tamam-kamal

1. (başdan-ayağa kimi) to one’s finger-tips / to one’s finger-ends / to the finger-nails / with bag and baggage / with all one has got / lock, stock and barrel до корней волос / с потрохами / со всеми потрохами (всем существом, целиком, полностью, во всём быть каким-либо, со всем, что есть); 2. (tamamilə, büsbütün) Cf. to lose one’s shirt (pants) at cards * в пух и в прах (совершенно, полностью, окончательно)
Tamahkar öz nəfsinin quludur.
tamam-kamal məhv etmək
OBASTAN VİKİ
Tamam Cəfərova
Tamam Cəfərova (azərb. Tamam Şaməmməd qızı Cəfərova‎; 5 aprel 1959, Bakı) — Tarix elmləri namizədi, dosent, VI çağırış Milli Məclisin Şamaxıdan seçilən deputatıdır. Tamam Şaməmməd qızı Cəfərova 1959-cu il aprelin 5-də Bakı şəhərində anadan olub. 1976-cı ildə Bakı şəhəri, 180 saylı orta məktəbi qızıl medalla bitirib. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən gənclərin Azərbaycandan kənarda təhsili proqramı çərçivəsində 1976-cı ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsinə daxil olub. 1981-ci ildə Moskva Dövlət Universitetini bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1987–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) aspiranturasında əyani təhsil alıb. 1991-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, tarix elmləri namizədi elmi adına layiq görülüb. 1996-cı ildən dosent vəzifəsində çalışır. 2007-ci ilə qədər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Siyasi Tarix" kafedrasında, 2007-ci ildən 2019-cu ilin fevral ayına qədər Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və iqtisadiyyat" fakültəsinin "Diplomatiya və müasir inteqrasiya prosesləri" kafedrasında dosent vəzifəsində çalışıb.
Tamam Əliyeva
Tamam Əliyeva (1903, Şərur-Dərələyəz qəzası – 16 avqust 1980, İliç rayonu) — Pambıqçı,Naxçıvanın əmək qabaqcılı,Sosialist Əməyi Qəhrəmanı. Tamam Əliyeva 1903-cü ildə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının (indiki Şərur rayonu) Yengicə (hazırda Azərbaycan Naxçıvan MR Şərur rayonu Yengicə kənd.).kəndində anadan olmuşdur. 1938-ci ildə Şərur rayonunda yerləşən "Sosializm" kolxozunda Manqabaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1947-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur.SSRİ Ali Sovetinin 10 mart 1948-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. 1980-ci ildə vəfat edib. Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.
Kamal
Kamal — kişi adı. Kamal Kılıçdaroğlu — Kamal Türklər — Kamal Abdullayev Kamal Abdullayev — professor. Kamal Abdullayev (alim) — texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi. Kamal Abdullayev (dirijor) — Kamal Abdullayev (dövlət xadimi) — Kamal Əhmədov Kamal Əhmədov — bəstəkar. Kamal Əhmədov — rəssam. Kamal Ələkbərov — Kamal paşa şirniyyatı — Kamal Seyidov — Kamal Axundov — Kamal Cəfərov — Kamal Xudaverdiyev — Kamal Sunal — Kamal Xocəndi — Kamal Quliyev — Kamal Qarani — Namiq Kamal — Yaşar Kamal — Nərmin Kamal — Mustafa Kamal Atatürk — Kamal Faruqi — Kamal Kamallı — Kamal Musayev — Yaşayış məntəqələri Ermənistan Kamal (Abaran) — Abaran mahalında kənd. Kamal (Qırxbulaq) — Qırxbulaq mahalında kənd.
Davam Ya Tamam
Davam Ya Tamam — məşhur «Deal or No Deal» teleoyununun Azərbaycan variantı. Proqram 2010-cu ildə «Space», 2016–2017-ci illərdə isə «Azad Azərbaycan» telekanalı tərəfindən istehsal edilmişdir. Proqramın «Space TV» versiyasında içərisində 0.5–10,000 AZN olan cəmi 21 qutu mövcud idi. Proqramın «ATV» versiyasında içərisində 1–30,000 AZN olan cəmi 24 qutu mövcud idi.
