TİRƏLİ (YALLI) RELYEF

yastı suayırıcılı, nisbi yüksəkliyi 100-200 m olan yalların əmələ gətirdiyi relyef; qobu, yaxud dərələr sistemi ilə mürəkkəbləşir. Р–увалистый рельеф ouval relief
TİRƏ RELYEFİ
TİRREN TRANSQRESSİYASI
OBASTAN VİKİ
Yallı
Yallı — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biridir. 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir. Azərbaycanın güney bölgələrində "yallı"ya "halay" da deyilir guney Azərbaycanın qərbi Azərbaycan əyalətində jəlman da adlanır. (Al/Hal) kökündən törəmişdir. Birlik və atəş mənaları ehtiva edir. Monqol "halah" feli sərbəst buraxmaq, rahatlaşdırmaq mənalarına gəlir. Mançurca "hələ" feli də eyni anlama gəlir. Yallı (Halay), türk və altay xalq mədəniyyətində mərasim rəqsidir. Kökləri miladdan əvvəlki dövrlərə gedən bir oyundur.
Relyef
Relyef (fr. Relief) — yer səthinin relyef formalarının cəminə deylir. Relyefin səciyyəsi onun genezisinin (tektonik, suffozion, buzlaq-akkumulyativ, buzlaq-erozion, eol formaları və s.) və formalarının (geomorfologiyasının) öyrənilməsinə əsaslanır. Relyefin torpaqəmələgətirən amil kimi öyrənilməsinə bir çox torpaqşünasların – V. V. Dokuçayev, N. M. Sibirtsev, Q. N. Vısotskiy, S. A. Zaxarov, S. S. Nestruyev, B. B. Polınov, V. R. Vilyams, İ. P. Gerasimov və başqalarının əsərləri həsr olunmuşdur. RELYEF- (rus. рельеф, ing. relief, topography) /lat.relevo, fr. relief- qaldırıram/- görünüşünə, ölçülərinə, mənşəyinə, yaşına və inkişaf tarixinə görə fərqlənən, yer səthinin nahamarlıqlarının /formalarının /məcmusu. R. yüksəklikləri əmələ gətirən müsbət və çökəkləri ifadə edən mənfi formalardan təşkil olunmuşdur. Miqyasına görə planetar, meqa, makro, mezo, mikro və nano formalara ayrılır.
Dönə yallı
Dönə yallı – Adətən çox halda qadınların, az halda isə kişilərin ifa etdikləri, ifa olunarkən – "yar dönə, dönə" - sözündən götürülən yallıda cavan oğlan sevgilisindən xahiş edir ki, ona tərəf dönsün. Qədim Azərbaycan xalq mahnısının musiqisi altında ifa olunan "Dönə yallı"da mahnısını yallıbaşı oxuyur. Beşiyi Naxçıvan Muxtar Respublikasının Şərur rayonu olan "Dönə yallı" Şərur Xalq Yallı kollektivinin repertuarında özünəməxsus yer tutmaqla inkişaf etdirilməkdədir.
Dördayaq (yallı)
Dördayaq – Ən qədim Azərbaycan yallırından biri. Yallının adı rəqsin əvvəlində ifaçıların yırğalanaraq dörd addım atmalarından götürülmüşdü. Şərur rayonunda yaranmış yallı sonralar daha geniş yayılaraq milli-mənəvi dəyərləri yaşadanların ən sevimli yallılarından biri olmuşdur. İştirakçılar çeçələ barmaqları ilə çiyinləri səviyyəsində bir-birindən tuturlar. Asta və sürətli hərəkətlərdən ibarət olan yallını həm qadınlar, həm də kişilər ifa edirlər. Naxçıvanın Şərur, Sədərək və Kəngərli rayonlarında, eləcə də onların əhatə etdiyi kəndlərin toy məclislərində və keçirilən mədəni-kütləvi tədbirlərdə ifa edilir.
Akkumlyativ relyef
Akkumulyativ relyef
Antropogen relyef
Arid relyef
Arid relyef- Səhralarda, yarımsəhralarda və quru çöllərdə səhra aşınmasının, eol fəaliyyətinin, səthi yuyulmanın, müvəqqəti axımların eroziyası və b.təsiri ilə yaranmış relyef formalarının məcmu.
Bar (relyef)
Bar (relyef) — qumdan ibarət olan su altı say olaraq çayların mənsəbində yerləşir. Dəniz və çay axınlarının birləşdiri yerdə əmələ gəlir. Çayın gətirdiyi çöküntünün və dəniz axınlarının sahilə çıxartdığı qumların bir yerə toplanması ilə əlaqədardır.
Barik relyef
Barik relyef — Yer səthində atmosfer təzyiqinin alçaq və yüksək sahələrinin bölgüsüdür.Barik relyef yüksək zonalar üzrə yerləşir və yeddi zonadan ibarətdir:şimal qütb yüksək təzyiq zonası və cənub qütb yüksək təzyiq zonası, şimal mülayim alçaq təzyiq zonası və şimal subtropik yüksək təzyiq zonası və cənub subtropik yüksək təzyiq zonası ,ekvator boyu alçaq təzyiq zonası.
Biogen relyef
Eol relyef
Hols relyef
Hols relyef (rus. гольцовый рельеф, ing. goletic relief) — mülayim-soyuq, subarktik və arktik iqlimə malik dağlıq relyef. H.r. qar xəttindən yuxarıda ərazinin soliflüksiya və şaxta aşınmasına məruz qalması ilə əlaqədar formalaşır və zirvələrin yastı olması ilə səciyyələnir.
