Seym

bəzi dövlətlərdə qanunverici orqan, parlament, məclis.
Sessiya
Sənəd
OBASTAN VİKİ
DJ Seym
Cənubi Qafqaz seymi
Zaqafqaziya Seymi və ya Cənubi Qafqaz seymi — Zaqafqaziya Komissarlığı tərəfindən 23 fevral 1918-ci ildə Tiflis şəhərində toplanmış nümayəndəli qanunveridi dövlət orqanı. Seymin üzvləri Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə qələbə qazanmış, eləcə də digər siyasiy partiyaların nümayəndələri idilər. Seymin rəhbəri Gürcüstan Sosial Demokrat Partiyasının üzvü olan Nikolay Çxeidze idi. 1918-ci il martın 26-da Seym Zaqafqaziya Komissarlığının istefasını qəbul edərək Müvəqqəti Zaqafqaziya Hökumətini yaratdı. 22 apreldə isə Seymdə Zaqafqaziya Demokratik Federativ Respublikası adı altında müstəqil dövlətin yaradıldığı elan edildi. Bu dövlət may ayının sonlarında parçalandı və onun yerində Azərbaycan, Gürcüstan, Ermənistan Respublikaları quruldu. Rusiyada Müvəqqəti Hökumətin bolşeviklər tərəfindən 1917-ci ilin oktyabr ayında devrilməsindən sonra Tiflisdə Cənubi Qafqazın idarə edilməsi üçün Zaqafqaziya Komissarlığının yaradıldığı elan edildi. Zaqafqaziya Komissarlığının bəyannaməsində göstərilirdi ki, o, "yalnız Rusiya Müəssislər Məclisinin çağırışına qədər, onu çağırmaq mümkün olmadıqda isə… Zaqafqaziya və Qafqaz Cəbhəsindən olan Müəssislər Məclisinin üzvlərinin qurultayına qədər" fəaliyyət göstərəcək. 1918-ci il yanvarın 18-də Petroqradda əksəriyyəti menşeviklərin və SR-lərin nümayəndələri olan Müəssislər Məclisi öz işinə başladı. Deputatların əksəriyyəti bolşevik hakimiyyətini və II Ümumrusiya Sovetlər Qurultayının qərarlarını tanımaqdan imtina etdilər.
Devid Seymur
Devid Seymur (əsl adı: Dawid Szymin) və ya Şim ("Szymin" soyadının qısaldılmışı) (20 noyabr 1911[…], Varşava – 10 noyabr 1956[…], El-Qantara[d], Əl-İsmailiyyə mühafəzəsi[d]) — polyak fotoqraf və fotojurnalistdir. O, İspan vətəndaş müharibəsində çəkdiyi fotolara və Maqnum Fotonun Anri Kartye-Bresson, Robert Kapa və Corc Rocerlə birgə həmtəsisçisi olduğuna görə tanınır. Onun UNISEFlə birgə əməkdaşlıq etdiyi "Savaşın uşaqları" adlı fotoproyekti də olduqca məşhur olub II Dünya Müharibəsindən sonrakı uşaqların vəziyyətini ustalıqla əks etdirir. Ölümündən sonra o Maqnum Fotonun prezidenti vəzifəsinə yüksəldi və 1954-cü ildə o, Robert Kapanın ölümündən sonra Maqnum Fotonun prezidenti oldu və Suez böhranının ardından Misir pulemyot atəşi ilə 1956-cı ildə öldürülənə qədər bu vəzifəni tutdu. Şim 1911-ci ildə polyak-yəhudi ailəsində düynaya gəlmişdir. Onun Aylin (Eileen) adlı özündən 3 yaş kiçik bir bacısı var idi. Valideynləri Regina və Benjamin Szymin Yiddish və İbrani kitablarının hörmətli naşiri idi. 1914-cü ildə birinci dünya müharibəsi yeni başlamışkən Devid və onun valideynləri emiqrant kimi Odessaya gəldilər. 1919-cu ildə onlar Varşavaya qayıtdılar. O,Leypziqdə təsviri sənət oxudu və sonradan Sorbonda oxumaq üçün Parisə getdi.
