tanımaza-görməzə
tanınmaq
OBASTAN VİKİ
Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasının bayram edilməsi
Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınması münasibətilə Hökumətin qərarı ilə keçirilmiş bayram tədbirləri. == Arxa fon == Paris Sülh Konfransının Ali şurası tərəfindən 1920-ci il, yanvarın 11-də Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə yanvarın 14-də Bakıda və ölkənin digər bölgələrində təntənəli bayram mərasimləri keçirilmişdi. == Bayram tədbirləri == Nazirlər Şurasının qərarı ilə fabrik-zavod sahiblərinə tapşırılmışdı ki, Azərbaycan istiqlaliyyətinin təsdiq edilməsi münasibətilə xalq bayramında iştirak etmək üçün maaşları saxlanılmaqla bütün fəhlə və qulluqçular həmin gün işdən azad edilsinlər. Hökumət, eyni zamanda, bayram tədbirlərinin proqramını da elan etmişdi: Səhər saat 11-də Təzəpir məscidində dualar oxunmalı, saat 12-də Parlamentin təntənəli iclası açılmalı, saat 13 də Hürriyət meydanında Milli Ordunun rəsmi keçidi olmalı, saat 14-də Xarici İşlər Nazirliyində təbriklər qəbul edilməli idi. Bundan əlavə, şəhərətrafı qatarların səhər saat 7-dən 11-ə kimi və gündüz saat 3-dən axşama qədər camaatı pulsuz daşıması və gecə vaxtı paytaxtın çıraqban edilməsi barədə də sərəncam verilmişdi. Proqrama əsasən, başda Nazirlər Şurasının sədri olmaqla Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nazirləri, Parlament üzvləri, şəhər üləması Təzəpir məscidində toplandı. Şeyxülislam bayram xütbəsini oxuduqdan sonra təntənəli surətdə elan etdi: Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli: Xarici İşlər Naziri Fətəli xan Xoyski: Məhəmməd Əmin Rəsulzadə: Bakı bayram libası geyinmişdi. Hətta, erməni vandallarının yandırdığı İsmailiyyə belə bayraq və şüarlarla bəzədilmişdi. Hər tərəfdən musiqi sədaları ucalırdı. Milli bayraqlarla bəzədilmiş avtomobillər küçələrdə şütüyür, aktyorlar milli və tarixi geyimlərdə keçmişi canlandırırdılar.
Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin böyük dövlətlər tərəfindən tanınması münasibətilə güzəştlər haqqında qanun
Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin böyük dövlətlər tərəfindən tanınması münasibətilə güzəştlər haqqında qanun - Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə de-fakto tanınması münasibətilə həyata keçirilmiş humanizm aktı. == Qanunun qəbul edilməsi == Bu barədə qanun 1920-ci ilin fevral 9-da Azərbaycan parlamenti tərəfindən qəbul edilmişdir. Qanuna əsasən, 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyinin Antanta ölkələri tərəfindən de-fakto tanınması münasibətilə, cinayət törətmiş şəxslər və vergiödəyənlər barəsində müəyyən əsaslarla güzəştlər elan edilmişdi. Üç hissədən (ümumi, hərbi və vergilər) ibarət olan qanun Azərbaycanda yaşayan əcnəbilərə də şamil olunurdu. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin tanınması == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Balı, 2004.
Azərbaycan Xalq Cümhuriyyətinin tanınması
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi istiqlal bəyannaməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilmiş, Hökumət başçısı Fətəli xan Xoyski bu barədə radioteleqrafla xarici dövlət başçılarına məlumat vermişdi. İyun ayının 4-də Türkiyə ilə dövlətlərarası müqavilə imzalanmışdı. Cümhuriyyət daxili və xarici siyasət sahəsində qızğın fəaliyyətə başlamışdı. 1918-ci il oktyabrın 30-da bağlanmış Mudros barışığına görə Azərbaycanı tərk edən Osmanlı qoşunları əvəzinə, noyabrın 17-də ingilis qoşunları Bakıya daxil olmuşdu. İngilis hərbi komandanlığı dekabrın 28-də bundan iki gün əvvəl yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yeni Hökumətini tanıdığını bəyan etmişdi. Təbriz, Xoy, Ənzəli, Batum, Kiyev, Aşqabad və b. şəhərlərdə, Krımda Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri açılmışdı. Bakıda isə Gürcüstan, İran, Belçika, ABŞ, İngiltərə və b. dövlətlərin rəsmi nümayəndəlikləri fəaliyyət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918-ci il 7 dekabr tarixli qərarı ilə Parisə Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun başçılığı ilə tam səlahiyyətli və geniş hüquqlara malik olan nümayəndə heyəti göndərilmişdi.
