Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
DJ Seym
Latviya Seymi
Latviya Seymi —
Ceyn Seymur
Ceyn Seymur (ing. Jane Seymour; 1508 – 24 oktyabr 1537, Riçmond-apon-Tems[d], Böyük London regionu[d]) — İngiltərə kralı VIII Henrinin üçüncü qadını və VI Eduardın anasıdır. Sir John Seymour və Marqaret Wentwort`un qızıdır. == Gənclik illəri == Uşaqlıq və gənclik illəri ilə bağlı məlumat çox azdır. VIII Henrinin digər qadınlarıyla müqayisədə çox az təhsil almış, yazı yazmağı belə çox zəif olmuşdur. Buna baxmayaraq kasıb ailədə böyüməsi səbəbilə əl işi, ev işləri barədə çox qabiliyyətli olmuş, hətta bəzi əl işləri illər boyunca İngiltərə saraylarında saxlanmışdır. == İngiltərə kraliçalığı == 30 may 1536 tarixində Kral VIII Henriylə evləndi və İngiltərə kraliçası elan olundu. Ancaq tacqoyma mərasimi olmadığı üçün rəsmi kraliça hesab edilmədi. O dönəmdə ölkədə Anqlikan hakimiyyəti olsa da, saf katolik inancını daim qorudu. 1537-ci ilin ilk aylarında hamilə olduğu öyrənildi və 12 oktyabr 1537 tarixində VIII Henrinin yeganə vəliəhdi VI Eduard dünyaya gəldi.
Cənubi Qafqaz seymi
Zaqafqaziya Seymi və ya Cənubi Qafqaz seymi — Zaqafqaziya Demokratik Federativ Respublikasında (23 fevral-26 may 1918-ci il) mövcud olmuş ali qanunverici orqan. == Tarixi == 1918-ci ilin əvvəllərində Cənubi Qafqazda vəziyyət son dərəcə mürəkkəb idi. Rusiyanın Almaniya ilə Brest-Litovsk sülh danışıqları boşa çıxdıqdan sonra alman-türk qoşunları hücuma keçdilər. Türk qoşunlarının irəlilədiyini görən Zaqafqaziya Komissarlığı 1918-ci il fevralın 6-da Qafqaz cəbhəsinin komandanı Vəhib paşaya teleqram göndərərək, Türkiyə ilə sülh danışıqları aparmaq istədiyini bildirdi. 9 mart 1917 – Rusiya imperiyasının Müvəqqəti Hökuməti Qafqazda çar idarəçilik sisteminin – canişinliyin ləğv edilməsi barədə qərar verib. Bunun əvəzində Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət yeni qurum – Zaqafqaziya Xüsusi Komitəsi yaradılıb.14 fevral 1918 – Cənubi Qafqazdan Ümumrusiya parlamentinə Müəssislər Məclisinə seçilmiş azərbaycanlı (müsəlman), gürcü və erməni deputatlar Tiflisdə toplaşaraq Cənubi Qafqaz (Zaqafqaziya) Seymini yaradıblar. Ümumrusiya Müəssislər Məclisinə seçkilər 1917-ci ilin noyabrında, bolşevik çevrilişindən sonra keçirilmişdi. Lakin bolşeviklər bu seçkilərdə faktiki olaraq uduzduqları üçün (o cümlədən Cənubi Qafqazda) Müəssislər Məclisinin fəaliyyətə başlamasına imkan vermədilər. Bundan sonra Cənubi Qafqazdan seçilmiş deputatlar regional parlament (Seym) yaratmaq qərarına gəldilər. Seymin 44 nəfərlik müsəlman fraksiyası Zaqafqaziya müsəlman parlamenti funksiyasını (Cənubi Qafqaz üzrə 1 milyon müsəlman seçicini təmsil edirdi) yerinə yetirirdi.
Devid Seymur
Devid Seymur (əsl adı: Dawid Szymin) və ya Şim ("Szymin" soyadının qısaldılmışı) (20 noyabr 1911[…], Varşava – 10 noyabr 1956[…], El-Qantara[d], Əl-İsmailiyyə mühafəzəsi[d]) — polyak fotoqraf və fotojurnalistdir. O, İspan vətəndaş müharibəsində çəkdiyi fotolara və Maqnum Fotonun Anri Kartye-Bresson, Robert Kapa və Corc Rocerlə birgə həmtəsisçisi olduğuna görə tanınır. Onun UNISEFlə birgə əməkdaşlıq etdiyi "Savaşın uşaqları" adlı fotoproyekti də olduqca məşhur olub II Dünya Müharibəsindən sonrakı uşaqların vəziyyətini ustalıqla əks etdirir.Ölümündən sonra o Maqnum Fotonun prezidenti vəzifəsinə yüksəldi və 1954-cü ildə o, Robert Kapanın ölümündən sonra Maqnum Fotonun prezidenti oldu və Suez böhranının ardından Misir pulemyot atəşi ilə 1956-cı ildə öldürülənə qədər bu vəzifəni tutdu. == Uşaqlığı == Şim 1911-ci ildə polyak-yəhudi ailəsində düynaya gəlmişdir. Onun Aylin (Eileen) adlı özündən 3 yaş kiçik bir bacısı var idi. Valideynləri Regina və Benjamin Szymin Yiddish və İbrani kitablarının hörmətli naşiri idi.1914-cü ildə birinci dünya müharibəsi yeni başlamışkən Devid və onun valideynləri emiqrant kimi Odessaya gəldilər. 1919-cu ildə onlar Varşavaya qayıtdılar. O,Leypziqdə təsviri sənət oxudu və sonradan Sorbonda oxumaq üçün Parisə getdi. == Karyerası == O, Parisdə oxuyarkən fotoqrafiya ilə maraqlanmağa başladı. 1933-cü ildə müstəqil jurnalist kimi fəaliyyətə başladı.
Filip Seymur Hoffman
Filipp Seymur Hoffman (ing. Philip Seymour Hoffman; 23 iyul, 1967- 2 fevral, 2014) — ABŞ aktyoru. == Həyatı == 1967-ci il iyulun 23-də Nyu-York ştatının Feyrport şəhərində anadan olan aktyor 90-cı illərin əvvəllərindən başlayaraq kino karyerasına başlayıb. 1993-cü ildə “Qadın ətri” filmində yaratdığı ərköyün tələbə obrazı ilə prodüserlərin diqqətini özünə cəlb edə bilib. Məşhur art-haus ustası, rejissor Pol Tomas Andersonla 5 filmdə əməkdaşlıq edən Hoffman öz potensialını tam şəkildə nümayiş etdirə bilib. 1998-ci ildə qara yumor və ironiya dolu filmlər çəkən Koen qardaşlarının “Böyük Lebovski” filmində yer alan Hoffman xarakterik aktyor kimi bir daha öz ustalığını nümayiş etdirib. 2006-cı ildə Kapote filmində Amerikanın tanınmış homoseksual yazıçısı Trumen Kapotenin obrazını canlandıran mərhum aktyor buna görə yeganə “Oskar” mükafatını qazanıb. 2010-cu ildə isə o, “Cek üzməyə gedir” filmi ilə rejissorluq debütü edib. 1999-cu ildən Mimi O`Donnel ilə evli olan aktyorun 3 övladı var. 2014-cü ildə Filip Seymur Hoffmanın rol aldığı 2 filmin premyerası keçiriləcək.