Filip Seymur Hoffman
Filipp Seymur Hoffman (ing. Philip Seymour Hoffman; 23 iyul 1967[…], Feyrport[d], Nyu-York ştatı – 2 fevral 2014[…], Manhetten, Nyu-York ştatı) — ABŞ aktyoru. 1967-ci il iyulun 23-də Nyu-York ştatının Feyrport şəhərində anadan olan aktyor 90-cı illərin əvvəllərindən başlayaraq kino karyerasına başlayıb. 1993-cü ildə “Qadın ətri” filmində yaratdığı ərköyün tələbə obrazı ilə prodüserlərin diqqətini özünə cəlb edə bilib. Məşhur art-haus ustası, rejissor Pol Tomas Andersonla 5 filmdə əməkdaşlıq edən Hoffman öz potensialını tam şəkildə nümayiş etdirə bilib. 1998-ci ildə qara yumor və ironiya dolu filmlər çəkən Koen qardaşlarının “Böyük Lebovski” filmində yer alan Hoffman xarakterik aktyor kimi bir daha öz ustalığını nümayiş etdirib. 2006-cı ildə Kapote filmində Amerikanın tanınmış homoseksual yazıçısı Trumen Kapotenin obrazını canlandıran mərhum aktyor buna görə yeganə “Oskar” mükafatını qazanıb. 2010-cu ildə isə o, “Cek üzməyə gedir” filmi ilə rejissorluq debütü edib. 1999-cu ildən Mimi O'Donnel ilə evli olan aktyorun 3 övladı var. 2014-cü ildə Filip Seymur Hoffmanın rol aldığı 2 filmin premyerası keçiriləcək.
Jane Seymour
Ceyn Seymur (ing. Jane Seymour; 1508 – 24 oktyabr 1537, Riçmond-apon-Tems[d], Böyük London regionu[d]) — İngiltərə kralı VIII Henrinin üçüncü qadını və VI Eduardın anasıdır. Sir John Seymour və Marqaret Wentwort`un qızıdır. Uşaqlıq və gənclik illəri ilə bağlı məlumat çox azdır. VIII Henrinin digər qadınlarıyla müqayisədə çox az təhsil almış, yazı yazmağı belə çox zəif olmuşdur. Buna baxmayaraq kasıb ailədə böyüməsi səbəbilə əl işi, ev işləri barədə çox qabiliyyətli olmuş, hətta bəzi əl işləri illər boyunca İngiltərə saraylarında saxlanmışdır. 30 may 1536 tarixində Kral VIII Henriylə evləndi və İngiltərə kraliçası elan olundu. Ancaq tacqoyma mərasimi olmadığı üçün rəsmi kraliça hesab edilmədi. O dönəmdə ölkədə Anqlikan hakimiyyəti olsa da, saf katolik inancını daim qorudu. 1537-ci ilin ilk aylarında hamilə olduğu öyrənildi və 12 oktyabr 1537 tarixində VIII Henrinin yeganə vəliəhdi VI Eduard dünyaya gəldi.
Latviya Seymi
Latviya Seymi —
Seymur
Seymur — kişi adı. Bu adı olan tanınmışlar Seymur Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Seymur Baycan — yazıçı, publisist. Digər Seymur (Antarktida) — Trimiti yarımadasından şərqdə yerləşən ada.
