordeni ilə təltif edildi.
Sahib İsmayilov
Sahib İsmayılov (1973, Siyəzən rayonu) — Azərbaycan cüdoçusu və cüdo məşqçisi. 1973-cü ildə Azərbaycanın Siyəzən rayonunda anadan olmuşdur. Bir çox beynəlxalq və respublika miqyaslı cüdo turnirlərində Azərbaycanı təmsil etmiş və yüksək nailiyyətlər qazanmışdır. Sonralar məşqçilik fəaliyyəti ilə məşğul olmuşdur. Onun yetirmələrindən Cəlil Cəlilov, Elvin Ramazanov, Əfsanə Hüseynova, Sakit Qasımov və s. bir yarışların və beynəlxalq turnirlərin qalibi olmuşlar. Hal-hazırda Sumqayıt şəhəri 2 saylı Uşaq-Gənclər İdman Məktəbində fəaliyyət göstərir. Sahib İsmayılov 2013-cü ildə "Əməkdar məşqçi" fəxri adına layiq görülmüşdür. Azərbaycan Cüdo Federasiyasının ilk beynəlxalq idman ustasıdır.
Sahib İsmayılov
Sahib İsmayılov (1973, Siyəzən rayonu) — Azərbaycan cüdoçusu və cüdo məşqçisi. 1973-cü ildə Azərbaycanın Siyəzən rayonunda anadan olmuşdur. Bir çox beynəlxalq və respublika miqyaslı cüdo turnirlərində Azərbaycanı təmsil etmiş və yüksək nailiyyətlər qazanmışdır. Sonralar məşqçilik fəaliyyəti ilə məşğul olmuşdur. Onun yetirmələrindən Cəlil Cəlilov, Elvin Ramazanov, Əfsanə Hüseynova, Sakit Qasımov və s. bir yarışların və beynəlxalq turnirlərin qalibi olmuşlar. Hal-hazırda Sumqayıt şəhəri 2 saylı Uşaq-Gənclər İdman Məktəbində fəaliyyət göstərir. Sahib İsmayılov 2013-cü ildə "Əməkdar məşqçi" fəxri adına layiq görülmüşdür. Azərbaycan Cüdo Federasiyasının ilk beynəlxalq idman ustasıdır.
Sahib Şirəliyev
Sahib Yusif oğlu Şirəliyev (18 oktyabr 1995; Masallı rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Sahib Şirəliyev 1995-ci il oktyabrın 18-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. Azərbaycan Ordusunun baş leytenantı olan Sahib Şirəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sahib Şirəliyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Masallı rayonunun Ərkivan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Şirəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Şirəliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Şirəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Sahib Əhmədov
Sahib Əhmədov (zooloq) — biologiya üzrə fəlsəfə doktoru, publisist, zooloq. Sahib Əhmədov (əsgər) — Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Sahib Əkbərov
Sahib İsmayıl oğlu Əkbərov (27 iyul 1951, Otaqlı, Kəlbəcər rayonu) — Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı (1991–1992). Əkbərov Sahib İsmayıl oğlu 1951-ci il iyul ayının 27-də Kəlbəcər rayonunun Otaqlı kəndində Kalxozçu ailəsində anadan olmuşdur.1968-ci ildə Kəlbəcər rayonunda 1 №-li orta məktəbi,1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitunu,1986-cı ildə Bakı Ali Partiya Məktəbini ,2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirməklə inşşat mühəndisi, politoloq, iqtisadçı ixtisaları üzrə ali təhsil almışdır. Əmək fəaliyyətinə 1968-ci ilin iyun ayında başlamışdır. Kəlbəcər rayonu "Kalinin" adına kolxozda sahə gözətçisi işləmişdir.1970–1972-ci illərdə hərbi xidmətdə olmuşdur. Ehtiyatda olan zabitdir.193-vcü ildə "Kalinin" adına kolxozda köməkçi mühasib işləmişdir. 