Başqırdıstan gölləri
Başqırdıstan gölləri — Başqırdıstan respublikası ərazisində yerləşən bütün göllər.
== Ümumi xüsusiyyətləri ==
Başqırdıstan respublikasında irili xırdalı 2.200 göl var. Göllərin 75 %-i respublikanın qərb rayonlarında düzənlik ərazilərdə yerləşir. Çay hövzələrinə görə göllər belə paylanıb:
Belaya (Agidel) çayının hövzəsi boyunca - 75%-ə yaxın
Dyoma (Kugidel) çayının hövzəsi boyunca - 12%
İk çayının hövzəsi boyunca - 8%
Ufa (Karaidel) çayının hövzəsi boyunca - 7%
Böyük göllər aşağı ön Uralda yerləşir. Bunlar, Asılkul, Kandrıkul (karst-uçqun mənşəlli), Akkul, Ylankul və digər göllərdir. Başqırd Uralsonrası ərazilərində isə Urqun, Bolşoe Uçalı, Karaqaylı, Uzunkul, Yaktıkul, Surtandı, Çebarkul, Atavdı, Yauqul, Muldak, Talkas və digərləri. Bunlardan Akkul axarlı, Atavdı, Muldak, Yauqul isə axarsız göllərdir.
Başqırdıstan Respublikasında göllərin çoxu evtrof mənşəllidir. Yaktıkul gölü isə oliqotrof mənşəllidir. Kieşki, Sarvinsk, Şınqakkul gölləri isə təbiət abidəsidir.