Təminat

birisinin həyatını təmin etmək üçün ona verilən pul, maddi vəsait və s.; 2) bir şeyin qorunub saxlanmasını, yerinə yetirilməsini, həyata keçirilməsini təmin edən amillər; zəmanət; 3) bir şeyi həyata keçirmək üçün qayda və üsullar müəyyən edən yazılı göstəriş, əmrnamə.
Təltif
Tənasüb
OBASTAN VİKİ
Təminat
Zəmanət və qarant — zəmanət verən şəxs; dövlət, təşkilat, müəssisə, fərd ola bilər. Subyekt hər hansı öhdəliklərə və ya bir şeyin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyət (öhdəlik) elan edir və öz üzərinə götürür. Zamin duran şəxsə zəmanətçi və ya qarantçı deyilir. Dövlət vətəndaşlara və ya hüquqi şəxslərə hər hansı öhdəlikləri yerinə yetirmək üçün təminatlar verə bilər. Məsələn, dövlət zəmanəti dövlətin vətəndaşlar və ya hüquqi şəxslər qarşısında maddi və ya qeyri-maddi nemətlərin verilməsini nəzərdə tutan öhdəliyidir. Hüquqi təminatlar isə qaydalar toplusudur ki, onlara əsasən dövlət şəxsə məxsus bütün qanuni hüquqlara hörmət etməlidir. Zəmanətin subyekti təsərrüfat subyekti ola bilər. Məsələn, bank zəmanəti borclunun (əsas verənin) tələbi ilə bankın, digər kredit təşkilatının, sığorta təşkilatının və ya digər kommersiya təşkilatının (zəmanətçinin) verdiyi öhdəliklərin yerinə yetirilməsini təmin etmək üsullarından biridir. kreditora (faydalanan şəxsə) onun ödənilməsi tələbi ilə onlara pul məbləği ödəmək öhdəliyi. Marketinq vasitəsi kimi zəmanət məhsulun satışa çıxarılan istehlak xüsusiyyətlərinə uyğunluğunun göstəricisidir.
Sosial təminat hüququ
Sosial təminat hüququnun anlayışı İnsan hüquqlarının digər növlərindən fərqli olaraq sosial-təminat hüquqlarının xüsusiyyətləri aşağıdakılardır: insan həyatının müəyyən — sosial-iqtisadi sahəsinə şamil edilməsi; əsas müddəalarda məsləhətverici, "qeyri-ciddi" təriflərin verilməsi (məsələn, "layiqli həyat", "ədalətli və uyğun həyat şəraiti"); sosial-iqtisadi hüquqların həyata keçirilməsinin iqtisadi və ehtiyatların vəziyyətindən asılı olması. Sosial təminat hüququ əmək qabiliyyətini tam və ya qismən itirmiş vətəndaşların maddi tələbatının ödənilməsi üçün onlara dövlət tərərfindən müvafiq müavinətlərin ödənilməsindən və təşkilati-hüquqi digər tədbirlərin həyata keçirilməsindən ibarətdir. Aşağıda göstərilən hallarda vətəndaşların sosial təminat hüququ müəyyənləşdirilir: qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda; xəstəliyi olduqda; əlilliyi olduqda; ailə başçısını itirdikdə; əmək qabiliyyətini itirdikdə; işsiz olduqda. Qanunun 4. 1 maddəsinə uygun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: Yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası; Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: Baza hissəsindən; Sığorta hissəsindən; Yığım hissəsindən. Əlilliyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir: Baza hissəsindən; Sığorta hissəsindən; Yığım hissəsindən. Ailə başçısını itirməyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir: Baza hissəsindən; Sığorta hissəsindən. Qanunun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Sosial təminat hüququnun predmeti, metodu və sistemi Sosial təminat hüququnun predmetinə daxil olan münasibətləri aşağıdakı kimi təsnifləşdirmək olar: Sosial təminat sistemi üzrə pul ödəmələri ilə bağlı yaranan münasibətlər. Bura aiddir :pensiyalar, müavinətlər , kompensasion ödəmələr və s.
