SƏFİR

[ər.] сущ. посол (са гьукуматдин маса гьукуматда авай чӀехи дережадин векил, илчи).
SƏFİNƏ
SƏFİRLİK
OBASTAN VİKİ
Səfir
Səfir — bir ölkənin başqa bir ölkədəki rəsmi nümayəndəsi və diplomatik missiyasının rəhbəri. O, ölkəsinin xarici siyasətini təmsil edir, digər ölkə ilə rəsmi əlaqələri idarə edir və ölkəsinin maraqlarını müdafiə edir. Səfirlər adətən dövlət başçısının təyinatı ilə və həmin ölkənin razılığı ilə təyin olunur. Diplomatik iyerarxiyada səfir ən yüksək vəzifəli diplomat hesab olunur. == Vəzifə və öhdəlikləri == Səfirin vəzifə və öhdəlikləri genişdir və ölkəsinin xarici siyasətini effektiv şəkildə təmsil etməyi və müdafiə etməyi əhatə edir. Təmsilçilik: Səfir ölkəsini rəsmi şəkildə təmsil edir və həmin ölkənin maraqlarını qəbul edən ölkədə qoruyur. O, həm dövlət, həm də rəsmi şəxslərlə görüşlər keçirir və əlaqələr qurur. Danışıqlar: Səfir iki ölkə arasında müzakirələr və danışıqlar aparır. Bu, həm siyasi, həm iqtisadi, həm də mədəni əlaqələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün vacibdir. Məlumatların toplanması və təhlili: Səfir təyin edildiyi ölkədə siyasi, iqtisadi və digər vacib məlumatları toplayaraq öz ölkəsinə çatdırır.
Hüseyn Quliyev (səfir)
Hüseyn Quliyev (tam adı: Quliyev Hüseyn Rzaqulu oğlu;23 iyun 1946, Naxçıvan) — Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri == Həyatı və təhsili == 23 iyun 1946-cı ildə, Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1953–1965-ci illərdə Naxçıvan şəhəri, 3 saylı orta məktəbində oxumuşdur. 1965–1970-ci illərdə M. Azizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə təhsil almışdır. === Ailəsi === Evlidir, iki uşağı və üç nəvəsi var. == Fəaliyyəti == 1970–1991-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olub. 1978–1982-ci illərdə SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşaviri işləmişdir. 1984–1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşaviri işləmişdir. 1991–1995-ci illərdə Moskva şəhərində Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olmuşdur. 1995–1997-ci illərdə "İDİL" Türk inşaat şirkətinin Rusiya nümayəndəliyi, 1997–2007-ci illərdə Rusiyanın "Trans-nafta" şirkətinin vitse-prezident vəzifəsində çalışmışdır. 2007–2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri olub.
Namiq Əliyev (səfir)
Namiq Əliyev (Namiq Həsən oğlu Əliyev; 19 may 1956, Bakı) — Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Namiq Həsən oğlu Əliyev 1956-cı il mayın 19-da Bakı şəhərində anadan olub. Valideynləri Tiflis şəhərindəndir. 1963–1973-cü illərdə Bakıdakı 160 saylı orta məktəbdə təhsil alıb. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan nəqliyyat prokurorluğunun müstəntiqi kimi başlayıb. 1989-cu ildə aspirantura yolu ilə Moskvada dissertasiya müdafiə edib, hüquq elmləri namizədi elmi dərəcəsi alıb. 1979–1991-ci illərdə Bakı Ali Partiya Məktəbində kiçik elmi işçi, müəllim, baş müəllim, dosent, dekan, dövlət quruculuğu və hüquq kafedrasının müdiri, 1992-ci il yanvarın 10-dan Azərbaycan Respublikası Ali Soveti Katibliyinin hüquq-mühafizə orqanları və müdafiə məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb. 1993-cü il dekabrın 1-də Milli Məclis Katibliyinin Konstitusiya qanunvericiliyi şöbəsinin, 1996-cı il fevralın 27-də isə Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2000-ci il dekabrın 20-dən bir müddət Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı vəzifəsində çalışıb.
Ramiz Həsənov (səfir)
Ramiz Ayvaz oğlu Həsənov (20 avqust 1961, Məscidli Görarxı, Marneuli rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Ramiz Həsənov 20 avqust 1961-ci ildə Marneuli şəhərinin Alqet (Məscidli Görarxı) kəndində anadan olmuşdur. 1978–1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almışdır. 1983–1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışmışdır. 1990–1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında fəaliyyət göstərmişdir. 1993–1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifədə çalışmışdır. 1997–2004-cü illərdə Ramiz Həsənov Azərbaycan Respublikası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olmuşdur. 2004–2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır. 14 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin olunmuşdur. 2008–2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olmuşdur.