1978-ci ilin oktyabr ayından 1979-cu ilin sentyabr ayına kimi Bərdə Kolxozlararası Tikinti İdarəsində quraşdırıcı, iş ustası,1979-cu ilin sentyabr ayından 1980-ci ilin may ayına kimi Azərbaycan SSR Kənd Sənayesi Tikintisi Nazirliyinin 4 №-li trestində mühəndis, texniki şöbənin baş mühəndisi vəzifələrində işləmişdir. 1980-ci ilin may ayından 1982-ci ilin iyul ayına kimi Kəlbəcər rayon XDS baş memarı vəzifələrində işləmişdir, həmin vaxtlar 1984-cü ilin sentyabr ayından 1986-cı ilin iyul ayına kimi Bakı Ali Partiya Məktəbinin Dinləyicisi olmuşdur. 1986-cı ilin iyul ayından 1989-cu ilin aprel ayına kimi Azərbaycan KP Kəlbəcər Rayon Komitəsində təlimatçı, K/T şöbəsinin müdiri, təşkilatı Partiya Şöbəsinin müdir müavini işləmişdir. 1989-cu ilin aprel ayından 1991-ci ilin sentyabr ayına kimi Kəlbəcər Rayon XDS İK sədri, 1991-ci ilin sntyabr ayından 1991-ci ilin oktyabr ayına kimi Kəlbəcər Rayon XDS sədri, həmin vaxtdan may 1992-ci ilə kimi Rayon İcra Hakimiyyətinin başçısı işləmişdir. Dəfələrlə Kəlbəcər Rayon Xalq Deputatları Sovetinin deputatı,1991-ci ildə isə Azərbaycan Respublikası Ali Sovetinin Deputatı olmuşdur.
Sahib Əliyev
Sahib Əliyev (tam adı: Sahib Müseyib oğlu Əliyev; 15 mart 1933 – 7 fevral 1990) — Azərbaycan alimi, Azərbaycan-sovet kimyaçı alimi, kimya elmləri doktoru (1967), professor (1971), Azərbaycan MEA-nın həqiqi üzvü. Görkəmli alim, istedadlı tədqiqatçı, akademik, kimya elmləri doktoru, professor Sahi Müseib oğlu Əliyev 1933-cü ildə indiki Gədəbəy rayonunda anadan olmuşdur. 1949-cu ildə orta məktəbi medalla bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutununa (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuş, 1954-cü ildə fərqlənmə diplomu ilə bitirərək mühəndis–texnoloq ixtisasına yiyələnmişdir. Sahib Əliyevin əmək fəaliyyəti AMEA Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) ilə bağlı olmuşdur. O, burada aspiranturaya daxil olmuş, 1958-ci ildə namizədlik dissertasiyasını, 1965-ci ildə isə "Alkil, alkenilaromatik karbohidrogenlərin və onların oksitörəmələrinin heterogen katalitik sintezi və çevrilmələrinin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. 1971-ci ildə professor elmi adına layiq görülmüşdür. O, 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir. Yüksək nəzəri biliyi, təşkilatçılıq bacarığına malik Sahib Əliyev artıq 1958-ci ildə laboratoriya müdirinin müavini, 1969-cu ildə laboratoriya müdiri vəzifəsinə təyin olunmuşdur. 1970–1976-cı illərdəo, laboratoriya müdiri vəzifəsi ilə yanaşı, "Plastik kütlələr" şöbəsinin müdiri vəzifəsini, 1982-ci ildən NKPİ–nin elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir. Akademik Sahib Əliyev 1990-cı il fevralın 7–də qəflətən vəfat etmişdir.
