Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cizgili qızılquş
Cizgili qızılquş (lat. Falco zoniventris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Əzgili
Əzgili — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göygöl r-nunun Toğanalı i.ə.v.-də kənd. Kürəkçayın sahilində, Murovdağ silsiləsinin yamacındadır; Zaqatala r-nunun Əli Bayramlı i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yerli məlumata görə, oykonimlər bu kəndlərin ərazisində əzgil ağacının çox olması ilə bağlı yaranmışdır. Tədqiqatçılar belə güman edirlər ki, toponim erkən orta əsrlərdə qədim bulqar tayfa birliyinə daxil olan türkdilli eskil/eşkil tayfasının adı ilə bağlıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 55 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Təhsil == 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 230 000 manat vəsait ayrılmışdır.
Cizgi
Animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmi – incəsənətin bir növü. Onun əsərləri kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır. == Haqqında == Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur. Bu növ uşaqlar üçün nəzərdə tutulmuşdur. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır. Gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması olan qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünə məxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətindən qrafik animasiya ilə ayaqlaşa bilməyən həcmli animasiyada personajların təsviri xarakteristikası daha dolğun olur. Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlara kompüter animasiyası deyilir.
Alman əzgili
Alman əzgili (lat. Mespilus germanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin əzgil cinsinə aid bitki növü. Əzgil böyük kol və ya kiçik ağacdır. Bu ağacın meyvəsi, digər adıyla muşmula, Roma dövründən bəri becərilir və qışda mövcud olması və yuyulduqda yeyilməsi qeyri-adidir. Çiy halda və müxtəlif bişmiş yeməklərdə yeyilə bilər. == Mənşəyi və əlaqəli növlər == Latın dilində "alman" mənasını verən germanica adına baxmayaraq, əzgilin yayıldığı bölgə İran, cənub-qərb Asiya, həmçinin cənub-şərqi Avropa, xüsusən də Bolqarıstan və Türkiyənin Qara dəniz sahilləridir. Ola bilsin ki, 3000 ildir becərilir. Qədim yunan coğrafiyaşünası Strabon "Coğrafiya" əsərinin 16-cı bölməsinin 4-cü fəslində μέσπιλον (mespilon) adını qeyd edir. Çiçəklərin beş geniş yumurtavari ağ ləçəkləri var. Çiçəklər yazın sonunda görünür, hermafroditdir, arılar tərəfindən tozlanır və öz-özünə məhsuldardır.
Hizgil peyğəmbər
== Hüzqəyl (Hizgil) peyğəmbər == Tarixçilərin dediyinə görə, Kalibdən sonra Bəni-İsrail üçün Hüzqəyl peyğəmbərliyə çatdı. İbni Əsir və Təbəri yazırlar ki, Hüzqəylə "İbnul-əcuz" (qarının oğlu) ləqəbini vermişdilər. Çünki anası qoca arvad və sonsuz idi. Qoca vaxtında Allahdan uşaq istədi. Allah taala Hüzqəyli ona nəsib etdi. Təbərinin dediyinə görə, Hüzqəyl həmin Zulkifldir. Bu adın ona verilməsinin səbəbi o idi ki, yetmiş peyğəmbəri ölümdən qurtarandan sonra onlara dedi: -"Siz arxayın gedin. Çünki bir nəfər mənim ölməyim sizin hamınızın ölümündən yaxşıdır." Yəhud Hüzqəylin yanına gəlib yetmiş peyğəmbərin yerini ondan soruşdular. Hüzqəyl onlara dedi: -"Buradan getdilər. Onların hara getməyini mən bilmirəm.
Qafqaz əzgili
Stern əzgili
Stern əzgili (lat. Mespilus canescens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin əzgil cinsinə aid bitki növü.
Yapon əzgili
Yapon əzgili (lat. Eriobotrya japonica – Yapon eriobotriyası) — eriobotriya cinsinə aid bitki növü. Gülçiçəklilər (lat. Rosaceae) fəsiləsindən həmişəyaşıl subtropik bitkidir. Bu ekzotik ağacın bir neçə adı var. Azərbaycan dilində ən geniş yayılmış adı yapon əzgilidir. Eyni zamanda muşmula da adlandırılır. Həmçinin, Malta əriyi və yeni dünya meyvəsi də adlandırılır. Botanik adı isə latınca "Eriobotrya japonica"dır. Çünki eriobotriya cinsinə aid bitki növüdür.
Çırpılı
Çırpılı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 36 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Çirpili kimi qeyd edilmişdir. Toponim «quru budaq, kol qırıntısı» mənasında işlənən çırpı sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.ll.1947-ci il fərmanı ilə adı dəyişdirilib Crapi, sonra Nerkin Crapi qoyulmuşdur.
Cizgi filmi
Animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmi – incəsənətin bir növü. Onun əsərləri kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır. == Haqqında == Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur. Bu növ uşaqlar üçün nəzərdə tutulmuşdur. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır. Gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması olan qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünə məxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətindən qrafik animasiya ilə ayaqlaşa bilməyən həcmli animasiyada personajların təsviri xarakteristikası daha dolğun olur. Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlara kompüter animasiyası deyilir.