Rəşad Məmmədov (səfir)
Rəşad Eynəddin oğlu Məmmədov (31 oktyabr 1973, Kirovabad) — Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri, diplomat, hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru. == Tərcümeyi-halı == Rəşad Eynəddin oğlu Məmmədov 31 oktyabr 1973 ildə Gəncə şəhərində anadan olub. === Təhsili === 1990–1995 — Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2002–2004 — G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını bitirib. 2017–2020 — Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib və hüqüq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. === Əmək fəaliyyəti === 1990–1992 — Ədliyyə Nazirliyinin Aparatında Kargüzar olaraq çalışıb. 1992–1994 — Həqiqi hərbi xidmətdə olub. Azərbaycan Respublikası Birinci Qarabağ müharibəsi veteranıdır. Goranboy ikinci ərazi botalyonunda və Müdafiə Nazirliyinin Murov istiqamətində döyüş şəraitində olan N saylı hərbi hissəsində döyüş yolu keçib. 1995–1996 — Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi olub 1996–2000 — Bakı Hərbi Prokurorunun köməkçisi 2000–2001 — Azərbaycan Respublikası Xariciİşlər Nazirliyi MDB idarəsində attaşe 2001–2006 — Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində üçüncü katib, ikinci katib.
Rəşad İsmayılov (səfir)
Rəşad İsmayılov (Rəşad Fail oğlu İsmayılov; 7 iyun 1974, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri (2018–2022). Azərbaycan Respublikası Xarici İslər Nazirliyinin Yaxın Şərq və Afrika İdarəsinin rəisi (2023), Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri (2024). == Həyat və fəaliyyəti == Rəşad İsmayılov iyunun 7-si 1974-cü ildə Bakıda ziyalı ailəsində anadan olub. 1981–1991-ci ildə Bakı şəhəri M. Rahim adına 7 saylı orta məktəbi qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsinin məzunudur. Daha sonra Həyat Qeyri-Hökumət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin rəisi olub. ==== Təhsili ==== 1981–1991 — M. Rəhim adına 7 saylı orta məktəb, Bakı şəhəri, Səbail rayonu 1991–1996 — M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universiteti Fakültə — Hüquq , İxtisası — Hüquqşünas. Fərqlənmə ilə bitirmişdir. 2001–2003 — Azərbaycan Dövlət İqtisad Universiteti Fakültə — Maliyyə Kredit, İxtisas — İqtisadçı.
Fuad İsmayılov (səfir)
Fuad İsmayılov ( ) — Azərbaycan diplomatı. == Həyatı == Fuad İsmayılov 1968-ci il aprelin 26-da Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Prezident Adminstrasiyasında, Azərbaycanın xaricdəki müxtəlif diplomatik missiyalarında çalışıb. 2005-ci ildə Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Fuad İsmayılov həmçinin Azərbaycanın ATƏT-də, bir sıra beynəlxalq təşkilatlarda daimi nümayəndəsi, Slovakiya və Sloveniyada səfiri olub. 2011-ci ildə vəfat edib. == Ailəsi == Fuad İsmayılovun vəfatından sonra, həyat yoldaşı 2013-cü ilin martında Cavid Qurbanov ilə ailə həyatı qurub.
Yaşar Əliyev (səfir)
Yaşar Əliyev (19 avqust 1955, Bakı) — Azərbaycan diplomatı, Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri (2006–2011), Azərbaycan Respublikasının Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi. == Həyatı == Yaşar Əliev 1992-ci ildən Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyində çalışıb. 2002-ci ilin martından isə nümayəndəliyə rəhbərlik edib. Azərbaycan Respublikasının Kubadakı fövqəladə və səlahiyyətli səfiri olub. 2006-cı ildə Azərbaycan Respublikasının ABŞ-də fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib və 2011-ci ilin oktyabr ayına qədər səfir işləyib Teymur Elçinin oğludur.
Muxtar Məmmədov (səfir)
Muxtar Məmməd oğlu Məmmədov (1983, Bakı) — ictimai xadim, Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri (2023-cü ildən). == Həyatı == Muxtar Məmmədov 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000–2004-cü illərdə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, 2006–2007-ci illərdə Belçikanın Avropa Kollecində Avropaşünaslıq ixtisası üzrə magistratura, 2015–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsində "Dövlət qulluğunun təşkili və idarəedilməsi" ixtisası üzrə magistratura təhsili alıb. 2007–2008-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 2005–2013-cü illərdə Xarici İşlər Nazirliyində, o cümlədən 2009–2013-cü illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb. 2013–2021-ci illərdə Təhsil Nazirliyində sektor müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və aparatın rəhbəri vəzifələrində çalışıb. 2021-ci il Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 2022-ci ildə elm və təhsil nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun tarixli Sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib İngilis, rus və türk dillərini bilir.