Erməni soyqırımı iddialarının tanınması
Erməni soyqırımının tanınması (ing. Armenian Genocide recognition) — Erməni soyqırımının dünya ölkələri tərəfindən tanınması prosesinə verilən ümumi ad.
Erməni soyqırımının tanınması
Erməni soyqırımının tanınması (ing. Armenian Genocide recognition) — Erməni soyqırımının dünya ölkələri tərəfindən tanınması prosesinə verilən ümumi ad.
Jestin tanınması
Jesttanıma — işarə tanıma mədəniyyətinin dilə qədər yüksək dərəcədə inkişaf etmiş və ibtidai ünsiyyətin mühüm ünsürü olmuş bir instinkdir. Dil yaranandan sonra jesttanıma ilə ünsiyyətin dairəsi tədricən daralmışdır, lakin jesttanıma üzərində işarə mədəniyyətinin müstəqil növləri formalaşmışdır. == Yas ritualları == Yas mərasimləri insan övladının özü qədər qədim tarixə malikdir. Bu mərasim dünyada bilinən bütün mədəniyyətlərin ümumi rituallarından biridir. Böyük fəlakətlər, məğlubiyyətlər, ölümlər nəticəsində insanlar davranışlarıyla, sözləriylə öz kədərlərini bu mərasimlər vasitəsilə ifadə etməyə çalışmışlar. == Toy ritualları == Toy ritualları, onların etnoloji və mifoloji kökləri qədim xalqların tarixi ilə qarşılıqlı surətdə öyrənilməlidir. Bu, hər şeydən əvvəl qədim yazılı abidələri ətraflı şərh etmək, eyni zamanda dillərin fonetik, leksik və qrammatik quruluşunu səciyyələndirməklə sıx bağlıdır. == İbadət ritualları və mərasimləri == === Dini və dünyəvi teatrın, səhnə sənətinin formaları === Teatr sənətinin qədim və zəngin tarixi vardır. Əmək fəaliyyəti ilə bağlı oyunlar və rəqslər, mövsüm bayramları, aşıq sənəti, meydan mərasimləri, xalq teatrının əsasını müəyyən etmiş, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. Xalq teatrının repertuarını təşkil edən əxlaqi və tərbiyəvi əhəmiyyətə malik əsərlərlə yanaşı dini tamaşalar da teatr sənətinin formalaşmasında özünəməxsus rol oynamışdır.
