TAMAM

I. s. perfect, total, quite; ~ yad adam perfect / total stranger; ~ axmaq perfect idiot; ~ çılpaq quite naked; ~ doğru quite right; Siz tamam haqlısınız You are quite right

II. z. perfectly, totally, absolutely; ~ doğru danışmaq to speak* absolutely true; Mən tamam qane oluram I am perfecly satisfied; Mən sizinlə tamam razıyam I totally agree with you

TAMAHSIZLIQ
TAMAM-DƏSGAH
OBASTAN VİKİ
Tamam Cəfərova
Tamam Cəfərova (azərb. Tamam Şaməmməd qızı Cəfərova‎; 5 aprel 1959, Bakı) — Tarix elmləri namizədi, dosent, VI çağırış Milli Məclisin Şamaxıdan seçilən deputatıdır. Tamam Şaməmməd qızı Cəfərova 1959-cu il aprelin 5-də Bakı şəhərində anadan olub. 1976-cı ildə Bakı şəhəri, 180 saylı orta məktəbi qızıl medalla bitirib. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən gənclərin Azərbaycandan kənarda təhsili proqramı çərçivəsində 1976-cı ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsinə daxil olub. 1981-ci ildə Moskva Dövlət Universitetini bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1987–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) aspiranturasında əyani təhsil alıb. 1991-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, tarix elmləri namizədi elmi adına layiq görülüb. 1996-cı ildən dosent vəzifəsində çalışır. 2007-ci ilə qədər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Siyasi Tarix" kafedrasında, 2007-ci ildən 2019-cu ilin fevral ayına qədər Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və iqtisadiyyat" fakültəsinin "Diplomatiya və müasir inteqrasiya prosesləri" kafedrasında dosent vəzifəsində çalışıb.
Tamam Əliyeva
Tamam Əliyeva (1903, Şərur-Dərələyəz qəzası – 16 avqust 1980, İliç rayonu) — Pambıqçı,Naxçıvanın əmək qabaqcılı,Sosialist Əməyi Qəhrəmanı. Tamam Əliyeva 1903-cü ildə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının (indiki Şərur rayonu) Yengicə (hazırda Azərbaycan Naxçıvan MR Şərur rayonu Yengicə kənd.).kəndində anadan olmuşdur. 1938-ci ildə Şərur rayonunda yerləşən "Sosializm" kolxozunda Manqabaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1947-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur.SSRİ Ali Sovetinin 10 mart 1948-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. 1980-ci ildə vəfat edib. Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.
Davam Ya Tamam
Davam Ya Tamam — məşhur «Deal or No Deal» teleoyununun Azərbaycan variantı. Proqram 2010-cu ildə «Space», 2016–2017-ci illərdə isə «Azad Azərbaycan» telekanalı tərəfindən istehsal edilmişdir. Proqramın «Space TV» versiyasında içərisində 0.5–10,000 AZN olan cəmi 21 qutu mövcud idi. Proqramın «ATV» versiyasında içərisində 1–30,000 AZN olan cəmi 24 qutu mövcud idi.
Tamam şud hadisəsi
Təmam şud işi, həmçinin Somerton kişisinin sirri olaraq da bilinən Avstraliyanın Adelaida şəhərinin şimalındakı Somerton çimərliyində 1948-ci ilin 1 dekabr tarixində yerli vaxtla saat 06:30-da ölü şəkildə tapılmış kişinin üstü açılmamış cinayət işi. Kişinin şalvarının gizli cibindən bir ay sonra aşkarlanmış kağız parçası çap olunmuş və fars dilində "bitdi" və ya "tamamlandı" mənasını verən təmam şud sözünün şərəfinə adlandırılmışdır. Bu parça XII əsr şairi Ömər Xəyyama aid olan şeirlər toplusu - Rübailər kitabının bir nəşrinin son səhifəsindən çırılmışdı. İşin ilkin protokollarında Təmam sözü orfoqrafik səhv nəticəsində Təman olaraq qeyd edilmiş və bu səhv tez-tez təkrarlanır. Tamam şud işi (ing. Tamam Shud case) - 1948-ci ilin 1 dekabr tarixində yerli vaxtla saat 06:30-da Avstraliyanın Adelaida şəhərində baş vermiş hadisə. Hadisə şəhərdə yerləşən Somerton çimərliyi ərazisində naməlum kişi cəsədinin tapılması ilə meydana gəlmişdir. Cəsədin üzərində şəxsiyyəti təsdiq edən heç bir sənəd aşkarlanmamışdır. 40-45 yaşlarında olan, qalın geyimli kişi cəsədinin ayaqqabılarının təmiz olması onun bura sonradan gətirildiyi ehtimalını gücləndirir. Cəsəddən götürülmüş diş və dırnaq nümunələri əsasında şəxsin ərazinin yerlisi olmadığı güman edilmişdir.
Davam Ya Tamam (veriliş, 2010)
Davam Ya Tamam — məşhur «Deal or No Deal» teleoyununun Azərbaycan variantı. Proqram 2010-cu ildə «Space», 2016–2017-ci illərdə isə «Azad Azərbaycan» telekanalı tərəfindən istehsal edilmişdir. Proqramın «Space TV» versiyasında içərisində 0.5–10,000 AZN olan cəmi 21 qutu mövcud idi. Proqramın «ATV» versiyasında içərisində 1–30,000 AZN olan cəmi 24 qutu mövcud idi.