Tamam şud hadisəsi
Təmam şud işi, həmçinin Somerton kişisinin sirri olaraq da bilinən Avstraliyanın Adelaida şəhərinin şimalındakı Somerton çimərliyində 1948-ci ilin 1 dekabr tarixində yerli vaxtla saat 06:30-da ölü şəkildə tapılmış kişinin üstü açılmamış cinayət işi. Kişinin şalvarının gizli cibindən bir ay sonra aşkarlanmış kağız parçası çap olunmuş və fars dilində "bitdi" və ya "tamamlandı" mənasını verən təmam şud sözünün şərəfinə adlandırılmışdır. Bu parça XII əsr şairi Ömər Xəyyama aid olan şeirlər toplusu - Rübailər kitabının bir nəşrinin son səhifəsindən çırılmışdı. İşin ilkin protokollarında Təmam sözü orfoqrafik səhv nəticəsində Təman olaraq qeyd edilmiş və bu səhv tez-tez təkrarlanır. Tamam şud işi (ing. Tamam Shud case) - 1948-ci ilin 1 dekabr tarixində yerli vaxtla saat 06:30-da Avstraliyanın Adelaida şəhərində baş vermiş hadisə. Hadisə şəhərdə yerləşən Somerton çimərliyi ərazisində naməlum kişi cəsədinin tapılması ilə meydana gəlmişdir. Cəsədin üzərində şəxsiyyəti təsdiq edən heç bir sənəd aşkarlanmamışdır. 40-45 yaşlarında olan, qalın geyimli kişi cəsədinin ayaqqabılarının təmiz olması onun bura sonradan gətirildiyi ehtimalını gücləndirir. Cəsəddən götürülmüş diş və dırnaq nümunələri əsasında şəxsin ərazinin yerlisi olmadığı güman edilmişdir.
Kamal Musayev
Kamal Yusif oğlu Musayev – Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyətinin üzvü (1971– 1989) Respublikanın əməkdar hüquqşünası Musayev Kamal Yusif oğlu 10 may 1922-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1939-cu ildə Bakı şəhəri 161 saylı orta məktəbi bitirdikdən sonra V.İ.Lenin adına Tiflis Dəmiryol Mühəndisləri İnstitutuna daxil olmuşdur. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq, təhsilini yarımçıq qoyub öz xahişi ilə cəbhəyə yollanmışdır. O, uzun bir döyüş yolu keçmiş, Volxov, Leninqrad və II Pribaltika cəbhələrində vuruşmuşdur. Sovet ordusu sıralarından tərxis olunub 1945-ci ildə Bakıya qayıtdıqdan sonra Azərbaycan Dəmiryol İdarəsində şöbə rəisinin köməkçisi işləmişdir. 1946-cı ildə Kirov adına Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinə daxil olmuş və həmin universiteti 1951-ci ildə fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan SSR Ədliyyə Nazirliyinin sərəncamına göndərilmişdir. Kamal Musayev 1951 – 1953–cü illərdə 2 saylı Bakı notariat kontorunda məsləhətçi, Bakı vilayət maliyyə şöbəsində şikayətlər üzrə Baş müfəttiş işləmişdir. K.Musayev 1953-cü ildən 1960-cı ilədək ikinci dəfə Sovet Ordusu sıralarında xidmət edmişdir. Tərxis olunduqdan sonra Bakıya qayıtmış və həmin il Yardımlı rayonunun Xalq Məhkəməsinin hakimi seçilmişdir. Bacarıqlı hüquqşünas 1963-cü ildə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü seçilmişdir, 1971-ci ildən isə Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyətinin üzvü kimi çalışmışdır.
