Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Döyənəkotu
Giləmeyvəli döyənəkotu
Dəyənək
Dəyənək — hüquq-mühafizə orqanlarının cinayətkarlara və hüquq pozucularına qarşı istifadə etdiyi vasitə. Müxtəlif dövrlərdə orqan əməkdaşları bu vasitənin taxta və plastik maddələrdən düzəldilmiş növlərindən istifadə ediblər. Hal-hazırda isə dünya ölkələrindən əsasən bəlkidilmiş rezin maddədən olan növü daha çox yayılıb. Bir çox inkişaf etmiş ölkələrin qanunlarında bu vasitənin, uşaqlara, hamilə qadınlara, yaşlılara, fiziki əlilliyi olan insanlara istifadəsi qadağan edilmişdir. Lazım gəldikdə istifadə olunan bu vasitədən bədənin boyun və baş hissəsinə vurulmağı qəti-qadağan olunur.
Dəyənək müharibəsi
Dəyənək müharibəsi (fin Nuijasota; isv. Klubbekriget) — 1596–1597-ci illərdə Finlandiyada (o dövrdə İsveçin tərkibində idi) antifeodal kəndli üsyanı. "Dəyənək" adının üsyankar kəndlilərin əsas silah növünə istinad olduğu güman edilir. Müqayisədə, onların rəqibləri, Klas Eriksson Fleminqin qoşunları peşəkar, ağır silahlanmış və zirehli idi.Müasir Finlandiya tarixşünaslığı üsyanı hersoq Karl ilə İsveç və Polşa kralı III Sigizmund Vasa arasındakı münaqişə kontekstində nəzərdən keçirir. Klas Fleminq III Sigizmundun tərəfdarı idi, sonuncunun müharibədə məğlub olmasından sonra İsveçin gələcək kralı Karl mübarizədən zəifləmiş Finlandiyanı asanlıqla ələ keçirmiş, Sigizmundun tərəfdarlarını edam etdirmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Dəyənək müharibəsi // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Böyük dəyənək siyasəti
Böyük dəyənək siyasəti — Ruzvelt hökumətinin Latın Amerikasındakı kursu. == Böyük dəyənək siyasətinin məqsədi == Böyük dəyənək siyasətinin 2 məqsədi var idi: Amerika qitəsini Avropanın inkşaf etmiş ölkələrinin üzünə bağlamaq Latın Amerikasının ABŞ-nin maraq dairəsinə daxil olmasını təmin etmək.Ruzvelt Monro doktrinasına yeni məzmun verməklə göstərirdi ki, ABŞda da qaydasızlıq, istehsal böhranları xroniki hal alıb, bu isə sivilizasiyanın mövcudluğu üçün təhlükə yaradır. Ruzveltin bu siyasi kursunda Panama kanalının çəkilməsi və Venesuela təcrübəsi mühüm rol oynadı. Məlum olduğu kimi, hələ 16-cı əsrdən etibarən 2 Amerika arasında su yolunun çəkilməsi məsələsi çox ciddi problemə çevrilmişd Lakin, yalnız 1903-cü ilin 18 oktyabrda Panama kanalının çəkilməsinə start verildi. 1902-ci ildə isə İngiltərə, Almaniya və İtaliya Venesuelaya ultimatum verdiyi zaman prezident arbitr rolunu öz üzərinə götürdü. Teodor Ruzveltin "Böyük dəyənək" siyasətinin praktiki olaraq reallaşması ABŞ-Kuba münasibətləri ilə bağlı idi. ABŞ Panama kanalı ilə yanaşı Kubanı da ələ keçirmək istəyirdi. 1901-ci ilin fevralında Kubada konstitusiya layihəsi hazırlandı və ABŞ konqresi ona "Platda düzəlişi" etdi. Bu düzəlişə əsasən Kubanın suverenliyi məhdudlaşdırılır və ABŞ Kubaya müdaxilə hüququ əldə edirdi. İspan zülmündən təzəcə qurtulmuş Kubada ABŞ-in kapital qoyuluşu 30 milyarddan 200 milyard dollaradək artdı.