Fərid Məmmədov (sahibkar)
Fərid Adil oğlu Məmmədov (25 iyun 1974, Bakı) — sahibkar, Tərəqqi medalı mükafatçısı, "Caspian Event Organisers" şirkətinin baş direktoru, "Iteca Caspian LLC" şirkətinin icraçı direktoru, "Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri, Azərbaycan Avtomobil Federasiyasının vitse prezidenti. Fərid Məmmədov 25 iyun 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə orta məktəbə getmiş 1991-ci ildə bitirmişdir. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Dövlət Tərəfindən Tənzimlənməsi ixtisasına daxil olmuşdur. 1992-ci ilin aprel ayından Material Ehtiyatları Nazirliyində çalışmağa başlamışdır. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. Fərid Məmmədov 1992–1994-cü illərdə hərbi qulluqdan qayıtmış və təhsilini davam etdirmişdir, eyni zamanda Material Ehtiyatları Nazirliyində 2000-ci ilədək çalışmışdır. Fərid Məmmədov peşəkar avtomobil idmançısıdır. O yerli və beynəlxalq yarışlarda müxtəlif mükafatlar qazanmışdır. Ailəlidir, iki övladı var.
Hafiz Məmmədov (sahibkar)
Hafiz Məcid oğlu Məmmədov (2 dekabr 1964, Naxçıvan) — "Bakı" futbol klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, Baghlan Group FZCO-nun prezidenti. 2 dekabr 1964-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1981-ci ildə Naxçıvan şəhəri 3 saylı orta məktəbini, 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu mühasib ixtisası ilə bitirmişdir. Rus və ingilis dillərində sərbəst danışır. Ailəlidir 3 övladı var. 1985–1986-cı illərdə Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyinin Sabunçu rayon şöbəsində mühasib vəzifəsində çalışmışdır. 1987–1988-ci illərdə Naxçıvan MR-nın Yeyinti Sənaye Nazirliyində iqtisadçı vəzifəsində işləmişdir. 1988–1992-ci illərdə Naxçıvan MR-nın Naxçıvan şəhərində Əmanətbank filialının kredit şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1992–1995-ci illərdə "Sənan" kiçik müəssisəsində baş menecer, 1995–97-ci illərdə "Alfa plyus" Kommersiya Təşkilatında baş menecer, 1998-ci illərdə "Baghlan Traiding" şirkətinin direktorlar şurasının sədri vəzifələrində işləmişdir. 2001-ci ildən "Baghlan General Traiding" MMC- də baş menecer vəzifəsində fəaliyyətə başlamışdır.
I Sahib Gəray
I Sahib Gəray (1501, Krım – 1551, Krım) — 1532- 1551-ci illər arasında hökmdarlıq etmiş Krım xanı. I Məngli Gərayın oğludu, eyni zamanda Osmanlı sultanı I Səlimin qaynıdı. Sahib Gəray 1485-ci ildə Məngli Gərayın evləndiyi Kazan xanı İbrahim xanın dul qadını olan Nur Sultandan dünyaya gəldi. 1521-ci ildə qardaşı böyük qardaşı I Mehmed Gəray Kazanı zəpt edərək qardaşı Sahib Gəraya vermişdi. 1532-ci ildə qardaşı böyük qardaşı ilə birlikdə Rus çarı III Vasilini Moskva yaxınlığında məğlub etmişdilər. 1532-ci ildə I Səadət Gərayın ölümü ilə Sahib Gəray Krım taxtında oturdu. 1541-ci ildə Moskvaya səfər etdi. Atalarının siyasətini davam etdirərək, bozqırdakı türk boylarını Krıma yerləşdirdi. Sabib Gərayın hakimiyyəti dövründə Qafqaza bir sıra səfərlər təşkil olunmuş və çərkəzlər üzərində xanlığın hakimiyyət təsiri gücləndirilmişdir. Yusif Mirzənin tabeçiliyində olan noqay tayfaları Kırım xanının və Osmanlı sultanının tabeçiliyinə keçmişdilər.
Kəhram Sahibi nahiyəsi
Kəhram Sahibi nahiyəsi — 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi 1. Bəhrivar erm. kəndi (37 ailə) 2. Lök erm. kəndi (10 ailə) 3. Əştərək azərb. kəndi (6 ailə) 4. AĢağı Vartanazor. Kəndin Xəbir məzrəəsi azərb. kəndi (8 ailə) 5.