Kamal Muxtarlı
Kamal Camal oğlu Muxtarlı (3 oktyabr 1958, Qax – 27 dekabr 2020) — Qax Rayon İcra Hakimiyyətinin başçısı, Qax Şəhər Bələdiyyəsinin üzvü, Qax Şəhər Sovetinin üzvü və sədri. Kamal Muxtarlı 3 oktyabr 1958-ci ildə Qax şəhərində anadan olmuşdur.1975-ci ildə Qax şəhər 1 saylı orta məktəbi, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1975–1978-ci illərdə Qax konserv zavodunda fəhlə işləmişdir. 1978–1980-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1980–1987-ci illərdə Qax Tarix-Diyarşunaslıq Muzeyində fond müdiri vəzifəsində çalışmışdır. 1987-ci ildən Qax şəhər 2 saylı orta məktəbində tarix müəllimi, direktor müavini işləmişdir. 1993–1995-ci illərdə Turan İstehsal-Kommersiya firmasının direktoru işləmişdir. 1995-ci ilin yanvar ayından Qax Peşə Liseyinin direktoru olmuşdur. Kamal Muxtarlı 27 dekabr 2020-ci il tarixində vəfat etmişdir. O, uzun müddət şəkərli diabet xəstəliyindən əziyyət çəkmişdir.
Kamal Məmmədbəyov
Kamal Hüseynağa oğlu Məmmədbəyov (20 mart 1924 – 2 sentyabr 1997) — görkəmli SSRİ və Azərbaycan memarı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının akademiki (1993), Azərbaycan SSR əməkdar memarı (1975). Sumqayıt şəhərinin şəhərsalma və memarlıq üzrə ilk tədqiqatlar Azərbaycan alimi Kamal Məmmədbəyov tərəfindən keçirilib. Aparılan araşdırma nəticəsi sayılan çoxsaylı elmi əsərlər və monoqrafiya Sumqayıt şəhərinin memarlıq və şəhərsalma inkişafına həsr olunmuşdur. 1988-ci nəşr olunmuş kitabı Sumqayıt şəhərinin memarlığına və şəhərsalmasına həsr olunub. Sumqayıt Tarix Muzeyinin arxiv fonduna Məmmədbəyov tərəfindən böyük həcmdə yaradılmış qrafiki-illüstrativ material təmənnasız bağışlanmışdır. Tofiq Məmmədbəyovun və Leyla Məmmədbəyovanın qardaşıdır.
Kamal Məmmədov
Kamal Şamil oğlu Məmmədov (30 iyul 1998; Qullar, Balakən rayonu — 16 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Kamal Məmmədov 1998-ci il iyulun 30-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2004-2015-cı illərdə S.Vurğun adına Qullar kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma və robototexnika” fakültəsində təhsil alıb. Subay idi. Kamal Məmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2019-2020-ci illərdə Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kamal Məmmədov oktyabrın 16-da Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Kamal Qarani
Mustafa Kamal Karan və ya Kamal Qarani (1923, Amasya – 2008, Ankara) — Türkiyə Böyük Millət Məclisinin deputatı, Cümhuriyyət Xalq Partiyasının üzvü, iş adamı, təsərrüfatçı. Hacı Mahmud Əfəndinin nəvəsidir. Azərbaycan əsilli Kamal Məhəmməd oğlu Karan 1923-cü ildə Osmanlı İmperiyasının Amasya şəhərində anadan olmuşdur. İstanbul İqtisadiyyat və Ticarət Universitetinin Diplomatiya və Beynəlxalq əlaqələr ixtisasını bitirmişdir. Universiteti bitirdikdən sonra Türkiyə ordusunda xidmət etmişdir. Təbiət etibarilə məqsəd yönlü şəxs idi. Elmli, siyasi məsələləri bilən, dəyanətli və müdrik bir siyasətçi idi. Atası Məhəmməd Əfəndi Türkiyənin siyasi həyatında da yaxından iştirak edərək, Mustafa Kamal Atatürklə görüşmüş və hətta oğlunun da adını böyük öndərə hörmət əlaməti kimi Kamal qoymuşdur. Təqaüdə çıxdıqdan sonra Ankarada yaşamışdır. 2008-ci ildə Ankara şəhərində vəfat etmişdir.