İRS cizgi
İRS cizgi — vətənpərvər ruhda milli və tarixi qəhrəmanlar üzərindən oxuculara məntiq, mühəndislik, dünyagörüşü kimi bilgiləri çatdıran cizgi film, roman, oyuncaq, oyun, animasiya və s. kimi məhsullar üzərində çalışan bir komanda. == Yaradılması == İRS cizgi komandası 2017-ci ildə Anar Əkbərli tərəfindən yaradılmışdır. Hədəfləri milli və elmi formatda oxuculara dünyagörüşü , məntiq və mühəndislik sahələrində bilgi verən cizgi, roman, oyuncaq, oyun və animasiyaların yaradılmasıdır. İşlərində daha çox milli və tarixi qəhrəmanları daha fərqli, daha çox günümüzə uyğun şəkildə təsvir edirlər. == Fəaliyyəti == 2017-ci ildə İRS cizgi yaradıcılıq qrupunun "Koroğlu" adlı ilk milli komiksinin təqdimatı keçirilib. Komiksin Mərkəzi Elmi Kitabxanada, Bakutel sərgisində təqdimatı keçirildi. Bu komiks Azərbaycanda bu sahədə ilk uğurlu layihədir. İstənilən yaş qrupu üçün nəzərdə tutulmuş ssenari əsasında hazırlanıb. Dastandan ilhamlanaraq, tarixi faktlara əsaslanaraq milli ruhda hazırlanan komiks oxucuya məntiq və dünyagörüşü aşılayır.Qrup tərəfindən 2018-ci ildə Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı "DİRİLƏR" milli komiksi elektron versiyada istifadəçilərə pulsuz təqdim olunub.
Cizgi film
Animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmi – incəsənətin bir növü. Onun əsərləri kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır. == Haqqında == Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur. Bu növ uşaqlar üçün nəzərdə tutulmuşdur. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır. Gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması olan qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünə məxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətindən qrafik animasiya ilə ayaqlaşa bilməyən həcmli animasiyada personajların təsviri xarakteristikası daha dolğun olur. Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlara kompüter animasiyası deyilir.
Çınqıl
Çınqıl, çaydaşı və ya qənbər — dənizin, çayların və göllərin dalğalarının təsiri altında aşılanaraq yumru, hamar forma almış müxtəlif dağ süxurlarının qırıntıları, xırda daş. Çay daşları adətən daha iri olur. 10–20 sm qədər. Dəniz daşları daha yastı və kiçik. Əsasən yol tikintisində və beton istehsalında istifadə olunur.
Çigil
Çigil — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Məskunlaşmamış adadır. Palçıq vulkanı mənşəlidir. Ərazisi 0,4 km² təşkil edir. Sahilləri hündür və yalnız cənub-şərq tərəfdən ensiz sahil zolağı ilə əhatə olunmuşdur. Cənub-Şərq hissədə bir necə palcıq vulkanı var. Adanın uzunluğu 585 m, eni 425 m-dir. Sahildən 16,9 km məsafə ayırır. Maksimal hündürlük 5 m təşkil edir. Bəndovan burnundan cənubda yerləşir.
Çiğli
Çiğli (türk. Çiğli) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimalında Menemen, şərqində Qarşıyaxa ilçələri, cənubunda və qərbində isə İzmir körfəzi yerləşir. İlçənin sahəsi 139 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 200,211 nəfərdir.
Çığlı
Çığlı (Miyanə)
Sağ çıqqıltı
Sağ çıqqıltı (ing. Right-click) - siçanın sağ (ikinci) düyməsinin çıqqıldadılması. Windows əməliyyat sistemində sağ çıqqıltıdan, adətən, kontekst menyusunun (CONTEXT MENU) açılması üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çılqıçı Ondar
Çılqıçı Ondar və ya Çılqıçı Çımıt Dorju oğlu Ondar — (Tuva dilində: Чылгычы Чимит-Доржу оглу Ондар) (16 noyabr 1955, Çadan, Tuva Muxtar Vilayəti[d] – 12 iyun 2020, Tıva) – Tuva dramaturqu, III və IV çağırış Dövət Dumasının deputatı. == Həyatı == Çılqıçı Ondar 16 noyabr 1955-ci ildə Dzun-Kemçik rayonunun Çadan şəhərində anadan olmuşdur. 1978-ci ildə B.V.Şukin adına Moskva Ali Teatr Məktəbini, Novosibirsk Ali İqtisad Məktəbini bitirmişdir. Çilgiçi Ondar əmək fəaliyyətinə 1978-ci ildə Tuva Dövlət Musiqili Dram Teatrında aktyor kimi başlamışdır. O, müxtəlif illərdə teatrın ədəbi hissə müdiri, Qızıl Sov.İKP MK-nın təbliğat və təbliğat şöbəsinin müəllimi, "Tıvanın anaktarı" qəzeti redaksiyasının informasiya və idman şöbəsinin müdiri, Tuva MSSR Mədəniyyət nazirinin müavini, Tuva Respublikasının Mədəniyyət, kino və turizm nazirinin müavini, Sosial siyasəti üzrə dövlət müşaviri vəzifələrinə çalışmışdır. 14 oktyabr 2001-ci ildə 27 nömrəli Tuva bir mandatlı seçki dairəsində əlavə seçkilərdə III çağırış Dövlət Dumasının deputatı seçilmişdir (Rusiya Federasiyası Hesablama Palatasında işə başlayan N. I. Loktionovun yerinə). O, seçkidə 38.57% səs toplayaraq deputat seçilmiş, Vhif Rusiya fraksiyasına daxil olmuşdur. Dövlət Dumasının Səhiyyə və İdman Komitəsi rəhbərinin müavini seçilmişdir.2003-cü ildə Tıva Respublikasının 28 saylı Tıva bir mandatlı seçki dairəsində, IV çağırış Dövlət Dumasının deputatı seçilmişdir. Dövlət Dumasının Mədəniyyət Komitəsi sədrinin müavini kimi fəaliyyət göstərmişdir. 2009-cu ildən Qazaxıstandakı Rusiya səfirliyinin birinci katibi olaraq diplomatik işə göndərilmiş, eyni zamanda Astanadakı Rusiya ilə əməkdaşlıq təşkilarının sədr müavini vəzifəsində çalışmışıdr.
