saxtalıq
saxurca
OBASTAN VİKİ
Saxur
Saxur kəndi — Dağıstanın Rutul rayonunda kənd. Tarixən Qafqazın mərkəzlərində biri olmuşdur. Məhşər səyyahlardan Övliya Çələbi də bu kənddə olmuş və haqqında yazmışdır. Saxur kəndi həmçinin Qafqazın İslam mərkəzlərindəni biri olmuşdur. Belə ki, Səlcuq imperiyasının sultanı Məlikşahın vəziri Nizamülmülkün fərmanı ilə 1075-ci ildə Saxurda mədrəsə inşa edilmişdir. Bu mədrəsədə ilahiyyatla yanaşı təbiət elmləri də tədris edilmişdir. Mədrəsədə İmam Qəzalinin kitabları da tərcümə edilmişdir. Bura Dağıstanın hər yerindən təhsil almaq üçün tələbələr gəlirdi. Mədrəsə şagirdləri şərqin elm ocaqları olan Bağdad və Şama göndərilirdi. 1562-ci ildə Səfəvi hökmdarı I Təhmasib Saxur bəyi Adı-Görklü bəyə fərman göndərək onu İlisu sultanı elan etdi.
Saxur (kənd)
Saxur kəndi — Dağıstanın Rutul rayonunda kənd. Tarixən Qafqazın mərkəzlərində biri olmuşdur. Məhşər səyyahlardan Övliya Çələbi də bu kənddə olmuş və haqqında yazmışdır. Saxur kəndi həmçinin Qafqazın İslam mərkəzlərindəni biri olmuşdur. Belə ki, Səlcuq imperiyasının sultanı Məlikşahın vəziri Nizamülmülkün fərmanı ilə 1075-ci ildə Saxurda mədrəsə inşa edilmişdir. Bu mədrəsədə ilahiyyatla yanaşı təbiət elmləri də tədris edilmişdir. Mədrəsədə İmam Qəzalinin kitabları da tərcümə edilmişdir. Bura Dağıstanın hər yerindən təhsil almaq üçün tələbələr gəlirdi. Mədrəsə şagirdləri şərqin elm ocaqları olan Bağdad və Şama göndərilirdi. 1562-ci ildə Səfəvi hökmdarı I Təhmasib Saxur bəyi Adı-Görklü bəyə fərman göndərək onu İlisu sultanı elan etdi.
Saxur dili
Saxur dili (sax. цIаIхна миз) — Azərbaycanda və Dağıstanda danışılan ləzgi dillərindən biri. Azərbaycanda əsasən Zaqatala və Qax rayonlarında, Dağıstanda isə Rutul rayonunda yerləşən saxur kəndlərində işlənilir. Danışanların sayı 60 min nəfərdən çoxdur. İlk dəfə saxur dilinə dair elmi iş 1895-ci ildə alman dilçisi Roderix fon Erkert tərəfindən yazılmışdı. 1913-cü ildə digər alim Artur Dirr saxur dilinin ilk qrammatikasını tərtib etmişdi. Dilin ədəbi forması 1930-cu ildə Qanıx şivəsinin əsasında qurulmuşdu. 1934-cü ildən bəri məktəblərdə keçirilirdi, lakin Azərbaycanda 1938-cu ildə dərs kimi ləğv olundu və dilin tədrisi bir də 1989-cu ildə bərpa edildi. Saxur dilində ismin 18 halı, felin 7 növü vardır. 2009-cu ildə Azərbaycanda "Buta Film" kinostudiyası "Arxası Qibləyə" (sax.
Saxur mətbəxi
Saxurların mətbəxi müxtəlif yeməklərlə zəngindir. Xəmir xörəkləri isə onların ən çox sevdikləri yeməklərdən sayılır. Saxurların mətbəxində bir çox yemək növləri qaxacla hazırlanır. Bundan başqa onların mətbəxində “sürfüllü”, “xikeyi”, “xingili” adlı yemək növləri də məşhurdur.
Saxur əlifbası
Saxur əlifbası — saxur dilində yazmaq üçün istifadə olunan əlifba. Orta əsrlərdə saxurlar dəyişdirilmiş ərəb əlifbasından — əcəmdən istifadə edirdilər. 1934–1938-ci illərdə saxur əlifbası SSRİ -də latın qrafikası əsasında istifadə edilmişdir. 1990-cı ildən Rusiyadakı saxurlar kiril əlifbasına əsaslanan əlifbadan istifadə edirlər. 1996-cı ildən Azərbaycanda latın qrafikasına əsaslanan saxur əlifbasından istifadə edilir . XI əsrin sonlarında Dağıstanda ilk mədrəsə Saxur kəndində yaradılmışdır. XIII əsr ərəb coğrafiyaşünası Zəkəriyyə əl-Qəzvininin əsərlərini araşdıran sovet alimi A.N.Genko müəyyən etmişdir ki, o dövrdə saxurlar öz dillərini yazmaq üçün dəyişdirilmiş ərəb əlifbası olan "Əcəm"dən istifadə edirdilər. Genko yazırdı: "Bizim yerli yazının mövcudluğu faktı var və bu yazı saxurdur. Bizdə saxur dilinə tərcümə olunmuş əsərlər var". Məlumdur ki, "Muzani məcmuəsi" və "İmam əl-Şafeinin kitabı" kitabları ərəb dilindən saxur dilinə tərcümə edilmişdir.
Saxurlar
Saxurlar (sax. yixbı (йихъбы) / tsaxbı (цIаIхбы)) — Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında, eləcə də Dağıstanın Şəki-Zaqatala bölgəsi ilə həmsərhəd olan Rutul rayonunda yaşayırlar. Sayları 30 mindən çoxdur. Qafqaz dillərinin Dağıstan qolunun cənub-şərq qrupuna aid olan saxur dilində, eləcə də Azərbaycan dilində danışırlar. Dini baxımdan sünni müsəlmandırlar. Hazırda 12 məktəbdə saxur dilində dərslər keçirilir. Həmin məktəblərdə ümumilikdə 105 sinif var və 2500-ə yaxın şagird təhsil alır. Saxurların yaşadığı ərazi Şəki-Zaqatala iqtisadi rayonuna daxildir. Son onillikdə orta illik əhali artımı 1,5 % olmuşdur ki, bu da orta respublika səviyyəsindən azdır. Saxurların ən məşhur nümayəndələri arasında fizika-riyaziyyat elmləri doktoru Abdulla Muxtarovu, professor Abdulla Qarayevi, Sovet İttifaqı Qəhrəmanı Səlahəddin Kazımovu,Azərbaycanın Milli Qəhrəmanı Natiq Məmmədovu,yazıçı-publisist Əhməd İsayevi,filologiya elm doktoru-professor-sovet türkoloqu Səlim Cəfərovu,Tarixçi Dağıstan Dövlət universitetinin professoru Harun İbrahimovu,tarixçi dosent Elvira Lətifova,Bonn Universiteti Şifahi tarix fənni üzrə doktor Rasim Mirzəyev,Azərbaycan Texniki Universitetinın rektor əvəzi Xalıq Yahudov,Sovet Sosialist Əməyi Qəhrəmanı Minə Nəzirovanı,cüdo üzrə Avropa və Dünya kuboku çempionu Oruc Vəlizadəni, əməkdar MMA döyüşçüsü Samir Abdullayevi, muay tay və kikboksinq üzrə məşhur idman ustası Renat Yusubovu və s digərlərini göstərmək olar.

Digər lüğətlərdə