Mərkəzi Təminat və Marketinq idarəsi
Kross platform proqram təminatı
Cross platform və ya çoxlu platforma proqramları birdən çox kompüter platforması üçün yazılan proqramlardır. Kompüter platforması dedikdə aparat və proqram təminatından (əməliyyat sistemindən) ibarət platforma başa düşülür. Çox vaxt isə cross platform dedikdə bir proqramın bir neçə əməliyyat sistemində işləməsi başa düşülür.
Maşından-asılı proqram təminatı
Maşından-asılı (ing. machine-dependent, rus. машинно-зависимы) — müəyyən kompüterlə bağlı olan və onun spesifik və ya unikal xüsusiyyətini gerçəkləşdirən proqram və ya qurğu. Maşından-asılı proqramları, yaxud qurğuları başqa bir kompüterdə asanca (əgər, ümumiyyətlə, mümkündürsə) istifadə etmək olmur. Maşından-asılı olan yüksək səviyyəli dillər maşının bütün imkanlarından tam istifadə etməyə, aydın və asanlıqla oxunan proqramlar yazmağa imkan verirlər. Bu dillərdə operatorlar və ifadələr istifadəçi üçün daha rahat şəkildə yazırlar. Onlara misal olaraq PL/M dilinin göstərmək olar. Bununla belə bu dillər konkret quruluşdan çox asılıdır və bu səbəbə görə praktikada geniş yayılmışdır. Maşından-asılı olmayan yüksək səviyyəli dillərin yaxud alqoritmik dillərin tərkibində maşından asılı olan operatorlar iştirak etmir. Bu dillərə Alqol, Fortran, BASIC, Fokal, PL/1, Paskal və s.
Müstəqil proqram təminatı satıcısı
Müstəqil proqram təminatı satıcısı (en. independent software vendor (ISV) ~ ru. независимый продавец программного обеспечения ~ tr. bağımsız yazılım satıcısı) – proqram təminatının özgə gəlişdiricisi: əsas istehsalçı və satıcıdan asılı olmadan proqram təminatı yaradan fərd və ya qurum. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Proqram təminatı
Kompüterin proqram təminatı (PT) – təlimatlar yığımından ibarət olub, kompüteri idarə edir və onun köməyi ilə lazım olan məsələni həll edir. Proqram təminatı üç tipə bölünür: sistem proqram təminatı,tətbiqi proqram təminatı və instrumental proqram təminatı. Sistem proqram təminatı hesablama sisteminin resurslarının düzgün bölünməsini və istifadə edilməsini təmin edir. Tətbiqi proqram təminatı özündə istifadəçinin tətbiqi programlar paketini birləşdirir. Bu proqramlar paketində istifadəçinin konkret məsələsini həll edə biləcək proqramlar olur. Instumental proqram təminatı (Və ya Proqramlaşdırma sistemləri)Proqram yaratma vasitələridir. Kompilyator, İnterpretator, Translyatorlar, Proqram dilləri redaktorları və s. Quraşdırılmış sistemlər və ya proqram mühəndisi müxtəlif sənayelərdə müxtəlif komponentlər üçün etibarlı Xüsusi Mikro Proqram təminatının hazırlanmasına və layihələndirilməsinə kömək edir. == Proqram təminatının təsnifatı. == Sistem proqram təminatının tərkibinə aşağıdakı proqramlar daxildir.