Mehmed Sahib Əfəndi
Mehmed Sahib Əfəndi (aprel 1838, Konstantinopol – 6 iyul 1910, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. I Mahmud dönəminin şeyxülislamlarından Pirizadə Sahib Əfəndinin nəslindəndir. Mufassal Hal Tercemesi: Pîrîzâde Mehmed Sâhib Molla, TTK Ktp., Yazmalar, nr. 149. İstanbul Müftülüğü Meşihat Arşivi, Ulemâ Sicil Dosyaları, nr. 1153. Ekrem Reşad, "Şeyhülislâm-ı Esbak Merhum Sâhib Bey", 1327 Sene-i Mâliyesine Mahsus Musavver Nevsâl-i Osmânî, İstanbul 1329, s. 193–204. Mizancı Mehmed Murad, Meskenet Mazeret Teşkil Eder mi?, İstanbul 1329, s. 48 (a.e.
Mir Sahib Ağazadə
Mir Sahib Ağazadə (Ağayev Sahib Qabil oğlu;23 fevral 1980, Bakı) — Azərbaycan aktyoru, rejissor. Mir Sahib Ağazadə 1980-ci ildə Bakıda anadan olmuşdur. Bakı İslam Universitetini (1996-2000), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissorluq” fakültəsini (2001-2004) bitirmişdir. 2000-2003-cü illərdə “Zaman” müstəqil teatrında aktyor, rejissor köməkçisi, quruluşçu rejissor vəzifələrində çalışmışdır. Bir müddət sonra özünün “İrfan” adlı müstəqil teatr studiyasını yaradıb. Bu studiada bir neçə tamaşa və kompozisiyaya quruluş verib (2004-2007). Tələbəlik illərindən kurs rəhbəri Vaqif İbrahimoğlunun yaratdığı Yuğ teatrında aktyor, rejissor köməkçisi kimi fəaliyyət göstərib. 2007-ci ildən 2019-cu ilə qədər “Yuğ” Dövlət Teatrında quruluşçu rejissor vəzifəsində çalışıb. Bir neçə bədii film və serialda aktyor kimi rol alıb. Dövlət tədbirlərinin, yubiley və bədii gecələrinin quruluşçu rejissoru olub.
Mirzə Fətəli xan Sahibdivan
Mirzə Fətəli xan Mirzə Əliəkbər xan oğlu Şirazi — Nasirəddin şah Qacarın hakimiyyəti zamanında Cənubi Azərbaycanın valisi. Mirzə Fətəli xan Mirzə Əliəkbər xan oğlu Şiraz şəhərində anadan olmuşdu. Məşhur Qəvam, Kəlantər nəslindindir. Mirzə Fətəli xan Sahibdivan Azərbaycanın valisi olmuşdu. Təbrizdə həm valinin, həm vəliəhdin olması ağır yük idi. 1872-ci ildə yayılmış intibahnamədə vali Sahibdivana müraciətdə deyilirdi: "Bizi idarə etmək təkcə vəliəhdin olması kifayətdir. Artıq hakimlər, xüsusilə də sənin kimisi bizə lazım deyil". Öz acgözlüyü və zülmkarlığı ilə əhalini cana gətirən Sahibdivana qarşı Təbrizdə dəfələrlə çıxışlar baş vermiş və nəhayət 1881-ci ildə Təbriz əhalisi onu Azərbaycandan qovmuşdur. (Buna baxmayaraq, şah Sahibdivanı başqa yerə - yerə Şiraza hakim təyin etmişdi). Mirzə Fətəli xan Xürrəm Bahar xanım Fətəli şah qızı Qovanlı-Qacarla ailə qurmuşdu.Hüseyn xan, Heydərəli xan adlı oğlanları vardı.
