Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
La-Sel (Alye)
La-Sel (fr. La Celle) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03047. 2008-ci ildə əhalinin sayı 413 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 273 nəfər (15-64 yaş arasında) 197 nəfər iqtisadi fəal, 76 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,2%, 1999-cu ildə 63.6%). Aktiv olan 197 nəfərdən 174 nəfəri (101 kişi və 73 qadın), 23 nəfəri işsizdir (7 kişi və 16 qadın). Aktiv olmayan 24 nəfər arasında şagird və ya tələbə, 19 nəfər təqaüdçü, 33 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sel
Sel — dağ ağacların yatağında intensiv yağışın, buz və mövsimi qar ərimələrinin nəticəsində gözlənilmədən yaranan palçıqlı və daşlı-palçıqlı axına deyilir. Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o cümlədən, oroqrafik-geomorfoloji quruluşu — iqlim, torpaq, bitki örtüyü və hidrometeororloji proseslər təşkil edir. (Dağ çaylarının qısa müddətli bəzən bir neçə saat ərzində) (dağıdıcı qüvvəyə malik palçıqlı-daşlı daşqını enişi). İntensiv leysan yağışları, buzlaqların və mövsümi qar örtüyünün sürətlə əriməsi qırıntı materiallarını yamaclardan çayın yatağına (məcrasına) doldurur. Böyük kütləsi və sürəti olan çox böyük dağıdıcı qüvvəyə malikdir. Azərbaycan Respublikası ən fəal axınları sahəsidir. S.-lər çayların yatağını və sahillərini yuyur, qarşısındakı maneələri, yaşayış məntəqələrini, körpüləri və s. dağıdır. İnsan tələfatına səbəb olur. Belə fəlakətli S. hadisələri Azərbaycanın Şin (1510), Kiş (1901, 1982), Kürmük (1921) və s.
İranda sel (2019)
2019-cu ildə İranda sel və daşqınlar — 2019-cu ilin mart-aprel aylarında yayılmış sel fəlakəti. İranın geniş sahələrinə və ən çox Gülüstan, Fars, Xuzistan, Luristan ostanlarına təsir edib.
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993)
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993) — 1993-cü ilin sentyabrın 10-da Qusar rayonunun Ləzə kəndi ərazisində baş vermiş sürüşmə-sel axını. 1993-cü ilin sentyabrın 8-də mərkəzi Xəzər dənizində yerləşən 4 bal gücündə zəlzələ olmuşdur. Bu zaman Ləzədə zəif yer titrəməsi müşahidə olunmuş, yaşayış evlərində çatlar əmələ gəlmişdir. Sentyabrın 9-da isə kənd sakinləri qəribə bir təbiət hadisəsinin şahidi olmuşlar. Qəflətən uçmuş qayanın altında qalan qoyunların leşləri üzərində saysız-hesabsız qartallar dövrə vururdu. Sentyabrın 10-da isə səhər tezdən qopan dəhşətli gurultudan oyanan ləzəlilər kənddəki şəlalədən palçıq axdığının şahidi olurlar. Alimlərin qeyd etdikləri kimi, sentyabrın 9–10-da yağan yağışlardan sonra burada sürüşmə-sel prosesi başlanmışdır. Proses yağışdan sonra sürüşmə və qismən də uçqun kimi başlamış, hərəkətə gələn kütlə Ləzə çayının mənbəyindən onun qollarının yatağına toplanmışdır. 2400–2500 m. yüksəklikdən hərəkət edərək çay dərəsinə daxil olmuşdur.
Daraqlı seloziya
Daraqlı seloziya (lat. Celosia cristata) - seloziya cinsinə aid bitki növü.
Devid O. Selznik
Devid O. Selznik və ya Zelsnik (ing. David O. Selznick; 10 may 1902[…], Pitsburq, ABŞ – 22 iyun 1965[…], Hollivud, ABŞ) — ABŞ prodüseri, Hollivud tarixində ən böyük uğurlara imza atmış kinoprodüserlərdən biri. Onun rəhbərliyi altında XX əsrin "Kinq-Konq" (1933), "Küləklə sovrulanlar" (1939), "Rebekka" (1940) kimi ən möhtəşəm filmlərinə imza atılmışdır. Devid Selznik 1902-ci ildə Pensilvaniyada yəhudi ailəsində anadan olmuşdur. Atası səssiz kino distribütoru Lüis C. Selznik idi. Devid Nyu-Yorkdakı Kolumbiya Universitetində təhsil almış və 1923-cü ildəki iflasa qədər atasının şagirdi kimi işləmişdir. 1926-cı ildə Selznik Hollivuda köçür və atasının əlaqələrini köməyilə Metro-Goldwyn-Mayer kino şirkətində ssenari redaktorunun köməkçisi kimi işə düzəlir. 1928-ci ildə MGM-i tərk edərək Paramount Pictures studiyasına üz tutur. Selznik orada 1931-ci ilə qədər işləyir. Bu, artıq onun RKO Pictures-in rəhbəri olduğu dövrə təsadüf edir.
Devid Selznik
Devid O. Selznik və ya Zelsnik (ing. David O. Selznick; 10 may 1902[…], Pitsburq, ABŞ – 22 iyun 1965[…], Hollivud, ABŞ) — ABŞ prodüseri, Hollivud tarixində ən böyük uğurlara imza atmış kinoprodüserlərdən biri. Onun rəhbərliyi altında XX əsrin "Kinq-Konq" (1933), "Küləklə sovrulanlar" (1939), "Rebekka" (1940) kimi ən möhtəşəm filmlərinə imza atılmışdır. Devid Selznik 1902-ci ildə Pensilvaniyada yəhudi ailəsində anadan olmuşdur. Atası səssiz kino distribütoru Lüis C. Selznik idi. Devid Nyu-Yorkdakı Kolumbiya Universitetində təhsil almış və 1923-cü ildəki iflasa qədər atasının şagirdi kimi işləmişdir. 1926-cı ildə Selznik Hollivuda köçür və atasının əlaqələrini köməyilə Metro-Goldwyn-Mayer kino şirkətində ssenari redaktorunun köməkçisi kimi işə düzəlir. 1928-ci ildə MGM-i tərk edərək Paramount Pictures studiyasına üz tutur. Selznik orada 1931-ci ilə qədər işləyir. Bu, artıq onun RKO Pictures-in rəhbəri olduğu dövrə təsadüf edir.