Jane Seymour
Ceyn Seymur (ing. Jane Seymour; 1508 – 24 oktyabr 1537, Riçmond-apon-Tems[d], Böyük London regionu[d]) — İngiltərə kralı VIII Henrinin üçüncü qadını və VI Eduardın anasıdır. Sir John Seymour və Marqaret Wentwort`un qızıdır. == Gənclik illəri == Uşaqlıq və gənclik illəri ilə bağlı məlumat çox azdır. VIII Henrinin digər qadınlarıyla müqayisədə çox az təhsil almış, yazı yazmağı belə çox zəif olmuşdur. Buna baxmayaraq kasıb ailədə böyüməsi səbəbilə əl işi, ev işləri barədə çox qabiliyyətli olmuş, hətta bəzi əl işləri illər boyunca İngiltərə saraylarında saxlanmışdır. == İngiltərə kraliçalığı == 30 may 1536 tarixində Kral VIII Henriylə evləndi və İngiltərə kraliçası elan olundu. Ancaq tacqoyma mərasimi olmadığı üçün rəsmi kraliça hesab edilmədi. O dönəmdə ölkədə Anqlikan hakimiyyəti olsa da, saf katolik inancını daim qorudu. 1537-ci ilin ilk aylarında hamilə olduğu öyrənildi və 12 oktyabr 1537 tarixində VIII Henrinin yeganə vəliəhdi VI Eduard dünyaya gəldi.
Seymur
Seymur — kişi adı. Bu adı olan tanınmışlarSeymur Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Seymur Quliyev (şəhid) — Qarabağ müharibəsi şəhidi, "Vətən uğrunda" medalı laureatı. Seymur Musayev — Ürək-damar cərrahı, tibb elmləri namizədi. Seymur Baycan — yazıçı, publisist.DigərSeymur (Antarktida) — Trimiti yarımadasından şərqdə yerləşən ada.
Seymur (Antarktida)
Seymur adası (ing. Seymour Island)) — Trimiti yarımadasından şərqdə yerləşən ada. Ada 20 km uzunluğa və 9 km enə malikdir. Ən yaxın adalar Snou-Hill və Ceyms-Rossdur. == Tarixi == Ada ilk dəfə 6 yanvar 1843-ci ildə Ceyms Ross tərəfindən Antarktikaya Terror və Erebus gəmilərində səyahət zamanı aşkarlanmışdır. Ceyms Ross Seymur burnu adlandırdığı coğrafi obyekti kontr-admiral Corc Frensis Seymurun şərəfinə adlandırmışdır. Adanın ilk araşdırmalar norveçli Karl Anton Larsen tərəfindən həyata keçirilmişdir (1892—1893 və 1893—1894). O, ilk dəfə bu coğrafi obyektin burun deyil ada olmasını müəyyən etmişdir. 1969 ildən ada da il boyu Argentinaya məxsus olan Marambio qütb stansiyası fəaliyyət göstərir. Antarktida tarixində ilk eniş-uçuş zolağı məhz burada inşa edilmişdir.
Seymur Abasov
Seymur Abasov (10 avqust 1999, Buravar, Cəlilabad rayonu – 29 oktyabr 2020, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Seymur Abasov 1999-cu il avqustun 10-da Cəlilabad rayonunun Buravar kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Seymur Abasov 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Seymur Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Abasov oktyabrın 29-da Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Abasov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Abasov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Seymur Abasov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Seymur Abbasov
Seymur Müşfiq oğlu Abbasov (20 may 2000; Göygöl, Azərbaycan — 8 noyabr 2020; Şuşa şəhəri, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Seymur Abbasov 2000-ci il mayın 20-də Göygöl şəhərində anadan olub. 2006-2017-ci illərdə Göygöl şəhər 3 saylı tam orta məktəbdə təhsil almışdır. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan IV kurs kursantı idi. 2020-ci ilin sentyabrda İkinci Qarabağ müharibəsinin başlaması ilə bağlı "kiçik leytenant" rütbəsi ilə müharibəyə yollandı. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik leytenantı olan Seymur Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Abbasov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Göygöl şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Seymur Allahverdiyev
Seymur Qərib oğlu Allahverdiyev (1 iyun 1985; Gədəbəy rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Seymur Allahverdiyev 1985-ci il iyunun 1-də Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Seymur Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Seymur Allahverdiyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 29.12.2020-ci il tarixində Gədəbəy rayonunun Parakənd kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Seymur Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Seymur Allahverdiyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Seymur Alızadə
Seymur Mirzə oğlu Alızadə (12 yanvar 1998; Xuluf, Şəmkir rayonu — 26 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Seymur Alızadə 1998-ci il yanvarın 12-də Şəmkir rayonunun Xuluf kəndində anadan olub. 2004–2015-ci illərdə R. İsmayılov adına 2 saylı Xuluf kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Seymur Alızadə 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Seymur Alızadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Seymur Alızadə oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Xuluf kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Alızadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Alızadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Alızadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Seymur Baxışov
Seymur Qulamhüseyn Baxışov (d. 12 iyul 1987; Sumqayıt, Azərbaycan - ö. 2 aprel 2016; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Əslən Masallı rayonundan olan Seymur Baxışov 1987-ci ilin 12 iyul günündə Sumqayıt şəhərində Qulamhüseyn və Zemfira Baxışovların ailəsində anadan olub. 1994-2005-ci illərdə Sumqayıt şəhərində yerləşən 14 saylı tam orta məktəbdə təhsil alan Seymur Baxışov 2009-cu ildə Aynur xanım ilə ailəli həyatı qurdu; Amin adında bir oğlu yadigar qalıb. == Hərbi xidməti == Kiçik gizir Seymur Baxışov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid oldu. Aprelin 19-u onun meyiti təmas xəttindən götürüldü, 20-si isə Seymur Baxışov doğulduğu Sumqayıt Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Baxışov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Seymur Baycan
Seymur Baycan (22 aprel 1976, Füzuli) — yazıçı, publisist. Ən yeni dövr Azərbaycan Ədəbiyyatının II mərhələsinin, müstəqillik dövrü yazıçılarındandır. Bir çox romanı, əsəri ilə məşhurdur. == Həyatı == Seymur Baycan 22 aprel 1976-cı ildə ildə Füzuli rayonunda anadan olub. C.Naxçıvanski adına hərbi məktəbi bitirib. Qafqaz universitetinin "Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində oxuyub.Universiteti yarımçıq qoyub. Hekayələri rus, gürcü, erməni, ukrayna, qazax və s. dillərə çevrilmiş və çap olunmuşdur. "Ət və ət məhsulları" romanı ilə Dünya ədəbiyyatına skelet-roman anlayışını gətirmişdir.[mənbə göstərin]Digər çap olunmuş romanları: “18.6 cm”, “Körpüsalanlar”, “Quqark”. Publisistik fəaliyyəti dönəmində "Reytinq", "Milli yol", "Gündəlik Azərbaycan" və digər qəzetlərlə əməkdaşlıq etmişdir.
