temperatur balansı

ру температурный баланс en thermal balance de thermische Bilanz fr bilan thermique es balance térmico it bilancio termico
temperatur artımı
temperatur dəyişməsi
OBASTAN VİKİ
Temperatur
Temperatur (latınca temperatura — normal vəziyyət) və ya hərarət dərəcəsi — fiziki kəmiyyət olub makroskopik sistemdə hissəciyin kinetik enerjisini bir sərbəstlik dərəcəsində xarakterizə edir. Cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyət temperatur adlanır. Molekulların hərəkət enerjiləri temperaturdan asılı olaraq dəyişir. Temperaturun azalması ilə molekullarin hərəkət sürəti azalır və −273,15°C-də tamamilə dayanırlar. Bu temperatur temperaturun mütləq sıfrı adlanır. Temperaturun mütləq sıfrını praktik olaraq almaq mümkün deyil. Temperatur yüksəldikcə entropiya artır düşdükdə isə entropiya azalır. Mütləq sıfırda entropiya sıfıra bərabərdir. Cisimlərin qızma dərəcəsi termometr adlanan cihazla ölçülür. İlk zamanlar düzəldilən tərmometrlər əsasən maddələrin istidən genişlənməsi xassəsinə əsaslanmışdır.
Cəm temperatur
Aqrometeorologiyada ərazinin istilik potensialını və kənd təsərrüfatı bitkilərinin istiliyə olan təlabatını ifadə etmək üçün cəm temperaturlardan istifadə edilir. İlk dəfə olaraq Reomyur 1734-cü ildə bitkilərin istiliyə olan təlabatını cəm temperaturlar göstəricisi ilə vermişdir. Keçmiş SSRİ- də iqlimin termik ehtiyatlarını kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirərkən Q. T. Selyaninov ilk dəfə 100C- dən yuxarı temperatur cəmlərindən istifadə etmiş və belə temperaturları fəal temperaturlar adlandırmışdır. Onlar kənd təsərrüfatı bitkilərinin fəal vegetasiya dövründə istiliklə təminat göstəricisidir. Müəyyən hədlərdən yuxarı fəal temperatur cəmləri histoqram üsulu ilə hesablanır. Bitkilərin istiliyə olan təlabatı effektiv temperaturlar cəmi vasitəsilə də ifadə olunur. Belə temperaturlar cəmi orta sutkalıq temperaturdan hər bir bitkinin bioloji minimumuna uyğun temperaturun çıxılaraq toplanması ilə alınır. Respublikamızda bir çox bitkilər üçün belə temperaturlar cəmi bütövlükdə vegetasiya dövrü və onun ayrı- ayrı hissələri üçün Ə. C. Əyyubov tərəfindən hesablanmışdır. Belə temperaturlar cəmi də orta aylıq temperaturun illik gedişi qrafikinə əsasən hesablanır.
Duz balansı
Duz balansı — müəyyən vaxt ərzində duz ehtiyatının torpaq-qruntda daxili və çıxarı nəticəsində qalınlığının dəyişmə kəmiyyətidir. Duz balansı aşağıdakı elementlerdən ibarətdir: 1. Duzun teyin olunmuş vaxtın əvvəlində və sonunda olan ehtiyatı 2. Bu vaxt ərzində duzun daxil olması 3. Bu vaxt ərzində duzun sərf olunması 1 m² torpaqda müəyyən dərinliyə və yaxud qrunt sularına qədər kq- la ölçülür. Suvarılan torpaqlarda t/ha-a hesablanır. Duz balansı 3 tipi var Stabil Şorlaşma Duzlaşma Torpaqda müxtəlif formada ayrılan duzlar. Bunlar bozartılar, xırda çillər, ağ tüklər, qırov duz və s. Torpaq qatında müəyyən qalınlıqda duz miqdarı. 1 kv.m-də kq-la yaxud t/ha ilə göstərilir.