Səma qapılarını döyərək (film, 1997)
Səma qapılarını döyərək (ing. Knockin' On Heaven's Door) — tragikomediya janrında çəkilmiş alman filmi. Rejissor və ssenarist Tomas Yanın filmi. Filmin ingilis dilindəki adı (Knockin’ on Heaven’s Door) Bob Dilanın eyniadlı mahnısının karer-versiyasıdır. Filmin teqlaynı: "Ein schnelles Auto, 1 Million Mark im Kofferraum und nur noch eine Woche zu leben". (Sürətli avtomobil, baqajdan 1 milyon marka və yalnız bir həftə yaşamaq). == Məzmun == İki cavan oğlan — qaydalar haqqında heç narahat olmayan Martin Brest (Til Şvayger) və qanunlara tabe olan Rudi Wurlitzer xəstəxanada eyni palatada qalırlar. Ölümcül xəstə olduqlarını və təxminən bir həftə yaşayacaqlarını öyrənirlər. Pasientlərin bir-birinə öz həyatından danışdığı zaman, onların çarpayısı üzərində yerləşən carmıxa çəkilmiş İsanın şəkli olan xaç tumba üzərinə düşür və sınır, onun içindən tekila şüşəsi aşkar edilir. Çox düşünmədən təzəcə dostlaşmış oğlanlar onu içirlər, həmçinin Martin üçün əhəmiyyətli bir detal aşkarlanır: sən demə Rudi heç bir zaman dəniz görməmişdir.
Asunsyon Domenek
Asunsyon Domenek Domingez (isp. Asunción Domenech Domínguez; 8 iyun 1967, Valensiya) — İspaniya voleybolçusu, toppaylayıcı. O, 1992 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. == Həyatı == Asunsyon Domenek 8 iyun 1967-ci ildə İspaniyanın Valensiya şəhərində anadan olmuşdur. 1990–1992-ci illərdə "Xativa"da, 1993–1994-cü illərdə "Mursiya"da, 1998–2000-ci illərdə "Albasete"də çıxış etmişdir. 1991-ci ildə "Xativa" ilə İspaniya Superkubokunu, 1994-cü ildə "Mursiya" ilə ölkə çempionluğunu qazanmışdır.O, 1992-ci ildə Barselona Yay Olimpiya Oyunlarında İspaniyanın qadın voleybol komandasının üzvü olmuş, komandası 8-ci yeri tutmuşdur. Domenek toppaylayıcı kimi çıxış etmiş, 4 matç keçirmişdir.
Böyələk
Böyələk — heyvanların qanı və bitkilərin şirəsi ilə dolanan iri çibin (iri milçək). İngiliscə bir-neçə adı var - bot flies, warble flies, heel flies, gadflies və sairə. == İstinadlar == == Mənbə == Orucov Ə. və başqaları. "Azərbaycan dilinin izahlı lüğəti". — Bakı: Şərq-Qərb nəşriyyatı, 2006.
Siyənək
Siyənək (lat. Clupea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid heyvan cinsi.
Köynək
Köynək — bədənin yuxarı hissəsinə geyinilən qollu və ya yarım qollu, yaxalı paltar. Köynək yaxasının altından qalstukla geyilə bilər. == Tarixi == Köynək XX əsrə qədər yalnız kişilərin alt paltarında geyə biləcəyi geyim idi. Qadın geyimi kişilərlə yaxından əlaqəli olsa da, müasir köynəyə çevrilən kişi geyimi idi. Orta əsrlərdə adi geyimlərin altında geyinilən düz, boyanmamış paltar idi. Orta əsr sənət əsərlərində köynəklər yalnız çobanlar, məhkumlar və tövbə edənlər kimi təvazökar obrazlarda görünür. XVII əsrdə bu gün də geyilən köynəklərinin nümayişinə icazə verildi. XVIII əsrdə kişilər paltar əvəzinə uzun köynək geyinirdilər. XVIII əsr kostyum tarixçisi Cozef Strut yataq üçün köynək geyinməyən kişilərin ədəbsiz olduğuna inanırdı. Hələ 1879-cu ildə üstündə heç bir şey olmayan köynək qeyri- etik sayılırdı.
Ağbaş siyənək
Ağbaş siyənək (lat. Alosa hrashnikovi grimmi) — siyənək cinsinin nümayəndəsidir. == Yayılması == Astrabad körfəzindən Qaraboğazgöl körfəzinə qədər yayılmışdır. Xəzər dənizinin cənubi - şərqində yaşayır. == Morfoloji əlamətləri == Böyük ağzı, alt çənəsində qabarlı qalınlaşma vardır. Qəlsəmə dişcikləri yoğun, kobud, əyri, küt, çox vaxt ucu qalınlaşmış və ya haçalanmışdır. Alt çənəsi adətən yüngülcə irəli çıxır, üst çənə göz ortasının şaqulisinə çatır. Balığa bu adın verilməsi onun başının ağ-süd rəngində olması ilə əlaqədardır. Başqa siyənəklərdən bəzi morfoloji əlamətlərinə görə də fərqlənir. Uzunluğu 25-29 sm, kütləsi orta hesabla 300 q olur.