Dyssodia seleri
Eupatorium selloi
Feijoa sellowiana
Girdəyarpaq selastrus
Celastrus orbiculatus (lat. Celastrus orbiculatus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin celastrus cinsinə aid bitki növü. Uzaq Şərq, Yaponiya və Çində bitir. 12 m-ə qədər hündürlükdə, möhkəm oduncaqlı, yarpağıtökülən, dayağa sarılan lianadır. Gövdəsi çoxbudaqlı, sıx çətirli qabığı dayaz şırımlı, ziyiləbənzər xallıdır. Zoğları əvvəl yaşıl, sonralar qırmızımtıl tünd-qəhvəyi rəng alır. Yarpaqları ellipsvarı və ya yumurtavarıdır, ucdan sivriləşir, kənarları küt mişardişli, yaşıl, üstü parlaq, alt hissəsi göyümtül, payızda isə saralır və narıncı rəngdə olur. Çiçəkləri xırda, yaşılımtıldır, yarpaq qoltuğunda qalxanvarı qrupda yerləşir. Yayda iyun-iyul aylarında çiçəkləyir, xırda yaşıl çiçəkləri qoltuq qalxanlarda yerləşir, sentyabrda çox dekorativ, xırda (6 mm-ə qədər) sarı, çəhrayı-qırmızı toxumları olan qutucuq meyvələri əmələ gəlir. Toxumu setyabrda yetişir.
Gymnolaena seleri
Gümüşü seloziya
Gümüşü seloziya (lat. Celosia argentea) - seloziya cinsinə aid bitki növü. Amaranthus cristatus Noronha Amaranthus huttonii H.J.Veitch Amaranthus purpureus Nieuwl. Amaranthus pyramidalis Noronha Celosia argentea f. argentea Celosia argentea var. argentea argentea Celosia argentea f. cristata (L.) Schinz Celosia argentea var. cristata (L.) Kuntze Celosia aurea T.Moore Celosia castrensis L. Celosia cernua Roxb. [Illegitimate] Celosia coccinea L. Celosia comosa Retz. Celosia cristata L. Celosia debilis S.Moore Celosia huttonii Mast.
Hayle Selassi
Hayle Selassi (Amharca ቀዳማዊ ኃይለ ሥላሴ, Üçləmənin gücü), əsl adı Tafari Makonnen (ተፈሪ መኮነን), (d. 23 iyul 1892 — ö. 27 avqust 1975) — Efiopiyanın son imperatoru (1930–1974). Yamaykada H. I. M. (His Imperial Majesty) olaraq tanınır. Ləqəbi Nequse Neqest (Krallar kralı) idi və özünü Süleymanın 225-ci xələfi olaraq tanıdırdı. Ölkəsinin modernləşməsinə öndərlik edərək II Dünya müharibəsi sonrası Afrika siyasi həyatında əhəmiyyətli bir mövqe əldə etməsini təmin etmiş və Əddis-Əbəbəyı Afrika Birliyi Təşkilatının (OAU) əsas mərkəzi vəziyyətinə gətirmişdir. 1974-cü ildə SSRİ-nin dəstəyi baş verən hərbi çevrilişlə taxtdan salınmışdır. Tafari Makonnen adıyla şərqdəki bir əyalət olan Harerdə oranın qubernatorunun oğlu olaraq dünyaya gəlib. Xristian-Pravoslav aristokratiyanın ayaqlanmasıyla ölən əski kral II Menelikin və orta qüvvələrin dəstəkçisi olaraq tanınan dəstəkçisi V İyasu Liul Liy, 2 noyabr 1930-cu ildə aşaraq I. Hayle Selassi adıyla iqtidara gəlmişdir. Yamaykada ortaya çıxan Pan-Afrikali fikirli Rastafari inancında bir peyğəmbər olaraq qəbul edilir.
Heroes (Mons Selmerlöv mahnısı)
I Selevk Nikator
I Selevk Nikator (q.yun. Σέλευκος Α' Νικάτωρ; E.ə. 358 — E.ə. 281) — Makedoniyalı İsgəndərin mühafizəçisi, sərkərdə. Selevk Nikator əvvəlcə II Filipə xidmət etmişdi. Onun vəfatından sonra İsgəndərin mühafizəçisi olmuşdu. I Selevk Nikator Makedoniyalı İsgəndərin vəfatından sonra başqa diadoxlarla birlikdə Selevkilər imperiyasının binasını qoydu. Digər diadoxlarla aparılan uzunsürən mübarizələr nəticəsində E.ə. 312-ci ildə Selevk Babilistanda daha da möhkəmləndi və öz çarlığını yaratdı. Bu dövrdən etibarən Şərqdə min ildən artıq müddətdə istifadə olunan Selevkilər erası (burada o səhvən "İsgəndər erası" adlandırılırdı) başlandı.