Blum (cizgi qəhrəman)
Bloom -Cizgi qəhrəmanı. Yaşı-Winx club-a qatılanda 16 yaşı var. Fəsil 1-də 16,fəsil 2-də 17,fəsil 3-də 18 və fəsil 4-də 19 yaşı,5-də 20,6-da 21,7-də 22 yaşı var Gücü-Magix-nın ən güclü sehrinə Əjdər oduna malik olan qızdır.Od gücündən istifadə dir. Sonradan od qoruyucu pərisi olur. Ölkəsi-Dünyadan Alfea-ya gəldiyi bilinsədə əslində öksəsi Dominodur(Sparks). Sevgilisi-Sky. Pixie-si (mini pərisi)-Lockette-dir. Otağını yığışdırmağa nifrət edir. Blum problemləri, məktəb ilə bağlı öhdəlikləri,dostları və xəyalları ilə dünyadakı hər hansı bir gənc qızdan fəqsizdir. Hər gün səssiz, sakit keçməkdə olan yaşantısını sevməkdə,digər tərəfdən cadulu yerlərdən və sehirli varlıqlardan ibarət bambaşqa bir dünyanın varlığını xəyal etməkdədir.
Cizgi (film janrı)
Animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmi – incəsənətin bir növü. Onun əsərləri kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır. == Haqqında == Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur. Bu növ uşaqlar üçün nəzərdə tutulmuşdur. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır. Gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması olan qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünə məxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətindən qrafik animasiya ilə ayaqlaşa bilməyən həcmli animasiyada personajların təsviri xarakteristikası daha dolğun olur. Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlara kompüter animasiyası deyilir.
Kəloğlan (cizgi filmi)
Kəloğlan türk. Keloğlan — TRT ÇOÇUK kanalında yayımlanan cizgi filmi. == Haqqında == Cizgi filmində düzgünlüyün, dürüstlüyün və yaxşılığın simvolu Kəloğlan və dostlarının başına gələn macəralardan bəhs olunur. Cizgi filminin ilk mövsümü "Biri varmış, biri yoxmuş. Kəloğlanın nağılları", 2-ci mövsümü "Kəloğlan", 3-cü mövsümü isə "Kəloğlan otağımda gizləndi" adı ilə yayımlanmışdır. Kəloğlan Mövsüm sayı— 3 Hissə sayı— 107Quruluş Yayım şirkəti— AnimaxYayım Məlumatları Kanal— TRT ÇOCUK Yayım Tarixi—2009-2013 Vəziyyəti— Keçmiş hissələri Televiziyada yayımlanır.
Moana (cizgi filmi)
Moana — "Walt Disney Animation Studios" tərəfindən istehsal olunmuş 2016-cı il musiqili, macəra janrında animasiya filmi. Filmin rejissorları Con Masker və Ron Klements, bəstəkarı isə Mark Mançindi. Əsas qəhrəmanlardan biri olan yarıtanrı Mauini amerikalı kinoaktyor Dueyn Conson səsləndirmişdir. Dünyada premyerası 23 noyabr 2016-cı ildə baş tutmuşdur. Film Sakit okeanın cənub sahillərindəki Matunui adalasında yaşayan Moana adlı qızın həyatından bəhs edir. Moana başçının qızıdır. Onların adasında yaşamaq üçün bütün vasitələr və şərait var. Amma bir gün məlum olur ki, ada sakinlərinin əsas qidası olan balıq və hind qozu (kokos) yoxa çıxmağa başlayıb. Bu zaman Moana mərcanları üzüb keçərək Teffitinin ürəyini qaytarmaq və bu yolla qəbiləni xilas etmək fikrinə düşür. Ona isə ancaq yarıtanrı Maui kömək edə bilər.