Seymur Bəylərov
Seymur Səlyəddin oğlu Bəylərov (24 iyun 1996; Samux, Azərbaycan — 28 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Seymur Bəylərov 24 iyun 1996-cı ildə Samux rayonu, Qarayeri kəndində anadan olub. Əslən Kəlbəcər rayonu Alı kəndindəndir. == Hərbi xidmətləri == 2014-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Seymur Bəylərov Talış Madagizin azad edilməsində savaşıb. O, müharibənin ilk günlərində içərisində bir neçə döyüş yoldaşlarının da olduğu zirehli maşınla düşmənə hücum edən vaxt ermənilərin ağır artilleriyadan açdığı atəşlə maşın vurulub. Buna baxmayaraq, Seymur sıradan çıxmış zirehli maşından sağ çıxıb. Şəhid olan döyüş yoldaşlarını yanan avtomobilin içərisindən çıxararaq kənara qoyub. Onların silahlarını da götürərək düşmənin üzərinə təkbaşına gedib.
Seymur Cabbarov
Seymur İlham oğlu Cabbarov (16 mart 1987, Çərçiboğan, İliç rayonu – 3 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Seymur Cabbarov 1987-ci il martın 16-da Şərur rayonunun Çərçiboğan кəndində anadan olub. 1993-2001-ci illərdə R. Abbasov adına Çərçiboğan кənd tam orta məкtəbində, 2001-2004-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2004-2008-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Seymur Cabbarov 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "baş leytenant" hərbi rütbəsində xidmətə davam edən Seymur Cabbarov, 2014-cü ildən Motoatıcı Tabor Komandirinin MTT üzrə müavini vəzifəsində çalışıb. Seymur Cabbarov 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində, həmin ilin avqust ayından isə Naxçıvan şəhərərində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. 2020-ci ildə bir müddət Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edən Seymur Cabbarov, sonradan Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətinə davam edib.
Seymur Fətəliyev
Seymur Həbib oğlu Fətəliyev (19 iyul 1973) — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi, filologiya üzrə fəlsəfə doktoru. == Haqqında == 19 iyul 1973-cü ildə anadan olmuşdur. 1990–1995-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır.1995-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb. 1999–2005-ci illərdə Azərbaycan Respublikasının Fransadakı Səfirliyində, daha sonra 2006–2009-cu illərdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyində çalışıb.2009–2012-ci illərdə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəis müavini vəzifəsinə təyib edilib.2012–2017-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini olaraq fəaliyyətini davam etdirmişdir.2018–2021 ci illərdə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi vəzifəsində çalışıb.2021-ci il avqust ayında xüsusi tapşırıqlar üzrə səfir — UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli, 580 saylı Sərəncamı ilə S. Fətəliyev "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli, 1275 saylı digər bir sərəncamı ilə S. Fətəliyevə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.2015-ci ildən filologiya üzrə fəlsəfə doktorudur.
Seymur Hüseyn
Seymur Hüseyn (20 oktyabr 1993, Şəhriyar, Naxçıvan Muxtar Respublikası – 26 noyabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Seymur Hüseyn 1993-cü il oktyabrın 20-də Ordubad rayon Şəhriyar qəsəbəsində anadan olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Seymur Hüseyn 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Seymur Hüseyn 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Hüseyn oktyabrın 16-da Cəbrayılın azad edilməsi zamanı ağır yaralanıb. Noyabrın 26-da Bakı şəhərində müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Hüseyn ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Hüseyn ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Hüseyn ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Seymur Hüseyn ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Seymur Hüseynoğlu
Seymur Hüseyn (20 oktyabr 1993, Şəhriyar, Naxçıvan Muxtar Respublikası – 26 noyabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Seymur Hüseyn 1993-cü il oktyabrın 20-də Ordubad rayon Şəhriyar qəsəbəsində anadan olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Seymur Hüseyn 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Seymur Hüseyn 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Hüseyn oktyabrın 16-da Cəbrayılın azad edilməsi zamanı ağır yaralanıb. Noyabrın 26-da Bakı şəhərində müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Hüseyn ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Hüseyn ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Hüseyn ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Seymur Hüseyn ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Seymur Həbibov
Seymur Feyruz oğlu Həbibov (13 fevral 1986; Əliyaqublu, Şəmkir rayonu, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı və hərbi xidməti == Seymur Həbibov 13 fevral 1986-cı ildə Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olmuşdur. 1992-ci ildə Kür qəsəbə orta məktəbində birinci sinifə başlamışdır. 2003-cü ildə həmin məktəbi bitirib və həqiqi hərbi xidmətə çağrılmışdır. Həqiqi hərbi xidməti başa vurduqdan sonra müxtəlif sənət sahələrində çalışmışdır. Toylarda şəkil çəkməklə məşğul olmuşdur. 2020-ci ilin avqust ayında müddətdən artıq həqiqi hərbi xidmət üçün müraciət etmiş və xidmətinə başlamışdır. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlanan zaman 1 oktyabr tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. “Vətən uğrunda” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı, “İgidliyə görə” medalı, ilə təltif olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Həbibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Həbibov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Həbibov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Seymur Həbibov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Seymur Həsənli
Seymur Qələndər oğlu Həsənli (9 noyabr 1993; Yevlax rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Seymur Həsənli 1993-cü il noyabrın 9-da Yevlax rayonunun Nurallar kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Seymur Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Həsənli noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Həsənli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Həsənli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Seymur Krey
Seymur Rojer Krey (ing. Seymour Roger Cray; 28 sentyabr 1925 – 5 oktyabr 1996, Kolorado Sprinqs, Kolorado) — amerikalı mühəndis və alim, superkompüterin yaradıcısı. İlk dəfə superkompüter 1975-ci ildə Seymur Krey tərəfindən “CRAY - 1” adı altında yaradılmışdır. Qiyməti 8,8 milyon ABŞ dolları olan bu superkompüter 8 Mbayt əməli yaddaş həcminə malik olmaqla, saniyədə 160 milyon əməliyyat yerinə yetirirdi.
Seymur Martin Lipset
Seymur Martin Lipset (18 mart 1922[…], Harlem[d], Nyu-York ştatı – 31 dekabr 2006[…], Arlinqton dairəsi, Virciniya), amerikalı politoloq. Sosiologiya, ticarət birliklərinin təşkili və sosial təbəqələr üzərində işləmişdir. Lipsetin müqayisəli demokratiya sınaqları da mövcuddur.