Mustafa bəy Sahibqıran
Mustafa bəy Sahibqıran (kürd. مستەفا بەگ ساحێبقران), təxəllüsü Kürdi (kürd. کوردی، Kurdî) — XIX əsr kürd şairi. O, Nali və Səlim ilə birlikdə sorani dilində olan Babani şeir məktəbinin yaradıcılarındandır. Odur ki, Kürdi Nali və Səlim ilə eyni vaxtda yaşamış və əslən Süleymaniyyədən olmuşdur. O, 1806 və ya 1812-ci ildə anadan olmuş, 1850-ci ildə vəfat etmişdir. Onun poeziyasının forma və məzmunu Nali və Səliminkinə bənzəyir, daha çox sevgi, fəlsəfə, mistisizm, tarix kimi mövzulardan ibarət idi. Şeirlərinin çoxu qəzəl və qəsidə formasındadır. Şeirləri kürd, fars və ərəb dillərindədir.
Nüvə silahına sahib olan ölkələrin siyahısı
Nüvə silahından uğurla istifadə edən səkkiz suveren dövlət var. Onlardan beşi nüvə silahının qarşısının alınması müqavilənin şərtlərinə uyğun olaraq nüvə silahına malik dövlətlər hesab edilir. Nüvə silahının alınması qaydası belədir: ABŞ, Rusiya (Sovet İttifaqının varisi), Böyük Britaniya, Fransa, Çin. Mövcud rəsmi məlumatlara görə, aşağıdakı dövlətlər nüvə silahına malikdir və ya malik idi (ilk nüvə sınağının keçirildiyi il və ya silaha malik olma müddətinə görə): Bundan əlavə, NATO -ya üzv olan bir neçə dövlətin ( Almaniya, İtaliya, Türkiyə, Belçika, Hollandiya, Kanada ) və digər müttəfiqlərin (ehtimala görə, rəsmi olaraq inkar edilir - Yaponiya, Cənubi Koreya ) ərazisində ABŞ-nin nüvə silahı var. Bəzi ekspertlər hesab edirlər ki, müəyyən şəraitdə bu dövlətlər ondan istifadə edə bilər . 1994 -cü ildə Qazaxıstan, 1996 -cı ildə isə SSRİ dağılandan sonra ərazilərində SSRİ -nin nüvə silahlarının bir hissəsi olan Ukrayna və Belarus 1992 -ci ildə imzalanmış Lissabon protokoluna əsasən onu Rusiyaya verdilər. Cənubi Afrikanın özünün nüvə silahları var idi, lakin aparteid rejiminin sökülməsi səbəbindən 1990-cı illərin əvvəllərində könüllü olaraq ondan imtina etdi. “Köhnə” nüvə dövlətlərinin (ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya) Nüvə Klubunun yeganə “qanuni” üzvləri kimi beynəlxalq hüquqi müstəvidə statusu “ Qeyri-müqavilə” nin müddəalarından irəli gəlir. 1968-ci il Nüvə Silahlarının Yayılması - bu sənədin IX maddəsinin 3-cü bəndində deyilir: “Bu Müqavilənin məqsədləri üçün nüvə silahına malik dövlət yanvar ayına qədər nüvə silahını və ya digər nüvə partlayıcı qurğusunu istehsal etmiş və işə salmış dövlətdir. 1, 1967." Bu baxımdan, BMT və bu beş "köhnə" nüvə dövləti (onlar həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi böyük güclərdir ) Nüvə Klubunun son dörd "gənc" (və bütün mümkün gələcək) üzvlərinin görünüşünü nəzərə alırlar.