Yumrular (cizgi filmi)
Yumrular və ya Gülməcələr (rus. Смешарики) — rus cizgi serialı. Cizgi serial Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilir. Serial yumru və gülməli antropomorfik heyvanların macəraları haqqındadır. Serial 3 sezondan və 240 bölümdən ibarətdir. Hər bölüm 6 dəqiqə 30 saniyədən ibarətdir. Bəzi seriyalar iki hissəyə bölünür, "Əcdad effekti" bölümü isə üç hissədən ibarətdir. Əsas seriala "Yumrular: Pin-kod" və "Yumrular: əlifbalar" ("Əlifbalar" serialı bir neçə yerə bölünür "Oxu əlifbası", "Davranış qaydaları əlifbası" və s.) seriallar artırılmışdır.
Ələddin (cizgi serial)
Ələddin (ing. Aladdin) — 5 sentyabr 1994 və 4 noyabr 1995-ci illər ərzində Disney Channel-də yayımlanan cizgi serialdır. == İstinadlar == == Xarici keçidlər == Ələddin — Internet Movie Database saytında.
Baktriya qızılı
Baktriya qızılı — Əfqanıstanın Tillya-Təpə şəhəri yaxınlığında 1978-ci ildə tapılmış qızıl əşyalar. Qızıl əşyalar e.ə. I əsrdə dəfn edilmiş kuşan çarlarının qəbrlərində tapılıb. Qazıntını sovet-əfqan arxeloji ekspedisiya həyata keçirmiş. Qazıntılara Sarianidi Viktor İvanoviç rəhbərlik edirdi. Hər qazılmış türbədən üç minə yaxın qızıl əşya aşkar edilmişdir. Ümumən 20 min qızıl əşya- bəzək və qızıl silahlar tapılıb. == Tarixi == Dəfn olunmuşları aşkar etdikdən sonra arxeloqlar “Qızıl təpədə” qazıntıları davam etdirməyi planlaşdırırdılar. Ancaq 1979-cu ildə başlanılan Əfqanıstan müharibəsi (1979-1989) qazıntıların davam edilməsinə mane oldu. Tapılmış qızıl əşyalar Kabil muzeyində yerlışdirildi.
Cığalı təcnis
Cığalı təcnis – qoşma qəlibi üzərində yaradılan, lakin hər bəndin ikinci misrasından sonraya cığa kimi cinas bayatı əlavə olunan təcnis növü. Cığalı təcnis aşıq poeziyasının mürəkkəb və son dərəcə melodik şəkillərindən biridir. Təcnisin ilk iki misarasından sonra çığa gəlir. "Cığa" burada yaraşıq, bəzək mənasında işlədilir. Cığalı təcnisin uyğun bəndindəki ilk iki misra hansı cinasın üzərində qurulursa, oraya daxil edilən cığa-bayatı da həmin cinas üstündə olmalıdır. Cığa vəzifəsi yerinə yetirən cinas bayatı arasına daxil olduğu təcnis bəndinin məzmunu ilə yaxından səsləşməli, oradakı poetik qənaəti daha da qüvvətləndirməlidir. Cığa-bayatının qafiyələri də təcnisin qafiyələri kimi cinas olur. Əsas mətnlə cığa arasında qafiyə fərqi olsa da, məna, məzmun baxımından onlar bir-birini davam etdirir və tamamlayırlar. Bir sıra hallarda təcnislə cığanın qafiyələri də eyni olur. Məsələn: Azərbaycan aşıqları arasında cığalı təcnislərə daha çox Aşıq Alının, Aşıq Ələsgərin, Həsən Xəyallının, Sərraf Şiruyənin yaradıcılığında rast gəlinir.
Gümüşü çingil
== Təbii yayılması == Yabanı halda İranda və Şimali-Qərbi Monqolustanda, Zaqafqaziyada və Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m, sallaq zoğlara malik, gövdəsinin rəngi qonur koldur. Bitkinin yarpaqlaması mürəkkəb, 3-6 cüt gümüşü cütlələkvari çılpaq yarpaqlardan ibarətdir. Yarpaqların üzəri bozumtul, gümüşü tükcüklərlə örtülmüş olur. Uc hissədəki tək yarpaq tikanla əvəz olunmuşdur. Bu tikanlar qışda yarpaqcıqlar töküldükdən sonra saplaqlarla birlikdə gövdə üzərində uzun müddət qalır. Yarpaqaltlıqları bizvari tikanlara çevrilmişdir. Çiçəkləri 2-3 ədəd olmaqla yarpaqların qoltuğundakı salxımlarda yerləşir. Kasayarpaqları dişli olub, 3-6 sm uzunluğunda, enli, üçbucaq formasındadır. Tacı bənövşəyi, qırmızımtıl, çəhrayı və ya ağ, uzunluğu 15-18 mm-dir.