Seymur Mehdiyev
Seymur Hüseyn oğlu Mehdiyev (20 aprel 1995; Aşağı Öysüzlü, Tovuz rayonu — 25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Seymur Mehdiyev 1995-cı il aprelin 20-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub. 2001–2012-ci illərdə M. Ələkbərov adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. Azərbaycan Texniki Universitetinin nəzdindəki Bakı Nəqliyyat və Rabitə Kollecinin məzunu idi. Subay idi. == Hərbi xidməti == Seymur Mehdiyev 2017–2018-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Seymur Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Seymur Mehdiyev oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Mehdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Seymur Musayev
Seymur Aydın oğlu Musayev (18 sentyabr 1974, Xınalı, Qasım İsmayılov rayonu) — Ürək-damar cərrahı, tibb elmləri namizədi. Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının üzvü == Həyatı == Seymur Musayev 18 sentyabr 1974-cü ildə Goranboy rayonunun Xınalı kəndində anadan olub. 1980–1985-ci illərdə Goranboy rayon Xınalı kənd orta məktəbində, 1985–1991-ci illərdə isə Gəncə şəhər 5 saylı orta məktəbində oxumuş və orta məktəbi qızıl medalla bitimişdir. 2003-cü ildə Türkiyə Respublikasında Uzmanlıq Diplomu müdafiə etmişdir. 14 aprel 2005-ci ildən 15 iyul 2005-ci ilə qədər Türkiyə Respublikasının İzmir şəhərindəki "Şifa Xəstəxanalar Qrupu"nun "Şifa Xəstəxanası"nda ürək-damar cərrahı işləmiş və xəstələrə intensiv terapiyaya dair məsləhətlər vermişdir. 2005-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasının "Ürək-damar cərrahiyəsi şöbəsi"ndə ürək-damar cərrahı işləyir. Bu illər ərzində onun rəhbərliyi altında yüzlərlə uğurlu əməliyyat aparılmışdır."Ürək və damar xəstəlikləri mərkəzi"nin rəhbəri Rəşad Mahmudovla birlikdə 4000-dən çox və həmçinin regionlarda (Naxçıvan, Lənkəran, Şirvan, Qəbələ, Zaqatala, Qazax, Gəncə) açılmış yeni diaqnostik mərkəzlərdə 170-dən artıq açıq ürək əməliyyatları aparmışdır. 2005-ci ildən xaricdə keçirilən 8 beynəlxalq konfransın və Azərbaycanda keçirilən 2 beynəlxalq konfransın iştirakçısıdır. Seymur Musayev 2006-cı ildə namizədlik dissertasiyası müdafiə edərək Tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. Hal-hazırda Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar cərrahiyəsi şöbəsinin müdiri kimi fəaliyyət göstərir.
Seyk
𐕚 (səslənməsi /s/, transkripsiyası S, s) — Alban əlifbasının 43-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. սէկ (Sēk) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert bu adla razılaşır.
Seyü
Seyyu (声優, seiyū) — Yaponiya səs aktyoru. Seyyular filmlər, video oyunlar və animelərdə personajları səsləndirirlər. Seyyular üçün hətta xüsusi kurslar tərtib olunur. Bəzən animedəki mahnıları da özləri oxuyur, anime bitdikdə disk buraxırlar. Uşaq və oğlan yeniyetmələrini də səsləndirmək mümkün olduğu üçün daha çox qadın seyyulara ehtiyac var.
Bredli Geym
Bredli Geym (8 noyabr 1995) — Avstraliyalı peşəkar kişi BMX velosipedçisi. Bredli Geym Avstraliyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Bredli Geym 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 48.438 saniyəlik nəticəsi ilə 86-cı yeri tutdu.
Corc Seyl
Corc Seyl(ing. George Sale; 1697, Kenterberi, Kent — 13 noyabr 1736, Böyük Britaniya) — ingilis şərşünası, tərcüməçisi. == Həyatı == Corc Seyl 1697-ci ildə Kentdə doğulmuşdu. Atası London tacirlərindən Samuel Seyldir. Kenterberidəki Kings Schoolda təhsil gördü. Hüquq təhsilinin ardından qısa bir müddət vəkillik etdi. 1720-ci ildə Society for the Promoting Christian Knowlədgea (SPCK) bağlı Inner Templə adlı instituta daxil oldu. İlk Ərəbcə təhsilini, Zəburun və İncilin Ərəb dilinə tərcüməsinin hazırlanması üçün Antakya patriki tərəfindən Londona göndərilən keşiş Süleyman əs-Sadidən (Salamo Negri) aldı. İngiltərə kralının mütərcimi Suriyalı xristian Dadichi ilə Ərəbcənin ləhcələri üzərinə incələmələr apardı. Volter, Fəlsəfə lüğətindədə Seylin Ərəblər arasında iyirmi il qaldığını söyləməkdəysə də bunun doğru olmadığı bildirmişdir.
Ronald Saym
Ronald Saym (ing. Ronald Syme; 11 mart 1903[…], Eltham[d] – 4 sentyabr 1989[…], Oksford) - Yeni Zelandiya mənşəli Britaniya tarixçisi. == Həyatı == Ronald Saym Yeni Zelandiyada çox da böyük olmayan Elhem şəhərində anadan olmuşdur. Oklend universitetində, Bellinqtonda Viktoriya universitetində, sonralar isə Oksford universitetində ali təhsil almışdır. 1944-cü ildən Britaniya Akademiyasının üzvü, 1949-cu ildən Oksford universitetinin qədim tarix üzrə professoru olmuşdur. 1976-cı ildə Böyük Britaniyanın Xidmət ordeni ilə təltif olunmuşdur. Ronald Saym özünün əsas əsəri olan - «The Roman Revolution» (1939) əsərində e.ə. I əsrin II yarısı - b.e.-nın I əsrinin əvvəllərində qədim Roma siyasətində və cəmiyyətində baş verən struktur dəyişiklikləri inqilab kimi qiymətləndirmişdir. (Kitabın adı buradan yaranmışdır). Saym bu əsərində qədim Roma tarixində mühüm rol oynayan ailələrin və nəsillərin (Ssipionlar, Metellər və sair) həyat yolunu təhlil edərək bu nəticəyə gəlmişdir ki, həmin dövrdə senatda yeni, əsilzadə olmayanlar daha çox üstünlük təşkil edirdilər.
Seye Ogunleve
Seye Ogunleve (30 avqust 1991, Laqos, Nigeriya) — Nigeriyalı atlet. Seye Ogunleve Nigeriyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Seye Ogunleve birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 10.26 saniyəlik nəticə ilə 4-cü yeri tutdu və mübarizəni dayandırdı.
Theyn Seyn
Theyn Seyn — Myanma İttifaqı Respublikasının Prezidenti (30 mart 2011-ci ildən).
Zaqafqaziya Seymi
Zaqafqaziya Seymi və ya Cənubi Qafqaz seymi — Zaqafqaziya Demokratik Federativ Respublikasında (23 fevral-26 may 1918-ci il) mövcud olmuş ali qanunverici orqan. == Tarixi == 1918-ci ilin əvvəllərində Cənubi Qafqazda vəziyyət son dərəcə mürəkkəb idi. Rusiyanın Almaniya ilə Brest-Litovsk sülh danışıqları boşa çıxdıqdan sonra alman-türk qoşunları hücuma keçdilər. Türk qoşunlarının irəlilədiyini görən Zaqafqaziya Komissarlığı 1918-ci il fevralın 6-da Qafqaz cəbhəsinin komandanı Vəhib paşaya teleqram göndərərək, Türkiyə ilə sülh danışıqları aparmaq istədiyini bildirdi. 9 mart 1917 – Rusiya imperiyasının Müvəqqəti Hökuməti Qafqazda çar idarəçilik sisteminin – canişinliyin ləğv edilməsi barədə qərar verib. Bunun əvəzində Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət yeni qurum – Zaqafqaziya Xüsusi Komitəsi yaradılıb.14 fevral 1918 – Cənubi Qafqazdan Ümumrusiya parlamentinə Müəssislər Məclisinə seçilmiş azərbaycanlı (müsəlman), gürcü və erməni deputatlar Tiflisdə toplaşaraq Cənubi Qafqaz (Zaqafqaziya) Seymini yaradıblar. Ümumrusiya Müəssislər Məclisinə seçkilər 1917-ci ilin noyabrında, bolşevik çevrilişindən sonra keçirilmişdi. Lakin bolşeviklər bu seçkilərdə faktiki olaraq uduzduqları üçün (o cümlədən Cənubi Qafqazda) Müəssislər Məclisinin fəaliyyətə başlamasına imkan vermədilər. Bundan sonra Cənubi Qafqazdan seçilmiş deputatlar regional parlament (Seym) yaratmaq qərarına gəldilər. Seymin 44 nəfərlik müsəlman fraksiyası Zaqafqaziya müsəlman parlamenti funksiyasını (Cənubi Qafqaz üzrə 1 milyon müsəlman seçicini təmsil edirdi) yerinə yetirirdi.