Məmməd Əliyev (səfir)
Məmməd Əliyev (tam adı: Əliyev Məmməd Novruz oğlu; 18 sentyabr 1942, Tovuz) — fizika — riyaziyyat elmləri doktoru, Bakı Dövlət Universiteti "Bərk cisimlər fizikası" kafedrasının müdiri, professor. == Həyatı == 18 sentyabr 1942-ci ildə Azərbaycan Respublikası Tovuz şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1959–1964-cü illərdə Bakı Dövlət Universiteti fizika fakültəsində təhsil almışdır. 1964–1967-ci illərdə Kazan Universitetində aspirant, 1967–1969-cu illərdə isə stajor olmuşdur. 1969-cu ildə "Paramaqnit kristallarda aşağı temperaturlarda dinamik effektlər" mövzusunda Kazan Universitetində namizədlik dissertasiyası müdafiə edib. 1990-cı ildə "Paramaqnit ionlu diamaqnit kristallarda və yarımmaqnit yarımkeçiricilərdə dinamik effektlər" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1973-cü ildə bərk cisimlər fizikası kafedrası üzrə dosent elmi adı almışdır. 1991-ci ildə professor elmi adı almışdır. Məmməd Əliyev 1969-cu ildən 1991-ci ilə kimi Bakı Dövlət Universiteti Fizika fakültəsinin "Bərk cisimlər fizikası" kafedrasında müəllim, baş müəllim,dosent, professor vəzifələrində işləyib. 1991–1992-ci illərdə isə Azərbaycan Dövlət Tibb Universiteti Biofizika kafedrasının müdiri olmuşdur.
Hüseyn Hüseynov (səfir)
Hüseyn Cəlal oğlu Hüseynov (1977, Bakı) — Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri == Həyatı == Hüseyn Cəlal oğlu Hüseynov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu "beynəlxalq münasibətlər" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarəetmə" fakültəsinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib. 2000–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasında təhsil alıb, 2007-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Lissabondakı Türkiyə səfirliyinə terrorçuların hücumu
Lissabondakı Türkiyə səfirliyinə terrorçuların hücumu — 27 iyul 1983-cü ildə "Erməni İnqilab Ordusu"nun Lissabondakı (Portuqaliya) Türkiyə səfirliyinə hücumu. Terror aktının nəticəsində 7 nəfər həlak olmuşdur o cümlədən 5 nəfər terrorçu, 1 nəfər portuqaliyalı polis və Türkiyə səfirliyinin müvəqqəti işlər vəkilinin həyat yoldaşı 42 yaşlı Cahidə Mıxçıoğlu. Şahidlərin ifadələrinə əsasən həmin günün səhəri saat 10.30 da səfirliyin qarşısına iki ford markalı avtomobil yaxınlaşır, onlardan biri səfirliyin qarşısında dayanır digəri isə səfirliyin dayanacağında. Maşınlar səfirliyi qoruyan portuqaliyalı polisin diqqətini cəlb edir, iki gün əvvəl həmin maşında qələn naməlum şəxslər viza almaq istədiklərini bildirmişdilər, onların sənədlərini soruşanda, tələsik oranı tərk etmişdilər. Polis əməkdaşı dünənki maşının yenidən gəldiyini səfirliyə xəbər verir, özü isə terrorçuların olduğu avtomobilə yaxınlaşır. Bu zaman terrorçulardan biri atəş açaraq polisi yaralıyır, lakin səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşının cavab atəşi ilə atəş açan terrorçu öldürülür. Səfirliyin binasına daxil ola bilməyəcəklərini görən terrorçular səfirliyin yanında yerləşən səfirin igamətkahına daxil olaraq səfirliyin müvəqqəti işlər vəkilinin həyat yoldaşı 42 yaşlı Cahidə Mıxçıoğlunu və onun 17 yaşındakı oğlu Atasayı qirov götürürlər. Terrorçular qirovları saxladıqları otağı minalayaraq, hücum olacağı təqdirdə oranı partladmaqla hədələyirlər. Hadisə ilə bağlı Portuqaliya hökumətinin təcili iclası keçirilir, və qirovları azad etmək üçün yeni yaradılmış xüsusi təyinatlı polis dəstəsindən istifadə etmək qərara alınır. Lakin xüsusi təyinatlılar əməliyyata başlamadan əvvəl terrorçular bombanı işə salırlar.