Minimal temperatur
Mütləq minimum temperaturlar — Çoxillik müşahidə dövründə havanın temperaturunun ən aşağı qiymətinə havanın mütləq minimum temperaturu deyilir.Mütləq minimum temperatur orta minimum temperaturdan fərqli olaraq daha kiçik qiymətini radiasiya soyuması üçün əlverişli şəraitə malik olan relyefin yarğanşəkilli formalarında alır. Azərbaycanda mütləq minimum əsasən yanvar, ayrı-ayrı illərdə isə fevralın əvvəlində və dekabrın sonlarında müşahidə edilir.Mütləq minimum temperaturların bu və ya digər qiymətinin təkrarlanmasını bilərək kənd təsərrüfatı bitkilərinin daha dəqiq yerləşdirilməsinə nail olmaq olar.Mütləq minimumun hesablanmış cəm ehtimalı konkret hər hansı bir ildə müşahidə edilən çoxillik iqlim kəmiyyətini dəqiqləşdirməyə imkan verir. Kənd təsərrüfatı bitkilərinin qişlama şəraitinin qiymətləndirilməsində bu iqlim göstəricisindən geniş istifadə olunur. Mütləq minimum temperaturların orta qiymətinə əsasən mütləq minimum temperaturların, başqa sözlə istənilən qiymətdən aşağı böhran temperaturların təkrarlanması barədə mühakimə yürütmək olar.Bu kəmiyyəti hesablamaq üçün mütləq minimum temperaturların çoxillik sırasında hər bir il üzrə qiymətlər cəbri olaraq toplanır və alınan nəticə müşahidə illərinin sayına bölünür.
Mütləq temperatur
Mütleq temperatur-molekulların irəliləmə hərəkətinin orta kinetik enerjisinin ölçüsüdür: E=3/2KT k-Bolsman sabitidir.Mütləq temperatur mənfi ola bilməz Mütleq temperatur mütləq maksimum və mütləq minimum olmaqla 2 təsnifata bolunur. Mütləq maksimum temperatur-müəyyən ərazidə uzun illər ərzində müşahidə edilən ən yüksək temperatur.Yer üzərində mütləq maksimum temperaturu Liviyada (+58C),Azərbaycanda isə Culfada (+44C) olmuşdur. Mütləq minimum temperatur-müəyyən ərazidə uzun illər ərzində müşahidə edilən ən alçaq temperatur.Antaktikadada Rusiyanın “Vostok” stansiyasında qeydə alınmışdır(-89C)Şimal yarımkürəsində ən alçaq temperatur Yakutiya Respublikasının Oymyakon şəhərində(-71C)müşahidə edilmişdir.Azərbaycan ərazisində mütləq minimum temperatur Culfada (-33C)olmuşdur.
Oksigen balansı
Oksigen balansı – fotosintez zamanı avtotrof orqanizmlərin ayırdığı və qismən yer qabığında gedən kimyəvi reaksiyalardan əmələ gələn oksigenin miqdarının heterotrof orqanizmlərin tənəffüs prosesində, üzvi və qeyri üzvi maddələrin oksidləşməsi zamanı sərf etdiyi oksigenin miqdarına nisbəti. Mühitdə həll olan (adətən suda) oksigenin miqdarının minimum dərəcəsi, bu həddə çatdıqda oksigenin çatışmazlığından hidrobiontlar məhv olur. OKSİGENƏ TƏLƏBAT – orqanizmin oksigenə tələbatının miqdarı (bütün canlı orqanizmlər üçün fərdi doza). Bitkinin fotosintezi ilə ayrılan oksigenin ekosistemin biosenoloji mühitinə verilməsi ilə başlayan proses. Sonra oksigen daxili dövrlə aerob orqanizmlərə, o cümlədən bitkilərə daxil olur (tənəffüs prosesində). Onun bir hissəsi mikroorqanizmlər tərəfindən ölü kütlənin oksidləşməsinə sərf olunur, digər hissəsi isə ekosistemin biosenoloji mühitindən xarici dövrə keçir. Yerüstü, xüsusilə dəniz bitkilərinin (plankton yosunları) fotosintezi nəticəsində hər il atmosferə təqribən 70 ⋅ 109 ton oksigen daxil olur (Larxer, 1978). Bu karbon qazının dövranı ilə sıx bağlıdır. Oksigenin atmosferdən suya daxil olması (soxulması).