Inga sellowiana
Inga sellowiana (lat. Inga sellowiana) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Kamilo Xose Sela
Kamilo Xose Sela (isp. Camilo José Cela; 11 may 1916[…], İria Flavia[d] – 17 yanvar 2002[…], Madrid) — ispan yazıçı və publisist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1989), İspaniya Kral Elmlər Akademiyasının üzvü (1957), Migel de Servantes mükafatı laureatı (1995). Yazıçı və dramaturq Kamil Xose Selo XX əsrdə ispan ədəbiyyatı və ədəbi dilin inkişafında böyük rolu olan sənətkarlardan biridir. O, İspaniyanın La Korunya əyalətindəki kiçik Padron şəhərində doğulmuşdu. Atası qalisiyalı ispan, anası isə ingilis idi. Ali təhsilini Madrid universitetinin hüquq fakültəsində alsa da, bu sahədə heç vaxt çalışmamışdı. Erkən yaşlarından ədəbiyyatla maraqlanan Kamilo Xose sənət müəllimləri sırasında, ilk növbədə ispan yazıçıları Migel de Unamuno və Pio Baroxunun adını çəkir. İspan ədəbiyyatının klassiki Servantes, habelə böyük rus yazıçıları Lev Tolstoy və Dostoyevski həyatının müxtəlif çağlarında onun şəxsiyyət və yaradıcılıqlarına dönə-dönə müraciət etdiyi sənətkarlar olmuşdular. İspanlar üçün seçim anı sayılan 1937-ci ildə Kamilo Xose diktator Frankonun tərəfində respublikaçılara qarşı döyüşlərdə iştirak etmişdi. Yaralandığı üçün ordudan tərxis olunmuş, bir sıra inzibati işlərdə çalışmışdı.
Klonal seleksiya nəzəriyyəsi
Klonal seleksiya nəzəriyyəsi — Qazanılmış immun sisteminin işləmə mexanizmini izah edən immunoloji nəzəriyyədir. Bu nəzəriyyə Avstraliyalı həkim Frenk Makfarleyn Börnet tərəfindən 1957-ci ildə irəli sürülmüşdür. Bu nəzəriyyəyə görə orqanizmin milyardlarla limfositləri milyonlarla klonları əmələ gətirir. Limfositlərin inkişafı zamanı hər bir klonun hüceyrələri (klon-ailəcik deməkdir) genetik gəhətcə yalnız müəyyən bir quruluşlu antigenbirləşdirən reseptorun sintezi üçün proqramlaşdırılır. Yəni klonlar bir birilərindən səthlərindəki bu reseptorlara görə fərqlənirlər. Klon daxilindəki hüceyrələr isə eyni reseptorlara malikdirlər. Ona görə də , orqanizmdə hazır şəkildə, antigenlə qarşılaşmaqdan asılı olmayaraq , milyonlarla müxtəlif reseptorlar mövcuddurlar. Buna antigenbirləşdirən reseptorlar repertuarı deyilir. Adi, normal halda klon daxilindəki hüceyrələrin miqdarı cüzi olduğundan, onlar orqanizmə düşmüş antigenə qarşı adekvat (müvafiq) immunoloji reaksiya yarada bilmirlər. Antigenin müvafiq klonlarla tutulması və antigen-reseptor kompleksinin yaranması həmin klonların hüceyrələrini aktivləşdirir.
La-Selv (Averon)
La-Selv (fr. La Selve, oks. La Selva) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Rekista kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12267. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 27 km cənubda yerləşir. 2008-ci ildə əhalinin sayı 665 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 388 nəfər (15-64 yaş) arasında 279 nəfər iqtisadi cəhətdən, 109 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.9%, 1999-cu ildə 70.7%).
London pivə seli
London pivə seli (ing. London Beer Flood) — 17 oktyabr 1814-cü ildə İngiltərənin London şəhərinin Sent-Eqidi prixodunda baş vermiş tragikomik faciə. Totenhem-Kort-Roadda yerləşən "Meux and Company" pivə zavodunda bir pivə sisternin partlaması nəticəsində 610 m³ pivə ətrafa yayılmış və digər pivə sisternlərinə də domino effekti ilə təsir göstərərək, partlamasına səbəb olmuşdu. Nəticədə isə 1470 m³-dan çox pivə küçələrə dağılmış və ağlasığmaz dağıntılar meydana gətirmişdi. Pivə dalğası iki evi dağıtmışdır. "Tavistock Arms" barının divarını çökməsi nəticəsində Elanor Kuper adlı gənc işçi dağıntılar altında qalmışdır. Bir neçə dəqiqə ərzində Corc Strit və Nyu-Striti alkaqol basmış, nəticədə bu zaman çay içən ana və qızı ölmüşdürlər. Pivə zavodu Sent-Eqidinin kasıblar yaşayan məhəlləsinin mənzillərinin arasında yerləşirdi. Burada ailələrin hamısı zirzəmi evlərdə yaşayırdılar. Faciə nəticəsində azı səkkiz kişi boğulmuş və ya aldığı yaralardan ölmüşdür.
Lui-Ferdinand Selin
Lui-Ferdinand Selin (fr. Louise-Ferdinand Céline; 27 may 1894[…], Kurbevua[d], Sena[d], Fransa – 1 iyul 1961[…], Mödon[d], O-de-Sen, Fransa) — fransız yazıçısı və həkim. "Voyage au bout de la nuit" və "Mort à crédit" əsərləri ilə dünya şöhrəti qazanmışdır. La vie et l’oeuvre de Philippe Ignace Semmelweis 1818–65 (1924) Voyage au bout de la nuit (1932) L’Église (1933) Mort à crédit (1936) Mea culpa (1936) Bagatelles pour un massacre (1937) Les beaux draps (1941) L’École des cadavres (1942) Guignol’s band (1944) Foudres et flèches (1948) Scandale aux abysses (1950) Casse-pipe (1952) Normance.
Lycopodium selago
Huperzia selago (lat. Huperzia selago) — bitkilər aləminin plaunopsidlər sinfinin plaunçiçəklilər dəstəsinin plaunkimilər fəsiləsinin huperzia cinsinə aid bitki növü. Çoxillik, haçavari budaqlanan, tutqun və açiq-yaşıl bitkidir. Gövdələri 25-30 sm hündürlükdədir. Yarpaqları spiralvari düzülmüşdür, 5-7 mm uzunluqdadır, ensiz-lansetvari, sivri, aralı və ya əyri yuxarı istiqamətlənəndir. Adi yarpaqların qoltuğunda olan sporangilər sarımtıl, böyrəkvari, eni 1,5 mm-dir. Çoxillik sporlu həmişəyaşıl ot bitkisidir. Zəif inkişaf edən kök sistemi vardır. Gövdəsi yabaşəkilli budaqlanan, düzqalxan, hündürlüyü 5-30 sm, yarpaqlarının eninə ölçüsü 0,6-0,8 sm-dir. Yarpaqları kiçik, çəpinə, xətti-neştərşəkilli, itiuclu, bütövkənarlı və ya zəif, kiçik dişli, dəricikli, parıldayan olub, uzunluğu 2,5-10mm, eni isə 0,7-1,5 mm-dir.