Qızılı alabayquş
Qızılı alabayquş (lat. Tyto aurantia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Qızılı balıqcıq
Qızılı balıqcıq, Şələquyruq qızıl balığı?, Yapon balığı? (lat. Carassius auratus) Çəkikimilər dəstəsinin Çəkilər fəsiləsinin Daban balıqlar cinsinə aid balıq növü. Çarprazlama üsulu istehsal ilə fərqli rənglərdə və bədən quruluşunda çox növü çıxarılmışdır. Şələquyruq qızıl balığı soyuq suda da yaşaya bilərlər. Tapıldıqları akvariumlarda tək cins olaraq bəslənirlərsə isidiciyə ehtiyac yoxdur. Su istiliyinin 25 dərəcə üstündə olması sağlamlıqlarına mənfi təsir edər. Koi olaraq adlandırılan törəmələri hovuzlarda 59 sm boy, 4.5 kq ağırlığa çata bilərlər. == Artıma == Lazımlı şərtlər və damızlıklar təmin edilsə akvariumda çıxarılması mümkündür. Yumurta tökərək törəyərlər.
Qızılı batbat
Qızılı batbat (lat. Hyoscyamus aureus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü.
Qızılı beş
Qızılı beş (ing. The Figure 5 in Gold) və ya Qızılı beş gördüm (ing. I Saw the Figure 5 in Gold) — ABŞ rəssamı Çarlz Demut tərəfindən 1928-ci ildə çəkilmiş rəsm əsəri. Rəsm əsəri çəkilərkən kubizm və presizionizmdən təsirlənmişdir. Çarlz Demut rəsm əsərini dostu Vilyam Karlos Vilyamsa hörmət əlaməti olaraq çəkmişdir. Rəsm əsəri Vilyam Karlos Vilyamsın "Böyük rəqəm" şeirinə istinad edir. Bu şeirdə yağışlı gecədə şəhərin küçələri boyunca (güman ki, Nyu York şəhərində) bir yerə tələsən yanğınsöndürmə maşını təsvir edilmişdi. Rəsm əsəri adını bu şeirdə işlədilmiş bir ifadədən almışdır. == İstinadlar == == Xarici keçidlər == ABŞ Metropoliten muzeyinin katoloqunda rəsm əsəri.
Qızılı böcək
Qızılı donbalankök
Qızılı donbalankök (lat. Bongardia chrysogonum) — çoxillik bitki. == Qısa morfoloji təsviri == Çoxillik, hündürlüyü 10-35 sm, gövdəsi budaqlı, yarpaqsız olan, kökyumrulu bitkidir. Kök yumruları kürəvari, diametri 3,5 sm, torpaqda dərin yerləşir. Yarpaqları yalnız kökyanı, oturaq, lələkvari, əsasından pazvaridir, bir qayda olaraq qarşılıqlıdır. Ləçəkləri təxminən 10 mm uzunluqda, tərsyumurtavari, parlaq sarı rəngdədir. Meyvəsi ellipsvari və ya uzunsov, hər iki tərəfdən daralan qutucuqdur. == Yayılması == BQ Quba sahəsi, Xəzər sahili ovalığı, Qobustan, Abşeronın rayonlarında arandan aşağı dağ qurşağına kimi yayılmışdır. Quru yamaclarda, əkin sahələrində, yataq torpaqlarda bitir.
Qızılı doqquzdon
Qızılı doqquzdon (lat. Lonicera chrysantha) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Sibirdə, Uzaq Şərqdə, Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2-4 m-dək olan, şaxələnmiş, möhkəm çətirli, tünd-boz qabıqlı gözəl koldur. Yarpaqların uzunluğu 12 sm-dək, uzunsov-yumurtavari, ucu biz, dərili, tünd-yaşıl, qısa saplaqlıdır. Bir çox növlərdən fərqli olaraq bu növün çiçəkləri qızılı-sarı, bal qoxuludur. 5-6 yaşından hər il çiçəkləyir və bol meyvə verir. Meyvələri qırmızı, şarşəkilli, bünövrəsi ilə bitişikdir. Toxumlarla və qələmlərlə çoxalır, kök atması 100 %-ə çatır. == Ekologiyası == Torpağa tələbkar deyil.
Qızılı ilişgən
Qızılı ilişgən (lat. Sabanejewia aurata) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü. == Yayılması == Yayılması nisbətən genişdir. Dunay, Egey dənizi çayları, Yuxarı Don və Kuban çayları hövzəsi, Xəzərin İran sahilli, Azərbaycan hüdudlarında bütün Kür və Araz boyu, eləcə də dağətəklərinə qədər onların qollarında qeydə alınır. == Morfoloji əlamətləri == D II–III (5) 6–7, A II–III 5–6, P I 6–8, V I 5–6, C I 12–14, l.l. 170–200, fəqərələrin sayı 41–43-dür. Bel və anus üzgəclərinin gerisində və ya çox dərəcədə inkişaf etmiş dəri darağı vardır. Gözaltı tikanı yaxşı inkişaf etmişdir. Bığları nisbətən uzundur, ağzın küncündəki bığlar gözün dal kənarı vertikalına qədər çatır. Cüt üzgəcləri xallıdır, quyruq ezgəcinin əsasında tünd rəngli zolaq olur; bu zolaq ortadan qırılmış şəklində olur.