Olimpiya medalına sahib Azərbaycan idmançıları
Azərbaycan Olimpiya Oyunlarında
Pirizadə Mehmed Sahib Əfəndi
Pirizadə Mehmed Sahib Əfəndi (1674, Konstantinopol – 1749, Bursa) — Osmanlı alimi, şairi və şeyxülislamı. 1674-cü ildə İstanbulda dünyaya gəldi. Yeniçəri ağası Piri ağanın oğludur. Bu səbəblə Pirizadə olaraq anılır. İsmayıl Hami Danişməndə görə, dəvşirmə kökənli olduğu üçün şəcərəsi bilinmir. Şeyx Süleyman Əfəndi və Tahir Əfəndidən ilk dərslərini aldıqdan sonra şeyxülislam Mirzəzadə Mehmed Əfəndinin xidmətinə alındı. 1695-ci ildə Sultan Mustafanın cülusu əsnasında təhsilini tamamladı və bir müddət yeni şeyxülislam Seyid Feyzullah Əfəndinin kitabçısı olaraq xidmət etdi. Məhz onun tövsiyəsiylə o əsnada sədrəzəm olan Daldaban Mustafa Paşaya, ardından onun xələfi Rami Mehmed Paşaya imam olaraq xidmət göstərdi. Ardından 1701-ci ilin iyulunda müdərris olaraq təyinat aldı və 1723-cü ilədək müxtəlif mədrəsələrdə çalışdı. Bu ərəfədə Mentəşzadə Əbdürrəhim Əfəndinin şeyxülislamlığı dönəmində Müqəddəs torpaqlardakı vəqf torpaqları üzrə müfəttiş olaraq xidmət etdi.
Pirizadə Osman Sahib Əfəndi
Pirizadə Osman Sahib Əfəndi (1710, Konstantinopol – 3 mart 1770, Konstantinopol) — Osmanlı alimi, şairi, xəttatı və şeyxülislamı. 1710-cu ildə İstanbulda doğulmuşdur. Atası Sultan Mahmud səltənətinin şeyxülislamlarından Pirizadə Sahib Əfəndi, babası Piri ağa isə yeniçəri ağalarından idi. Təhsilini tamamladıqdan sonra 1730-cu ildə müdərris oldu. ənənəyə uyğun olaraq müxtəlif mədrəsələrdə dərs verdikdən sonra 1738-ci ildə Qalata, 1744-cü ildə isə Məkkə qazısı oldu. Ardından atasının şeyxülislamlığı dönəmində 1745-ci ildə İstanbul qazılığına gətirildi. Ancaq bu təyinat baş tutmadı və məsələ böyüyərək atasının vəzifədən alınmasına səbəb oldu. Belə ki, səhhətinin pis olduğunu deməsinə baxmayaraq Mehmed Sahib Əfəndi həmin il oğluyla birlikdə həccə getdi. 1747-ci ildə ziyarətdən döndü və ata-oğulun Gəliboluda qalmasına qərar verildi. Bir il sonra isə bağışlanaraq Üsküdarda qalmalarına icazə verildi.
Qadın sahibkarlar
Qadın sahibkarlar— xüsusən bir müəssisəni quran və idarə edən qadınlardır. 20 və 21-ci əsrdə qadın sahibkarların sayı ABŞ- da davamlı olaraq artdı, 1997-ci ildən bəri qadın sahibkarlıq biznesi 5%-ə qədər artdı. Bu artım, Koko Şanel, Diana Hendriks, Marqaret Vitmen və Opra Uinfri kimi varlı qadınların yaranmasına səbəb oldu. ABŞ-də ilk qadın sahibkarlığı işi 1739-cu ildə Eliza Lukas 16 yaşında olarkən Cənubi Karolinadakı ailəsinin əkinlərinə başçılıq etdiyi zaman qeyd olunur. 18–19-cu əsrlərdə qadınlar gəlirlərini artırmaq yolu ilə kiçik biznes fəaliyyətinə başladılar. Bir çox hallarda yoxsulluğun qarşısını almağa çalışırdılar və ya həyat yoldaşının itkisi ilə üzləşənlər gəlir əldə etmək məqsədilə sahibkarlığa başlayırdılar. O dövrdə bu qadınların qurduqları müəssisələr sahibkarlıq kimi düşünülmürdü. Onların bir çoxu məişət vəzifələrinə diqqət etməli idilər. Məsələn, təhsil və alternativ məşğulluq imkanları ilə uzun müddət davam edən və əhəmiyyətli maneələr olan qaradərili qadınlar tarixən az maaşlı işlərə və məişət işlərinə, xüsusən də Cima Krou qanunu da işləmişdilər. Nəticədə, 20-ci əsrin əvvəllərində qaradərili qadınlar tikiş, saç baxımı, evdə məişət işi və mamaçılıq sahələrində inkişaf edirdilər.