Qətlə yetirilmiş səfirlərin siyahısı
Qətlə yetirilmiş səfirlərin siyahısı — müxtəlif dövrlərdə öz ölkəsini təmsil etdiyi ölkələrdə və ya başqa bir yerdə öldürülməsi hadisələri. Rəsmi mənbələrin məlumatlarına görə dünyada ilk dəfə qətlə yetirilmiş səfir Fransanın Osmanlı İmperiyasındakı səfiri Antonio Rinkon olmuşdur. Rinkon 1541-ci ilin 3 iyul tarixində Venesiya Respublikasının Rivoli şəhərində Venesiya İmperator Mühafizəsi Xidməti tərəfindən qətlə yetirilib.
Qətərin İraq səfirliyi
Qətərin İraq səfirliyi — Qətərin İraqndakı diplomatik nümayəndəliyidir. Paytaxtda - Bağdad şəhərində yerləşir. Qətərin İraqdakı fövqəladə və səlahiyyətli səfiri 2015-ci ildən Zayed əl-Hayaridir == Fəaliyyəti == Qətərin İraqdakı səfirliyi Səddam Hüseynin Küveytə hərbi müdaxiləsinə cavab olaraq 1990-cı ildə bağlanmışdır. Yalnız bundan 25 il sonra 2015-ci ildə fəaliyyəti yenidən bərpa olunmuş və bu müddət ərzində ilk dəfə olaraq Qətər əmiri şeyx Təmim bin Həməd Əl-Saninin fərmanı ilə Zayed əl-Hayarini ölkənin İraqdakı səfiri təyin olunmuşdur.
Rusiyanın Azərbaycandakı səfirlərinin siyahısı
Məqalədə Rusiya Federasiyasının Azərbaycandakı səfirlərinin siyahısı təqdim olunub.
Rusiyanın Tehrandakı səfirliyində qətliam
Rusiyanın Tehrandakı səfirliyində qətliam — 30 yanvar 1829-cu ildə Rusiya səfirliyinin əməkdaşlarının və oraya sığınan erməni fitnəkarlarının fanatik qrup tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi. Ölənlər arasında diplomatik missiyanın rəhbəri, yazıçı Aleksandr Qriboyedov da olub. == Tarixi == 1828-ci ilin aprelində Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra Aleksandr Qriboyedov Rusiyanın İrandakı səfiri təyin edildi. 1828-ci ilin payızında səfirlik İrana gəldi. Qriboyedovun əsas vəzifəsi şahın sülh müqaviləsinin maddələrini yerinə yetirməsinə nail olmaq və xüsusən İkinci Rusiya-İran müharibəsinin nəticələrinə görə təzminatın ödənməsinə nəzarət idi. Bütün ölkə müharibədəki məğlubiyyətin əvəzini ödəmək məcburiyyətində qaldı, bu da İran cəmiyyətində narazılığı xeyli artırdı. 20 oktyabr 1828-ci ildə Qriboyedov Rusiya imperiyasının Xarici İşlər Naziri qraf Karl Nesselrodaya məktubunda yazırdı: Müddəalarından birində ermənilərin Rusiyanın tərkibində sərbəst şəkildə köçürülməsinin mümkünlüyünü göstərən Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra bir çox ermənilər bu fürsətdən istifadə etdilər. 1829-cu ilin yanvarından başlayaraq çoxlu sayda erməni səfirliyə axışaraq Qriboyedovdan Rusiya imperiyasının işğal etdiyi Cənubi Qafqaz ərazisinə köçmək üçün icazə istədi. Şah hərəminin xədimi, şahın qiymətli daşlarının baş xəzinədarı və mühafizəçisi, erməni Mirzə Yaqub Markaryan bu razılaşmadan istifadə edərək qaçıb səfirlikdə gizləndi. Xacənin qaçması xəbəri ilə şahın qəzəbinin həddi-hüdudu yox idi.