Orta temperatur
Orta temperatur - Gündəlik, aylıq və illik orta temperatur , Gündəlik orta temperatur gün ərzində 4 dəfə (saat 1-də, 7-də, 13-də və 19-da) termometrin göstəricisinin cəmini 4-ə bölməklə müəyyənləşdirilir. Aylıq orta temperatur ayın bütün günlərində orta temperaturun cəmini ayın günlərinin sayına bölməklə alınır. İllik orta temperatur isə 12 ayın orta temperaturunun miqdarını 12-ə bölməklə hesablanır.
Radiasiya balansı
Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır. Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır. Azərbaycanda radiasiya balansının və onun komponentlərinin tədqiqi ilə Ə. M. Şıxlinski məşğul olmuşdur. İlin isti və soyuq dövründə radiasiya balansının paylanma və yüksəklikdən asılılıq qanunauyğunluqlarıtədqiq edilmişdir Yer kürəsində radiasiya balansının və onun tərkib hissələrinin coğrafi paylanma xəritələri sovet alimləri M. İ. Budıko, T. Q. Berlyand və b. tərəfindən 1963-cü ildə " İstilik balansı" atlasında verilmişdir.
Su balansı
Su balansı — atmosferdə, yer kürəsində və onun ayrı-ayrı sahələrində suyun bütün gəlir və çıxarının nisbəti. Su balansı Yerdə su dövranının kəmiyyətcə ifadəsidr. Yerin su balansı bərabərliyi ilə səciyyələnir. Burada okeanların və qurunun səthinə düşən atmosfer yağıntılarının miqdarı (1020 mm) okeanların və qurunun səthindən buxarlanmanın cəminə bərabərdir (müvafiq olaraq 880 mm, 140 mm). Çoxillik dövrdə hər hansı ərazi üçün su balansı qurunun səthinə düşən atmosfer yağıntılarının miqdarı buxarlanma və həmin ərazidən olan axım miqdarının cəminə bərabər olur. Azərbaycan ərazisinin su balansında yağıntılar 427 mm, buxarlanma 308 mm, axım 199 mm (69 mm-i səth axımı, 50 mm-i yeraltı axım) təşkil edir.
Temperatur inversiyası
Temperatur inversiyası — hündürlüyə doğru qalxdıqca temperaturun artması. İnversiyanı iki tipə ayırırlar: bilavasitə yer səthində (inversiya qatının qalınlığı on metrlərlə) olan temperatur inversiyaları boş atmosferdə (inversiya qatının qalınlığı yüz metrlərlə) olan temperatur inversiyaları Temperatur inversiyası havanın vertikal yerdəyişməsinə mane olur və çiskin, duman, bulud və ilğımların yaranmasına imkan yaradır. İnversiya relyefin yerli xüsusiyyətlərindən çox asılıdır. Yer kürəsində ən böyük temperatur inversiyası qış dövründə Şərqi Sibir və Antarktidada müşahidə olunur.
Temperatur izotermiyası
Temperatur qradiyenti
Troposferdə havanın temperaturu yüksəklikdən asılı olaraq orta hesabla azalır. Atmosferin təbəqələri arasında isə bir- neçə km məsafədə dəyişməz qalır. Məhz temperaturun yüksəklikdən asılı olaraq dəyişməsi amilinə görə atmosfer təbəqələrə ayrılır. Temperatur qradiyenti şaquli və üfüqi qradiyent olaraq iki yere bölünür. Hər 100 m yüksəklikdən bir temperaturun dəyişməsi temperaturun şaquli qradiyenti (TŞQ) adlanır. TŞQ ilin fəsillərindən, sutkanın saatlarından(atmosferin yerüstü qatında) və yüksəklikdən asılı olaraq dəyişir. Orta hesabla TŞQ troposferdə 0,5–0, 60C/ 100 m təşkil edir. Temperatur yüksəklikdən asılı olaraq azaldıqda TŞQ müsbət, artdıqda isə mənfi olur. Temperatur üfüqi enliklərdən asılı olaraq deyişməsidir.