Maqnit seli
Maqnit seli – maqnit induksiya vektorunun modulu, səthin sahəsi və maqnit induksiya vektoru ilə səthin normalı arasındakı bucağın kosinusu hasilinə bərabərdir. Φ=BS.cosα. Əgər naqil çərçivə sabit ω bucaq sürəti ilə maqnit sahəsində fırlansa ondan keçən maqnit seli t-zamanından asılı olaraq Φ=BScosωt kimi dəyişər. Naqil çərçivənin uclarında yaranan elektrik hərəkət qüvvəsi E. H. Q. ε=ωBSsinωt qanunu ilə dəyişər. Əgər sarğıların sayı N olarsa yaranan induksiya E. H. Q. N dəfə böyük olar. Ölkəmizdə istifadə edilən dəyişən cərəyan qurğuları əsasən 50Hs dəyişən cərəyan üçün nəzərdə tutulmuşdur. Dəyişən cərəyan şəbəkəsindəki gərginlik transformatorların köməyi ilə asanlıqla lazım olan gərginliyə çevrilə bilər. Φ B = ∬ S B ⋅ d S {\displaystyle \Phi _{B}=\iint \limits _{S}\mathbf {B} \cdot {\rm {d}}\mathbf {S} } Elektromaqnit induksiya qanunu: Qapalı keçirici konturda yaranan induksiya elektrik hərəkət qüvvəsi əks işarə ilə götürülmüş maqnit selinin dəyişmə sürətinə bərabərdir: ε=-ΔΦ/Δt və ε=-dΦ/dt. Maqnit sahəsi artdıqda, yəni ΔΦ/Δt>0 olduqda, e. h.
Meri Selest
Meri Selest (ing. Mary Celeste) — 4 dekabr 1872-ci ildə, Atlantik okeanında tərk edilmiş şəkildə tapılmış kabus gəmi. Gəmi aşkarlananda qayıqlarından biri yox idi. Buna baxmayaraq gəmi yaxşı vəziyyətdə tərk edilmişdi. Dei Gratia gəmisi tərəfindən aşkarlanan Meri Selest gəmisi tapılan vaxt küləyin təsiri ilə Cəbəllütariq boğazı istiqamətində hərəkət edirdi. Gəmi bir ay əvvəl yola çıxmışdı, anbarda 6 aylıq ərzaq və su ehtiyatı vardı. Gəmidə üsyanın başladığı ehtimalı ən real ehtimallardan biri hesab olunurdu. Ancaq ərzaqlar və içkilər yerində idi; digər tərəfdən isə gəmi heyətində olan 7 şəxsin hamısının əşyaları da kabinalarda, toxunulmamış şəkildə qalmışdı. Bu hadisədən sonra gəminin kapitanı, həyat yoldaşı və kiçik qızından başqa, daha 4 nəfər barəsində bir daha məlumat almaq mümkün olmadı. Meri Selest gəmisinə qədər kabus gəmilər haqqında olan hadisələrin rəvayət olduğu düşünülürdü.
Met Selmon
Met Selmon Matthew James "Matt" Salmon (d. 21 yanvar 1958-ci il) — ABŞ Konqresində Arizona ştatından 5-ci rayondan seçilmiş konqresmen. 1995 - 2001-ci illərdə ştatın 1-ci rayonunu təmsil edirdi. 2002-ci il seçkilərində uduzub. 2012-ci il seçkilərində yenidən Konqresə üzv seçilib. Respublikaçılar Partiyasını təmsil edir. 29 yanvar 2014-cü ildə ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi qrupuna üzv olub. Bununla da İşçi qrupundakı konqresmenlərin sayı 60-a çatıb.
Metyu Seliqman
Metyu Seliqman (14 iyul 1955 – 17 aprel 2020, London) — Böyük Britaniya gitaraçısı. 14 iyul 1955-ci ildə doğulub. Metyu Seliqman Böyük Britaniyada Devid Boui və Şineyd Okonnor ilə birlikdə çıxış edibdir. Seliqman 1980 və 1990-cı illərdə tanınmış ifaçılarla birlikdə eyni səhnəni bölüşüb. 1985-ci ilin iyul ayında məşhur pop və rok musiqiçilərini bir yerə toplayan “Live Aid” xeyriyyə konsertində Boui ilə birlikdə gitara ifa edib. 17 aprel 2020-ci ildə koronavirus xəstəliyindən Londonda vəfat edib.
2019-cu ildə İranda sel və daşqınlar
2019-cu ildə İranda sel və daşqınlar — 2019-cu ilin mart-aprel aylarında yayılmış sel fəlakəti. İranın geniş sahələrinə və ən çox Gülüstan, Fars, Xuzistan, Luristan ostanlarına təsir edib.