Sübhün səfiri (film, 2012)
Sübhün səfiri — rejissor Ramiz Həsənoğlunun filmi. Film Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar çəkilmişdir. == Məzmun == Film Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixində silinməz izlər qoyan, Azərbaycan dramaturgiyasının banisi, böyük ictimai xadim Mirzə Fətəli Axundzadənin həyatı və çoxşaxəli irsindən bəhs edir. Filmdə dramaturqun həyatının 3 dövrü — uşaqlıq, gənclik və qocalığı canlandırılır. == Film haqqında == Filmdə M.F. Axundzadənin obrazının 30 yaşından ömrünün sonunadək olan dövrünü aktyor Elşən Rüstəmov canlandırmalı idi . Filmin premyerası 28 noyabr 2012-ci ildə Nizami Kino Mərkəzində olmuşdur. Budapeştdə filmin təqdimatı keçirilib. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Ramiz Həsənoğlu Quruluşçu operator : Kənan Məmmədov (Kənan Əziz kimi) Quruluşçu rəssam : Rafiz İsmayılov (Rafiz Rza kimi) Bəstəkar : Cavanşir Quliyev Səs rejissoru : Teymur Abdullayev Rejissor : Akif Rüstəmov Operator : Tərlan Babayev Geyim üzrə rəssam : Şahin Həsənli (rəssam) İcraçı prodüser : Adil Qulamov Xətti prodüser : Elşən Tarverdiyev Qrim üzrə rəssam : Elbrus Vahidov Geyimlərin eskizi : Tahir Tahirov (Tair Tairov kimi) Montaj : Elmir Həsənov Məsləhətçi : Zaman Əsgərli (filologiya elmləri doktoru, professor) Redaktor : Ramiz Əliyev Musiqi redaktoru : Rauf Əliyev Çalır : Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət qədim musiqi alətləri ansamblı Dirijor : Rauf Abdullayev Ansamblın rəhbəri : Məcnun Kərimov Solo balaban : Elşad Cabbarov Solo tar : Cavanşir Quliyev Solo kamança : Fəxrəddin Dadaşov Rəqslərin quruluşçuları : Zakir Ağayev, Yelena Ağayeva Dekor üzrə rəssam : Elyaz Səfərov Rəssam-fotoqraf : Pərviz Quliyev Qrim ustası : İradə Gülbabayeva Rejissor qrupu : Anar Almazov, Xədicə Qarayeva, Fuad Nəbiyev Operator qrupu : Aydın Ələkbərov, Kamran Qulamov, İlham Babayev, Şunasib Qulamov Mətn düzümü : Ramiz Əliyev Sinxron səs effektləri : Əliqulu Səmədov Xüsusi effektlər : Kamran Məmmədov Qrafika : Aleksandr Melnikov İnzibatçılar : Arif Kərimov, Elnur Əliyev, Vüqar Qurbanov, Günel Zeynalova (II) Rəssam assistenti : Valeh Davudov Geyim üzrə rəssam assistentləri : Arif Niftiyev, Səfurə Həsənli, Nərgiz Vəliyeva, Mehriban Ələkbərova İşıq ustası : Tahir Bağırov İşıqçılar : Şəmsi Qədirov, Xəqani Abdullayev, Rövşən Vahabov Səs texniki : Kamal Məmmədov Operator kranı : Aqil Həsənov, Əsgər Ələkbərov (II) Əlbəsəçi : Turi Lazareva Pirotexniklər : Əlibala Məmmədov, Vaqif Qurbanov Mühasib : Lalə Məmmədova Sürücülər : Əhməd Əbdülov, Mansur Mustafazadə, Kamal Yolçuyev Fəhlələr : Sabit Qədirov, İsmayıl Səfərli === Rollarda === Rasim Balayev – Mirzə Fətəli Axundzadə Nicat Əli – gənc Fətəli Fəxrəddin Manafov – Abbasqulu ağa Bakıxanov Məlahət Abbasova – Tubu xanım Günəş Mehdizadə – Nisə xanım (Günəş Mehdiyeva kimi) Pərviz Məmmədrzayev – Xanbaba Rafiz Mehdizadə (Rafiz Mehdi-zadə kimi) – Rəşid Eldar Bağırbəyov – Bestujev-Marlinski Şahin Səlimov — Molla Rafiq Əliyev (II) – Düpon Bəxtiyar Xanızadə – Axund Ələsgər Məmməd Səfa – Həsən bəy Zərdabi Ayşad Məmmədov – Mirzə Şəfi Vazeh Aleksandr Şarovski – İlminski İlham Əsgərov – Şeyx-ül-İslam Oleq Əmirbəyov – Mixail Lermontov Elvin Mirzəyev – Qastino Zaur Şəfiyev – Usmiyev Fərhad İsrafilov – Mirzə Hüseyn