Qarabel siyənək
Alosa kessleri (lat. Alosa kessleri) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. == Yayılması == Qarabel siyənək Xəzərin hər yerində yayılmışdır. Yazda dənizin hər yerində təsadüf edilir (Şimali Xəzərin ən şərq hissəsindən başqa). Qışı Cənubi Xəzərdə, İran sahillərində keçirib, yazda dənizin qərb sahilləri ilə şimala doğru hərəkət edir. == Morfoloji əlamətləri == D III–IV 12–16 (14,2), ümumi sayı 16–20 (18,2), A III 16–20 (18,1), ümumi sayı 19–23 (21,1)-dir. Qəlsəmə dişicikləri iri fərdlərdə yoğun və kobud, ucları qırıq və bəzən tamamilə qırıq olur. Kiçik fərdlərdə qəlsəmə dişicikləri nazik və nisbətən uzun olur. Dişləri yaxşı inkişaf etmişdir. Çənələri bərabər uzunluqda olur, bəzən alt çənə bir qədər önə çıxır və ön tərəfdə altda çıxıntı olur.
Siyənək balığı
Siyənək (lat. Clupea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid heyvan cinsi.
İrigöz siyənək
İrigöz siyənək (lat. Alosa brashnikovi autumnalis) — siyənəkkimilər fəsiləsinin az saylı növüdür. == Yayılması == Xəzər dənizində yayılmışdır. Azərbaycanda əsasən Cənubi Xəzərin qərb sahil sularında yayılmışdır. Yay fəsilində Yalama Dəvəçi və Giləzi kəsimlərində yayıldığı müşahidə edilmişdir. == Morfoloji əlamətləri == D III-IV (V) 13 - 15, ümumi sayı 16 - 19 (18.0), A (II) III (IV) 16 - 20 (18.5), ümumi sayı 19 - 23 (21.5), qəlsəmə dişciklərinin sayı 25 - 36 (30.0), gövdə fəqərələrin sayı 49 - 52 (50.5), quyruq fəqərələrin sayı 33 - 35 (33.9)-dir. Dişciklər kobud, yastı, əyriüyrü və qəlsəmə yarpaqcıqlarından bir qədər uzundur. Başı və bel tərəfi yaşıl rəngə çalır. Uzunluğu 41 sm-ə qədər olur. == Yaşayış yeri və həyat tərzi == Dəniz siyənəyi olub, çoxalmaq üçün şirin sulara girmir.
İliçin döyünən qəlbi (film, 1967)
== Məzmun == Film Lenin və Azərbaycan mövzusuna həsr olunmuşdur. Filmdə inqilabdan qabaqkı Azərbaycan həyatına geniş yer ayrılmışdır. 26 Bakı komissarının güllələnməsi, Azərbaycan bolşeviki Dadaş Bünyadzadənin Leninlə görüşü, XI Qırmızı Ordu hissələrinin Bakıya daxil olması, Kirov, Bünyadzadə, Musabəyov və başqa partiya rəhbərləri tərəfindən döyüşçülərin qarşılanması və digər kinoarxiv materialları filmə daxil edilmişdir. Sonrakı kadrlarda sovet dövründə Azərbaycanın iqtisadi-siyasi həyatı, Suraxanı mədənlərində baş vermiş yanğının söndürülməsi, Xəzərin qoynunda salınmış Neft Daşları, Azərbaycanda elm, maarif, texnika və sənayenin inkişafı öz əksini tapmışdır. Filmdə vaxtilə Leninlə görüşmüş köhnə bolşevik Müseyib Dadaşovun söhbətinə müəyyən yer verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Püstə Əzizbəyova, Vladimir Sinitsın, Ruslan Şahmalıyev Operator: Elxan Əliyev Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Əziz Şeyxov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Dayenel Uilyams
Dayenel Vilyams
Anna-Sofie Doyen
Anna-Sofie Doyen (27 noyabr 1983) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Anna-Sofie Doyen Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Ne mutlu Türküm diyene
Ne mutlu Türküm diyene — Türkiyə dövlətinin əsas prinsiplərindən biri, təhsil sahəsində istiqamət verici ideoloji ifadə. İlk dəfə olaraq 1933-cü ildə 10-cu il nitqində Mustafa Kamal Atatürk tərəfindən səsləndirilmişdir. Atatürkçülükün əsas devizi hesab olunur. Sonradan, 1972-ci ildən Türkiyə Təhsil Nazırliyi tərəfindən şagird andına daxil edilmişdir. 2013-cü ildən isə bu and ləğv edilmişdir.