Proqram təminatı mühəndisliyi
Proqram təminatı mühəndisliyi və ya Proqram mühəndisliyi - sistemləşdirilmiş standartlar qrupundan istifadə etməklə proqram vasitələri və komplekslərinin işlənilməsi, praktiki tətbiqi, müşayiət edilməsi və təkmilləşdirilməsini təmin edən elm sahəsidir Proqram mühəndisliyi təkcə proqram təminatının texniki məsələləri ilə deyil, həm də proqram layihələrinin idarə edilməsi, maliyyələşdirilməsi, kollektivin idarə edilməsi və s. kimi məslələrlə də məşğul olur. Bundan əlavə, proqram mühəndisliyinin əsas məqsədlərindən biri də proqram təminatının istehsalı prosesini dəstəkləmək, maksimal effektivliyə və keyfiyyətə nail olmaq üçün vasitə, metod və nəzəriyyələrin işlənilməsindən ibarətdir. Proqram təminatı mühəndisliyi proqram təminatının dizaynı, yaradılması, idarə edilməsi ilə maraqlanan sahədir. İlk dəfə 1968-ci ildə NATO-nun keçirdiyi proqram təminatı mühəndisliyi konfransında bu termindən istifadə edilib. İEEE tərəfindən proqram təminatı mühəndisliyi barədə "Software Engineering Body of Knowledge" (SWEBOK) nəşr olunub. == Proqram təminatının yaradılmasının mərhələləri == Proqram təminatı mühəndisliyi dinamik şəkildə dəyişən peşə sahəsidir. Aparat platformalarının fasiləsiz şəkildə inkişaf etməsi, eyni zamanda, onların sənaye və istehsalatın müxtəlif sahələrində tətbiqinin getdikcə artması proqram təminatına olan tələbatı daha da artırır. Bununla yanaşı, proqramlaşdırma texnologiyaları da dayanmadan inkişaf edir. Minlərlə proqramlaşdırma dili mövcud olduğuna görə bu dillər üçün müxtəlif kitabxanalar, modullar, işlənilmə mühiti və s.
Proqram təminatı piratçılığı
Proqram təminatı patenti — proqram təminatında olan riyazi və alqoritmik metodlara alınan patent; yaxud kompüterdə proqram təminatı vasitəsilə yerinə yetirilən hər hansı bir şeyə alınan patent. Proqramlar və verilənlər bazaları əsasən müəlliflik hüququ ilə qorunur. Bu, proqramın konkret reallaşmasına icazəsiz istifadədən hüquqi qorunma təminatı verir. Ölkələrin əksəriyyətində belə qorunma müddəti müəllifin ölüm günündən hesablanmaqla 70 ildir. Bəzi ölkələrdə proqram təminatını patent hüququ mexanizmlərinin köməyilə qorumağa icazə verilir. Başqa patentlər kimi, proqram təminatı patenti də daha qısa müddətə (adətən, təxminən 20 il) verilir, ancaq bu zaman verilmiş texnologiyanın reallaşmasının əsasında dayanan ideyaları qoruyur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 794 s.
Proqram təminatının verifikasiyası
Proqram təminatının verifikasiyası proqram mühəndisliyinin nizam-intizamıdır və onun məqsədi proqramın bütün gözlənilən tələbləri təmin etməsindən əmin olmaqdır. Proqram təminatının verifikasiyasına iki əsas yanaşma forması vardır: Dinamik verifikasiya, belə ki o test və ya təcrübə olaraq tanınır. Bu verifikasiya nöqsanların tapılması üçün yaxşıdır. Statik verifikasiya, belə ki o analiz etmə olaraq tanınır. Statik test icra olmadan bir sistemin və ya komponentin araşdırılmasıdır. == Dinamik verifikasiya (Test, təcrübə) == Dinamik verifikasiya proqramın həyata keçirilməsi (gedişatı) zamanı sərgilənir və dinamik olaraq onun davranış tərzi yoxlanılır və o bir qayda olaraq Test fazası olaraq bilinir. Verifikasiya baxış prosesidir. Testlərin çərçivəsindən aslı olaraq biz onu 3 növ kateqoriyaya bölə bilərik: Kiçik testlər: tək funksiyanı və ya klası yoxlayan test Böyük testlər: klaslar qrupunu yoxlayan test. Buna misal olaraq aşağıdakıları göstərmək olar Modul testi (tək modul) İnteqrasiya testi (birdən çox) sistem testi (bütün sistem) Qəbul testi: bir proqramın qəbul meyarlarını yoxlamaq üçün müəyyən edilmiş formal test Funksional test Qeyri-funksional test Proqram təminatı verifikasiyası çox zaman proqram təminatı validasiya ilə qarışıq salınır. Bunlar arasındakı fərq: Proqram təminatının verifikasiyası soruşur ki, "Biz proqramı doğrumu qururuq?" bu o deməkdir ki, sistem öz spesifikasiyasına uyğun gəlirmi.