Kamal Quliyev
Kamal Quliyev — Azərbaycan futbolçusu, məşqçi. Kamal Quliyev Sumqayıt futbol məktəbinin yetirməsidir.
Kamal Qılıncdaroğlu
Kamal Kılıçdaroğlu (türk. Kemal Kılıçdaroğlu; 17 dekabr 1948, Nazimiyə[d], Türkiyə) — Türk siyasətçi və keçmiş dövlət məmuru. Cümhuriyyət Xalq Partiyasının sədri və Türkiyə Ana Müxalifət lideri (2010-cu ildən). Türkiyə Böyük Millət Məclisinin 22, 23, 24, 25, 26 və 27-ci çağırış millət vəkili, Türkiyədə prezidentliyə sabiq namizəd (2023). 1971-ci ildə əmək fəaliyyətinə Türkiyə Maliyyə Nazirliyində mühasib köməkçisi kimi başlamışdır. 1983-cü ildə Gəlirlər Baş İdarəsinə şöbə müdiri təyin edilmiş, burada idarə rəisinin müavini vəzifəsinə qədər yüksəlmişdir. Daha sonra sosial sığorta sahəsində işləmiş, Hacəttəpə Universitetində müəllim, İş Bankında idarə heyətinin üzvü olmuşdur. 1999-cu ildən başlayaraq bir müddət Demokratik Sol Partiya ilə əməkdaşlıq etmişdir. 2002 və 2007-ci illərdə İstanbuldan Cümhuriyyət Xalq Partiyası siyahısı ilə Türkiyə Böyük Millət Məclisinin millət vəkili seçilir. 2007-ci ildən o, həmçinin Türkiyə Böyük Millət Məclisində Dəniz Baykalla birlikdə CXP fraksiyasının həmsədri olmuş və bu vəzifəni 17 may 2010-cu il tarixinə qədər icra etmişdir.
Kamal Qәliәsgәr
Kamal Qəliəsgər (Qəliəskər Kamaləddinov; 6 yanvar 1879, Kazan – 16 iyun 1933, Kazan) — tatar sovet yazıçısı, ictimai xadim.
Kamal Seyidov
Kamal Mirhəbib oğlu Seyidov (5 mart 1934) — səs operatoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2000). Kamal Mirhəbib oğlu Seyidov 5 mart 1934-cü ildə anadan olub. Leninqrad Kino Mühəndisləri İnstitutundan məzun olub (1966). 30-a yaxın filmin dublyajında, 70-dən çox filmin səs operatoru olmuş və "Mozalan" jurnalının bir çox süjetlərində işləyib. Azərbaycanın əməkdar mədəniyyət işçisi (18 dekabr 2000) Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafat (2016) Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968) (qısametrajlı sənədli film) Uşaqlığın son gecəsi (film, 1968) (tammetrajlı bədii film) Şərikli çörək (film, 1969) (tammetrajlı bədii film) Aslan və iki öküz (film, 1970) (cizgi filmi) Ayı və siçan (film, 1970) (cizgi filmi) Bizim 416 (film, 1970) (qısametrajlı sənədli film) Mənim Xəzərim (film, 1970) (qısametrajlı sənədli film) Gün keçdi (film, 1971) (tammetrajlı bədii film) Tülkü həccə gedir (film, 1971) (cizgi filmi) Xatirələr sahili (film, 1972) (tammetrajlı bədii film) Mahnı qanadlarında (film, 1972) (tammetrajlı musiqili film) Bizim küçənin oğlanları (film, 1973) (tammetrajlı