Əhməd Uz (Ahmet Uz kimi) – Fuad Paşa Altan Akışık – Münir Əfəndi Erol Alpsoykan – Aleksandr Xalid Qaraata (Halit Karaata kimi) – Akop Vüqar Əliyev – Yavər Şahin Əli Sultan (Ali Sultan kimi) – İmam Fazil Həsən Yıldız (Hasan Yıldız kimi) – Süavi əfəndi Yıldırım Yanılmaz – Fərid Paşa Ahhan Şener – Namiq Kamal Elman Rəfiyev – Fridrix Bodenştedt Yuri Baliyev (Yuriy Baliyev kimi) – Mixail Vorontsov Kamran Yunis – Məmməd Tağı Gülzar Qurbanova – Nanə Almaz Amanova – Məmməd Tağının arvadı Tofiq Əliyev – balaca Fətəli Nilufər Məmmədrzayeva – Fətəlinin bacısı Yaroslav Trifonov – Paxomov Elvin Vəlimətov – gənc Düpon Abgül Mirzəliyev – Səttar Qədirhüseyn İsmayılov – Yavər Elşən Şirəliyev – Nəcəf Hacıbaba Məmmədov – Sərban Ramiz Əzizbəyli – Hacı Qara Ramin Şıxəliyev – Kərəməli Qorxmaz Əlilicanzadə – Molla İbrahimxəlil Azad Şükürov – Molla Həmid Vahid Əliyev – Dərviş Abbas Rəzzaq Məmmədov – nuxulu Məhərrəm Musayev – nuxulu İqrar Salamov – nuxulu Rauf Şahsuvarov – nuxulu Loğman Kərimov – Məstəli şah Dilarə Əliyeva – Şəhrəbanu Aytən Əlibəyli – Şərəfnisə Ənvər Həsənov – Hatəmxan ağa Elvin Əhmədov – Şahbaz bəy Məbud Məhərrəmov – Müsyo Jordan Xalidə Əliməmmədova – Xanpəri Arif Kərimov – vəzir Hikmət Rəhimov – Teymur ağa Mətanət Atakişiyeva – Pəri xanım Lalə Məmmədova (II) – Şölə xanım Aytən Qulamova – Nisə xanım Arzu Hüseynov – Xacə Məsud Şamil Süleymanlı – Şah Abbas Azər Mirzəyev – Zaman xan Mirzə Ağabəyli – mollabaşı Tofiq Bayramov – eşikağası Şahmar Qəribli – münəccimbaşı Əhməd Köşəoğlu (Ahmet Köşeoğlu kimi) İlyas Ədhəmoğlu (İlyas Ethemoğlu kimi) Ənvər Dönməz (Enver Dönmez kimi) Mehmet Yüksəl (Mehmet Yüksel kimi) Boris Qrafkin Əsgər Rəhimov Marina Qrabovskaya Tutu Əliyeva Mehriban Ələkbərova Anar Almazov Sevil Balayeva Əlvida Cəfərov Olqa Arsentyeva Nəmxuda Usubəliyev (Namxuda Usubəliyev kimi) Şahin Həsənov Aydın Əlibalayev Yuri Lobaçov (Yuriy Lobaçov kimi) İsgəndər Qədimov Araz Ağaverdiyev Məsim İslamov Oqtay Əhmədov (II) Laçın Abbasov Seyfəli Əsədov Elvin Manafov === Filmi səsləndirənlər === Sabir Məmmədov – Şah Abbas (Şamil Süleymanlı) (titrlərdə yoxdur) Xalidə Quliyeva – Tubu xanım (Məlahət Abbasova) (titrlərdə yoxdur) Kamran M. Yunis - Axund Ələsgər (Bəxtiyar Xanızadə) (titrlərdə yoxdur) Vüsal Murtuzəliyev - Rəşid (Rafiz Mehdizadə);Tərcüməni oxuyan (titrlərdə yoxdur) == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi == Çəkilişə köməklik edən qurumlar == "Zeybək Yapım Film Müzik Tanıtım və Reklamcılık" Şirkəti (Türkiyə) "Yurdfilm" kinostudiyası İstanbul Universiteti Şəki Şəhər İcra Hakimiyyəti Dövlət Tarix muzeyi Muzey Mərkəzi Ramana qəsəbəsinin bələdiyyəsi Novxanı qəsəbəsinin bələdiyyəsi Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu Mərdəkan Mədəniyyət Sarayı == Çəkilişə kömək edənlər == Ömər Çalışqan ("Zeybək" şirkəti) Əhməd Köşəoğlu ("Zeybək" şirkəti) Nailə Vəlixanlı Liana Vəzirova == İstinadlar == == Mənbə == Əlibəyli, B. Trilogiyadan...“Xəmsə”yə: Anar və Ramiz Həsənoğlunun “Sübhün səfiri” filmi haqda qeydləri //525-ci qəzet.- 2013.- 2 fevral.- S. 10. Əlibəyli, B. Trilogiyadan...“Xəmsə”yə: Anar və Ramiz Həsənoğlunun “Sübhün səfiri” filmi haqda qeydlər //525-ci qəzet.- 2013.- 9 fevral.- S. 19. “Sübhün səfiri” Şəkidə: [filmin təqdimatı] //Mədəniyyət.- 2013.- 6 fevral.- S. 4.