Pulsuz və açıq mənbə proqram təminatı
Azad və açıq mənbəli proqram təminatı — (qısaca AAMPT) həm azad proqram təminatı, həm də açıq mənbəli proqram təminatı kompüter proqramı kimi təsnif edilə bilər. Beləliklə, əsər hər kəsin sərbəst surətdə köçürə, işində istifadə edə və istənilən şəkildə dəyişdirə biləcəyi lisenziyaya çevrilir; insanlar könüllü proqram qruplarını inkişaf etdirməyə təşviq edilir və mənbə kodu açıq şəkildə paylaşılır. AAMPT-ın istifadəsi; O, istifadəçilərə aparatları üzərində daha çox nəzarət, eləcə də artan təhlükəsizlik və sabitlik (xüsusilə zərərli proqram baxımından), məxfiliyin qorunması, o cümlədən proqram təminatı xərclərinin azaldılmasını təmin edir. Linux və OpenBSD kimi azad və açıq mənbəli əməliyyat sistemləri bu gün milyonlarla serverdə, stolüstü kompüterlərdə, smartfonlarda (Android kimi) və digər cihazlarda geniş şəkildə istifadə olunur. Bundan əlavə, Azad proqram lisenziyaları və açıq mənbə lisenziyaları bir çox proqram paketləri tərəfindən istifadə olunur. == Tarixi == 1950, 1960 və 1970-ci illərdə azad proqram təminatının verdiyi azadlıqlar kompüter istifadəçiləri üçün daha çox yayılmışdı. Proqram təminatı, o cümlədən mənbə kodu kompüter istifadəçiləri arasında geniş şəkildə paylaşıldı. Əksər şirkətlər azad proqram təminatını təmin edən aparat əsaslı biznes modeli var idi. Daha sonra bu təşkilatların proqram mübadiləsini asanlaşdırmaq üçün bəzi təchizatçılar yaradılmışdır; nümunələr üçün SHARE və DECUS-a baxın. 1960-cı illərin sonlarında proqram təminatı ətrafında dominant biznes modeli indi dəyişirdi.
Sifarişli proqram təminatı
Sifarişli proqram təminatı (custom software) – konkret müştəri üçün işlənib hazırlanmış, yaxud özəl tələbatı ödəyən proqramlar. Sifarişli proqram təminatları heç də “sıfırdan” hazırlanmır. Bəzi məhsullar, məsələn, Visual FoxPro, Microsoft Access, Delphi və başqaları xüsusi olaraq sifarişli proqramlar yaratmaq üçün nəzərdə tutulub və bunun üçün konkret vasitələrə malikdirlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == What is Custom Software Development?
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (Azərbaycan)
Təhsildə Keyfiyyət Təminatı Agentliyi — ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinə nəzarət edən dövlət orqanıdır == Tarixi == 29.12.2019-cu ildə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilib. Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
İnteqrasiya olunmuş proqram təminatı
İnteqrasiya olunmuş proqram təminatı (ing. integrated software, rus. интегрированное программное обеспечение) — çeşidli işləri (məsələn: mətn emalını, verilənlər bazasının və elektron cədvəllərin idarə olunmasını) yerinə yetirməyə imkan verən bir neçə moduldan ibarət tətbiqi proqramların kateqoriyası. Belə proqram təminatının komplektliyi iki yolla əldə olunur: verilənlərin bir moduldan başqasına ötürülməsi imkanının olması və müxtəlif modullarda eyni tipli istifadəçi interfeysindən istifadə olunması. İnteqrasiya olunmuş proqram təminatı verilənlərin ötürülməsini asanlaşdırmaqla, məsələlərin koordinasiya olunmasına və müxtəlif modullarda fərqli vasitələrlə yaradılmış verilənləri birləşdirməyə kömək edir. Bundan başqa, vahid interfeys çox zaman çox müxtəlif modullarla işləməyi sadələşdirir. Bu üstünlüklərinə baxmayaraq, inteqrasiya olunmuş proqram təminatının modulları ayrı-ayrılıqda xüsusi tətbiqi proqramlar kimi geniş imkanlara malik olmur.