Temperatur şkalası
Mütləq temperatur şkalası-1848-ci il ingilis alimi Uilyam Kelvin Selsi şkalası -1742-ci il Anders Selsi Mütləq temperatur şkalasını ingilis alimi Uilyam Kelvin 1848-ci ildə ən aşağı temperaturu -273,15 C olan termometr şkalası təklif etmişdir.Bu temoeratur 0 K (sıfır Kelvin) ilə işarə olunur.Kelvin şkalasına mütləq temperatur şkalası deyilir.Bu şkalada mənfi temperatur yoxdur.0K-ya bərabər temperatur mütləq sıfır deyilir.0K-da atom və molekulların xaotik hərəkəti kəsilməlidir.Təcrübə göstərir ki, mütləq sıfır temperaturuna yaxınlaşmaq olar,ancaq ona çatmaq mümkün deyil. Selsi şkalasını 1742-ci ildə İsveç alimi Anders Selsinin şərəfinə adlandırılmışdır.Bu temoeratur °C (dərəcə selsi) ilə işarə olunur. İlk dəfə onun təklif etdiyi bu temperatur ölçü sistemininde-şkalada suyun donma temperaturu 0°, qaynama temperaturu isə 100° müəyyən edilmişdi.
Ticarət balansı
Ticarət balansı (ing. Trade balance) ― Tədiyyə balansında bir ölkənin mal alqı-satqısının, başqa sözlə idxal-ixracının balansı. İxracat miqdarı, xaricə satılan malların dəyərlərinin toplamına, İdxal miqdarı isə xaricdən ölkəyə girən malların dəyərləri toplamına bərabərdir. Buna əsaslanaraq, Ticarət balansı (Xarici ticarət balansı) ixrac ilə idxal arasındakı münasibətdir. Ölkənin ixracı, idxalından böyükdürsə, təmiz (net) ixracat 0-dan böyük olar və bu halda ölkənin xarici ticarət balansı artmış olar (müsbət balans). Bir sözlə Ticarət balansı müsbət olar. Əks halda isə, ölkə ixracı, idxaldan kiçik olarsa, təmiz (net) ixrac 0-dan kiçik olar. Bu halda ölkənin xarici ticarət açığı olar. Yəni ticarət balansi mənfi olar. Müsbət ticari balans ölkənin istehsal etdiyi məhsulların dunya bazarında tələbinin yüksək olmasının göstəricisidir.
Tədiyə balansı
Tədiyə balansı və ya ödəniş balansı – müəyyən dövr ərzində rezidentlər və qeyri-rezidentlər arasında aparılmış bütün iqtisadi əməliyyatları əks etdirən statistik sistemdir. Tədiyyə balansının tərtibi zamanı əldə rəhbər tutulan əsas prinsip ikili yazılış sistemidir. Bu prinsip ona əsaslanır ki, tədiyyə balansında əks etdirilən istənilən əməliyyat xarakterindən, növündən asılı olmayaraq bərabər miqdarda iki dəfə qeyd olunur. Belə yazılışlardan biri müsbət işarəli kredit, digəri isə mənfi işarəli debet adlanır. Qaydalara müvafiq olaraq kredit üzrə aşağıdakı əməliyyatlar əks etdirilir: 1) real resurslar maddələri üzrə ixrac, 2) maliyyə resursları maddələri üzrə mövcud ölkənin rezidentlərinə məxsus xarici aktivlərin azalmasına, yaxud ölkənin xarici öhdəliklərinin artmasına gətirib çıxaran əməliyyatlar. Debet üzrə isə əksinə, 1) real resurslar maddələri üzrə idxal, 2) maliyyə resursları maddələri üzrə ölkə rezidentlərinə məxsus xarici aktivlərinartmasına, yaxud ölkənin xarici öhdəliklərinin azalmasına gətirib çıxaran əməliyyatlar qeyd olunur. Başqa sözlə, aktivlər üçün onun real, yaxud maliyyə aktivi olmasından asılı olmayaraq müsbət rəqəm (kredit) onun ehtiyatlarının azalmasını, mənfi rəqəm (debet) isə artmasını əks etdirir. Müvafiq olaraq öhdəliklər üçün müsbət kəmiyyət artmanı, mənfi kəmiyyət isə azalmanı xarakterizə edir. Standart tədiyə balansının strukturu aşağıdakı kimidir: 1. Cari əməliyyatlar hesabı 1.1.