Qızılı kefal
Qızılı kefal (lat. Liza parsia) — liza cinsinə aid heyvan növü. == Yayılması == Atlantik okeanında İngiltərədən Cənubi Afrikaya qədər, eləcə də Aralıq, Qara və Azov dənizlərində yayılıb. Xəzər dənizində geniş yayılmışdır. Orta və Cənubi Xəzərin sahilə yaxın yerlərində və habelə Şimali Xəzərin bir sıra rayonlarında yayılmışdır. == Morfoloji əlamətləri == D IV,19, A III 9 şüa var.Pilorik çıxıntıların sayı 7-9-dur. Bədəni uzunsov-girdəvarıdır, burun hissəsi kütdür. Pulcuq örtüyü geri burun dəliyinə qədər çatırsa da rostrumun üzərində pulcuqsuz enli zolaq olur.Bədəni üzərində bir neçə qızılı rəngdə zolaq, qəlsəmə qapağı üzərində isə həmin rəngdə ləkələr olur. Uzunluğu Qara dənizdə 50 sm Xəzər dənizində 55 sm-ə, kütləsi müvafiq olaraq 0,7-5 kq-a çatır,1 2 ilə qədər yaşayır. == Yaşayış yeri və həyat tərzi == Qızılı kefal sırf dəniz balığıdır.
Fərhad – portret cizgiləri (film, 1987)
== Məzmun == Film-portret Azərbaycanın xalq artisti, görkəmli pianoçu, professor Fərhad Bədəlbəyli, onun yaradıcılıq axtarışları haqqındadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cəmil Fərəcov Ssenari müəllifi: Cəmil Fərəcov Operator: Sərdar Vəliyev Səs operatoru: Nataliya Nuriyeva == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.
9 (cizgi filmi, 2009)
9 — 2009-cu ildə istehsal olunmuş ABŞ filmi. == Qısa məzmun == Hadisələr bizimlə paralel mövcud olan başqa bir kainatda baş verir. Əsas qəhrəmanlar postapokaliptik dünyada sağ qalmağa cəhd göstərən kuklalardır. Baş qəhrəman liderlik keyfiyyətləri nümayiş etdirərək hamının sağ qalmasını təmin etməyə çalışan Doqquzdur.
Anastasiya (cizgi filmi, 1997)
Anastasiya (ing. Anastasia) - 1997-ci ildə istehsal olunmuş cizgi filmidir. Cizgi filmi 1956-cı ildə çəkilmiş eyni adlı film əsasında hazırlanmışdır. 1999-cu ildə cizgi filmin "Anastasia: Adventures with Pooka and Bartok" adlı video oyunu çıxmışdır. == Məzmun == Rusiyanın sonuncu imperatoru II Nikolay Romanovun qızı Anastasiya Romanova Rasputinin hücumuna məruz qalır. Amma Anastasiya nənəsi ilə ondan qaça bilir. Qatara tərəf qaçan Anastasiya gözlənilmədən büdrəyərək aşağıya diyirlənir. Bu zaman onun başı yerə bərk dəyir və Anastasiya huşunu itirir. Bu hadisədən sonra 10 il keçir. Anastasiya uşaq evində böyüyür.
Artur (cizgi teleserial, 1996)
"Artur" (ing. "Arthur") — ABŞ-də yaradılmış, dünyanın ən populyar televiziya proqramlardan biri.