Nüvə Silahlarının Tamamilə Aradan Qaldırılması üçün Beynəlxalq Kampaniya
Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya (ing. : International Campaign to Abolish Nuclear Weapons-ICAN), 2007-ci ildə Melbourne, Avstraliyada yaradılmış və Nüvə Silahlarının Qadağası Müqaviləsinin icrası üçün fəaliyyət göstərən beynəlxalq mülki koalisiya. ICAN 2007-ci ildə fəaliyyətə başlamış və 2019-cu ilə kimi 103 ölkədə 541 tərəfdaş təşkilatı özündə birləşdirmişdir.
On’a tamamlama
On’a tamamlama – ten’s complement ~ дополнение до десяти ~ on'a tümler ~ on’a tamamlama – onluq say sistemində başqa bir ədədin dəqiq tamamlayıcısı olan ədəd. Tamamlayıcı ədəd ya verilmiş ədədin hər bir rəqəmini say sisteminin əsasından 1 vahid az olan ədəddən çıxmaq və nəticəyə 1 əlavə etməklə, ya da verilmiş ədədi say sisteminin əsasının növbəti qüvvətindən çıxmaqla alınır. Məsələn, 25 ədədinin on’a tamamlaması 75-dir və bu ədəd ya 25-in hər bir rəqəmini 9-dan (ədədin olduğu say sisteminin əsasından 1 vahid az olan ədəddən) çıxmaq (9 – 2 = 7, 9 – 5 = 4) və nəticəyə 1 əlavə etməklə alınır (74 + 1 = 75), ya da 25 ədədini say sisteminin əsasının növbəti qüvvətindən çıxmaqla alınır (100 – 25 = 75). İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tamamlama əməliyyatı
Tamamlama əməliyyatı — maşınqayırmada tətbiq olunan finiş əməliyyatı olub, yüksək dəqiqilik və təmizlik tələb olunan hissələrin səthlərinin son emalında tətbiq taır. Tamamlama əməliyyatında emal olunan səthin xüsusiyyətlərinə təsir etmək üçün müxtəlif üsullardan istifadə edilir. Buraya kəsmə ilə mexaniki, elektrokimyəvi və elektrofiziki emal üsulları daxildir. Ən geniş yayılmış nazik emal payı çıxartmaqla işləyən yonma, frezləmə, şevinqləmə, pardaqlama, sürtmə və çatdırma, cilalama, honalama və superfinişləmə üsullarıdır. Bundan əlavə yonqar çıxartmamaqla, səthin soyuq halda təzyqi altında emalı: diyirləmə, döymə və s. tətbiq olunur. Həmçinin səthin keyfiyyətini artırmaq məqsədilə diyircəklə sığallama üsullarından istifadə edilir. Bu üsullarda səthdə olan nahamarlıqlar əzilərək kiçildilir və müəyyən dərəcədə baş verən plastik deformasiya sayəsində səthin bərkliyi artır. Elektrofiziki və elektrokimyəvi üsulları çox vaxt kəsmə ilə çox çətin emal olunan və mürəkkəb həndəsi formaya malik olan hissələrin səthlərinin finiş olunmasında istifadə eidlir. Buraya anod-mexaniki emal, elektro-qığılcımlı emal, elektroimpuls üsullarını göstərmk olar.
Tamamlayıcı metal-oksid yarımkeçirici
Tamamlayıcı metal-oksid yarımkeçirici (CMOS — complementary metal-oxide semiconductor) – bir silisium kristalında yerləşdirilmiş N- və P-tipli iki MOY-tranzistordan (METAL-OXIDE SEMICONDUCTER FIELD EFFECT TRANSISTOR, MOSFET) ibarət olan yarımkeçirici qurğu. Adətən, operativ yaddaş qurğularında və kommutasiya vasitələrində istifadə olunan belə qurğular üçün çox yüksək və enerjidən istifadənin çox aşağı səviyyəsi səciyyəvidir. Ancaq onlar statik elektrik yüklərinin təsirinə qarşı çox zəifdir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. "BIOS" və "CMOS" Arxivləşdirilib 2017-06-15 at the Wayback Machine CMOS Nə Deməkdir?
Tamamlı
Tamamlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.
Tamamlıq
Tamamlıq — ikinci dərəcəli cümlə üzvlərindən biri. Adlıq və yiyəlik hallarından başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi? nəyi? nə? kimə? nəyə? kimdə? nədə? kimdən?
Tamamlıq budaq cümləsi
Tamamlıq budaq cümləsi ya baş cümlənin olmayan tamamlığı əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunan tamamlığı izah edir. Kimi? nəyi? kimə? nəyə? kimdə? nədə? kimdən? və s. suallarından birinə cavab verir.
Tamamşyan quşarmudu
Tamamşyan quşarmudu (lat. Sorbus tamamschjanae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Qafqazda təbii halda yayılmışdır. Hündürlüyü 2–5 m-ə çatan kol və ya alçaqboylu ağacdır. Yarpaqları yumurtavari və ya ellipsvari olub, 2,5–9 sm uzunluqda, 1,5–5 sm enindədir, qaidəyə yaxın hissəsi pazvari daralmışdır, uc hissəsi isə kütdür. Üst səthi tünd yaşıl, çılpaq, alt səthi isə sıx boz və ya ağımtıl keçətükcüklüdür. Kənarı kiçik dişcikli olub, kifayət qədər dərin qısa dilimlidir. Yan damarlarının sayı 7–9 cütdür. Çiçək qrupu çoxçiçəkli qalxanvaridir. Çiçək saplağı ilk vaxtlar tükcüklü olub, sonralar çılpaqlaşır.
Sorbus tamamschjanae