Seymur (Antarktida)
Seymur adası (ing. Seymour Island)) — Trimiti yarımadasından şərqdə yerləşən ada. Ada 20 km uzunluğa və 9 km enə malikdir. Ən yaxın adalar Snou-Hill və Ceyms-Rossdur. Ada ilk dəfə 6 yanvar 1843-ci ildə Ceyms Ross tərəfindən Antarktikaya Terror və Erebus gəmilərində səyahət zamanı aşkarlanmışdır. Ceyms Ross Seymur burnu adlandırdığı coğrafi obyekti kontr-admiral Corc Frensis Seymurun şərəfinə adlandırmışdır. Adanın ilk araşdırmalar norveçli Karl Anton Larsen tərəfindən həyata keçirilmişdir (1892—1893 və 1893—1894). O, ilk dəfə bu coğrafi obyektin burun deyil ada olmasını müəyyən etmişdir. 1969 ildən ada da il boyu Argentinaya məxsus olan Marambio qütb stansiyası fəaliyyət göstərir. Antarktida tarixində ilk eniş-uçuş zolağı məhz burada inşa edilmişdir.
Seymur Məmmədov
Seymur Qəhrəman oğlu Məmmədov (18 sentyabr 1971, Füzuli – 1 aprel 1992, Məlikcanlı, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. 18 sentyabr 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açmışdır. 1978-1988-ci illərdə burada 2 saylı məktəbdə təhsil almışdır. 1988-ci ildə Azərbaycan Politexnik İnstituna daxil olmuşdur. 1991-ci ildə hərbi xidmətə çağırılır. Hərbi xidmətini Almaniya və Ukraynada keçirir. Seymur Məmmədov ordudan tərxis edilən kimi könüllü olaraq özünümüdafiə batalyonuna yazılır. Seymur bir neçə kəndin azad edilməsində, əsirlərin geri alınmasında əsl qəhrəmanlıq göstərmişdi. 1992-ci il 1 aprel Seymurun son döyüşü oldu. Məlikcanlı kəndi uğrunda gedən döyüşlərdə hər birində 10 erməni döyüşçsüsü olan 15 dayaq nöqtəsi məhv edildi.
Seymur Nəsirov
Seymur Rahim oğlu Nəsirov (12 noyabr 1976, Şuvi, Astara rayonu) — tədqiqatçı-alim, Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, "Tərəqqi" medalı laureatı. Seymur Nəsirov Rahim oğlu 1976-cı ildə Astara rayonunun Şüvi kəndində anadan olmuşdur. 1994-cü ildə A. İbrahimov adına Şüvi kənd orta məktəbini, 1998-ci ildə Bakı İslam Universitetini, 2002-ci ildə isə Əl-Əzhər Universitetinin İslamşünaslıq və Ərəb dili fakültəsini bitirmişdir. 2006-cı ildə Misir Fətva İdarəsində dörd il təhsil aldıqdan sonra, keçmiş SSRİ ölkələri arasında ilk dəfə fətva vermək icazəsini qazanmışdır. 2011-ci ildə Qahirədə Açıq Amerika Universitetində Ərəb dili və ədəbiyyatı ixtisası üzrə magistratura təhsilini fərqlənmə ilə başa vurmuşdur. Magistr dissertasiya işi Azərbaycanda ərəb dili və ədəbiyyatının öyrənilmə tarixinin tədqiqi olmuşdur. 2020-ci ildə Qahirədə Açıq Amerika Universitetində Ərəb dili və ədəbiyyatı ixtisası üzrə dokturluq təhsilini fərqlənmə ilə başa vurmuşdur. Tədqiqat mövzusu "Ərəb elminə xidmətdə azərbaycanlı alimlərin səyləri" olmuşdur. S. Nəsirovun elmi işinə, Əl-Əzhər Universitetindən dəvət olunmuş böyük alimlər rəhbərlik etmişdir. Ailəlidir, iki övladı var.
Seymur Orucov
Seymur Vaqif oğlu Orucov (27 oktyabr 1984, Naxçıvan) — Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sabiq sədri. Seymur Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub. 2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirərək, Maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə qəbul olub. 2007-ci ildə magistraturanı bitirib. Elə həmin ildən kafedranın aspirantı və müəllimi olmuşdur. 2006–2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb. 2010-cu ildə "Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. 2009–2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb.