İnternet təminatçısı
İnternet xidmət provayderi (ing. Internet service provider, ISP) — internetə daxil olmaq, ondan istifadə və idarə etmək və ya orada iştirak etmək üçün xidmətlər göstərən təşkilat. ISP-lər müxtəlif formalarda təşkil edilə bilər. Məsələn, bu, kommersiya, icmaya məxsus, qeyri-kommersiya və ya başqa şəkildə özəl mülkiyyətə sahibdir. Adətən ISP-lər tərəfindən təmin edilən internet xidmətlərinə internetə çıxış, internet tranziti, domen adının qeydiyyatı, veb-hostinq, "Usenet" xidməti və kolokasiya daxil ola bilər. İnternet xidmət provayderi adətən istifadəçiyə internetdə mövcud olan hər şeyə çıxışı təmin edən giriş nöqtəsi və ya şlüz kimi xidmət edir. Belə bir şəbəkəni göz alma şəbəkəsi də adlandırmaq olar. == Tarixi == İnternet (orijinal olaraq ARPAnet) dövlət tədqiqat laboratoriyaları və universitetlərin iştirakçı şöbələri arasında şəbəkə kimi hazırlanmışdır. Digər şirkətlər və təşkilatlar onurğa sütununa birbaşa əlaqə ilə, ya da digər əlaqəli şirkətlər vasitəsilə, bəzən UUCP kimi "dial-up" alətlərindən istifadə edərək qoşulurdular. 1980-ci illərin sonlarında internetdən kommersiya məqsədli istifadəsi baş tutmuşdur.
İnternet xidmət təminatçısı

Şişirdilmiş proqram təminatı
“Şişirdilmiş” proqram təminatı yeni proqramların əski proqramlarla müqayisədə həcminin daha böyük olması və daha çox sistem resursu tələb etməsi tendensiyası. Bunun başlıca səbəbi proqrama (bəzən o qədər də zəruri olmayan) yeni funksiya və imkanların əlavə olunmasıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Blender (proqram təminatı)
Blender – üçölçülü kompüter qrafikalarının yaradılması üşün professional sərbəst (ödənişsiz) və açıq proqram təminatıdır, bura modelləşdirmə vasitələri, animasiyalar, vizualizasiya, üçölçülü çapetmə, videonun səsli montajı və sonradan emalı, “qovşaqlar” vasitəsilə tərtib edilməsi (Node Compositing Digital – müxtəlif yerlərdə və müxtəlif zamanlarda əldə edilmiş iki və daha çox şəkillərin bir çərçivədə birləşdirilməsi), həmçinin interaktiv oyunların yaradılması daxildir. Peşəkar komanda tərəfindən təkmilləşdirilməsi səbəbindən sürətli və sabit inkişaf etdiyi üçün hazırda pulsuz 3D redaktorlar arasında ən populyarıdar.