Simvolların optik tanınması
Simvolların optik tanınması (optical character recognition) – çap simvollarının araşdırılması, qiymətinin aydınlaşdırılması və kompüterin başa düşdüyü şəkildə göstərilməsi üçün onun formasının müəyyən olunması prosesi. Skaner və ya oxuyucu qurğu müəyyənləşdirdiyi formanı kompüter mətninə çevirmək üçün həmin formanı simvolların mövcud örnəklər toplusundakı simvollarla tutuşdurur və onu “tanıyır”. OCR xüsusi oxuma qurğuları tərəfindən yerinə yetirilir, ancaq tez-tez adi optik skanerlərdən və xüsusi proqram təminatından da istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tanınmayan və ya qismən tanınan dövlətlər
Tanınmayan və ya qismən tanınan dövlətlər – əhalisi, ərazi idarəetməsi, hüquq və idarə sistemi kimi dövlətçilik əlamətləri olmaqla yanaşı özünü müstəqil dövlət elan etmiş ancaq eyni zamanda BMT üzvləri tərəfindən heç bir diplomatik tanınmaya malik olmayan regionların ümumi adlandırmasıdır. BMT üzvləri tərəfindən bu ərazilər adətən bir və ya bir neçə BMT üzvü olan dövlətin ərazisi kimi tanınır. Ümumilikdə iki növə ayrılır. Birincisi müstəqil dövlətin ərazisi kimi elan edilmiş torpaqlara tam və ya qismən nəzarət edir və de facto özlərini idarə edir. İkincisi isə meydana gələn bu dövlətə və onun ərazisinə hüququ olduğunu iddia edir və de jure dünya ictimaiyyəti tərəfindən də ikincinin ərazisi kimi tanınır. Bundan əlavə suveren dövlətin dünya birliyinin tam hüquqlu üzvü kimi tanınmasına şərait yaradan iki ənənəvi doktrina var. Deklarativ nəzəriyyə müəyyən şərtlər varsa, dövləti beynəlxalq hüquqda insan kimi qəbul edir: müəyyən edilmiş ərazi; daimi əhali; hökumət; digər dövlətlər ilə münasibətə girmək bacarığı. Deklarativ nəzəriyyəyə əsasən dövlətin özü-özlüyündə varlığı onun digər dövlətlər tərəfindən tanınmasınından asılı deyil. İkinci doktrina – konstitutiv nəzəriyyəyə əsasən dövlət beynəlxalq hüququn subyekti kimi yalnız digər beynəlxalq birliyin üzvü olan dövlətin tanınmasından sonra olur. Geosiyası meydanda hər iki nəzəriyyəyə uyğun dövlətlər mövcuddur.
Xocalı qətliamının tanınması
Xocalı soyqırımının tanınması (ing. Khojaly Genocide recognition) — Xocalı soyqırımının dünya ölkələri tərəfindən tanınması prosesinə verilən ümumi addır. Hal-hazırda Xocalı soyqırımını dünyada 9 ölkə və ABŞ-nin 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır. 2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan "Təcavüzün qurbanları" adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Fond soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmin il fevralın 19–26-da Türkiyənin İstanbul şəhərində və 25 vilayətində "Xocalı həftəsi" adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirmişdir. Bundan başqa, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər" adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur. Azərbaycan 2012: Pakistan 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyən qətnamə qəbul edib. Türkiyə 2012-ci ildə Türkiyə Milli Məclisinin Xarici Əlaqələr Komitəsi, 2012-ci ildə Xocalı qətliamını soyqırımı olaraq tanıdı İslam Əməkdaşlıq Təşkilatı 2014: Sudan 2012: Meksika 2 fevral 2012-ci il tarixində Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25–26-da baş vermiş faciə soyqırım adlandırılıb.
Xocalı soyqırımı iddialarının tanınması

Xocalı soyqırımının tanınması

Tanınmamış Dövlətlər Birliyi
Tanınmamış Dövlətlər Birliyi (rus. Сообщество за демократию и права народов) — keçmiş Sovet İttifaqının müxtəlif dövlətlərini birləşdirən, beynəlxalq ictimaiyyətin məhdud təbəqəsi tərəfindən tanınan beynəlxalq təşkilat. İcmanın yaradılması haqqında razılıq 2001-ci ildə Qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı Xankəndidə xarici işlər nazirlərinin görüşündə əldə olunub. Tanınmamış dövlətlər birliyi 14 iyun 2006-cı ildə Gürcüstanın Suxumi şəhərində (Gürcüstandan müstəqilliyini elan etmiş və bir çox ölkələr tərəfindən tanınmayan Abxaziya tərəfindən idarə olunur) qismən tanınan hökumətlərin rəhbərləri tərəfindən yaradılmışdır: Abxaziyanı Sergey Baqapş təmsil edib. Cənubi Osetiyanı Eduard Kokoit təmsil edib. Dnestryanını İqor Smirnov təmsil edib. Qondarma Dağlıq Qarabağ Respublikası sonradan iştirak etməyə başladı. 17 iyun 2007-ci ildə demokratiya və xalqların hüquqları uğrunda olan dörd dövlət Tiraspolda sülh və ədalətli həll prinsipləri haqqında birgə bəyannamə imzaladı. Məqsədi gürcü–abxaz, gürcü–osetin, azəri–Qarabağ və Moldova–Dnestryanı münaqişələrinin qarşısını almaqdır. Bu müqavilə hərbi yerləşdirmənin, diplomatik təcridin, iqtisadi embarqonun və ya informasiya müharibələrinin qarşısını almaq üçün imzalanıb.
