tükcüklü

tükcüklü
tükcük
tükəbənzər
OBASTAN VİKİ
Tükcüklü atpıtrağı
Tükcüklü atpıtrağı (lat. Arctium tomentosum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü.
Tükcüklü damotu
Tükcüklü gücotu
Tükcüklü gücotu (lat. Agrimonia pilosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gücotu cinsinə aid bitki növü.
Tükcüklü itburnu
Tükcüklü itburnu (lat. Rosa tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Avropada, Qafqazda, Kiçik Asiyada yayılmışdır. Hündürlüyü 2 m olan iynəli koldur. Budaqları uzun, düz və ya bir az qövsvari əyilmiş, çiçək saplaqları göy çöküntülü, tikansızdır. Yalançı zoğların uzunluğu 1,2 sm-dək və eni 0,6 sm, hər tərəfdən tükcüklü, kənarları vəziciklidir. Yarpaqları cüt olmayan lələkvari, tünd yaşıl, çox tükcüklü, uzunluğu 7-9 sm-dir. Xırda yarpalqarı 5-7 ədəd, uzunluğu 2-4 sm, uzunsov-ovaldan ellipsvari və yumurtavariyədək, ucu biz bəzən küt, kənarları cüt vəzicikli-dişlidir. Saplaqları tükcüklü, vəziciklidir. İynələri təxminən eyni, çox vaxt düz, bünövrəsində enlidir.
Tükcüklü palıd
Tükcüklü palıd (lat. Quercus lanata) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Hündürlüyü 30 m-ə çatan həmişəyaşıl ağacdır. Himalay dağlarında bitir.
Tükcüklü qıfotu
Tükcüklü sarmaşıq
Tükcüklü sarmaşıq (lat. Convolvulus subhirsutus) — sarmaşıq cinsinə aid bitki növü.
Tükcüklü söyüd
Tükcüklü söyüd (lat. Salix lanata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Salix lanata subsp. lanata Salix lanata subsp.
Tükcüklü tozağacı
Tükcüklü tozağacı (lat. Betula pubescens) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Tükcüklü yağıotu
Tükcüklü yağıotu (lat. Epilobium hirsutum) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinin yağıotu cinsinə aid bitki növü. Hündürlüyü 50-150 sm, gövdəsi düz, çox budaqlanmış, aşağı hissədə az tilli, yuxarı hissədə dəyirmidir, uzun bizvari tüklərlə örtülü olan çoxillik ot bitkisidir. Payızda uzun, qalın, pulcuğabənzər yarpaqları olan lətli budaqlar əmələ gətirən qalın kökümsovu vardır. Yarpaqları (təpə yarpaqlarından başqa) qarşı-qarşıya düzülmüşdür, oturaqdır, uzunsov və ya uzunsov neştərvaridir, gövdənin həcmini artırandır, sivri dişlidir, dişcikləri qabağa əyilmişdir, hər iki tərəfdən uzun nazik tüklərlə örtülmüş və uzunluğu 3-12 sm, eni isə 1-3 smdir. Çiçəkləri təkdir, yuxarı yarpaqların qoltuğunda yerləşmişdir. Tac enli qıfşəkillidir, alqırmızı rəngdədir, iridir; ləçəkləri dəyirmi əksinə yumurtaşəkilli olub, iki bölümlüdür, uzunluğu 10-18 mm-dir, eni də eyni ölçüdədir. Qutucuq qismən tüklüdür, uzunluğu 4-8 (10) sm, eni 2 mm-ə qədərdir. Toxumları qonur rəngli olub, üzərində sıx məməciklər yerləşmiş, təpə hissədə dəyirmi, aşağıya doğru isə daralmış formadadır, uzunluğu 2,5 mm, eni 0,5 mm-dir. İyun-sentyabr aylarında çiçəkləyir, iyul-oktyabr aylarında meyvə verir.