Seymur Peypert
Seymur Peypert (ing. Seymour Aubrey Papert; 29 fevral 1928, Pretoriya – 31 iyul 2016[…]) — dünyada riyaziyyat, süni intellekt və təhsil üzrə kompüterdən istifadə sahəsində işlərinə görə görkəmli alim. Seymur Peypert 29 fevral 1928-ci ildə Cənubi Afrika Birliyinin Pretoriya şəhərində anadan olmuşdur. Hələ məktəb illərində ikən, o zaman mövcud olmuş ayrı-seçkilik rejiminə qarşı çıxışlarda iştirak edərək coşqun siyasi hadisələrə qatılır. Bir müddət CAR Kommunist Partiyasına qoşulur, ancaq tezliklə siyasi proseslərdə iştirakdan imtina edir. O, siyasətdən əlavə, riyaziyyat və fəlsəfə ilə maraqlanırdı. Peypert Kembric Universitetində riyaziyyat ixtisası üzrə təhsil alır. Sonra isə Parisə köçərək bir müddət orada yaşayır. 1958-ci ildən 1963-cü ilə qədər Seymur Peypert Cenevrə Universitetində Jan Piaje ilə işləyir. Sonradan bu haqda Peypert belə deyir: "Bu 50-ci illərin sonu idi.
Seymur Qocayev
Seymur Mahir oğlu Qocayev (26 oktyabr 1996, Bağbanlı, Quba, Azərbaycan — 7 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Seymur Qocayev 29 yanvar 1996-cı ildə Quba rayon Bağbanlı qəsəbəsində dünyaya gəlib. Məktəbi bitirdikdən sonra 2014–2016-cı illərdə müddətli hərbi xidmət çəkib. Hərbi xidmətdən sonra yenidən Orduda xidmət etməyə başlayır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Seymur Qocayev Murovdağ zirvəsi, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşanın azad edilməsində savaşıb. Xüsusi Təyinatlı Qüvvələr'in tərkibində kəşfiyyatçı vəzifəsini icra edib. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Seymur Qocayev 12 noyabr 2020-ci ildə Quba Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Qocayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Qocayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Seymur Quliyev
Seymur Quliyev (şəhid)
Seymur Sərxoşov
Seymur Sərxoşov (tam adı: Seymur Ramiz oğlu Sərxoşov; 28 yanvar 1987, Qızıldaş – 14 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Respublikasının Şəhidi. Seymur Sərxoşov 1987-ci il yanvarın 28-də Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində dünyaya göz açmışdır. İbtidai təhsilinə 1993-cü ildə şəhid Azər Namazovun adını daşıyan 180 saylı orta məktəbdə başlamışdır. 2004-cü ildə orta məktəbi bitirdikdən sonra "Nəqliyyat servisi (avtomobil nəqliyyatı üzrə)" ixtisası üzrə Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdur. Ali təhsilini başa vuran Seymur 2008-ci ildə hərbi xidmətə yollanmışdır. Qazax rayonunda xidmət etmişdir. İxtisasca sürücü olmuşdur. 2009-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə nəqliyyat sahəsində çalışmağa başlamışdır. Azərbaycan 2020-ci il 27 sentyabr tarixində ərazi bütövlüyünü bərpa etmək üçün düşmən təxribatlarına cavab olaraq vətəni müdafiəyə başladı. Döyüşlər başlayar-başlamaz Seymur da vətənin dar günündə ona dayaq olmaq üçün ordu sıralarına qayıtdı.