bədii film) Bulud niyə ağlayır? (film, 1973) (cizgi filmi) Cırtdanın yeni sərgüzəşti (film, 1973) (cizgi filmi) Dağlarda işıq (film, 1973) (qısametrajlı sənədli film) Dənizə çıxmaq qorxuludur (film, 1973) (qısametrajlı bədii film) Baladadaşın ilk məhəbbəti (film, 1974) (qısametrajlı bədii film) Pıspısa xanım və Siçan bəy (film, 1974) (cizgi filmi) Şahzadə-qara qızıl (film, 1974) (cizgi filmi) Maestro Niyazi (film, 1975) (qısametrajlı sənədli film) Şah və xidmətçi (film, 1976) (cizgi filmi) Ürək... Ürək... (film, 1976) (tammetrajlı bədii film) Kirpi balası və alma (film, 1977) (cizgi filmi) Sevinc buxtası (film, 1977) (tammetrajlı bədii film) Toplan və kölgəsi (film, 1977) (cizgi filmi) Arvadım mənim, uşaqlarım mənim (film, 1978) (kinoalmanax) Dissonans (film, 1978) (qısametrajlı sənədli film) Qara Qarayev-60 (film, 1978) (qısametrajlı sənədli film) Sirk mənim həyatımdır (film, 1978) (qısametrajlı sənədli film) Sonrakı peşmançılıq (film, 1978) (cizgi filmi) Vahid bayraq altında (film, 1978) (qısametrajlı sənədli film) Diplom işi (film, 1979) (qısametrajlı bədii film) Sehrlənmiş küpə (film, 1979) (cizgi filmi) Yarımçıq qalmış mahnı (film, 1979) (tammetrajlı bədii film) Xeyir və Şər (film, 1980) (cizgi filmi) Qızıl uçurum (film, 1980) (tammetrajlı bədii film) Vah!.. (film, 1980) (qısametrajlı bədii film) Əgər sən romantikanın ünvanını axtarırsansa...
Kamal Sulaoğlu
Kamal Sulaoğlu və ya Kamal Zəki Sulaoğlu (türk. Kemal Zeki Sulaoğlu) — Türkiyə jurnalisti, yazıçısı və qeyri-hökumət təşkilatı meneceri. Xüsusilə Bursadakı nəşriyyat fəaliyyəti ilə tanınır.
Kamal Sunal
Əli Kamal Sunal (11 noyabr 1944, İstanbul – 3 iyul 2000, İstanbul ) — Türkiyənin məşhur teatr və kino aktyoru. Komediya janrında filmləri ilə məşhur olmuşdur. Xalq arasında əsasən Şaban adı ilə tanınır. Yaradıcılıq fəaliyyəti dövründə 82 filmdə oynamışdır. Sənətkar öz profilinin, oynadığı obrazlara görə fərqli olduğunu bu sözlərlə bildirir: Əli Kamal Sunal 1944-cü il noyabr ayının 11-də İstanbulda anadan olmuşdur. Türk teatr oyunçusu, komediya oyunçusu, film sənətkarı və yazıçı. Türk film sənətinin böyük komediya oyunçusu və film oyunçularından biri olaraq qəbul edilən Kamal Sunal, oynadığı rollarla türk film sənətinə yeni bir canlanma gətirdi. Oynadığı filmlərdə əsasən, saf, şanslı, təmiz qəlbli xarekterləri canlandırmışdır. Filmlərinin çəkilişindən illər sonra belə böyük bir maraqla izlənmişdir. İstanbul Kiçikbazar səmtində doğulan aktyorun atası Mustafa Sunal, anası Səimə Sunaldır.
