SIZMAQ I f. Axmaq, damcı-damcı tökülmək. Körpə gördüm dodağından; damla-damla qan sızır (R.Rza).
SIZMAQ II f. Ufuldamaq, ax-uf etmək. Bir neçə gün damın altında ağlar, sızlar qaldıq, küləkdən başqa, qapımızı açan yox idi (Ə.Cəfərzadə).
SIZMAQ III f. Çəkinmək, həya etmək. O, səndən sızır.