DÖŞƏNMƏK


1. məch. Sərilmək, salınmaq, üstünə salınmaq.
Rəxtxabı döşəndi, yatdı hərif; Günbəgündən vücudu oldu zəif. S.Ə.Şirvani.
Həyətdə palaz döşənib samovar qurulmuşdu. Çəmənzəminli.
Döşəndi süfrə yerə, xonçeyi-pilov gəldi; Qarınlar oldu çırağan o dadlı nemətlə. M.Möcüz.
Mağaranın içi yumşaq ağac qabıqları ilə döşənmişdi. A.Şaiq.

2. t-siz. Sərələnmək, yerə sərilmək, yayılmaq, uzanmaq.
[Qivami:] Nizami özgə vaxt bu ağacın kölgəsinə döşənib axşama kimi yazardı… M.Hüseyn.

// Torpağa (ayağına) düşüb yalvarmaq.
Mən aşıq, ağla barı; Gözlərim, ağla barı! Ayrılıq yəqin oldu; Yar, döşən, ağla barı. Sarı Aşıq.

3. t-li. dan. “Üstə”, “üstünə” sözləri ilə – acgözlüklə, iştaha ilə yeməyə başlamaq. Molla, hərçibadəbad deyib, girir dükana, bir tərəfdən döşənir halvanın üstünə. “M.N.lətif.”.
[Şahqulu:] Düyü əldə, yağ əldə, ağaları ver yuxuya döşən plov üstə. N.Vəzirov.

4. t-siz. dan. Qaçmaq, getmək, yüyürmək mənasında.
Adamlar piyada, ceyranın dalından döşəndilər. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÖŞƏNMƏK döşənmək bax 1. sərilmək 1; 2. uzanmaq 1
  • DÖŞƏNMƏK sərələnmək — yayılmaq — uzanmaq
  • DÖŞƏNMƏK sərilmək — salınmaq

Antonimlər (əks mənalı sözlər)

  • DÖŞƏNMƏK DÖŞƏNMƏK – YIĞILMAQ Həyətdə palaz döşənib, samovar qurulmuşdu (Çəmənzəminli); Çay içildikdən sonra süfrə yığıldı
DÖŞƏNMƏ
DÖŞƏNMİŞ

Digər lüğətlərdə

корче́мник необжи́тость пигменти́рованный резкова́то свеклоутомле́ние сле́довательша тру́дное будуа́р инструментова́ть ка́терный лужо́к мота́ть срок наба́вочный став стани́чник смрад Curitiba Khedive lighter match plane obedience ornithological кенийка пряжа сцепиться