Təminatçı
Zəmanət və qarant — zəmanət verən şəxs; dövlət, təşkilat, müəssisə, fərd ola bilər. Subyekt hər hansı öhdəliklərə və ya bir şeyin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyət (öhdəlik) elan edir və öz üzərinə götürür. Zamin duran şəxsə zəmanətçi və ya qarantçı deyilir. Dövlət vətəndaşlara və ya hüquqi şəxslərə hər hansı öhdəlikləri yerinə yetirmək üçün təminatlar verə bilər. Məsələn, dövlət zəmanəti dövlətin vətəndaşlar və ya hüquqi şəxslər qarşısında maddi və ya qeyri-maddi nemətlərin verilməsini nəzərdə tutan öhdəliyidir. Hüquqi təminatlar isə qaydalar toplusudur ki, onlara əsasən dövlət şəxsə məxsus bütün qanuni hüquqlara hörmət etməlidir. Zəmanətin subyekti təsərrüfat subyekti ola bilər. Məsələn, bank zəmanəti borclunun (əsas verənin) tələbi ilə bankın, digər kredit təşkilatının, sığorta təşkilatının və ya digər kommersiya təşkilatının (zəmanətçinin) verdiyi öhdəliklərin yerinə yetirilməsini təmin etmək üsullarından biridir. kreditora (faydalanan şəxsə) onun ödənilməsi tələbi ilə onlara pul məbləği ödəmək öhdəliyi. Marketinq vasitəsi kimi zəmanət məhsulun satışa çıxarılan istehlak xüsusiyyətlərinə uyğunluğunun göstəricisidir.
Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı
Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı (ing. U. S. Military Assistance Command, Vietnam), VHYTK və ya MACV — Vyetnam müharibəsi zamanı mövcud olan və bütün ABŞ qoşunlarına rəhbərlik edən ABŞ Müdafiə Departamentinin nəzdində birgə qərargah strukturu. Əvvəlcə VHYTK yalnız Cənubi Vyetnama hərbi yardımın göstərilməsinə nəzarət edən Vyetnamda Hərbi Yardım Təminatı Məsləhət Qrupunun köməkçi təşkilatı hesab olunurdu. Komandanlıq 8 fevral 1962-ci ildə ABŞ-nin Cənubi Vyetnama göstərdiyi hərbi yardımın həcminin genişləndirilməsi ilə əlaqədar yaradılmışdır. 15 may 1964-cü ildə artıq çox böyük olan məsləhət qrupu VHYTK-yə daxil edilmişdir. 29 mart 1973-cü ildə VHYTK ləğv edilmişdir. Onun əvəzinə bir sıra VHYTK funksiyalarını (Paris sülh sazişinə əsasən qoyulmuş məhdudiyyətlər ilə) özündə saxlayan və Sayqonun süqutuna qədər fəaliyyət göstərən Sayqon müdafiə attaşe ofisi fəaliyyət göstərmişdir. == İstinadlar == == Xarici keçidlər == "ADVISING THE REPUBLIC OF VIETNAM" (ingilis). richmond.edu. 2008-12-03 tarixində arxivləşdirilib.
Havayı proqram təminatı
Freeware (ingilis dilindən tərcümədə Free və Software sözlərindən əmələ gəlib). Freeware kompüter proqram təminatının bir növüdür. Bu tip proqramlar müəllif tərəfindən pulsuz olaraq internetdə paylaşılır və gəlir qazanmaq məqsədi daşımır.
Talk (proqram təminatı)
talk — "Unix" mətn söhbət proqramı. Əvvəlcə yalnız çox istifadəçili bir kompüterə daxil olan istifadəçilər arasında mesajlaşmaya icazə verirdi, lakin sonradan digər sistemlərdəki istifadəçilərlə söhbətə imkan vermək üçün genişləndirilmişdir. Artıq IRC və digər müasir sistemlərlə əvəz olunsa da, indiki dövrdə də "Linux", BSD sistemləri və "macOS" daxil olmaqla "Unix" bənzəri sistemlərin əksəriyyətinə daxil edilir. == Tarixi == Oxşar qurğular "Multics", CTSS, PLATO və NLS kimi əvvəlki sistemlərdə mövcud idi. 1983-cü ildə "talk" yeni versiyası 4.2BSD ilə "Unix" əmri kimi təqdim edildi və eyni zamanda müxtəlif maşınlarda istifadəçilər arasında elektron söhbətləri yerləşdirəcəkdi. "talk"ın davamı "ntalk," Britt Yennin "ytalk" və Rocer Espel Llimanın "utalk" proqramlarıdır. == Təhlükəsizlik == Danışıq protokolu vasitəsilə səhv məlumat göndərən "flash" adlı məşhur proqram 1990-cı illərin əvvəllərində uğursuz hədəfin terminal çıxışını pozmaq üçün prankerlər tərəfindən tez-tez istifadə olunurdu. O, bunu adətən sorğu göndərən şəxsin adını təqdim etmək üçün nəzərdə tutulmuş sahəyə terminal əmrlərini daxil etməklə həyata keçirmişdir. Zərərçəkən danışıq sorğusunu aldığı zaman sorğunu göndərən şəxsin adı onların ekranında göstərilir. Bu, terminal əmrlərinin yerinə yetirilməsinə səbəb olur və şəxsin ekranı onu sıfırlayana qədər oxunmaz halda olur.