Azərbaycan cizgi filmlərinin siyahısı
== A == Abbasın bədbəxtliyi (film, 1935) (cizgi filmi) Ad günü (film, 1992) (cizgi filmi) Akvarium (film, 1983) (cizgi filmi) Anam ağaca çıxıb (film, 1986) (cizgi filmi) Analar və laylalar (film, 1992) (cizgi filmi) (TV) Arzular... Arzular... (film, 1988) (cizgi filmi) Arzunu yarat (film, 1977) (cizgi filmi) Aslan və iki öküz (film, 1970) (cizgi filmi) Ayı və siçan (film, 1970) (cizgi filmi) Ayna (film, 2006) (cizgi filmi) == B == Bahar əyləncələri (film, 1989) (cizgi filmi) Balaca çoban (film, 1985) (cizgi filmi) Basatın igidliyi (film, 1988) (cizgi filmi) (TV) Başlanğıc (film, 1982) (cizgi filmi) (TV) Bil (film, 2017) (cizgi serialı) Bir axşam... (film, 1985) (cizgi filmi) Bir dəfə (film, 1990) (cizgi filmi) Bulud niyə ağlayır? (film, 1973) (cizgi filmi) == C == Cat (film, 1933) (cizgi filmi) Cavanşir (film, 2002) (cizgi filmi) Cəsur təyyarə (film, 2009) Cırtdan (film, 1969) (cizgi filmi) Cırtdan-"pəhləvan" (film, 1981) (cizgi filmi) Cırtdan və div (film, 1983) (cizgi filmi) Cırtdan və sehirli xalat (film, 2016) (cizgi filmi) Cırtdan və sehrli xalat – 2-ci hissə (film, 2019) (cizgi filmi) Cırtdanın yeni sərgüzəşti (film, 1973) (cizgi filmi) Cücələrim (film, 1975) (cizgi filmi) == Ç == Çaqqal oğlu çaqqal (film, 1972) (cizgi filmi) Çalalar (film, 2000) (cizgi filmi) Çətin məsələ (film, 1988) (cizgi filmi) == D == Danışan işıqlar (film, 1965) (cizgi filmi) (TV) Daş (film, 1977) (cizgi filmi) Dostlar (film, 2017) (cizgi serial) Dəcəl dovşan (film, 1981) (cizgi filmi) Dədə Qorqud (cizgi filmi) (cizgi filmi) Dəniz səyahəti (film, 1992) (cizgi filmi) Dəniz səyyahı Sindbadın macəraları (film, 1941) (cizgi filmi) Dınqıl, sazım, dınqıl (film, 1976) (cizgi filmi) Düşüncə (film, 1987) (cizgi filmi) Dörd Fəsil (film, 2018) (cizgi filmi) == Ə == ...Əks-səda doğuracaq (film, 1987) (cizgi filmi) Əlifba (film, 2016) Əndazədən çıxanda (film, 1988) (cizgi filmi) Ən güclü kimdir? (film, 2014) == F == Fitnə (film, 1970) (cizgi filmi) == G == Gəldi kosa (film, 1988) (cizgi filmi) Gəlin birgə öyrənək: Rənglər (film, 2014) Gəlin birgə öyrənək: Rəqəmlər (film, 2015) Gənc memar (film, 1978) (Cizgi Süjet-Mozalan № 41) Göyçək Fatma (film, 1973) (cizgi filmi) (TV) Göyçək Fatma (film, 1988) (cizgi filmi) Günlərin bir günündə... (film, 1975) (cizgi filmi) Güzgü (cizgi filmi, 1990) (cizgi filmi) == H == Humayın yuxusu (film, 1985) (cizgi filmi) == X == Xeyir və Şər (film, 1980) (cizgi filmi) Xeyirxah nağıl (film, 1986) (cizgi filmi) (TV) Xoruz (film, 1977) (cizgi filmi) Xrizantema yarpağı (film, 1989) (cizgi filmi) == İ == İfritə Meymunə (film, 1992) (cizgi filmi) İlbizin evi (film, 2011) İlham (film, 1972) (cizgi filmi) (TV) İthaf (film, 1990) (cizgi filmi) İt sərgisi (film, 2010) == K == Karvan (film, 1995) (cizgi filmi) Keşikçi (film, 1990) (cizgi filmi) Kirpi balası və alma (film, 1977) (cizgi filmi) Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003) (cizgi filmi) Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990) (cizgi filmi) Köhnə mismar (film, 2014) Köhnə saat (film, 2014) Kürən (film, 1989) (cizgi filmi) == Q == Qara leylək (film, 1985) (cizgi filmi) (TV) Qaravəlli (film, 1989) (cizgi filmi) Qaravəlli-2 (film, 1992) (cizgi filmi) Qarğa balası və özgə yuvası (film, 2005) Qavaldaş (film, 2022) (cizgi filmi) Qozbeli qəbir düzəldərmi? (film, 1972) (Cizgi Süjet-Mozalan № 6) Qəribə əjdaha (film, 1984) (cizgi filmi) Qırmızılar, qaralar və başqaları (film, 1969) (cizgi filmi) (TV) Qız qalası (film, 1984) (cizgi filmi) (TV) Qız qalası əfsanəsi (film, 1978) (cizgi filmi) Qızıl (film, 2004) (cizgi filmi) Qurbanəli bəy (film, 1989) (cizgi filmi) (TV) == L == Lağım (film, 1993) (cizgi filmi) (TV) Lələtəpə (film, 2020) (cizgi filmi) (TV) Lovğa fil balası (film, 1987) (cizgi filmi) == M == Meşəyə insan gəlir (film, 1980) (cizgi filmi) Mənim balaca Şahzadəm (film, 2019) (cizgi filmi) Mərhəmətin dadı (film, 2007) (qısametrajlı cizgi filmi) Milli əjdaha (film, 2007) (Cizgi Süjet-Mozalan No:183) Molla Nəsrəddin Xoca (film) (cizgi filmi) "Mozalan"ın nağılı (film, 1979) (Cizgi Süjet-Mozalan № 50) Möcüzələr adası (film, 1978) (cizgi filmi) (TV) Münəccimin şagirdi (film, 1983) (cizgi filmi) Mübariz İbrahimov (film, 2021) (animasiya filmi) == N == Nar ağacının nağılı (film, 1989) (cizgi filmi) Nuş olsun (film, 2008) == O == Oda (film, 1990) (cizgi filmi) Oğurlanmış bahar (film) (cizgi filmi) == P == Pəncə...