İstilik balansı
Yer səthində və atmosferada eyni zamanda istər qısa dalğalı (düz və səpələnən) və istərsə də uzun dalğalı (Yerin və atmosferanın şüalanması) radiasiya axınları müşahidə edilir. Deməli hər hansı bir anda yer səthində radiasiyanın gəliri və çıxarı vardır. Radiasiya balansı istilik balansının ən əsas üzvlərindən biri olub belə sadə düsturla idarə olunur: B=LE+V+P B — radiasiya balansı LE — buxarlanmaya sərf olunan istilik, V — səth örtüyü ilə hava arasında istilik mübadiləsi, P — torpaqda istilik axınıdır İstiliyin gəlir və çıxarına uyğun olaraq istilik balansı ünsürləri müsbət və ya mənfi kəmiyyətlərə malik ola bilər. Çoxillik nəticədə torpaqğın yuxarı təbəqələrinin və Dünya okeanının suyunun orta çoxillik temperaturası daimi hesab edilir. Ona görə də torpaqda və Dünya okeanında üfiqi və şaquli istilik mübadiləsi təcrübi olaraq sıfıra bərabər hesab edilir. Ümumiyyətlə bütün yer kürəsi üçün buxarlanmaya sərf olunan istiliyin illik miqdarı quru üçün 25, okean üçün 59 kkal/sm2-ə bərabərdir. Bu rəqəmlər quru və okeanın radiasiya balansının uyğun olaraq 51 və 82%-ni təşkil edir. Bu rəqəmlərdən aydın olur ki, il ərzində quru səthindən 41 sm, okeanların səthindən isə 100 sm su buxarlanır.
Cari əməliyyatlar balansı
Cari əməliyyatlar balansı — ölkənin tədiyə balansının mal və xidmətlərin ixracını və idxalını, investisiyalardan xalis gəliri və transfer ödənişlərinin xalis həcmini qeyd edən hissəsi. Cari əməliyyatlar qalığı — mal, xidmət və gəlir əməliyyatlarını əks etdirən tədiyə balansının hesabı. Cari ödəmə balansına mal və xidmətlərin ixracatı və idxalı, xarici investisiyalardan gələn gəlir və cari transfertlər daxildir. Balans hesabatı tərtib edildiyi dövrdə başa çatmış və sonrakı dövrlərdə təsiri tədiyə balansına təsir göstərməyən əməliyyatları əks etdirir. Hesab üç maddəyə (balans) bölünür: "Mallar və xidmətlər", "Gəlir" və "Cari köçürmələr". Cari əməliyyatlar balansı aşağıdakı kimidir. Cari əməliyyatlar balansı 1. Məhsullar və xidmətlər 1.1 Məhsullar 1.2 Xidmətlər 2. Gəlir 2.1 Ödəniş 2.2 İnvestisiyalardan gələn gəlir 3. Cari transfertlər Mallar və xidmətlər balansı malların və xidmətlərin ixracı və idxalı üçün daxilolmaların və ödəmələrin həcmini xarakterizə edir.
Doğuş zamanı temperatur
Doğuş zamanı temperatur (doğuş zamanı infeksiya, Puerperalfieber, MKB 10. Klass XV O85 Doğum sonrası sepsis) — doğuş zamanı yoluxucu infeksiyanın yaratdığı xəstəliklərin kollektiv adı. Bu tip xəstəliklərin təsvirinə Hippokratda artıq rast gəlinir. Xəstəlik XVII əsrdə ilk doğum xəstəxanasının qurulmasından bəri epidemiyaya çevrilmişdir. Epidemiya XVIII və XIX əsrlərdə, doğum evlərində şagirdlərə mamalıq öyrənməyə icazə verməyə başladıqda daha da gücləndi. Xəstəliyin səbəbi 1847-ci ildə antiseptiklərin istifadəsinə ehtiyac olduğuna işarə edən İqnats Zemmelveys tərəfindən aşkar edildi - kəşfi çağdaşları tərəfindən tanınmadı və antiseptiklər yalnız 1880-ci illərdə cərrahiyyə və mamalıqda istifadə olunmağa başladı. Doğuş zamanı temperaturun törədiciləri zəncir və qasıq bənzər kokklar (streptokoklar və stafilokokklar) və bəzən Escherichia coli, pnevmokok, Leffler difteriya basillusudur. Doğuşdan sonrakı atəşin daha çox yayılmış səbəbi (xüsusilə gec) Gonokokdur. Əksər hallarda infeksiya çirkli əllərlə və ya steril olmayan alətlərlə toxunaraq baş verir (kontakt infeksiya). Çirklənmiş havadan yoluxma (hava yoluxucu infeksiya) yalnız nadir bir istisna olaraq baş verir.