Sen-Jermen-de-Sal
Sen-Jermen-de-Sal (fr. Saint-Germain-de-Salles) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03237. 2008-ci ildə əhalinin sayı 437 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 287 nəfər (15-64 yaş) arasında 210 nəfər iqtisadi fəal, 77 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,2%, 1999-cu ildə bu 69.3%). Fəaliyyət göstərən 210 nəfərdən 190 nəfər (105 kişi və 85 qadın), 20 nəfər işsiz (13 kişi və 7 qadın) çalışmışdır. Aktiv olmayan 12 nəfər arasında şagird və ya tələbə, 34 nəfər təqaüdçü, 31 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sen-Marsel-Bel-Akkyoy
Sen-Marsel-Bel-Akköy (fr. Saint-Marcel-Bel-Accueil) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Nor kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38415. Kommunanın 2009-cu il üçün əhalisi 1 319 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 33 km şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Sen-Marsel-Bel-Akköy
Sen-Marsel-Bel-Akköy (fr. Saint-Marcel-Bel-Accueil) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Nor kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38415. Kommunanın 2009-cu il üçün əhalisi 1 319 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 33 km şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Fel
Feil — ümumqrammatik mənasına görə iş, hal və hərəkəti bildirib, zaman, şəxs və kəmiyyətcə təsriflənən əsas nitq hissəsidir. Feillər müxtəlif forma və zamanlarda işlədilərək "nə etmək?", "nə etdi?", "nə etmişdir?" "nə edir?", "nə edəcək?", "nə edər?" və s. suallarına cavab olur şəxsə və kəmiyyətə görə dəyişir təsdiq və inkar, təsirli və təsirsiz olur. İş feilləri: yağla(maq), tik(mək), rənglə(mək), kəs(mək), yaz(maq) bişir(mək), qur(maq) və s… Nitq feilləri: danış(maq), dinlə(mək), qulaq as(maq), sus(maq), pıçılda(maq) və s. Hərəkət feilləri: get(mək), düş(mək), en(mək), qalx(maq) gəl(mək) qaç(maq) və s… Təfəkkür feilləri: duy(maq), xatırla(maq), zənn et(mək), duyğulan(maq), sevin(mək), dərk et(mək) və s… Hal-vəziyyət feilləri: ağar(maq), gözəlləş(mək), nərildə(mək), gül(mək), fərəhlən(mək) və s… Sadə feillər: Ancaq bir kökdən və qrammatik şəkilçidən ibarət olan feillərə sadə feillər deyilir. Məsələn: al, oxu(yur), get, al(dı), gəl(ir) və s. Düzəltmə feillər: Kökə və sözdüzəldici (leksik) şəkilçiyə malik olan feillər düzəltmə feillər adlanır. Məsələn: baş-la(maq), ağ-ar(ır), iş-lə(mək), gör-üş(mək) və s. Mürəkkəb və tərkibi feillər: İki sözün birləşməsindən əmələ gələn feillər mürəkkəb feillər adlanır. Məsələn: deyir-gülür, ölçdü-biçdi, bəzənib-düzənir, atılıb-düşür və s.
SEO
SEO (ing. search engine optimization; azərb. axtarış sistemi optimizasiyası‎) — axtarış sistemləri üzərindən vebsayta və ya veb səhifəyə yönlənmiş vebsayt trafikinin keyfiyyətinin və kəmiyyətinin bir sıra alqoritmlərlə yaxşılaşdırılması prosesi.
SES
Su-elektrik stansiyası (SES) — suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə edən elektrik stansiyası. Su-elektrik stansiyasının bəndləri və su anbarlarının konstruksiyaları adətən çayların üzərində tikilir. Elektrik enerjisinin effektiv istehsalı üçün SES-in yerləşməsinin iki əsas amili mövcuddur: SES-in bütün ilboyu daimi su ilə təmin olunması; çayın mümkün qədər daha meyilli, kanyonvari relyef formasına malik olması. Su-elektrik stansiyasının iş prinsipi kifayət qədər sadədir. Hidrotexniki konstruksiyalar zənciri hidroturbinin ucunda hərəkət edən suyu lazımlı təzyiqə çatdırır və hərəkətdə olan su kütləsi elektrik enerjisi istehsal edən generatorları ötürülür. Suyun lazımlı təzyiqi bənd konstruksiyası vasitəsilə və müəyyən yerlərdə çayın konsentrasiyası və ya derivasiyası nəticəsində yaranır. Bəzi hallarda suyun lazımlı təzyiqinin alınması üçün bənd və derivasiyadan birgə istifadə edirlər. Bütün energetika avadanlıqları bilavasitə su-elektrik stansiyasının binasında yerləşir. Bina, təyinatından asılı olaraq, müəyyən bölmələrə malikdir. Maşın zalında su cərəyanını bilavasitə elektrik enerjisinə çevirən hidravlik-aqreqatlar yerləşir.
SQL
SQL (Structured Query Language; azərb. Strukturlaşdırılmış sorğu dili‎) – əlaqəli verilənlər bazasının idarə sistemlərini idarə etmək üçün istifadə olunan sorğu dilidir. SQL programlaşdırma dili olmamasına baxmayaraq bir çoxları tərəfindən proqramlaşdırma dili olaraq bilinir. SQL 70-ci illərdə IBM tərəfindən yaradılmışdır. İlk versiyası SEQUEL (Structured English Query Language) adlanırdı (İngilis sintaksisə malik SEQUELden əvvəl riyazi sintaksisə malik SQUARE dili var idi.). SEQUEL adı sonradan SQL adı ilə əvəz olundu, çünki "SEQUEL" Böyük Britaniyada hava şirkətinin əmtəə nişanı idi. Verilənləri cədvəldən almaq üçün SQL-də sorğulardan istifadə olunur. Sorğular SELECT əmri ilə başlanır. Sorğularda hansı tip veriləni almaq istədiyini göstərmək olur. Verilənin hansı cədvəldən alındığını FROM əmri ilə göstərilir.