Seymur Talıbov
Seymur Vasif oğlu Talıbov (1988, Naxçıvan) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V və VI çağırışlarının deputatı, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Vasif Talıbovun oğlu. Seymur Talıbov 1988-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olmuş, 2007-ci ildə həmin ixtisasın bakalavr pilləsini, 2007–2010-cu illərdə isə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq magistratura pilləsini bitirmişdir. Seymur Talıbov 2009–2010-cu illərdə magistratura təhsilini London City Universitetində Beynəlxalq siyasət üzrə davam etdirmişdir. O, 2013-cü ildə isə Böyük Britaniyanın Oksford Universitetində Said Biznes Məktəbinin Executive Eduation Liderlik və İdarəçilik proqramından məzunu olub. Seymur Talıbov 2011-ci ilin yanvar ayından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim, 2013-cü ildən isə baş müəllim vəzifəsində çalışır. 2012-ci ildə Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə qiyabi doktorantura təhsili alıb. 2014-cü ildə "Regional enerji təhlükəsizliyinin beynəlxalq hüququi problemləri" mövzusunda dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Seymur Talıbov 2016-cı ildən Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorudur. 14 iyun 2017-ci ildən Naxçıvan Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasının dosentidir.
Seymur Tağıyev
Seymur Elman oğlu Tağıyev (1 yanvar 1992-ci ildə Tovuzda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Turan Tovuz klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. Seymur Tağıyev 1992-ci ildə Tovuz şəhərində anadan olmuşdur. O, Tovuz futbol məktəbinin tələbəsidir. Seymur Tağıyev öz peşəkar futbolçu karyerasına 2008-ci ildə Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Turan Tovuz klubunda start vermişdir. O, Tovuz təmsilçisində №18 forma ilə çıxış etmişdir.
Seymur Teymurov
Seymur Teymur oğlu Teymurov (9 avqust 1981, Bakı) — Xəzər İntellektual Gənclər Klubu İctimai Birliyinin sədri və "Media Çalışmaları" MMC-nin baş direktoru, eləcə də həmin media şirkətinə daxil olan Bax.tv video portalı, News.az xəbər saytı, Offsideplus.az idman saytının baş redaktoru, "Что? Где? Когда?" televerilişinin Azərbaycandilli versiyasında ilk komandanın kapitanı, 2016–2017-ci illərdə Garant Media Holding İdarə Heyətinin sədri və eyni zamanda Oxu.az xəbər saytının baş redaktoru, 2016-cı ilin fevral-sentyabr aylarında 107.7 FM dalğasında yayımlanan Avto FM radiostansiyasının direktoru, 2014–2015-ci illərdə "National Geographic Azerbaijan" jurnalının baş redaktoru, 2008–2014-cü illərdə "Consulting&Business" jurnalının şef-redaktoru. Seymur Teymurov 9 avqust 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988–1997-ci illərdə Bakıdakı Şəfiqə Əfəndizadə adına 13 saylı orta məktəbdə təhsil almış, 1998-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olmuşdur. 2002-ci ildə tarixçi ixtisası üzrə bakalavr pilləsini, 2004-cü ildə həmin ixtisas üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə digər təsisçilərlə birgə Xəzər İntellektual Klubunun yaradılmasında iştirak etmişdir. 2007-ci ildə Klub ictimai birlik kimi "Xəzər İntellektual Gənclər Klubu" adı ilə dövlət qeydiyyatına alındıqdan sonra həmin təşkilatın sədridir. Xəzər İntellektual Gənclər Klubu Azərbaycanda ilk dəfə olaraq ana dilli intellektual oyunları mütəmadi olaraq təşkil edən ictimai birlikdir. Seymur Teymurov GameTV.az prodüser mərkəzinin çəkdiyi "Что?