Səfirlik
Səfirlik — hər hansı dövlətin səfirliyi başqa bir dövlətin hökumətinin, yaxud beynəlxalq təşkilatın yerləşdiyi şəhərdəki diplomatik nümayəndəliyi adlanır. Hüquqi olaraq səfirliyin ərazisi yerləşdiyi dövlətin ərazisi hesab olunmur. Səfirliyə əlavə olaraq həmin dövlətin digər mühüm əhəmiyyət kəsb edən şəhərlərində konsulluğu da ola bilər. Səfirlik və konsulluq kimi xarici təmsilçilər xarici işlər nazirliyinə tabe olur. Səfirliyə dövlət başçısı tərəfindən təyin edilən yüksək çinli diplomatik təmsilçi olan səfir, konsulluğa isə konsul rəhbərlik edir. Bəzən bir səfirlik eyni zamanda bir neçə ölkəni təmsil edir. Konsulluğun fəaliyyətinə ikitərəfli münasibətlərə dair məsələlər, vizaların verilməsi, vətəndaşların himayə edilməsi aiddir. Səfirliyin işinə isə dövlətlərarası münasibətlərə aid məsələlər aiddir. İranlılar dünyada xarici ölkələrin nümayəndələri üçün səfirlik yaradan ilk xalq olublar. Dünyada ilk səfirlik eramızdan əvvəl 445-ci ildə I Ərdəşirin əmri ilə Susada yunanlar üçün tikilmişdir.
Səfirlər (Holbein)
Səfirlər (1533) - Kiçik Hans Holbeynin rəsm əsəri. Əsər Tüdorlar hakimiyyəti dövründə, I Elizabetin doğulduğu ildə yaradılmışdır. İkili portret olmaqla yanaşı, rəsmdə ehtiyatla icra edilmiş bir neçə əşyanın natürmortu verilmişdir. Bu da özlüyündə böyük müzakirələr səbəb oldu. Əsər, həmçinin anamorfozun ən çox istinad edilən nümunəsini ehtiva edir. Səfirlər hal-hazırda London Milli Qalereyasında saxlanılır. == Arxa planı == Holbeyn 1493-1543-cü illərdə yaşamış alman rəssamdır. Öz dövrünün məşhur portret ustası olmuşdur. Yüksək yaradıcılıq qabiliyyəti sayəsində İngiltərə kralı VIII Henrixin və onun ətrafındakı saray əyanlarının portretlərini çəkməklə tanınmışdır. Şimal İntibahının parlaq nümayəndələrindəndir.
Səfirlər (Holbeyn)
Səfirlər (1533) - Kiçik Hans Holbeynin rəsm əsəri. Əsər Tüdorlar hakimiyyəti dövründə, I Elizabetin doğulduğu ildə yaradılmışdır. İkili portret olmaqla yanaşı, rəsmdə ehtiyatla icra edilmiş bir neçə əşyanın natürmortu verilmişdir. Bu da özlüyündə böyük müzakirələr səbəb oldu. Əsər, həmçinin anamorfozun ən çox istinad edilən nümunəsini ehtiva edir. Səfirlər hal-hazırda London Milli Qalereyasında saxlanılır. == Arxa planı == Holbeyn 1493-1543-cü illərdə yaşamış alman rəssamdır. Öz dövrünün məşhur portret ustası olmuşdur. Yüksək yaradıcılıq qabiliyyəti sayəsində İngiltərə kralı VIII Henrixin və onun ətrafındakı saray əyanlarının portretlərini çəkməklə tanınmışdır. Şimal İntibahının parlaq nümayəndələrindəndir.
Səudiyyə Ərəbistanının İraq səfirliyi
Səudiyyə Ərəbistanının İraq səfirliyi — Səudiyyə Ərəbistanının İraqndakı diplomatik nümayəndəliyidir. Paytaxtda - Bağdad şəhərində yerləşir. Səudiyyə Ərəbistanının İraqdakı fövqəladə və səlahiyyətli səfiri 2015-ci ildən Tamer əs-Sabhandır == Fəaliyyəti == Səudiyyə Ərəbistanının İraqdakı səfirliyi Səddam Hüseynin Küveytə hərbi müdaxiləsinə cavab olaraq 1990-cı ildə bağlanmışdır. Yalnız bundan 25 il sonra – 2015-ci ilin sonunda fəaliyyəti yenidən bərpa olunmuş və Tamer əs-Sabhan ölkənin İraqdakı səfiri təyin edilmişdir.
Tehranda Böyük Britaniya səfirliyinə hücum
Tehranda Böyük Britaniya səfirliyinə hücum — İrandakı Britaniya Səfirliyinə hücum 2011-ci il noyabr ayının 29-da Tehranda baş verib. Bəzi Basiji tələbələr səfirliyin binasına daxil olub və Böyük Britaniya bayrağın aşağı çıxarmışlar və səfirliyin bəzi sənədlərin həyətə atmışlar.
Ukraynanın Avstriya səfirliyi
Ukraynanın Avstriya səfirliyi (ukr. Посольство України в Республіці Австрія) — Ukraynanın Avstriyanın Vyana şəhərində yerləşən səfirliyi. == Vəzifələri == Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. == Tarixi == 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1992-ci il yanvarın 24-də Ukrayna və Avstriya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb. 1992-ci ildə isə Ukraynanın Avstriya səfirliyi yaradıldı. Ukraynanın Avstriyada olan fövqəldə və səlahiyyətli səfiri Andrey Şerbadır. O, 2014-cü ildən bu vəzifədədir.