Sal
Sal — yan-yan bağlanmış taxta və ya tirlərdən ibarət olan qədim su nəqliyyatı vasitəsi. Qədim zamanlarda çayın bir sahilindən digər sahilinə keçmək və bəzən də müəyyən yerlərə getmək üçün ağac kötükləri suya salıb ondan tutur və yaxud da üstünə minib üzürdülər. Sonralar bu məqsədilə içərisi hava ilə doldurulmuş tuluqdan da istifadə edilirdi. Tikinti, yanacaq və sairə üçün çay kənarı meşlərdən qırılmış ağacları kəndir və ya tənək çubuqları ilə bir-birinə çatır, çayın axarı istiqamətində hərəkət etdirərək istənilən sahili çıxarırdılar. Ağac materiallarını su ilə bu cür axıdılması xalq arasında sal adlanırdı. Yan-yan bağlanmış taxta və ya tirlərdən ibarət olub, su nəqliyyatı vasitəsi hesab edilən sal Azərbaycan dilində "ibtidai gəmi" mənasında işlədilmişdir. Salı çayın dayaz və burulğan yerlərindən keçirmək üçün üzgüçülər onun qabaq tərəfindən tutub çəkir, istiqamətini dəyişdirir, arxadan qabağa doğru itələyidilər. Sakit axınlı çaylarda isə salın arxa tərəfində, onun üstündə dayanaraq "çəp" (təxminən 2, 5–3 metr uzunluğunda) ucu iti ağac vasitəsilə istiqamətini lazımi səmtə yönəldirdilər.
Sed
Sed (stream editor) – mətn verilənlərinin ardıcıl axınına qabaqcadan müəyyən olunmuş müxtəlif mətn çevirmələri tətbiq edən mətn redaktoru (eləcə də proqramlaşdırma dili). İlkin variantı 1973-74-cü illərdə Bell Labs əməkdaşı Li Makmahon (Lee E. McMahon) tərəfindən UNIX-utilit kimi yazılıb. Hazırda sed faktiki olaraq komanda sətri ilə işi dəstəkləyən istənilən əməliyyat sistemində işləyir. Olduqca dolaşıq proqram olsa da, çox güclüdür. sed giriş axınını (adətən, fayl) sətirbəsətir qəbul edir, sed-skriptlə müəyyən olunmuş qaydalara uyğun olaraq hər bir sətri redaktə edir və nəticəni çıxış axınına verir. Tez-tez sed qeyri-interaktiv mətn redaktoru hesab olunur. Adi mətn redaktorları öncə sənədin bütün mətnini yükləyir, sonra isə komandaları bir-bir ona tətbiq edir. Bundan fərqli olaraq, sed öncə komandalar toplusunu özünə yükləyir, sonra isə bütün komandaları mətnin hər bir sətrinə tətbiq edir. Eyni anda yaddaşda yalnız bir sətir ola bildiyindən, sed istənilən böyüklükdə mətn fayllarını emal edə bilər. Super-sed (ssed) adlı genişləndirilmiş versiyası vardır.
Sele
Sele (sloven. Celje; alm. Cilli‎) — Sloveniya ərazisində yerləşən şəhər. Ölkənin əhali sayına görə üçüncü ən böyük şəhəridir. Aşağı İştiriya tarixi vilayətinin mərkəzi olmuşdur. Sele şəhər (icma) dairəsinin inzibati mərkəzidir. Şəhər dəniz səviyyəsindən 238 m (781 fut) yuxarıda yerləşir. Sele şəhəri Saviya, Lojnisa və Volqayna çaylarının qovuşduğu ərazidə, iri bir təpənin yaxınlılğında yerləşir. Təpədə qədim Sels qəsri yerləşir. Şəhər tarixə Sele qraflığının mərkəzi olaraq daxil olmuşdur (XIV–XV əsrlər.).
Sen
Sen
Ser
Ser (ing. sir, Sir, qədim fransız dilindən sieur, ağa, cənab, hökümdar, həmçinin lat. senior böyük) — ingilis dilli ölkələrdə kişilərə müraciət forması, iki mənası var — titul və müraciət forması.
Set
Set – Qədim Misir mifologiyasına görə səhra, şər və ölüm tanrısı.
Seul
Seul rəsmi olaraq Seul Xüsusi Şəhəri (kor. 서울)— Cənubi Koreyanın ən böyük metropolu və paytaxtıdır. Seul 9,7 milyon nəfər əhaliyə sahibdir və ətrafdakı İnçon metropolu və Gyeonggi vilayəti ilə Seul Paytaxt Bölgəsinin mərkəzini təşkil edir. Qlobal şəhər olaraq qəbul edilən Seul, 2014-cü ildə dünyanın ən böyük metropoliten iqtisadiyyatı olan Tokio, Nyu York və Los Angelesdən sonra 4-cü oldu. 2017-ci ildə Seulda yaşayış dəyəri dünya miqyasında 6-cı sırada yer aldı. Qannam və Digital Medya Şəhəri mərkəzli böyük texnologiya mərkəzləri ilə Seul Paytaxt Ərazisi, Samsung, LG və Hyundai daxil olmaqla 14 Fortune Global 500 şirkətinin qərargahına ev sahibliyi edir. Metropolis, qlobal konfransların aparıcı beş ev sahibliyindən biri olaraq qlobal işlərdə böyük təsir göstərir. Seul 1986 Asiya Oyunlarına, 1988 Yay Olimpiya Oyunlarına, 2002 FIFA Dünya Kubokuna (Yaponiya ilə) və 2010 G-20 Seul sammitinə ev sahibliyi etdi. Seul, Bekçe, Çoson, Koreya İmperiyası, Qoryo (ikinci dərəcəli paytaxt olaraq) və hal-hazırda Cənubi Koreya da daxil olmaqla müxtəlif Koreya əyalətlərinin paytaxtı idi. Strateji olaraq Han çayı boyunca yerləşən Seulun tarixi, e.ə.