Kuest relyef
Kuest relyef (rus. куэстовый рельеф, ing.
Ortadağlıq relyef
Ortadağlıq relyef (rus. среднегорный рельеф, ing. middle mountains) — yüksəklik qurşağı aydın seçilən, elüvi və aşınma qabığının geniş yayıldığı, bəzən düzəlmə səth­lərinin qalıqları saxlanılan, zir­və hissəsi oval formada olan dağlıq relyef. Heç vaxt qar xəttin­dən yuxarı qalxmaması və ya denuda­siyanın təsiri altında alçal­ması ilə əlaqədar olaraq buzlaşma izləri olmur. Coğrafi enlikdən və iqlim­dən asılı olaraq mütləq hündürlüyü dəyişir. Məs: Cənubi Ural, Karpat və s.
Palimpsest relyef
Palimpsest relyef (rus. палимпсестовый рельеф, ing. palimpsest relief) — palimpsest – qədim pozulmuş yazısı görünən perqamentlər – ekzogen proseslər vasitəsilə preparatlaşma zamanı əvvəllər basdırılmış struktur – petroloji xüsusiyyətləri aşkar edilən qədim relikt, qazılıb çıxarılmış və irsi relyef formalarını ifadə etmək üçün işlədilən, termin.
Qobulu relyef
Qobulu relyef (rus. балочный рельеф, ing. balka-relief) — yastı, dalğalı relyefi və sıx qobu şəbəkəsi ilə səciyyələnir. Meyilliyi suayrıcı sahəsində 1–1,50, yamacların yuxarı hissəsində 3–40, yamacların orta hissəsində 7–80-dən çoxdur.
Relikt relyef
Relikt relyef (rus. реликтовый рельеф, ing. relief landforms, past forms) — keçmiş geoloji dövrlərdə, başqa şəraitdə əmələ gəlmiş, relyef formaları. Məs: Şərqi- Avropa düzənliyində buzlaq relyef formaları.
Relyef tipi
Relyef tipi (rus. тип рельефа, ing. relief type, type of relief) — yer səthinin müəyyən sahəsində oxşar görünüşə, quruluşa, mənşəyə malik və qanunauyğun təkrarlanan relyef formalarının məcmu. Məs: təpəli-moren relyefi, dərə-qobu relyefi və s.
Relyef xəritələri
Relyef xəritələri (rus. карты рельефа, ing. maps of relief) — qurunun, dəniz dibinin və ya başqa fəza cismləri səthinin relyefini əks etdirir. Hipsometrik, batimetrik, geomorfoloji, morfometrik, fizioqrafik xəritələrə, eləcə də relyefin parçalanması və yer səthinin eroziyadan, deflyasiyadan və b. mənfi təbii və texnogen amillərdən mühafizə tədbirləri və s. xəritələrə ayırırlar.
Tombolo (relyef)
Tombolo— materiki ada ilə birləşdirən ensiz, dəniz səviyyəsindən azca hündür olan, qumdan təşkil olunmuş bərzəxə deyilir. Zəifləmiş dalğanın təsiri ilə qumun bir yerə toplanması nəticəsində meydana gəlir. İlk əvvəllər dalğalar dayazlıq əmələ gətirsə də sonradan ada sahilə birləşir. Bəzən bir adanı iki tombolo sahilə birləşdirir. İki tombolo arasında laqun əmələ gəlir. Bar (relyef) Geology.
Zirehlənmiş relyef
Zirehlənmiş relyef (rus. бронированный рельеф, ing. armoured landforms) — uzun müddət aşınma və digər denudasiya amillərinə məruz qalan, altında yatan və aşınma proseslərinə qarşı davamsız süxurları aşınmadan qoruyan bərk süxur laylarının cilalanmış səthinə uyğun gələn, yayla, plato, ada şəkilli yüksəkliklər və zirvələr. Zirehlənmiş relyef bəzən inversiya nəticəsində yaranır sinklinal dağ silsilələri və s.
Çalalı relyef
Şərur Xalq Yallı Ansamblı
Şərur Xalq Yallı Ansamblı — rəqs kollektivi 1929-cu ildə kolxoz rəqs ansamblı kimi yaradılmışdır. İllər keçdikcə kollektiv böyümüş və repertuarını zənginləşdirmişdir. 1936-cı ildən böyük səhnəyə qədəm qoyan ansambl 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmişdir. Üzeyir Hacıbəyov yallı ansamblına daim qayğı və yardım göstərmişdir. Ansambl dünyanın bir çox ölkələrində keçirilən bədii özfəaliyyət festivallarında iştirak etmiş, diplom və mükafatlara layiq görülmüşdür. 1972-ci ildə keçmiş Almaniya Demokratik Respublikasındə keçirilən ümumdünya folklor rəqsləri festivalında ölkəni təmsil etmiş, festivalın laureatı adını almışdır. I Ümumittifaq xalq yaradıcılığı festivalının, Polşada keçirilən XI beynəlxalq folklor festivalının (1984) da laureatı adına layiq görülmüşdür. Ansambl 1980-ci ildə Macarıstanda keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə, 1998-ci ildə Bayburt şəhərində “Dədə Qorqud” festivalında, 2000-ci ildə Misirin paytaxtı Qahirədə XII beynəlxalq folklor füstialında da uğurla çıxış etmişdir. Ansamblın çıxışları dəfələrlə Moskva televiziyası ilə göstərilmişdir. Kollektiv yaradıcılıq axtarışlarını daim davam etdirir, repertuarını qədim xalq oyunları ilə zənginləşdirir.
Fluvial relyef formaları