Tükcüklü üskükotu
Tükcüklü üskükotu (lat. Digitalis lanata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. Çoxillik və ya ikiillik ot bitkisi olub, hündürlüyü 50–80 sm-ə bərabərdir. Birinci il çətiri, kökətrafı neştərşəkilli yarpaqları, ikinci il isə düzqalxan gövdəsi – aşağı hissəsindəki çılpaq, yuxarı hissəsində isə sıx, qalın tükcüklü budaqları inkişaf edir. Kökətrafı və gövdənin neştərşəkilli aşağı yarpaqları, tükcüklü bütövkənarlı, uzunluğu 6–12 sm, eni isə 1,5–3,5 sm olub, yuxarı yarpaqları oturaq, neştərşəkilli, zirvəsi itiuclu, tədricən azalaraq çiçək altlığına keçir. Zirvədəki çiçək fırçası uzun, çoxtərəfli, çox qalın və sıxdır. Çiçək tacının uzunluğu 20–30 mm, şarşəkilli, orta ölçülü qanadlı, aşağı dodağı kürəyəbənzərdir. Çiçəyi qonur-sarı rəngdən, göyümtül rəngə qədər olmaqla, damarlıdır. Kasacığı zəngşəkilli və 5 bölümlüdür. Yarpaqları kip, dolğun, azacıq dəricikli, uzunsov-neştərşəkilli, küt və ya itiuclu, adətən kənarlı, az tükcüklü və ya xırda dişcikli, aydın görünən iri damarının uzunluğu 6–12(20) sm, eni isə 1,5–3,5 sm-dir.
Tükcüklü şişmeyvə
Tükcüklü şişmeyvə (lat. Phlojodicarpus villosus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin şişmeyvə cinsinə aid bitki növü.
Tükcüklü şəkərqamışı
Erkəkciyi tükcüklü ətirşah
Tükcüklü tıs-tıs
Tükcüklü tıs-tıs (lat. Acantholimon puberulum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. Qafqaz, Cənub Qərbi Asiya, Türkiyədə təbii yayılmışdır. Türkiyə ərazisində təsvir olunmuşdur. Yaşıl yarpaqları qısa budaqlıdır. Yarpaqları demək olar ki, oturaq, məxməri tükcüklüdür. Aşağı yarpaqları yastı, qalanları isə az və ya çox dərəcədə nazik və çılpaq olub, bizvaridir. Oxları tükcüklü olub, qısa, nadir hallarda uzunluğu yarpaqların uzunluğuna bərabərdir. Sünbülü qısa olub, 3-5 sünbülcükdən ibarətdir. Çiçəkaltlıqları bütünlüklə və ya əsasən otvaridir.
Tükcüklümeyvə alışan
Tükcüklümeyvə alışan (lat. Dictamnus dasycarpus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin alışan cinsinə aid bitki növü.
Tükcüklüçiçək gəvən
Tükcüklüçiçək gəvən (lat. Astragalus dasyanthus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı, yatmış, düzqalxan və ya azca qalxan olub, uzunluğu 40 sm-dir. Yarpaqları növbəli, cüt olmayan lələkyarpaqlı, saplaqlı, uzunluğu 12-20 sm olmaqla, 12-14 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları demək olar ki, oturaq, uzunsov-oval və ya uzunsov-neştərşəkilli, uzunluğu 15-20 mm, eni isə 6 mm-dir. Yalançı zoğu neştərşəkilli və itiucludur. Hamaşçiçəkləri sıx, başcıqlı, adətən 15-20 mm, açıq sarı, kəpənəkçiçək taclı olmaqla, zəngvari kasacığı vardır. Bitkinin çiçək tacının bütün hissəciklərində ağımtıl və ya sarımtıl tükcüklər vardır. Yuxarı və orta dağlıq ərazilərində, bozqır zonalarda və pöhrəliklərdə yayılmışdır.

Digər lüğətlərdə