Sem Anderson
Sem Anderson (ing. Sam Anderson) - ABŞ aktyorudur. Həyat yoldaşı Barbara Andersondan əkiz uşaqları vardır.
Sem Berns
Sempson Qordon "Sem" Berns (23 oktyabr 1996, Providens[d] – 10 yanvar 2014, Foksboro[d], Massaçusets) — progeriya xəstəliyindən əziyyət çəkən və xəstəlik haqqında insanları maarifləndirən amerikalı aktivist. 2013-cü ilin yanvarında Semin həyatından bəhs edən “Semə görə həyat” adlı film çəkilir. Sem Berns “Xoşbəxt həyat üçün fəlsəfəm” adlı çıxışı ilə TEDx konfransında çıxış etdikdən bir il sonra vəfat etdi. == Progeriya Araşdırma Fondu == Sem Berns 23 oktyabr 1996-cı ildə Amerikanın Rod-Aylend ştatının Providens şəhərində anadan olub. Semin valideynləri Skot Berns və Lesli Qordon pediatr idilər. Onlar Semin xəstəliyi haqqında o, hələ iki yaşına çatmamış, 22 aylıq olarkən öyrəndilər. Təxminən bir il sonra onlar xəstəlik haqqında məlumatlılığı artırmaq, xəstəliyin səbəbləri və mümkün müalicə üsulları ilə əlaqədar axtarşılara təşviq etmək, əziyyət çəkənlərə və onların ailələrinə dəstək olmaq məqsədilə resurslar təklif etmək üçün Progeriya Araşdırma Fondunu təsis etdilər.. == TEDx konfransı == Sem 2013-cü ildə “Xoşbəxt həyat üçün fəlsəfəm” adlı çıxışı ilə TEDx konfransında çıxış etdi. Ölümünə üç ay qalmış çıxış lentə alındı və Youtube-da yayımlandı. Onun çıxışı internetdə 36,7 milyon dəfə izlənildi (2020-ci il fevral ayına kimi).
Sem Dəstyari
Səhənd „Sem“ Dəstyari (28 iyul 1983, Sari) — Azərbaycan əsilli Avstraliya siyasətçisi. 2013-cü ildən 2018-ci ilə qədər Yeni Cənubi Uelsi Avstraliya senatında təmsil etmişdir.
Sem Elliot
Semul Pak Elliot(ing. Samuel Pack Elliott; 9 avqust, 1944) — amerika aktyoru.
Sem Gibbons
Sam Melville Gibbons — Floridalı ABŞda doğulan siyasətçi. == Həyatı == 20 yanvar 1920-ci ildə doğulan Gibbons, Tampa da dünyaya gəlmişdir. Florida Universitetinin məzunudur. Floridanı bir neçə dəfə parlamentdə də təmsil etmişdir. Cənubi Florida Universitetinin qurulmasında çox böyük pay sahibidir. Ailəsi 4 nəsil boyunca dayanmadan hüquq məzunları adını daşıyır və Gibbons özü də universitetdə Hüquq təhsili almışdır.
Sem Hyuqen
Sem Hyuqen (ing. Sam Heughan) — Şotlandiyalı aktyor. Starzın Didərgin serialında oynadığı Ceymi Fraser rolu ilə tanınır. Serialdakı performansına görə 2 Saturn mükafatına layiq görülüb. Bundan başqa Royal Court Theatre Upstairs teatrındakı Uzaq Adalar adlı tamaşada oynadığı rola görə 2003-cü ildə iki dəfə Laurence Olivier Mükafatının "Ən ümid verici performansçısı"-na namizədliyi irəli sürülüb. == Filmoqrofiyası == === Film === === Televiziya === == Xarici Keçidlər == Sem Hyuqen — Internet Movie Database saytında.
Sem Perri
Sem Perri (d. 16 avqust 1995) — Yeni Zelandiyalı üzgüçü. Sem Perri Yeni Zelandiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Sem Perri birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.14 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 51-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Sem Reymi
Samuel Marşall "Sem" Reymi (ing. Samuel Marshall «Sam» Raimi; 23 oktyabr 1959[…], Royal-Ou[d], Miçiqan) — amerikalı kinorejissor, ssenarist, kinoprodüser və aktyor. Karyerasının əvvəlində o, ironik qorxu filmlərindən ibarət Qorxunc ölülər trilogiyası ilə məşhurlaşdı. Reymi daha sonra Hollivudun böyük blokbasterlərinə çevrildi və Hörümçək-adam trilogiyasını və Disney studiyası üçün bir sıra fantastik filmləri idarə etdi. O, həmçinin digərləri arasında Zena: Cəngavərlərin şahzadəsi və Eş qorxunc ölülərə qarşı seriallarının yaradıcılarından biridir. == Həyatı == Sem Reymi Miçiqan ştatının Royal-ouk ərazisində, yəhudi ailəsində anadan olub. Valideynləri Macarıstandan və Rusiya İmperiyasından gələn yəhudi mühacirlərinin nəslindəndir. Atası Leonard Ronald Reymi və anası Celia Barbara Reymi yəhudiliyin Mühafizəkar qolunun tərəfdarları idilər. Semin nənəsi ABŞ-yə köçməzdən əvvəl onların soyadı Reynqeverts idi. İki qardaşı var - kiçik qardaşı Ted və bir neçə ssenarinin həmmüəllifi olan böyük qardaşı Ayvan.
Sem Rokuell
Sem Rokuell (5 noyabr 1968) — Amerikalı aktyor. "Oskar" Mükafatı, BAFTA , Qızıl qlobus, və üç Ekran Aktyorları Gildiyası Mükafatı da daxil olmaqla müxtəlif mükafatların laureatıdır. O həmçinin iki Praymtaym Emmi, və Tony Mükafatına namizəd olub. O, Lawn Dogs (1997), Yaşıl Mil (1999), Galaxy Quest (1999), Confessions of a Dangerous Mind (2002), Matchstick Men (2003), The Hitchhiker's Guide to the Galaxy (2005), Ay (2009), Frost/Nikson (2008), Dəmir adam 2 (2010), Conviction (2010), Kovboylar və yadplanetlilər (2011), Yeddi Psixopat (2012), The Way, Way Back (2013), Three Billboard Outside Ebbing, Missouri (2017), Vice (2018), Dovşan Coco (2019) və Richard Jewell (2019) kimi filmlərdə həm komediya, həm də dramatik rolları canlandıran personaj aktyoru kimi tanınır.
