sönməyən 2021
sönməzlik
OBASTAN VİKİ
Sönməz
Sönməz — türk soyadı, təxəllüs. Kərim Məşrutəçi Sönməz — İranın nüfuzlu qələm sahiblərindən. Damla Sönməz — Türkiyə aktrisası.
Damla Sönməz
Damla Sönməz (3 may 1987, İstanbul) — Türkiyə aktrisası. == Həyatı == Damla Sönməz 3 may 1987-ci ildə İstanbulda anadan olub. Məktəbdə oxuyarkən "Müjdat Gezen Sənət Mərkəzi"ndə teatr kursuna gedən Sönməz, fransız məktəbinin məzunu olduqdan sonra Sarbonnada bir il dramaturgiya üzrə oxumuş, lakin o səhnədə olmaq istədiyi üçün oxuduğu bölməni buraxıb ölkəyə geri dönmüşdür. Bir neçə ay əvvəl də təqaüdlə oxuduğu Yeditepe Universitetinin teatr fakültəsinin məzunu olmuşdur. Hal-hazırda təhsilini Yeditepe Universiteti Teatr fakültəsində davam etdirməkdədir. Sönməzin təhsili bunlarla məhdud deyil. Damla Sönməz həm də Mimar Sinan Universiteti Dövlət Konservatoriyasında qiyabi olaraq 2 il skripka, 1 il piano təhsili almışdır. Dünyada məsləyi ilə əlaqədar nələr olub-olmadığıyla da maraqlanır, ABŞ və İngiltərədə də teatr işlərinə qatılır. Çünki ona görə bu peşə yeniliklərə açıq olmağı tələb edir, səbəblərini də belə açıqlayır: "Bir obrazı oynamağınız üçün onu çox yaxşı tanımış və başa düşmüş olmağınız lazımdır. İnsanları daha çox qəbul etməyə, kimin nəyi niyə etdiyini, həyatdakı seçimlərini anlamağa çalışıram." Bəs Sönməz hər kəslə asan ünsiyyət qurub dost olurmu?
Nurəddin Sönməz
Nurettin Sönmez — Türk aktyor və Uzaq Şərq Döyüş Sənətləri müəllimi. Nurettin Sönmez döyüş qabiliyyətinə görə savaş, aksiyon filmlərində yer almışdır. Ustaca qılınc, balta işlədə bilir. İlk Mavi Kelebekler televiziya serialında debüt etmişdir. Daha sonra isə Bir Zamanlar Osmanlı Kıyam və Osmanlıda Derin Devlet seriallarında özünü sübut etmişdir. Ən son isə 2014-cü ildən TRT1-də yayımlanan Diriliş:Ərtoğrul (teleserial, 2014) serialında görünməyə başladı. O, döyüş qabiliyyətini tam şəkildə sərgiləyir.Bu serialda Bamsı Beyrək rolunu canlandırır. Hal-hazırda bu serialda çəkilməyə davam edir.
Sönməz Hüseynov
Ulduz Sönməz
Ulduz Əsgər qızı Quliyeva (Ulduz Sönməz; 16 iyun 1945, Kərimli, Gədəbəy rayonu) — Azərbaycanlı aşıq, şair, "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" (2008). Azərbaycan Yazıçılar Birliyinin və Yeni Azərbaycan Partiyasının üzvü. Ulduz Quliyeva 1945-ci il iyun ayının 16-da Gədəbəy rayonunun Kərimli kəndində anadan olub. Orta məktəbin 8-ci sinfindən Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olmuş, 1969-cu ildə Muğam sinfini bitirmişdir. 1964–1971-ci illərdə Sumqayıt şəhər metallurqların C.Cabbarlı adına Mədəniyyət evində xalq çalğı alətləri ansamblının bədii rəhbəri işləyib. Eyni vaxtda Sumqayıt şəhər radio stansiyasında solist olub. 1971-ci ildən 1981-ci ilə kimi Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb. Hələ muğam sinfində oxuyarkən Azərbaycan SSR Nazirlər Soveti yanında radio verilişləri və televiziya komitəsinin solisti olub və bir çox görkəmli sənətkarlarla yanaşı fəal iştirak edib. Ulduz xanım saz çalmağı Aşıq Sədi Ağstafalıdan öyrənib. Aşıq Ulduz "Aşıq Pəri" məclisinin ilk üzvü və yaradıcılarından biridir.
Aşıq Ulduz Sönməz
Ulduz Əsgər qızı Quliyeva (Ulduz Sönməz; 16 iyun 1945, Kərimli, Gədəbəy rayonu) — Azərbaycanlı aşıq, şair, "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" (2008). Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Ulduz Quliyeva 1945-ci il iyun ayının 16-da Gədəbəy rayonunun Kərimli kəndində anadan olub. Orta məktəbin 8-ci sinfindən Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olmuş, 1969-cu ildə Muğam sinfini bitirmişdir. 1964–1971-ci illərdə Sumqayıt şəhər metallurqların C. Cabbarlı adına Mədəniyyət evində xalq çalğı alətləri ansamblının bədii rəhbəri işləyib. Eyni vaxtda Sumqayıt şəhər radio stansiyasında solist olub. 1971-ci ildən 1981-ci ilə kimi Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb. Hələ muğam sinfində oxuyarkən Azərbaycan SSR Nazirlər Soveti yanında radio verilişləri və televiziya komitəsinin solisti olub və bir çox görkəmli sənətkarlarla yanaşı fəal iştirak edib. == Aşıqlıq fəaliyyəti == Ulduz xanım saz çalmağı Aşıq Sədi Ağstafalıdan öyrənib. Aşıq Ulduz "Aşıq Pəri" məclisinin ilk üzvü və yaradıcılarından biridir.
Kərim Məşrutəçi (Sönməz)
Kərim Məşrutəçi (1928, Təbriz) — İranın nüfuzlu qələm sahiblərindən. "Sönməz" təxəllüsü ilə yazdığı əsərlərlə oxuculara daha yaxşı tanış olan naşir. == Həyatı == 1928-ci ildə Təbrizdə doğulub. == Yaradıcılığı == 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli və Tehranda nəşr olunan Varlıq (jurnal)ının təsisçisi Cavad Heyətlə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur.
Kərim Məşrutəçi Sönməz
Kərim Məşrutəçi (1928, Təbriz) — İranın nüfuzlu qələm sahiblərindən. "Sönməz" təxəllüsü ilə yazdığı əsərlərlə oxuculara daha yaxşı tanış olan naşir. == Həyatı == 1928-ci ildə Təbrizdə doğulub. == Yaradıcılığı == 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli və Tehranda nəşr olunan Varlıq (jurnal)ının təsisçisi Cavad Heyətlə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur.
Həsən Basri Sönməz
Həsən Basri Sönməz (1974, İsparta ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Həsən Basri Sönməz 1974-cü ildə İsparta ilinin Yalvaç ilçəsində anadan olub. İsparta Tətbiqi Elmlər Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub. İş adamı olaraq çalışıb. Ailə peşəsi olan dəri sənayesində, həmçinin xaricdə turizm, qida və inşaat sahələrində çalışıb. 2023-cü ildə MHP namizədi olaraq İsparta ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.

Digər lüğətlərdə