Gölün su balansı
Orta aylıq temperatur
Temperatur-cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyətdir. Temperatur termometr adlanan cihala ölçülür. Orta aylıq temperatur orta sutkalıq temperaturların toplanıb ayın günləri sayına bölünməsindən alınır. Havanın orta sutkalıq temperaturunu isə meteoroloji məntəqədə 8 dəfə ölçmə işləri aparılırsa, bütün ölçmə işlərinin nəticələrinin cəmini 8- ə bölməklə alınır. Bundan başqa orta illik və orta sutkalıq temperaturlar da hesablamaq mümkündür.
Orta illik temperatur
Temperatur-cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyətdir. Temperatur termometr adlanan cihala ölçülür. Orta illik temperatur orta aylıq temperaturların 12 aydakı ədədi ortasıdır. Bu temperatur ərazinin istilik miqdarı haqqında dəqiq təsəvvür yaratmır və temperaturun illik gedişini əks etdirmir. Digər tərəfdən orta temperaturlar, ekstremal temperaturlar barədə təsəvvür yaratmır ki, bu da kənd təsərrüfatı bitkiləri üçün xüsusilə vacibdir.
Orta sutkalıq temperatur
Temperatur-cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyətdir. Temperatur termometr adlanan cihala ölçülür. Bütün müşahidə saatlarının ədədi ortası orta sutkalıq temperatura bərabərdir. Əgər meteoroloji məntəqədə 8 dəfə ölçmə işləri aparılırsa, bütün ölçmə işlərinin nəticələrinin cəmini 8 — ə bölüb, havanın orta sutkalıq temperaturunu alırıq. Bundan başqa orta illik və orta aylıq temperaturlar da hesablamaq mümkündür.
Uels fiskal balansı
Uels fiskal balansı — Uelsdə dövlət gəlirləri və xərcləri arasında ümumi fərq. 1999-cu ildən 2022-ci ilə qədər Uelsdə dövlət xərclərinin vergi gəlirlərini aşması səbəbindən ölkədə mənfi fiskal balans var idi. 2018–2019 fiskal ili üçün fiskal kəsir Uelsin təxmin edilən ÜDM-nin təxminən 19,4 faizini təşkil etmişdir. Bütövlükdə Birləşmiş Krallıq üçün bu rəqəm 2 faizdir. Şərqi, Cənub-Şərqi İngiltərə və London istisna olmaqla, bütün Birləşmiş Krallıq ölkələri və regionlarında kəsir var. Uelsin adambaşına 4,300 funt sterlinq olan fiskal kəsiri adambaşına təxminən 5,000 funt sterlinq olan Şimali İrlandiya fiskal kəsirindən sonra iqtisadi rayonlar arasında ikinci ən yüksək olandır. Dublin Siti Universitetinin politoloqu Con Doylun fikrinə görə, müstəqil Uelsin "ilk günlərində" fiskal kəsir təxminən 2,6 milyard funt sterlinq olardı. Bu, 2019-cu ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələr üçün orta hesabla 3,2%-ə bərabər olan ÜDM-in 3,4%-dən aşağısına bərabərdir. Kardiff Universitetində Uels İdarəetmə Mərkəzinin 2023-cü ildə apardığı araşdırma göstərir ki, kəsir "Müstəqil Uels üçün çətin iqtisadi perspektiv" deməkdir və burada konstitusiya müzakirələrinin fiskal reallıqları nəzərə almasını tövsiyə edilmişdir. Hesablamalar ardıcıl olaraq Uelsin Birləşmiş Krallıqdan köçürmələr hesabına maliyyələşən böyük və davamlı fiskal kəsirə malik olduğunu göstərir.
Ölkələr üzrə ticarət balansı siyahısı
İxrac-idxalın xarici ticarət balansında olan ölkələrin (əyalətlər, asılı ərazilər) siyahısı təqdim olunur