sekoqram
sekreter
OBASTAN VİKİ
Sekresiya
Sekresiya (geologiya)
Sekresiya (fiziologiya)
Canlılarda ifrazat — Canlıların qəbul etdiyi iri molekullu üzvi qida maddələri mərhələlərlə parçalanır. Alınan maddələrin bir qismi orqanizmin hüceyrələrinin qurulmasında iştirak edir. Digər qismi isə energetik mübadilə nəticəsində tam parçalanır və bu zaman enerji ayrılır. Parçalanma məhsullarının bəziləri orqanizmə lazım olmur, hətta onların bir qismi zərərli məhsullara çevrilir, Orqanizm belə məhsulları necə xaric edir. Canlılarda ifrazat orqanları fərqlidir. Bütün onurğalı heyvanlarda ifrazat orqanları böyrəklərdir. Qədimdən böyrəklərin ifrazat məhsullarını xaric etdiyi məlum olsa da, onların iş mexanizmi çox sonralar öyrənilmişdir. Yaşadıqları mühitdən asılı olaraq, onurğalıların ifrazat orqanların quruluşunda fərqliliklər yaranmışdır. Hətta şirin su və duzlu suda yaşayan balıqların belə ifrazat orqanlarının quruluşunda fərqli xüsusiyyətlərə rast gəlinir. Bunun nəticəsində orqanizmlər öz daxili maye mühitlərini sabit saxlayır.
Sekresiya (geologiya)
Sekresiya - süxur boşluqlarını dolduran, tərkibcə süxurlardan fərqlənən kristallik, yaxud kolloid mineral maddələr. Konkresiyadan fərqli olaraq, maddələrin çökməsi, boşluğun divarlarından mərkəzə doğru gedir, nəticədə müxtəlif rəngli və müxtəlif mineral tərkibli konsentrik-zonal quruluş əmələ gəlir. Boşluğun dolması tam, yaxud qismən ola bilər. Sekresiya badamcıqlar — kiçik ölçülü sekresiya və jeodlar – iri, qismən doldurulmuş boşluqlar şəklində olur. Sekresiya əmələ gəlməsi hipergen və hidrotermal proseslərdə maddənin həqiqi və kolloid məhlullarla gətirilməsi ilə əlaqədardır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Sekresiya vəziləri
Vəzi yaxud Vəz — (lat. glandula; glandulae; yun. aden buna görə vəzilərin iltihabına adenit — adenitis deyilir.) sekresiya ya ekskresiyaya malik epitel hüceyrələrindən (vəzi toxumasından) təşkil olunmuş üzvə deyilir. Epitel toxuma vəzinin əsas kütləsini, birləşdirici toxuma isə onun stromasını (istinadını) təşkil edir. Yuxarıda qeyd olunduğu kimi vəzilər selikli qişanın epitel qatından inkişaf edir. Bunların inkişafı da, başqa üzvlər kimi qeyri-bərabər böyümə prinsipi üzrə davam edir. Selikli qişanın müəyyən yerində hüceyrələr törəyib artmağa başlayır və tədricən xaricə, mezenximə doğru soxulur, nəticədə bir qovuqcuq və ya borucuq meydana cıxır. Bu qovuqcuğun divarları bir qat vəzi epitelindən təşkil olunur. Həmin hüceyrələr qovuqcuğun ya borucuğun mənfəzinə doğru öz sekretini (məhsulunu) ifraz edir. Bu üsul ilə təkkameralı, təkborulu ya alveollu (qovuqcuqlu) — vəzi əmələ gəlir.
Daxili sekresiya vəziləri
Daxili sekresiya vəzilərinə ya endokrin ya da inkretor - lat. glandulae endokrinatae (lat. endo - daxilə, lat. crino - ifraz edirəm) lat. s. organa incretoria axacaqları olmayan bir sıra vəyilər aiddir; axacaqları olmadıqları üçün bunlar bir də axacaqsız vəzilər - lat. glandulae sine ductibus adını daşıyır. Bəzən bunlara qapalı vəzilər - lat. glandulae clausae deyilir. Bu xüsusiyyət ilə xarici sekresiya vəzilərindən fərqlənir.
Xarici sekresiya vəziləri
Xarici sekresiya vəziləri (lat. Glandulae excretoriae s. apertae) — axacaqlara malikdir, bunların məhsulu həmin axacaqlar vasitəsilə müəyyən üzvlərə tökülür, ya xaricə çıxarılır. Xarici sekresiya vəziləri ifraz etdikləri məhsulların tərkibinə görə üç qrupa bölünür: Selikli vəzilər — məhsullarında çoxlu selik olur, məsələn — damaq vəziləri (lat. glandulae palatinae), dal dil vəziləri (lat. glandula linguales posteriores); Seroz ya zülal vəziləri — ifraz etdiyi şirə çox sulu olsa da çoxlu zülala malikdir, məsələn, qulaqaltı vəzi (lat. glandulae parotis), dil və ya Ebner vəziləri (lat. glandulae linguales Ebneri); Qarışıq (seroz-selikli) vəzilər lat. glandulae seromucose — sekretində həm zülal, həm də selik vardır, məsələn dodaq vəziləri (lat. glandulae labiales), yanaq vəziləri (lat.

Digər lüğətlərdə