Sarayevo Universiteti
Sarayevo Universiteti (bosn. Универзитет у Сарајеву ) — Bosniya və Herseqovinanın Sarayevo şəhərində yerləşən dövlət universitetidir. Bu, ölkənin ən böyük və ən qədim universiteti olmaqla bərabər keçmiş Yuqoslaviyada ən qədim ali təhsil müəssisəsidir. Universitet 1537-ci ilə qədər İslam mədrəsəsi olaraq qurulmuşdur.
İyirmi fakültə, üç akademiya və üç ilahiyyat fakültəsi olan universitet 2014-cü ildə 30.866 tələbə sayı ilə, qəbul baxımından Balkanların ən böyük universitetləri arasında yer alır. 1949-cu ildə qapılarını açandan bəri, ümumi 122,000 tələbə bakalavr, 3.911 tələbə magistr, 45 fərqli sahədə 2284 tələbə isə doktorluq dərəcəsi aldı. Hal-hazırda Bosniya və Herseqovinanın ən nüfuzlu universiteti olaraq qəbul edilir və mindən çox müəllim işçisi çalışır.
Müasir Sarayevo Universiteti qurulmazdan əvvəl, 16-cı əsrdə Osmanlıların himayəsi altında Sarayevoda və Bosniya və Herseqovinada ilk ali təhsil məktəbləri quruldu. Bosniyadakı ilk mədrəsə, yəni Qazi Hüsrəv bəy mədrəsə və kitabxanası, Osmanlı ali məktəbi olaraq Qazi Hüsrəv bəy tərəfindən 1537-ci ildə Sarayevoda açıldı.
[[Şəkil:National_Museum_of_BiH_Aerial.JPG|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:National_Museum_of_BiH_Aerial.JPG%7Cright%7Cthumb%7C198x198px%7C[[Avstriya-Macarıstan İmperiyası]] dövründə Bosniya və Herseqovina Milli Muzeyi]]
Universitet, Avstriya-Macarıstan İmperiyası hakimiyyəti dövründə, bir çox ali təhsil və mədəniyyət təsisatının qurulduğu bir dövrdə Bosniya və Herseqovinanın Milli Muzeyi kimi inkişa etmişdir.