Sem Smit
Samuel Frederik Smit (19 may 1992, London) — ingilis müğənni və bəstəkar. 2012-ci ildə Latch mahnısı ilə məşhurlaşdı. Naughty boy adlı müğənninin "La La La" mahnısı ilə 2013-cü ilin may ayında ilk dəfə UK Singles Chart-da bir nömrə oldu. Onun ən məşhur mahnısı olan "Stay with Me" dünya miqyasında yayıldı. Bu mahnı İngiltərədə bir və Amerika Birləşmiş Ştatlarında iki nömrə oldu. Sonraki mahnısı "İ'm not the only one" isə İngiltərədə üç, ABŞ-də beş nömrə oldu.
Sem dayı
Sem dayı (ing. Uncle Sam) — ABŞ-nin dünyada qəbul edilmiş qeyri-rəsmi simvolu. Əsasən uzun ağ saçları, uzunsov başlığı və dizə kimi çatan geyimi ilə təsvir edilmişdir. Sem dayı personajı Conatan Birayder və Yanke Dodlinin xarici görünüşünün əsasında çəkilmişdir. Sem dayı adının yaranma tarixi barədə dəqiq məlumat yoxdur. Ancaq adın Nyu-York ştatının Troy şəhərində yaşayan Samuel Vilson adlı iş adamının adı ilə bağlı olduğu ehtimal edilir. Bu ehtimala əsasən Samuel Vilson 1812-ci il müharibəsi zamanı ABŞ əsgərlərinə ət konservləri göndərirdi. Həmin konservlərin üzərində U.S yəni Birləşmiş Ştatlar sözü yazılırdı. Bununla Vilson konservilərin yalnız əsgərlər üçün nəzərdə tutulduğunu və şəxsi istehsal məqsədi ilə istifadə etməyin qadağan olduğu fikrini çatdırmaq istəmişdir. 1961-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən qərara əsasən, ölkə adının U.S formasında qısaldılması fikri Samuel Vilsona aiddir.
Sey Muroya
Sey Muroya (5 aprel 1994, Osaka prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib.
Sey qanunu
Sey qanunu yaxud bazarlar qanunu — Jan Batist Sey tərəfindən irəli sürülmüş iqtisadi qanundur. Daxili və xarici ticarətdə "məhsullar məhsullar üçün ödənilir" deyimi bazarlar qanununun mahiyyətidir və burada ticarət mahiyyətcə barter mübadiləsindən ibarətdir. Əmtəələr bilavasitə insanların tələbatını ödəmək üçün istehsal olunur, bu mübadilədə pul passiv, vasitəçi rolunu oynayır, o, yalnız tədavül vasitəsidir. Bu qanuna görə, cəmiyyət tərəfindən iqtisadi liberalizmin bütün prinsiplərinə nail olunduqda və riayət edildikdə, istehsal uyğun istehlak doğuracaq, yəni əmtəə və xidmətlərin istehsalı hökmən bu əmtəə və xidmətlərin sərbəst reallaşdırılan gəlirlərini doğuracaq. Seyin qanununa görə, qiymətin səviyyəsindən asılı olmayaraq iqtisadiyyatda həmişə məcmu tələb məcmu təklifə bərabərdir. Bunun isə əsas şərti pula tələbin olmamasıdır.
Sey Şonaqon
Sey Şonaqon (清少納言, ehtimal ki, 966, Heyan-kyo[d] – ehtimal ki, 1025, Kioto) – Heyan dövründə yaşamış yapon yazıçı, şairə və saray dayəsi. "Yastıq kitabı" adlı əsərinə görə məşhurdur. Bu əsər Yaponiya ədəbiyyatı tarixində zuihitsu janrının ilk nümunəsi hesab olunur. Zuihutsu janrı qısa epizodlar, aforizmlər və şəxsi təsəvvürlərin qarışıq kolleksiyasından ibarət janrdır.Yaponiyada ilk romanın müəllifi olan Murasaki Şikibu ilə eyni dövrdə yaşamış, hətta Murasaki gündəliyində onun adını çəkmişdir. == Həyatı == Sey Şonaqonun ilk illəri və sonrakı həyatı ilə bağlı məlumatlar çox azdır. Atası alim və şair Motosuke idi. Şonaqon həmin dövrün bir çox qadınından fərqli olaraq Çin klassiklərini öyrənmişdir. Kioto şəhərində yerləşən imperatorluq sarayında yaşamışdır.Bir çox şeir yazmış, şeirləri bir əsərdə toplanmışdır. == Yastıq kitabı == Sey Şonaqon İmperatriça Sadakonun dayəsi olarkən saray həyatı ilə müşahidələrini qeyd etməyə başlamışdır. Şonaqon əsərini özü ilə hər yerə daşıdığı, hətta yastığında saxladığı üçün əsərə "Yastıq kitabı" adı vermişdir.
Tomas Sey
Tomas Sey (ing. Thomas Say, 27 iyun 1787 və ya 1787, Filadelfiya, Pensilvaniya – 10 oktyabr 1834 və ya 1834) — məşhur Amerikan zooloqu və entomoloqu.
Şərm əş-Şeyx
Şərm əş-Şeyx (ərəb. شرم الشيخ‎) — Misirin kurort şəhərdir. Buranın gözəlliyi turistlərin simpatiyasını çoxdan qazanıb. Şərm əş-Şeyx nadir güllərin qeyri-adi, qəribə gözəlliyini, geniş çəmənliklərin yaşıllığını, hündür ağacların və palmaların bolluğunu özündə birləşdirir. Qızıl qumlu çimərliklər bütün il boyu Misirin qonaqlarını sevindirir. Hətta qışda belə dənizdə çimmək olar, belə ki suyun temperaturu +20-22 dərəcədən aşağı düşmür. Şərm əş-Şeyx qədim tarixə və çoxlu sayda abidələrə malik olan şəhərdir. Çoxlarında şəhərin adı ən maraqlı və çoxsaylı ekskursiyaların təşkil olunduğu Müqəddəs Yekaterina monastırı ilə bağlı assosiasiyalar oyadır. Şərm əş-Şeyx hərtərəfli istirahət üçün mükəmməl yerdir. Burada həm idmanla məşğul olmaq, həm dəniz faunasının gözəlliyinə tamaşa etmək, həm də məşhur mərcan parkı Ras-Məhəmməddə gəzintiyə çıxmaq olar.