Qazaxıstanda sahibkarlıq
Qazaxıstandakı kiçik və orta sahibkarlıqlar (KOS) 2017-ci il üçün 1.45.994 müəssisə ilə təmsil olunur. 2010-cu ildən 2017-ci ilə qədər aktiv KOS-lərin sayı 661.598-dən 1.145.994-ə yüksəldi və bu artım orta hüquqi şəxslər istisna olmaqla bütün sahibkarlıq növlərində müşahidə edildi. 2012-ci ilədək Qazaxıstanda KOS-larda 1,8 milyon nəfər işləyir ki, bu da ümumi iqtisadi cəhətdən əhalinin 23% -dir. Eyni zamanda, Qazaxıstanın böyük şəhərlərində KOS-lərdə işləyənlərin sayı aktiv əhalinin 50% -ə çatır. Qazaxıstan sahibkarlığının inkişafı çərçivəsində 1997-ci ildə məqsədi "Sahibkarlığa maliyyə və məsləhət yardımı göstərmək" olan xüsusi bir dövlət fondu yaradılmışdır. Həmçinin, sahibkarlığa regional səviyyədə sahibkarlıq şöbələri tərəfindən xidmətlər göstərilir. 2011-ci ildə kiçik müəssisəyə xidmət dəstəyi verilən xüsusi bir "İş Yol Xəritəsi-2020" proqramı yaradıldı. Bu proqramın əsas operatoru "Damu" dövlət fondudur.Qazaxıstanda sahibkarlığı dəstəkləyən bir sıra QHT və ixtisaslaşmış dərnəklər mövcuddur. Xüsusilə, öz sıralarında Qazaxıstanın təşəbbüskar ittifaqlarını birləşdirən Qazaxıstan Respublikasının Milli Sahibkarlar Palatasını qeyd etmək olar. Qazaxıstanda sahibkarlığı dəstəkləyən ən qədim qeyri-hökumət qurumlarından biri 1992-ci ildə yaradılan Qazaxıstan Sahibkarlar Forumudur.
Quru Qrant Sahib
Quru Qrant Sahib — Siqhizm dinin müqəddəs kitabı. 1430 səhifədən ibarət olan Quru Qrant Sahib kitabında dini hökmlərlə yanaşı, müxtəlif rəvayətlərdə yer almışdır. Quru Qrant Sahibin hazırlanmasında beşinci quru Quru Arjanın rolu böyükdür. 1604-cü ildə Quru Qrant Sahibin ilkin versiyası kimi Adi Qrant Quru Arjanın göstərişi ilə hazırlanmışdır.
Sahib Alıyev (siyasətçi)
Sahib Eyvaz oğlu Alıyev (24 avqust 1964, Aşağı Şorca, Basarkeçər rayonu) — Azərbaycan Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış, V çağırış və VI çağırış deputatı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti. Sahib Alıyev 24 avqust 1964-cü ildə Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub. Qonşu Daşkənd kənd orta məktəbini bitirib. 1986-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə ilə bitirmişdir. "Lider" televiziyasının siyasi icmalçısı olub. Sahib Alıyev 1992-ci il prezident seçkilərində prezidentliyə namizədlər arasında keçirilmiş debat verilişinə aparıcılıq etmişdir. 2010-cu, 2015-ci və 2020-ci illərdə 95 saylı Tərtər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış, V çağırış və VI çağırış deputatı seçilib. Sahib Alıyev Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədr müavini və Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin üzvüdür.
Sahib Alıyev (əsgər)
Sahib Azər oğlu Alıyev (10 oktyabr 1999; Gəncə, Azərbaycan — 17 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Sahib Alıyev 1999-cu il oktyabrın 10-da Gəncə şəhərində anadan olub. 2006-2017-ci illərdə Gəncə şəhərində 7 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. Sahib Alıyev 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Sahib Alıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sahib Alıyev oktyabrın 17-də Murovdağ döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Alıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Sahib Həsənov (20 Yanvar şəhidi)

Значение слова в других словарях