Kamal Talıbzadə
Kamal Talıbzadə (tam adı: Kamal Abdulla Şaiq oğlu Talıbzadə; 14 avqust 1923, Bakı – 19 yanvar 2006, Bakı) — tənqidçi, ədəbiyyatşünas, 1952-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1965), professor (1972), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1980), Azərbaycanın Əməkdar Elm xadimi (1982), Azərbaycanın Əməkdar Maarif xadimi (1983), Azərbaycan Dövlət mükafatı laureatı (1986), Müstəqil Azərbaycan Respublikasının "Şöhrət ordeni" (1998), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) (1989), Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri Abdulla Şaiqin oğlu. Kamal Talıbzadə 1923-cü il 14 avqustda Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini burada alan K.Talıbzadə sonralar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş və 1945-ci ildən etibarən Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlamışdır. Müharibə illərində Azərbaycan Radio komitəsində ştatdankənar müxbir olmuş, 1948-ci ildə o, aspirantura təhsilini başa vuraraq "Abbas Səhhətin həyat və yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1949–1952-ci illərdə İstitutda baş elmi işçi, 1952–1960-cı illərdə XIX-XX əsrlər şöbəsinin müdiri, 1960–1981-ci illərdə elmi işlər üzrə direktor müavini, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmiş, 1980–1986-cı illərdə tənqid tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, 1987–1994-cü illərdə yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri vəzifələrində çalışmışdır. 1991-ci ildən Abdulla Şaiq mənzil muzeyinin təşkilatçısı və direktoru olmuş, 1994-cü ildən isə AMEA-nın məsləhətçisi kimi işləmişdir. 1950-1952-ci illərdə BDU-da, 1984–1986-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Yeni dövr Azərbaycan ədəbiyyatı və tənqid tarixindən dərs demişdir. 1965-ci ildə Azərbaycan ədəbi tənqidinin tarixi və inkişaf xüsusiyyətləri ilə bağlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən K.Talıbzadə 1957–1966-cı illərdə "Müasir dövrdə dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları" respublika Əlaqələndirmə Şurasının sədr müavini, 1966–1971-ci illər sədri, 1968-ci ildə müvəqqəti olaraq institutun direktoru, 1973–1974-cü illər AMEA Rəyasət Heyətinin nəzdində olan elmi kadrların hazırlığı şurasının və ictimai elmlər üzrə elmi məlumat mərkəzi elmi şurasının üzvü, 1960–1981-ci illər institutun elmi Şurasının, doktorluq və namizədlik elmi şuralarının sədr müavini olmuşdur. O, 1954-cü ildən Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin, 1965–1976-cı illərdə isə Rəyasət heyətinin üzvü olmuş, K.Talıbzadə müxtəlif illərdə "Azərbaycan" jurnalı və Azərbaycan KP MK-nın orqanı olan "Azərbaycan kommunisti" jurnalının (1971–1978) redaksiya heyətində, 1980–1987-ci illərdə Sovet Türkoloqları komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir. 1972-ci ildə professor seçilmişdir.
Kamal Türklər
Kamal Türklər — İnqilabçı İşçi Peşələri Konfederasiyası qurucusu və ilk ümumi başçısı. İşçi sinifinin əhəmiyyətli kəslərindən Kamal Türklər, 1926-cı ildə Dənizlidə, yoxsul bir ailənin ilk uşağı olaraq doğuldu. Yoxsulluqla keçən bir ibtidai məktəb çağından sonra, gənc yaşda həyatını dərzi çırağı olaraq işə başladı. Daha sonra köynək ustalığı, ayaqqabıçı çıraklığı kimi müxtəlif işlərdə çalışdı. Bu dövrdə, işçi haqqlarıyla əlaqədar fikirləri şəkilləndi. 1944-cü ildə liseydən məzun olan Türklər, ehtiyat zabit olaraq əsgərliyini etdi və 1946-cı ildə tamamladı. Dənizlinin Tavas mahalında bir il dövlət məmuru olaraq vəzifə yerinə yetirdi. 1947-ci ildə İstanbul Hüquq Fakültəsinə kaydoldu. Bu dövrdə həyatını Bakırköy Emayetaş fabrikində işçilik edərək qazandı. Sendikal həyatı da bu iş sayəsində başladı.
Kamal Təbrizi
Kamal Təbrizi - azərbaycanlı məşhur kinorejissor. 1959-cu ildə Tehran şəhərində anadan olmuşdur. O, anadan olmamışdan əvvəl valideynləri Təbriz şəhərindən Tehran şəhərinə köçmüşdü. Yeni üzə çıxan şəkillərə əsasən demək olar ki, 1979-cü ildə Tehrandakı ABŞ səfirliyinin işçiləri əsir götürülən zaman Kamal Təbrizi orada fotoqraf və jurnalist kimi fəaliyyət göstərmişdir. Kamal Təbrizi Tehran İncəsənət Universitetinin Film və Teatr fakültəsini bitirmişdir.