Seymur Vəzirov
Seymur İbrahimov
Seymur Zamin oğlu İbrahimov (20 oktyabr 2000, Tumbul, Naxçıvan Muxtar Respublikası – 1 noyabr 2020) — Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Seymur İbrahimov 20 noyabr 2000-ci ildə Babək rayonunun Tumbul kəndində doğulmuşdur. 2006-cı ildə 13 nömrəli tam orta məktəbə daxil olmuşdur. Seymur İbrahimov orta məktəbi bitirdikdən sonra 2019-cu il ayında hərbi xidmətini tamamlamaq üçün Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmət zamanı 15 ay kəşfiyyatçı kimi xidmət göstərib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əsgəri olan Seymur İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Seymur İbrahimov 1 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi gedişatında Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 6 noyabr 2020-ci ildə nəşi Babək rayonunun Tumbul kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Seymur İbrahimov(şəhid)
Seymur Zamin oğlu İbrahimov (20 oktyabr 2000, Tumbul, Naxçıvan Muxtar Respublikası – 1 noyabr 2020) — Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Seymur İbrahimov 20 noyabr 2000-ci ildə Babək rayonunun Tumbul kəndində doğulmuşdur. 2006-cı ildə 13 nömrəli tam orta məktəbə daxil olmuşdur. Seymur İbrahimov orta məktəbi bitirdikdən sonra 2019-cu il ayında hərbi xidmətini tamamlamaq üçün Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmət zamanı 15 ay kəşfiyyatçı kimi xidmət göstərib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əsgəri olan Seymur İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Seymur İbrahimov 1 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi gedişatında Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 6 noyabr 2020-ci ildə nəşi Babək rayonunun Tumbul kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Seymur Ələsgərov
Seymur Əli oğlu Ələsgərov (2 fevral 1992, Novosaratovka, Gədəbəy rayonu – 29 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Seymur Ələsgərov 1992-ci il fevralın 2-də Gədəbəy rayonunun Novosaratovka kəndində anadan olub. Subay idi. Azərbaycan Ordusunun çavuşu olan Seymur Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Ələsgərov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Gədəbəy rayonunun Novosaratovka kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Ələsgərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Seymur Ərəbxanov
Zaqafqaziya Seymi
Zaqafqaziya Seymi və ya Cənubi Qafqaz seymi — Zaqafqaziya Komissarlığı tərəfindən 23 fevral 1918-ci ildə Tiflis şəhərində toplanmış nümayəndəli qanunveridi dövlət orqanı. Seymin üzvləri Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə qələbə qazanmış, eləcə də digər siyasiy partiyaların nümayəndələri idilər. Seymin rəhbəri Gürcüstan Sosial Demokrat Partiyasının üzvü olan Nikolay Çxeidze idi. 1918-ci il martın 26-da Seym Zaqafqaziya Komissarlığının istefasını qəbul edərək Müvəqqəti Zaqafqaziya Hökumətini yaratdı. 22 apreldə isə Seymdə Zaqafqaziya Demokratik Federativ Respublikası adı altında müstəqil dövlətin yaradıldığı elan edildi. Bu dövlət may ayının sonlarında parçalandı və onun yerində Azərbaycan, Gürcüstan, Ermənistan Respublikaları quruldu. Rusiyada Müvəqqəti Hökumətin bolşeviklər tərəfindən 1917-ci ilin oktyabr ayında devrilməsindən sonra Tiflisdə Cənubi Qafqazın idarə edilməsi üçün Zaqafqaziya Komissarlığının yaradıldığı elan edildi. Zaqafqaziya Komissarlığının bəyannaməsində göstərilirdi ki, o, "yalnız Rusiya Müəssislər Məclisinin çağırışına qədər, onu çağırmaq mümkün olmadıqda isə… Zaqafqaziya və Qafqaz Cəbhəsindən olan Müəssislər Məclisinin üzvlərinin qurultayına qədər" fəaliyyət göstərəcək. 1918-ci il yanvarın 18-də Petroqradda əksəriyyəti menşeviklərin və SR-lərin nümayəndələri olan Müəssislər Məclisi öz işinə başladı. Deputatların əksəriyyəti bolşevik hakimiyyətini və II Ümumrusiya Sovetlər Qurultayının qərarlarını tanımaqdan imtina etdilər.
Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası
Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası — Zaqafqaziya seymində Azərbaycanı təmsil edən fraksiya. 1918-ci il fevralın 23-də təşkil olunmuş, həmin il mayın 26-da Zaqafqaziya seyminin buraxılması ilə fəaliyyəti sona çatmışdır. 1918-ci ilin yanvarında bolşeviklər Rusiyada Müəssislər məclisini buraxdıqdan sonra Zaqafqaziya Diyar Soveti yerli hökumət strukrurunun yaradılmasını qərara aldı. Bu vəzifəni 1918-ci il fevralın 23-də ilk sessiyasını keçirən Zaqafqaziya seymi öz üzərinə götürdü. Zaqafqaziya seymində dörd müsəlman partiyası -Müsavat və ona qoşulan demokratik bitərəflər qrupu (bu qrup müsəlman ictimai xadimlərindən ibarət idi və müsəlman milli komitələri, müxtəlif mərkəzlər tərəfindən Müsavat Partiyası ilə eyni siyahıda irəli sürülüb seçilmişdilər),"Müsəlman Sosialist Bloku", Rusiyada Müsəlmanlıq "İttihad", Hümmət (menşevik) partiyaları təmsil olunmuşdu: Müsavat və demokratik bitərəflər qrupu — Məmməd Yusif Cəfərov, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Xosrov bəy Sultanov, Məmməd Həsən Hacınski, Mir Hidayət bəy Seyidov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Qazı Əhməd bəy Məmmədov, Aslan bəy Qardaşov, Şəfi bəy Rüstəmbəyli, Cavad bəy Məlik-Yeqanov, Mustafa Mahmudov, Mehdi bəy Hacıbababəyov, Hacı Səlim Axundzadə, Mehdi bəy Hacınski, Xudadat bəy Məlik-Aslanov, Müseyib bəy Əxicanov, Lütfəli bəy Behbudov, Firidun bəy Köçərli, İbrahim ağa Vəkilov, Həmid bəy Şahtaxtinski, Rəhim bəy Vəkilov, Ələsgər Mahmudbəyov, Yusif Əfəndizadə, Mirzə Cəlal Yusifzadə, Məmmədrza ağa Vəkilov, İslam bəy Qəbulzadə; Müsəlman Sosialist Bloku - İbrahim bəy Heydərov, Əlixan Qantəmir, Aslan bəy Səfikürdski, Əhməd bəy Pepinov, Bağır bəy Rzayev, Camo bəy Hacınski, Məhəmməd Məhərrəmov; Rusiyada müsəlmanlıq "İttihad" - Sultanməcid Qənizadə, Mir Yaqub Mehdiyev, Heybətqulu bəy Məmmədbəyli; Müsəlman Sosial Demokrat (menşevik) Partiyası "Hümmət" — Cəfər Axundov, İbrahim Əbilov, Əkbər Ağa Şeyxülislamov və Səməd ağa Ağamalıoğlu. Partiyaların bu siyahısı Seymin 1918-ci il 28 fevral tarixli iclasmda təsdiq olunmuşdu, lakin sonralar bu siyahıda müxtəlif dəyişikliklər edilmiş, bir partiyadan digərinə keçmək halları qeydə alınmışdı. Hümmətçi menşeviklər isə gürcü fraksiyasına daxil olmuşdular. Bütün partiyaların ümumi razılığı ilə "Müsavat fraksiyasının və demokratik bitərəflər qrupunun aşağıdakı tərkibdə rəyasət heyəti müsəlman fraksiyalarının birləşmiş iclaslanın rəyasət heyəti kimi qəbul edilmişdi: Məhəmməd Əmin Rəsulzadə (sədr), Məmməd Yusif Cəfərov və Nesib bəy Yusifbəyli (sədrin müavinləri), Mustafa Mahmudov və Rəhim Vəkilov (katiblər), Mehdi bəy Hacıbababəyov və İslam bəy Qəbulov (katiblər olmayanda onları müvəqqəti əvəz edənlər). Müsəlman fraksiyası, gürcü və erməni fraksiyalarından fərqli olaraq, çox dağınıq fəaliyyət göstərməsinə baxmayaraq, mühüm məsələlərin müzakirəsində öz qətiyyəti və sabit siyasi mövqeyi ilə seçilirdi. Fraksiyanın əsas diqqəti cənub-qərbi Qafqazda cərəyan eden proseslərə yönəlmişdi.

Digər lüğətlərdə