Feriya del Sol
Feriya del Sol (isp. Feria del Sol — günəş bayramı) — Venesuelanın Merida şəhərində hər ilin fevral ayında keçirilən beynəlxalq mədəniyyət festivalı. Festival proqramına öküz döyüşləri, sərgilər, konsertlər, paradlar, idman yarışları və Günəş Məlikəsinin seçilməsi daxildir (Reina del Sol). Festivalın keçirilməsi ideyası bir qrup həvəskarın öküz döyüşləri üçün meydança (Plaza de Toros) tikmək qərarına gəldikləri vaxt yaranmışdır. Bu cür döyüşlər digər Venesuela şəhərlərində çox məşhur idi. Əvvəlcə festivalı Müqəddəs Məryəmin bakirə olaraq hamilə qaldığı günə həsr etmək və bayram şənliklərini 9 və 10 dekabrda keçirmək qərara alınmışdır. 1968-ci ildə Feriya del Sol festivalı keçirilməmişdir, amma həmin ilin 13 aprelində Böyük şənbəyə təsadüf edən öküz döyüşü təşkil edilmişdir..
Sen-Jan-syur-Vel
Sen-Jyust (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Jyulyen-syur-Vel
Sen-Jyulyen-syur-Vel (fr. Saint-Julien-sur-Veyle) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şatiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01368. Kommuna Paris şəhərinin 360 km cənub-şərqində, Lion şəhərindən 50 km şimalda yerləşir və Burk-an-Bres şəhərindən 22 km qərbdə yerləşir. 2010-ci ildə əhalinin sayı 715 nəfər təşkil edirdi. 2010-cu ildə (15-64 yaş) əmək qabiliyyətli 444 nəfər arasında 356 nəfər iqtisadi cəhətdən, 88 nəfər fəaliyyətsiz (fəaliyyət göstəricisi% 80,2, 1999-cu ildə 76,5%). 356 aktiv sakindən 330 nəfər işləyirdi (176 kişi və 154 qadın), 26 işsiz var (11 kişi və 15 qadın).
Bel
Bel (lat. dorsum) — bədənin arxa hissəsi, boynun alt hissəsindən aşağı lumbara qədər uzanır. Bel onurğa, qabırğaların posterior parçaları, həmçinin onların üzərində yerləşən yumşaq toxumalar ilə formalaşır. Belin mərkəzində yuxarıdan aşağıya doğru nəzərə çarpan bir şırım olur və orada onurğa və fəqərə görünür. Hər iki tərəfdə bel boyunca işləyən əzələlərin laxtası ilə məhdudlaşır. Güclü bel əzələləri beş təbəqədən ibarətdir və onurğanı dəstəkləmək, uzatmaq və fırlatmaq, qabırğaları qaldırmaq və aşağı salmaq, çiyinləri və qolları hərəkət etdirməyə xidmət edir.
Stel
Stela və ya stel — ucaldılmış və hündürlüyü enindən uzun olan monolitik bir daşdan ibarət olan bir əsərdir. Söz yunan dilində stele, yəni, "dik dayanan blok" sözündən yaranmışdır. Taxta olanları da tapılmışdır. Fərqli şəkildə istifadə olunan müxtəlif növ stellər var. Məsələn, xüsusilə Qədim Yunanıstanda tapılan məzar daşları şəklində stellər var. Bunlara qəbir stelləri də deyilir. Amarnada sərhədləri işarələyən Akhenaten steli var; stellər həm də sərhəd göstəriciləri kimi istifadə olunmuşdurlar. Bunlardan başqa, hərbi qələbələri xatırladan stellər də mövcuddur. Mesopotamiyada stellər əsasən padşahların əmrlərinin yazılmış olduğu abidələr kimi tapılmışdır. Stellər, Qədim Yaxın Şərqdə, Yunanıstanda və Misirdə və həmçinin müstəqil şəkildə Çində bəzi Buddist mədəniyyətlərində və Mezoamerikan mədəniyyətlərində görünmüşdür.
Tel
Tel — alının üstünə düşən saçlar. Bəzi subkulturaların bildiricisi olar bilər, məsələn, emoların və ya qanuni oğru ideologiyası ilə gedən insanların.
Vel
Vel — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati-ərazi vahidində kənd. 2009-cu ildə Azərbaycanda keçirilən əhali siyahıyaalmasına əsasən kəndin əhalisi 724 nəfərdir.
Sex
Sex (rus. цех, dolayı yolla pol. сесh sözündən, o da alm. zunft‎; mənası – "eyni sinifdən olan şəxslərin birliyi") — feodalizm cəmiyyətində şəhərlərdə iqtisadi cəhətdən müstəqil olan xırda istehsalçıların – sənətkarların peşə təşkilatları. Sexlər XI–XII əsrlərdə Qərbi Avropa ölkələrindən Fransa, Almaniya və İngiltərədə (İtaliyada ola bilsin daha əvvəl) meydana gəlmiş, XIII–XIV əsrlərdə tam inkişaf etmişdir. Bu ölkələrin iri şəhərlərində müxtəlif ixtisaslı sənətkarlar sexlərdə birləşirdi (toxucular, çəkməcilər, yağçılar sexi və başqa sexlər əmələ gəlirdi). Şəhər əhalisinin digər təbəqələri də (məsəsələn, balıqçılar, musiqiçilər, həkimlər və b.) sexlər yaradırdılar. Sexlərin fəaliyyəti ilk növbədə şəhər sənətkarlarının istehsal mənafeyini güdürdü. Hər bir sexin əmək aləti təsvir olunmuş emblemi, sex möhürü, kassası olurdu. Sexlər şəhərdaxili sosial mübarizədə böyuk rol oynamışlar.
Sen-Şef
Sen-Şef (fr. Saint-Chef) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Nor kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38374. Kommunanın 1999-cu il üçün əhalisi 2892 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 440 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.
Qlubokaya Şel
Qlubokaya Şel — Krasnodar diyarında, Soçi şəhəri daxilində mikrorayon. Mikrorayon Lazarevski rayonunun ərazisinə daxildir. Mikrorayon Lazarevski rayonunun mərkəzi hissəsində, Qlubokaya çayının mənsəbində yerləşir. Regional mərkəzdən - Lazarevskidən 25 km cənub-şərqdə, Mərkəzi Soçidən 47 km şimal-qərbdə və Krasnodar şəhərindən 255 km cənubda (yolla) yerləşir. Şimal-qərbdən Zubova Şel və cənub-qərbdən Qolovinka yaşayış məntəqələrinin əraziləri ilə həmsərhəddir. Qərbdə mikrorayon Qara dənizin suları ilə yuyulur. Şərqdə onun meşəli dağlar əhatə edir. Qlubokaya Şel Qara dəniz sahillərində dar bir vadidə yerləşir. Relyef əsasən dağlıqdır. Çay vadisi çox girintilidir və daralma dağlara doğru gedir.