Səhm
Səhm — öz sahibinə emitentin (səhmi buraxan şirkətin) gəlirinin bir hissəsini dividend şəklində almaq, emitentin idarə olunmasında iştirak etmək və emitentin ləğvi halında geridə qalan əmlakın bölüşdürülməsi zamanı həmin əmlakın bir hissəsini əldə etmək hüququnu verən pay qiymətli kağızıdır. == Növləri == Səhmin iki növü vardır: Adi səhm İmtiyazlı səhmAdi səhm — sahibinin səhmdar cəmiyyətinin gəlirinin bir hissəsini dividend şəklində almaq, cəmiyyətin idarə edilməsində iştirak etmək və ləğv edildiyi halda yerdə qalan əmlakın bir hissəsini əldə etmək hüquqlarını təsbit edir. İmtiyazlı səhm — sahibinin malik olduğu səhmin nominalından müəyyən faizlə ifadə olunmuş ölçüdə dividend almaq hüququnu təsbit edir və bu dividendin alınmasında digər adi səhm sahiblərinə nisbətən üstünlük hüququnu təmin edir. == Buraxılma halları == Səhmlər aşağıdakı hallarda buraxılır: Səhmdar cəmiyyətlə yaradıldıqda Müəssisənln və ya təşkilatın səhmdar cəmiyyətlnə çevrilməsi zamanı Nizamnamə kapitalının artırılması zamanı == Xüsusiyyətləri == Səhmlərin bir neçə xüsusiyyəti var: Səhm — mülkiyyət tituludur Səhmin "mövcudluğu" müddəti yoxdur Səhmlərə bilinməzlik xasdır Səhmlərə məhdud məsuliyyət xasdır Səhmlər bölünə və birləşə bilərlər == İstinadlar == == Xarici keçidlər == Səhm nədir və necə alınır?
Şeys
Şeys — Tövrata görə Adəmin oğludur, siryani dilində bağışlama və hədiyyə mənasını verir. Qabilin Habili öldürməsindən 5 il sonra dünyaya gəlmişdi. Digər qardaşlarının əksinə Şeys əkiz olaraq deyil, tək doğulmuşdur. Şeysin bir adı da Şetdir. Şet yəhudi dilində Allahın hədiyyəsi mənasını verir. O, dünyaya göz açanda Adəmın 130 yaşı vardı. Filosofların bəziləri Şeysin yunan Ağasazimon olduğunu iddia edirlər. Şeys həzrəti Adəmdən sonra peyğəmbər seçilmişdi. Tövratda Adəm və Həvvanın uşaqlarından təkcə Habil, Qabil və Şeysin adı çəkilir və Şeys onların üçüncü oğlu kimi qələmə verilir. Şeys 912 il yaşamış və çoxlu övladı olmuşdu.
Şeyx
Şeyx (ərəb. شيخ‎)- Ərəbcə hörmət ifadəsini yetirən tituldur.Söz "yaşlı" deməkdir."lider" və ya "vali" mənasını verir. Ümumiyyətlə, atasından sonra bu ünvanı almış qəbilənin ən böyük və önəmli adamına deyilir və ya bir tələbə əsas İslam məktəbini bitirdikdən sonra bu ünvan o, tələbənin adının əvvəlinə gəlir. Azərbaycan dilinə ərəbcədən keçmişdir və ümumiişlək söz olmuşdur.
Adi səhm
Adi səhm — səhmdar cəmiyyəti tərəfindən buraxılmış qiymətli kağız səhmdar cəmiyyətinin nizamnamə kapitalında paya mülkiyyət hüququnu təsdiq edir, cəmiyyətin idarə edilməsində iştirak etmək, ləğv edildikdə əmlakın bir hissəsini almaq hüququ verir. Cəmiyyət, habelə Səhmdarlar Yığıncağının və Direktorlar Şurasının (Müşahidə Şurasının) müvafiq qərarları qəbul edildikdə, sabit olmayan dividendlər şəklində mənfəətin bir hissəsini almaq. Bundan əlavə, mövcud milli qanunvericiliklə dividendlərin ödənilməsinə məhdudiyyətlər qoyula bilər. Beləliklə, məsələn, Rusiyada maliyyə hesabatlarında müəssisənin hesabat dövrü üçün xalis mənfəəti göstərilmədikdə və ya məhkəmə qərarları olduqda (beynəlxalq arbitraj məhkəmələri də daxil olmaqla) dividendlərin ödənilməsi qadağandır. Dividendlər imtiyazlı səhmlərin sahiblərinə faizlər ödənildikdən sonra mənfəətin qalan hissəsindən ödənilir. Adi səhmlərin sahibləri, bir qayda olaraq, səhmdarların ümumi yığıncağında səs vermək hüququna malikdirlər. Adi səhmlər üzrə dividendlərə zəmanət verilmir. Adi səhmlər fond birjasında və ya birjadan kənar satılır. Rusiyada adi səhmlərin mübadilə dəyəri çox vaxt imtiyazlı səhmlərin dəyərindən yüksək olur.
İmtiyazlı səhm
İrina Şeyk
İrina Şeyk — Tatar əsilli rus supermodel. == Haqqında == İrina, Rusiyanın 6 yanvar 1986-cı ildə Emajelinsk şəhərində anadan olmuşdur. Onun atası şaxtaçı olmuş və ağır xəstəlikdən dünyasını dəyişmişdir. Anası Olqa musiqi müəlliməsi olmuş və övladlarını yetişdirmək üçün iki yerdə işləmişdir. İrina, Emajelinskda yerləşən 4 saylı məktəbi bitirdikdən sonra Çelyabinsk İqtisadiyyat Kollecinə daxil olmuş və marketinq üzrə təhsil almışdır. Təhsil aldığı müddətdə zahiri gözəlliyi ilə diqqət çəkən İrina karyerasına məhz təhsili ərəfəsində Svetlana model agentliyində başlayıb. == Karyera == Onun əsas karyerası 2004-cü ildə Çelyabinskda təşkil edilmiş gözəllik yarışmasında birinci yer tutması ilə başlamışdır. Bundan sonra o əvvəlcə Avropada, daha sonra isə Amerikada fəaliyyətini davam etdirib. 2007-ci ildə İrina, İntimissimi brendinin siması olmuş və 2009-a kimi bu brendi təmsil etmişdir. 2009-cu ildə həmin brendin reklam çarxına çəkilmiş, daha sonra isə səfir kimi təmsil etmişdir.
Şeyx Cəfər
Şeyx Cəfər (Ərdəbil – Ərdəbil) — Şeyx Xacə Əlaəddin Əlinin ikinci oğlu. Səfəviyyə ordeninin de-fakto şeyxi. Şeyx Cüneydin qovulmasından Qaraqoyunlular tərəfindən şeyxliyə gətirilmişdi və 1460-cı ildə yerinə Şeyx Heydər keçmişdir.