Avto-tamamlama
Avtotamamlama və ya avtodoldurma — tətbiqin istifadəçinin yazdığı sözün qalan hissəsini təxmin etdiyi xüsusiyyət. Android və iOS smartfonlarında buna "təxmin edilən mətn" deyilir. Qrafik istifadəçi interfeyslərində istifadəçilər adətən təklif edilən mətni qəbul etmək üçün tab düyməsini və ya bir neçəsi arasından birini seçmək üçün aşağı ox düyməsinə basa bilərlər. Avtomatik tamamlama mətn daxiletmə sahəsinə bir neçə simvol daxil edildikdən sonra istifadəçinin daxil etmək niyyətində olduğu sözü düzgün təxmin etdikdə insan-kompüter qarşılıqlı əlaqəsini sürətləndirir. O, məhdud sayda mümkün sözlər olan yerlərdə (məsələn əmr sətrində), daha ümumişlək sözlər istifadə olunduqda (məsələn, e-poçt yazarkən) və ya strukturlaşdırılmış və təxmin edilə bilən mətnin yazılmasında (mənbə kodu redaktorlarında olduğu kimi) daha yaxşı işləyir. İstifadəçilər sözləri bir neçə dəfə yazdıqdan sonra bir çox avtomatik tamamlama alqoritmləri həmin sözləri öyrənir və istifadəçinin öyrənilmiş vərdişləri əsasında alternativlər təklif edə bilir. == İzahı == === Əsas məqsəd === Sözlərin təxmin edilməsi proqramının ilkin məqsədi fiziki qüsurlu insanlara yazma sürətini artırmaqda kömək etmək, həmçinin bir sözü və ya cümləni tamamlamaq üçün basılacaq düymələrin sayını azaltmağa kömək etmək idi. Sürətin artırılması zərurəti, nitq aparatlarından istifadə edən insanların şifahi nitqdən istifadə edən insanlardan 10%-dən az sürətlə nitq istehsal etməsi ilə yaranır. Lakin bu funksiya mətn yazan hər kəs, xüsusən də texniki və ya tibbi xarakter daşıyan uzun, çətin terminologiyadan tez-tez istifadə edən həkimlər kimi insanlar üçün çox faydalıdır. === Açıqlama === Avtomatik tamamlama və ya sözü tamamlama sözün ilk hərfi və ya hərfləri yazıldıqda proqramın bir və ya bir neçə mümkün sözü təxmin edə bilməsidir.
Avtomatik tamamlama

Digər lüğətlərdə