Kamal Xarazi
Kamal Xarazi-20 Avqust 1997 - 24 Avqust 2005-ci il tarixləri arasında İranın Xarici İşlər Naziri olan islahatçı siyasətçi və diplomatdır.
Kamal Xocəndi
Kamaləddin Məsud Xocəndi və ya Kamal Xocəndi (fars. کمال خجندی‎) (1321, Xücənd – 1400, Təbriz, قاراقویونلولار‎) — tacik şair. Kamal Xocəndi 1321-ci ildə Xocənddə anadan olub. 1385-ci ildə Məkkəyə həccə gedib, həmin il Toxtamış tərəfindən əsir götürülüb, Saraya aparılıb. 5 il sonra vəfat edib, Təbrizdə basdırılıb. Şairin məzarı Təbrizdə, Abbasi və Beylankı küçələrində yerləşən 2-Kamal məzarlığında (Kamal parkında) Kəmaləddin Behzadın məzarının yanındadır. Məzarın üstünə 1996-cı ildə Kamal Xocəndinin heykəli də ucaldılıb. 14000 beytdən ibarət divanı qalmışdır. Divanın orijinal və köçürmə nüsxələri Bakıda, Daşkənddə, Düşənbədə, Sankt Peterburqda və Londonda saxlanılır. Fars və dari dillərində yazmışdır.
Kamal Xodov
Kamal Xodov (26 yanvar 1941, Batako[d], Şimali Osetiya MSSR – 24 iyun 2021) — Sovet şairi, tərcüməçi və ədəbiyyatşünas. Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasının xalq şairi. 1970-ci ildə Kamal Xodov M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirir. Regional qəzetlərin redaksiyaları ilə əməkdaşlıq edir, Şimali Osetiya televiziya studiyasının baş redaktoru, on ildən çox Max duq jurnalının tənqid və jurnalistika şöbəsinə rəhbəri, sonra redaktor vəzifələrində çalışır. "İr" kitab nəşriyyatının müdiri işləyir. 1985-ci ildən Kamal Xodovv Şimali Osetiya Dövlət Dram Teatrının direktoru, eyni zamanda ədəbi Osetiya almanaxının baş redaktoru olur. 1989-1990-cı illərdə Kamal Xodov Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası Dövlət Nəşriyyat, Çap və Kitab Ticarəti Komitəsinin sədri işləyir. 1990-cı ildə Şimali Osetiya MSSR Yazıçılar Birliyinin sədri olur. 1966-cı ildən Sovet İttifaqı Kommunist Partiyası, 1972-ci ildən isə SSRİ Yazıçılar Birliyinin üzvü olur 1962-ci ildə Kamal Xodovun şeirlərindən ibarət "Səhər ulduzu" adlı gənc müəlliflər toplusu nəşr olunur və 1966-cı ildə "Çörək və duz" adlı ilk poetik kitabı işıq üzü görür. 1970-ci ildə Xodovun "Osetin mahnısı eşidilir" adlı ikinci şeirlər toplusu dərc olunur.