Ukraynanın Belçika səfirliyi
Ukraynanın Belçika səfirliyi (ukr. Посольство України в Королівстві Бельгії) — Ukraynanın Belçikanın Brüssel şəhərində yerləşən səfirliyi. == Vəzifələri == Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. == Tarixi == 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1992-ci il martın 10-da Ukrayna və Belçika dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb. 1992-ci ildə isə Ukraynanın Belçika səfirliyi yaradıldı. Ukraynanın Belçikada olan fövqəldə və səlahiyyətli səfiri Nihola Toçishidir. O, 2016-cı ildən bu vəzifədədir.
Ukraynanın Bolqarıstan səfirliyi
Ukraynanın Bolqarıstan səfirliyi (ukr. Посольство України в Республіці Болгарія) — Ukraynanın Bolqarıstanıın Sofiya şəhərində yerləşən səfirliyi. == Vəzifələri == Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. == Tarixi == 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1991-ci il noyabrın 12-də Ukrayna və Bolqarıstan dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb. 1992-ci ildə isə Ukraynanın Bolqarıstan səfirliyi yaradıldı. Ukraynanın Bolqarıstanda olan fövqəldə və səlahiyyətli səfiri Vitali Moshalenhodur. O, 2018-ci ildən bu vəzifədədir.
Ukraynanın Finlandiya səfirliyi
Ukraynanın Finlandiya səfirliyi (ukr. Посольство України в Республіці Фінляндії) — Ukraynanın Finlandiyanın Helsinki şəhərində yerləşən səfirliyi. == Vəzifələri == Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. == Tarixi == 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1992-ci il fevralın 26-da Ukrayna və Finlandiya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb. 1992-ci ildə isə Ukraynanın Finlandiya səfirliyi yaradıldı. Ukraynanın Finlandiyada olan fövqəldə və səlahiyyətli səfiri Olqa Dibrovadır. O, 2020-ci ildən bu vəzifədədir.
Ukraynanın Kipr səfirliyi
Ukraynanın Kipr səfirliyi (ukr. Посольство України в Республіці Кіпрі) — Ukraynanın Kiprin Nikosiya şəhərində yerləşən səfirliyi. == Vəzifələri == Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. == Tarixi == 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1992-ci il fevralın 18-də Ukrayna və Kipr dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb. 1999-cu ildə isə Ukraynanın Kipr səfirliyi yaradıldı. Ukraynanın Kiprda olan fövqəldə və səlahiyyətli səfiri Ruslan Nimçinshidir. O, 2020-ci ildən bu vəzifədədir.
Ukraynanın Latviya səfirliyi
Ukraynanın Latviya səfirliyi (ukr. Посольство України в Республіці Латвиії) — Ukraynanın Latviyanın Riqa şəhərində yerləşən səfirliyi. == Vəzifələri == Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. == Tarixi == 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1992-ci il fevralın 12-də Ukrayna və Latviya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı. 1992-ci ildə isə Ukraynanın Latviya səfirliyi yaradıldı. Ukraynanın Latviyada olan fövqəldə və səlahiyyətli səfiri Aleksandr Mişenkodur. O, 2019-cu ildən bu vəzifədədir.
Ukraynanın Macarıstan səfirliyi
Ukraynanın Macarıstan səfirliyi (ukr. Посольство України в Республіці Угорщині) — Ukraynanın Macarıstanın Budapeşt şəhərində yerləşən səfirliyi. == Vəzifələri == Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. == Tarixi == 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1991-ci il noyabrın 6-da Ukrayna və Macarıstan dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı. 1992-ci ildə isə Ukraynanın Macarıstan səfirliyi yaradıldı. Ukraynanın Macarıstanda olan fövqəldə və səlahiyyətli səfiri Lyubov Nepopdur. O, 2016-cı ildən bu vəzifədədir.
Ukraynanın Moldova səfirliyi
Ukraynanın Moldova səfirliyi (ukr. Посольство України в Республіці Молдова) — Ukraynanın Moldovanın Kişinyov şəhərində yerləşən səfirliyi. == Vəzifələri == Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. == Tarixi == 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1992-ci il martın 10-da Ukrayna və Moldova dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı. 1993-cü ildə isə Ukraynanın Moldova səfirliyi yaradıldı. Ukraynanın Moldovada olan fövqəldə və səlahiyyətli səfiri Marko Şevçenkodur. O, 2019-cu ildən bu vəzifədədir.

Digər lüğətlərdə