Sen-Şeli-d’Obrak
Sen-Şeli-d’Obrak (fr. Saint-Chély-d'Aubrac, oks. Sanch Èli d'Aubrac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Şeli-d’Obrak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12214. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 165 km şimal-şərqdə, Rodezdən isə 39 km şimal-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 549 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 296 nəfər arasında (15-64 yaş arasında) 218 nəfər iqtisadi cəhətdən fəal, 78 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.6%, 1999-cu ildə bu 72.8%).
Sen-Şeli-d’Obrak (kanton)
Sen-Şeli-d’Obrak (fr. Saint-Chély-d'Aubrac) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1232. Sen-Şeli-d’Obrak kantonuna cəmi 2 kommuna daxildir, onlardan ən əsası Sen-Şeli-d’Obrak kommunasıdır. 2006-cı ildə əhalinin sayı 863 nəfər təşkil edirdi.
Oşel
Oşel — Tatarıstanın Tetüş rayonuna aid olan bu qədim yaşayış məntəqəsinin adı rus dilinə adaptasiya nəticəsində taninmaz dərəcədə dəyişmişdir. Belə dəyişmələr Aş çayının adında (indi Oş) və bu çayın üzərindəki Aş adlı üç kəndin adında (İndi Oşa) və Əşnək (indi Oşnyak) Kama çayının sağ qolu və Əştərə (Ştir) Tatarıstanın Arski rayonunda kənd adlarında özünü göstərir. Deməli, qədim tayfa adı olan Aş, sonradan rus sayağı dəyişmə nəticəsində Oş şəklinə çevrilmişdir. Çox şübhəsiz, Aş (As) tayfa adı və ya həmin tayfaya məxsus ölkə adını bildirən bu söz Aşlı (Oşel) ərazisində yaşayan Bulqar qəbiləsinin adı ilə bağlıdır. Tərkibində aş komponentli adlara Tatarıstanın hüdudlarından kənarda da rast gəlinir. Başqırdıstanın Belokatay rayonunda Aşit və Aşinski adında iki başqırd kəndi vardır. Mari Muxtar vilayətində Aşinski qəsəbəsi və Malaya Oşla çayı, eləcə də, Mokşa çayının qolu Oşla, Çını çayının (Oka höfzəsində) qollarından biri Aşlı çayı adları, Çelyabinsk vilayətində Aşinski şəhəri, Zabaykalyedə Onon çayının sol qolu Aşinqa, Xocənd vilayətində Aşit qəsəbəsi, Başqırdıstanda 1781-ci ilə qədər adı Aşkadar olan (indi Sterli Tamaq) şəhər adları Aş (As)larla əlaqədardır. Eşnek adında İrəvan-Talin qəzasında nahiyyə olması sənədlərdə rast gəlinir. Ehtimal etmək olar ki, Krımda Eşkene (indi Serovo), Aştaraq (Ermənistanda) adlarının da tərkibində Aş (As) hissəsi iştirak etmişdir. Türk toponimlərinin böyük bir qismi ruscaya uyğunlaşdırılmışdır ki, bu da yer adlarının mənşəyi və tarixi etimoloji şərhini, işlənməsini, həmçinin linqvistik araşdırmanın aparılması işini çətinləşdirir.
Səs
Səs — tezliyi 16 Hs-lə 20000 Hs arasında olan mexaniki dalğalar. Səs bütün dalğalar kimi amplituda və tezliyə malikdir. Hesab edilir ki, insan üçün 16 Hs-dən 20 kHs-ə qədər diapozondakı dalğalar eşitmə duyğusu yaradır. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 QHs-dən yuxarı səsə isə hipersəs deyilir. İnsanın şifahi danışığı fonetik, danışıq və fonemdən ibarətdir. Musiqi səslərindən isə musiqi yaranır. Səsin sürəti orta dalğasının ötdüyü materiyanın əsas xassəsindən asılıdır. Səsin sürəti elastiklik modulunun (λ) sıxlığa (ρ) olan nisbətinin kvadrat kökü ilə tərs mütənasibdir. Bu fiziki xassələr və səsin surəti ətraf şəraitdən aslı olaraq dəyişir. Misal üçün, qazdan ötən səsin surəti onun temperaturundan asılı olaraq dəyişir.
Şef
Şef (fr. Chef — rəis, başçı) — kollektiv, bölmə, təşkilat rəhbərinin qeyri-rəsmi adı. Шеф // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
Şeh
Şeh – axşam, gecə və səhər tezdən müsbət temperaturda yer səthi, bitki və əşyaların üzərinə çökən su damlaları. Gecə şüalanması nəticəsində havanın soyuması və həmin səthdə su buxarının kondensasiyasından yaranır. Zəif küləkli aydın havada şeh daha çox düşür. Mülayim enliklərdə şeh gecə ərzində 0,1-0,5 mm, tropiklərdə 3 mm-dək yağıntı verir. Şeh nöqtəsi mövcud su buxarı və sabit hava təzyiqinin təsiri ilə havanın doyma vəziyyətinə gəlməsi üçün tələb olunan temperaturdur. Nisbi rütubət 100%-dən az olduqda şeh nöqtəsi həmişə faktiki hava temperaturundan aşağı düşür. Nisbi rütubət 100%-ə bərabər olduqda isə faktiki hava temperaturu şeh nöqtəsinə uyğun gəlir və şehin əmələ gəlməsi üçün şərait yaranır.