Kamal Xudaverdiyev
Kamal Ağahüseyn oğlu Xudaverdiyev (3 may 1938 – 23 aprel 2008) — Azərbaycan Respublikasının xalq artisti (1991). Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından biri. Kamal Xudaverdiyev aktyor kimi geniş mənada lirik psixoloji üslublu məktəbin nümayəndəsi idi. Aktyor ən parlaq rollarını məhz həmin janrlı əsərlərin tamaşalarında qazanıb. Xudaverdiyev Kamal Ağahüseyn oğlu 3 may 1938-ci ildə Bakıda doğulub. 1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülüb. Arada qısa fasiləni çıxmaqla yalnız Akademik teatrda işləyib. Bu illər ərzində aşağıdakı rolları oynayıb: Raul («Orlean qızı» Fridrix Şiller), Fərman («Yalan» Sabit Rəhman), Lətif («Söz yarası» Qeybulla Rəsulov), Aslan («Kəndçi qızı» Mirzə İbrahimov), Laert («Hamlet» Vilyam Şekspir), İbad («Almaz» Cəfər Cabbarlı), Aslan («Kəndçi qızı», Mirzə İbrahimov), Otar («Qəribə oğlan»), Kamandar («Bağlardan gələn səs»), Kərim bəy («Tənha iydə ağacı»), Knyaz («Xurşidbanu Natəvan», İlyas Əfəndiyev), Maqduf («Maqbet», Vilyam Şekspir) Kral Lir («Kral Lir», Vilyam Şekspir), Denni («Qızıl», Y.O`Nil), Sezar («Kölgələrin oyunu», Y. Edlis), Şah Edip («Şah Edip», Sofokl), Çingizxan («Sokratı anma gecəsi», Ç. Aytmatov və M. Şahanov), Loğman («Yollara iz düşür»), Ulu əcdad («Hara gedir bu dünya?»), Salman Tahirov («Cəzasız günah»), Aqşin («Dar ağacı», Bəxtiyar Vahabzadə), Süpürgəçi («Ah Paris.. Paris…», Elçin), Murtuza Muxtarov («Mesenat», Əli Əmirli). Aktyor teatrdan əlavə Azərbaycan Dövlət Televiziyasında da hazırlanan tamaşalarda çoxlu obrazlar ifa etmişdir: İlyas Əfəndiyevin «Atayevlər ailəsində» (İldırım), Ənvər Məmmədxanlının «Şərqin səhəri» (Cavanşir bəy), Mehdi Hüseynin «Alov» (Qaşqay), Əlibala Hacızadənin «Yadigar» (Müəllim), Nazim Hikmətin «Bayramın son günü» (Firuz) və «Şöhrət və ya unudulan adam» (doktor), Elçin Mehrəliyevin «Yurd yeri» (Mahal kişi), Müxtəlif illərdə «Azərbaycanfilm» kinostudiyasında «İstintaq davam edir» (Çingizov), «Ən vacib müsahibə» (Həsənov), «Dağlarda döyüş» (Rüstəmov), «Nəsimi» (Yusif), «Abşeron» (Əli), «Üzü küləyə» (kombinat müdiri), «Adanı özünlə apara bilməzsən» (ata), «Otel otağı» (alim), «Dədə Qorqud» (ata) filmlərində xaraktercə fərqli obrazlara çəkilib.
Kamal İbrahimov
Kamal İbrahimov (29 noyabr 1973, Bakı, Azərbaycan SSR, SSRİ) — "Baku Steel Company" QSC-nin Baş direktoru və "Qala Həyat Sığorta" ASC və "Qala Sığorta" şirkətlərinin Direktorlar Şurasının sədri, iqtisad elmləri namizədi. Kamal İbrahimov 29 noyabr 1973-cü ildə Bakı şəhərində anadan olub. Atası İbrahimov Mirsahib, anası isə Səadət Qəndilovadır. Ailəlidir, üç övladı var. 1980–1990-cı illərdə Bakı şəhəri, 134 saylı orta məktəbdə təhsil alıb və təhsilini gümüş medalla başa vurub. 1990–1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "İstehsalın iqtisadiyyatı və idarə edilməsi" fakültəsində ali təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1995–1999-cu illərdə ADİU-da aspirantura pilləsi üzrə təhsil alıb, 2000-ci ildə dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yüksəlib. 2016-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və maliyyə institutları" kafedrasında elmlər doktoru proqramı üzrə doktorantura təhsili alıb. 1995 −1997 — illərdə Bakı şəhəri, Yasamal rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi vəzifəsində çalışıb. 1997–2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyinin İri Vergi Ödəyiciləri ilə İş üzrə İdarəsində dövlət vergi müfəttişi, daha sonra böyük dövlət vergi müfəttişi vəzifələrində işləyib.
Kamal Əbilov

Digər lüğətlərdə