Tanınmayan və ya qismən tanınan dövlətlərin siyahısı
Tanınmayan və ya qismən tanınan dövlətlər – əhalisi, ərazi idarəetməsi, hüquq və idarə sistemi kimi dövlətçilik əlamətləri olmaqla yanaşı özünü müstəqil dövlət elan etmiş ancaq eyni zamanda BMT üzvləri tərəfindən heç bir diplomatik tanınmaya malik olmayan regionların ümumi adlandırmasıdır. BMT üzvləri tərəfindən bu ərazilər adətən bir və ya bir neçə BMT üzvü olan dövlətin ərazisi kimi tanınır. Ümumilikdə iki növə ayrılır. Birincisi müstəqil dövlətin ərazisi kimi elan edilmiş torpaqlara tam və ya qismən nəzarət edir və de facto özlərini idarə edir. İkincisi isə meydana gələn bu dövlətə və onun ərazisinə hüququ olduğunu iddia edir və de jure dünya ictimaiyyəti tərəfindən də ikincinin ərazisi kimi tanınır. Bundan əlavə suveren dövlətin dünya birliyinin tam hüquqlu üzvü kimi tanınmasına şərait yaradan iki ənənəvi doktrina var. Deklarativ nəzəriyyə müəyyən şərtlər varsa, dövləti beynəlxalq hüquqda insan kimi qəbul edir: müəyyən edilmiş ərazi; daimi əhali; hökumət; digər dövlətlər ilə münasibətə girmək bacarığı. Deklarativ nəzəriyyəyə əsasən dövlətin özü-özlüyündə varlığı onun digər dövlətlər tərəfindən tanınmasınından asılı deyil. İkinci doktrina – konstitutiv nəzəriyyəyə əsasən dövlət beynəlxalq hüququn subyekti kimi yalnız digər beynəlxalq birliyin üzvü olan dövlətin tanınmasından sonra olur. Geosiyası meydanda hər iki nəzəriyyəyə uyğun dövlətlər mövcuddur.
Nitqin tanınması
Nitqin tanınması — diktorun verdiyi komandaları və verilənləri qəbul etmək məqsədilə kompüterin tələffüz olunan sözləri başa düşmək bacarığı. Şifahi dilin kompüterlər tərəfindən tanınmasına və mətnə çevrilməsinə imkan verən, metodologiya və texnologiyaları inkişaf etdirən informatika və hesablama dilçiliyinin fənlərarası alt sahəsidir. O, həmçinin avtomatik nitqin tanınması (ASR), kompüterin nitqi tanınması və ya nitqdən mətnə (STT) kimi tanınır. Eyni zamanda kompüter elmləri, dilçilik və kompüter mühəndisliyi sahələrində bilik və tədqiqatları özündə birləşdirir. Əks proses nitqin sintezi adlanır. Bəzi nitq tanıma sistemləri fərdi spikerin mətni və ya lüğəti sistemə oxuduğu "təlim" tələb edir. Sistem şəxsin spesifik səsini təhlil edir və alınan nəticədən həmin şəxsin nitqinin tanınmasını dəqiqləşdirmək üçün istifadə edir. Təlimdən istifadə etməyən sistemlər "müstəqil" sistemlər adlanır. Nitqin tanınması proqramlarına səsli zəng, zənglərin yönləndirilməsi, avtomatik ev cihazların idarə edilməsi, açar sözlərin axtarışı, sadə məlumatların daxil edilməsi, strukturlaşdırılmış sənədlərin hazırlanması, spiker xüsusiyyətlərinin müəyyən edilməsi və nitqdən mətnə emal kimi səs istifadəçi interfeysləri daxildir. Səsin tanınması və ya danışanın identifikasiyası termini danışanın dediklərini deyil, onun özünü müəyyən etməyə aiddir.

Digər lüğətlərdə