Şeyx Hacı
Şeyx Hacı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə, Alagöz dağının qərb ətəyində yerləşir. Kəndin adı erməni mənbələrində Shacı formasında da göstərilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Şeyx Hacı şəxs adı əsasında əmələ gəlib «Şeyx Hacıya mənsub kənd» mənasını ifadə edir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şqarşik qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 19 nəfər, 1873 - cü ildə 233 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 338 nəfər, 1908-ci ildə 337 nəfər, 1914 - cü ildə 337 nəfər, 1916-cı ildə 311 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Şeyx Heydər
Şeyx Heydər (1460, Ərdəbil - 1488 Tabasaran, Şirvan) — Səfəvi təriqətini rəhbəri, Şah İsmayıl Xətainin atası, Səfəviyyə ordeninin başçısı. == Həyatı == Atası öləndə hələ doğulmamış olan Şeyx Heydər dayısı Uzun Həsənin sarayında doğulmuşdu. 9 yaşında dayısı Uzun Həsən tərəfindən Ərdəbilə göndərilmiş, 1471-ci ildə dayısının Dəspinə xatundan doğulmuş qızı Aləmşah bəyim ilə evlənmiş, Uzun Həsənin qaraqoyunlular və Teymuri sultanı Əbu Səidlə mübarizəsində fəal iştirak etmişdir. == Siyasi və hərbi mübarizəsi == Teymuri sultanı Əbu Səid 1468-ci ildə Uzun Həsənlə mübarizə aparmaq məqsədilə Heratdan çıxıb Qarabağa gəldi. Şirvanşah Fərrux Yasar əvvəlcə Əbu Səidə kömək göstərsə də, Uzun Həsənin hədələrindən qorxuya düşüb onunla ittifaqdan imtina edərək Uzun Həsənə qoşuldu. Ağqoyunlu hökmdarı başda olmaqla, Şirvanşah Fərrux Yasar və Ərdəbil hakimi, Cüneydin oğlu Şeyx Heydər Səfəvidən ibarət güclü ittifaq yarandı. Danışıqlar üçün Uzun Həsən Şeyx Heydəri Əbu Səidin yanına elçi göndərdi. O, geri qayıdıb Xorasan qoşunlarının həqiqətən ağır vəziyyətdə olduğunu təsdiq etdi və Uzun Həsəni Əbu Səid ilə sülh bağlamaq fıkrindən daşındırdı və 31 yanvar 1468-ci ildə baş verən döyüşdə Əbu Səidin qoşunları məğlubiyyətə uğradı, özü isə qaçdı, ancaq yaxanladı və edam olundu. === Şirvan maraqları === Şeyx Heydər də atası kimi Şirvanı tutmağa çalışırdı. O, Şirvanşahdan Cüneydin ölümünün qisasını almaq istəyərək "kafir" çərkəzlər əleyhinə mübarizə bəhanəsi ilə 10000 süvari qoşun topladı və Uzun Həsənin 1478-ci ildə ölümündən sonra yerinə keçən oğlu Sultan Yaqubdan Şirvanşah Fərrux Yasara məktub gətirməklə ondan Şirvan torpaqlarına daxil olan Dərbənddən keçərək, Dağıstana, çərkəzlər ölkəsinə getmək üçün icazə alıb yürüşə yollandı, oranı talan edərək çoxlu əsir götürdü və təntənə ilə Ərdəbilə qayıtdı.
Şeyx Həmdullah
Şeyx Həmdullah (ərəb. ابن الشيخ الأمَسي‎, İbn al-Shaykh al-Amasi) — Osmanlı xəttatı. Sührəvərdiyyə (ərəb. سهروردية‎‎ , Suhrawardiyya) təriqətinin şeyxlərindən biri olan Mustafa Dədə Əfəndinin oğludur. == Həyatı == Xəttat Piri Şeyx Həmdullah İslam xətt sənətini zirvəyə aparan xəttat olaraq tanınır. O, Buxaradan Amasyaya köç etmiş Şeyx Mustafanın oğludur. Doğulduğu tarix dəqiq məlum olmasa da, bəzi tədqiqatçılar bu tarixi Hicri 833-840/Miladi 1426-1429 kimi qeyd edir. == Təhsili == Həmdullah Çələbi din elmlərini və ədəbi məlumatları dövrünün məşhur alimi Şahzadə II Bəyazid və Əhmədin müəllimi Hatip Qasım Əfəndidən öyrənmiş, eləcə də ərəb dilinə mükəmməl səviyyədə yiyələnmişdir. İlk xətt müəllimi Sufi Yəhya Çələbi-zadə olmuşdur. Sufi Yəhya Çələbi-zadə Fateh Sultan Mehmedin katibliyi vəzifəsinə təyin olunduqdan sonra isə Şeyx Həmdullah xəttatlıq təhsilini Amasyada Xeyrəddin Xəlil Çələbinin yanında tamamlamışdır.
Şeyx Həsinə
Şeyx Həsinə Vazid (benq. হাসিনা ওয়াজেদ, 28 sentyabr 1947[…], Pakistan) – Banqladeşin Baş naziri (1996–2001, 2009-dan bəri), 2009-cu ildən "Avami Liq" partiyasının lideri == İlkin tərcümeyi-hal == Fəridpur vilayətində (dəqiqliklə, 1995-ci ildə yaradılmış Tonqiparə əyaləti) anadan olub. Müstəqil Banqladeşin ilk başçısı (1971–1975-ci illər), ölkədə "millət atası" adlanan Şeyx Mucibur Rəhmanın qızıdır. 1969-cu ildə Dəkkə şəhərində tələbə iğtişaşlarında iştirak edib. 1971-ci ildə Banqladeşin müstəqilliyi uğrunda gedən müharibə zamanı Pakistan işğalçı ordusu tərəfindən həbs edilib. 15 avqust 1975-ci ildə hərbi çevriliş zamanı Şeyx Mucibur Rəhman və onun 20-yə yaxın ailə üzvləri sui-qəsdçilər tərəfindən öldürülmüşdür; Şeyx Həsinə həmin vaxt Almaniya Federativ Respublikasında olmuş, bütün ailə üzvlərindən təkcə o və çevriliş zamanı Banqladeşdə olmayan bacısı da sağ qalmışdır. 1981-ci ildə, hələ xaricdə ikən atasının əvvəllər rəhbərlik etdiyi – "Avami Liq" partiyasının başçısı seçilmişdir. Həmin ildə Banqladeşə qayıtmışdır. Əvvəl hərbi rəhbər, sonra isə ölkənin başçısı olmuş Ərşad pejiminə və onun idarəçiliyuinə qarşı qatı müxalifətdə kütləvi etiraz aksiyasının təşkilatçısı olmuş, dəfələrlə həbs edilmişdir. 1991-ci ildə Ərşad hakimiyyətdən getdikdən və demokratik idarəetmə sisteminin bərpasından sonra, onun rəhbərlik etdiyi "Avami Liq", Halidə Ziyanın başçılıq etdiyi Bangladeş Milli Partiyasının parlament seçkilərində uduzdu.
Şeyx Həsən
Şeyx Həsən (Təbriz)
Şeyx Kuleyni
Şeyx Kuleyni (fars. شیخ کلینی‎) və ya Əllamə Kuleyni — (tam adı: Əbu Cəfər Məhəmməd ibn Yaqub ibn İshaq əl-Kuleyni ər-Razi; d. M. 864, H.Q. 250, Kuleyn, Rey, Abbasilər xilafəti - ö. M. 941, H.Q. Şaban 329, Bağdad, Abbasilər xilafəti) - fars əsilli islam alimi. 9-10-cu əsrlərin Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. == Həyatı == Kuleyni M. 864, H.Q. 250-ci ildə indiki İran İslam Respublikasının Rey şəhərinin 38 km-liyindəki Kuleyn kəndində anadan olmuşdur. Təhsilini artırmaq üçün müxtəlif şəhərlərdə yaşadıqdan sonra Bağdada köçmüşdür. M. 941, H.Q. Şaban 329-cu ildə Bağdadda vəfat etmiş və oradakı Bab əl-Kufə məzarlığında dəfn edilmişdir. Cənazə namazını dövrün məşhur alimlərindən Əbu Kayrat Məhəmməd b. Cəfər əl-Həsən qılmışdır.
Şeyx Kəndi
Şeyx Kəndi — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının kəndlərindəndir.Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.