süvari
süzmək
OBASTAN VİKİ
DSL süzgəc
Splitter – yüksək tezlikli kanalları bir-birindən ayırmaq və onların eyni anda bir xətdə işləməsini təmin etmək üçün nəzərdə tutulmuş qurğu. Bu qurğudan ictimai telekommunikasiya şəbəkələrində istifadə olunur. == ADSL-Splitter == ADSL-Splitter qurğusu, bir telefon xəttində ADSL-modem və danışıq (və ya faks) kanalının eyni anda işləməsini təmin edir. Kanallar işləyərkən bir-birinə heç bir maneçilik törətmir. Beləliklə istifadəçi rahatlıqla bir abonent xəttində iki funksiyadan istifadə edə bilir. == İşləmə mexanizmi və qurğu == ADSL-Splitter qurğusu səs siqnallarının tezliyini (0,3 – 3,4 kilo hers) və ADSL-modemin tezliyini (26 kilo hers – 1,4 meqa hers) bir-birindən ayırır. Bunun nəticəsində iki müxtəlif funksiyalara malik olan siqnalların toqquşmasının qarşısı alınır. Bu qurğu adətən ağ plastmas maddədən hazırlanır. Yığcamlıq nəzərə alındığına görə bu növ qurğular çox yüngül və praktik olurlar. == Qurğudakı yuvalar == ADSL-Splitter qurğusu 3 əsas yuvadan ibarətdir.
Parıltı süzgəci
Parıltı süzgəci - (ing. glare filter, ru. противобликовый фильтр) – şüşədən, şəffaf polimerdən və ya tordan hazırlanmış və elektron-şüa borusunun şüşə səthinin əks etdirdiyi parıltıları azaltmaq və ya yox etmək məqsədilə displeyin ekranının qabağına quraşdırılan süzgəc. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Digər lüğətlərdə