Proqram təminatı patenti
Proqram təminatı patenti — proqram təminatında olan riyazi və alqoritmik metodlara alınan patent; yaxud kompüterdə proqram təminatı vasitəsilə yerinə yetirilən hər hansı bir şeyə alınan patent. Proqramlar və verilənlər bazaları əsasən müəlliflik hüququ ilə qorunur. Bu, proqramın konkret reallaşmasına icazəsiz istifadədən hüquqi qorunma təminatı verir. Ölkələrin əksəriyyətində belə qorunma müddəti müəllifin ölüm günündən hesablanmaqla 70 ildir. Bəzi ölkələrdə proqram təminatını patent hüququ mexanizmlərinin köməyilə qorumağa icazə verilir. Başqa patentlər kimi, proqram təminatı patenti də daha qısa müddətə (adətən, təxminən 20 il) verilir, ancaq bu zaman verilmiş texnologiyanın reallaşmasının əsasında dayanan ideyaları qoruyur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 794 s.
Proqram təminatı tərtibatı
Proqram təminatı tərtibatı (ing. software development) — tətbiqləri, freymvorkları və ya digər proqram komponentlərini yaratmaq və müşayiət üçün nəzərdə tutmaq, dəqiqləşdirmək, dizayn etmək, proqramlaşdırmaq, sənədləşdirmək, sınaqdan keçirmək və səhvləri düzəltmək üçün istifadə olunan proses. Proqram təminatının tərtibatı mənbə kodunun yazılmasını və müşayiət olunmasını əhatə edir, lakin daha geniş mənada o, arzu olunan proqram təminatının konsepsiyasından yekun təzahürə qədər bütün prosesləri, adətən proqram təminatı mühəndisliyi ilə üst-üstə düşən planlı və strukturlaşdırılmış prosesdə bütün prosesləri əhatə edir. Proqram təminatının hazırlanmasına həmçinin tədqiqat, yeni inkişaf, prototipləşdirmə, modifikasiya, təkrar istifadə, yenidən mühəndislik, texniki xidmət və ya proqram məhsulları ilə nəticələnən hər hansı digər fəaliyyətlər daxildir. Proqram tərtibatı — bir ideyanın konsepsiyadan son istifadəyə qədər tam işlək proqram təminatına çevrilməsini təmin edən prosesdir. Bu proses proqramın planlaşdırılması, kodlaşdırılması, test olunması, yerləşdirilməsi və dəstəklənməsindən ibarətdir. Proqram tərtibatının məqsədi, müəyyən problemi həll etmək və ya istifadəçilərin ehtiyaclarını qarşılamaq üçün effektiv, etibarlı və istifadəyə yararlı bir proqram təminatı hazırlamaqdır. == Əsas mərhələləri == Tələblərin toplanması və analizi Proqramın tələblərinin və məqsədlərinin aydın şəkildə müəyyən edilməsi ilk mərhələdir. İstifadəçilərin ehtiyaclarını, proqramın əsas funksiyalarını və gözləntilərini başa düşmək üçün müştərilər və digər maraqlı tərəflərlə məsləhətləşmələr aparılır. Dizayn Dizayn (ing.
Proqram təminatının inkişafı

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. == Tarixi == DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib. 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib. 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
DOST Agentliyi (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi)

Digər lüğətlərdə