Balta (cizgi-serial, 2018)
Balta — 6 fevral 2018 tarixindən etibarən yayımlanmağa başlayan, dram, komediya və fantastika janrlarını özündə birləşdirən, müasir Azərbaycanın ilk professional animasiya serialıdır. Serialda baş qəhrəman İsmayılın "bir baltaya sap olmaq" üçün atıldığı sərgüzəştlərdən söhbət açılmışdır. 2021-ci il 7 iyun tarixində isə 38 dəqiqəlik final seriyası ilə izləyicilərinə vida etmişdir. == Məzmun == "Balta" animasiyası Azərbaycan gəncinin gündəlik həyatda yaşadığı problemlərə yumoristik və absurd şəkildə yanaşma göstərən yetkinlər üçün cizgi serialdır. Hekayə bu günə kimi böyüdüyünün fərqində olmayan, avara baş qəhrəmanımız İsmayılın öz ailəsinin güvənini qazanmaq və sevdiyi qız Cananı əldə etmək üçün çox pul qazanmalı olduğunu dərk etməsiylə başlayır. İsmayılın pul qazanmaq üçün əl atdığı yollar bizi macəralardan-macəralara aparır. Azərbaycan dilində, sosial şəbəkələrdə və internet mediasında yayımlanan "Balta" animasiyası 4K keyfiyyəti ilə ümumilikdə 20 nəfərlik komandanın əməyi nəticəsində ərsəyə gəlib. == Cizgi filminin yaradıcı heyəti == Prodüser: Nicat Manafov Layn Prodüser: Elçin Hüseynov Rejissor/Ssenarist: Rəvan Muradov Art Direktor: Əmrah Niyazalı Animatorlar: Vüsal Kərimov, Fərman Dadaşov, Seymur Abdullayev Qrafik Dizayner: Nihad J Layihə Məsləhətçisi: İlkin Yusif == Personajlar == İsmayıl: Hekayənin əsas qəhrəmanı olan İsmayıl 23 yaşında pul qazanmaq üçün yollar axtarır. Musa: İsmayılın kiçik qardaşı. Hüseyn: İsmayılın atası.
Bembi (cizgi filmi, 1942)
Bembi (ing. Bambi) — 1942-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir, Disney studiyası tərəfindən yaradılmış sayca 5-ci cizgi filmi. İlk nümayişi 13 avqust 1942-ci ildə təqdimatı olmuş və 2 milyon dollardan artıq gəlir gətirmişdir. Feliks Saltenin eyniadlı romanının ekranlaşdırılmasıdır. Bəstəkarları Frenk Çörçil və Edvard Plambdır. 1 mart 2005-ci ildə "Bembi" DVD-də yenidən satışa çıxarılmışdır. 7 fevral 2006-cı ildə Disney studiyası filmin sikvelini — "Bembi 2" cizgi filmini təqdim etmişdir. 1 mart 2011-ci ildə "Bembi" Blu-ray-də yenidən satışa çıxarılmışdır. == Rollarda == Con Sazerlend — Bembi Bobbi Styuart / Donni Danagan / Hardi Olbraĭt — gənc Bembi Paula Uinslou — Ana Bembi / Qırqovul Piter Ben / Sem Edvards — gənc Thumper Tim Devis — Thumper Sterling Hollouey — Gül Stan Aleksandr — gənc Gül Vill Rayt — Dostuna Bayquş Enn Gillis — Felin Kammi Kinq — gənc Felin Fred Shilds — Böyük Şeyx dair meşə Margaret Li — Mrs. Rabbit == İstinadlar == == Xarici keçidlər == Rəsmi sayt Bembi — Internet Movie Database saytında.
Cəsur (cizgi filmi, 2012)
Cəsur (ing. Brave) — 2012-ci ildə Walt Disney Pictures və Pixar Animation Studios tərəfindən istehsal olunmuş amerikan fantastik animasiya filmi. Bu filmin Mark Andrews, Steve Purcell, Brenda Chapman, Irene Mecchi, Andrews Chapman-ın rejissoru və Purcellin prodüseridir. Filmin vyce aktyorları Kelly Macdonald, Julie Walters, Billy Connolly, Emma Thompson, Kevin McKidd, Craig Ferguson, Robie Coltrane rol alırlar. 25 ildə ilk dəfə olaraq, Pixar sistemini tamamilə yenidən yazdı. Dolby Atmosun lk səsli filmdi. Scots Hielandsr. -da cəryan edən filmdə Merida adlı bir şahzadə yetkinlik yaşına çatarkən qəbiləsinin məcburi evlilik ənənələrinə qarşı çıxdı və evlənmək istəmirdi. Yardım üçün bir cadudan sonra, Merida təsadüfən ailəsini lənətləyir. Cəsur, 10 Sentyabr 2012 tarixində Seattle Beynəlxalq Film Festivalında yayımlanmış, 22 Sentyabr 2012-ci ildə Şimali Amerikada yayımlanır.