tofalarca
toğlu
OBASTAN VİKİ
Toğay (Miyanə)
Toğay (fars. طغاي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (25 ailə).
Toğay bəy
Toğay bəy (1601 – 30 iyun 1651) (krımca Toğay bəy, Polyakca Tuhaj-bej, Ukraynca Тугай-бей, Rusca Тугай-бей ) — Krım tatarlarının əhəmiyyətli hərbi liderlərindən və siyasətçilərindən biri, Tugay bəy adı ilə də tanınmışdı. Toğay, Krımın əhəmiyyətli ailələrindən olan Arğınlar ailəsindən gəlir və tam adı Arğın Doğan Toğaydır. Bəy titulunu Or Qapı (Perekop) sancağının başına keçərkən almışdır. Bu sancaq Krım xanlığı üçün çox vacib idi, çünki Krım yarımadasının bərzəxi olan Perekop bərzəxi burada yerləşirdi və müdafiəsi vacib olan bir yer idi. 1648-ci ildə kazakların Reç Pospolitaya qarşı Hmelnitski üsyanında Boqdan Xmelnitskiyə kömək etmək üçün (təxminən 6000 - 20000 nəfər arasında) bir ordu gətirmişdir. Oradakı müxtəlif vacib döyüşlərdə vuruşmuş və sonda Beresteczko döyüşündə öldürülmüşdür. Polşa yazıçısı Henrik Senkeviç tərəfindən yazılmış roman və həmin romanın motivləri əsasında çəkilmiş film olan Odla və qılınclada təsvir edilmişdir. Filmdə Daniel Olbrychski tərəfindən canlandırılmışdır.
Toğay Teymur xan
Toğay Teymur xan — Boruciginlərdən olan elxan olmağa iddiaçı (1338–1353) Toğay Teymur xan Mamay Kavun oğlu Hülaku xanın soyundan deyil, Çingiz xanın qardaşı Cuçi Qazarın nəslindəndir. Babası Çete tayfasının rəisi Baba Kavun idi. Əbu Səid Bahadur xanın ölümündən sonra Xorasan hakimi Şeyx Əli Quşçu onun elxanlığa namizəd kimi qəbul etdi. Digər əyanların da dəstəyi ilə Toğay Teymur Şərqi İranda hakimiyyətə başladı və öz adına pul kəsdirdi. 1337-ci ildə qərbə yürüş edərkən Tacəddin Həsən noyon tərəfindən məğlub edilmişdi. Həmin il Toğay Teymurun dəstəkçilərindən Arqun şah Şeyx Əlini və Tacəddin Həsən noyonun valisi Məhəmməd Mulayı öldürdü, Toğay Teymura dəstəyini bildirdi. 1338-ci ildə Həsən noyon Toğay Teymurdan kömək istədi. 1339-cu ildə Çobanilərə qarşı hücuma keçən Toğay Teymur xan Cəlairilər tərəfindən xan kimi tanındı. Bu hal 1344-cü ilədək belə davam etdi. Bundan əlavə 1337-ci ildə başlamış olan Sərbədarlar üsyanı böyüyürdü.

Digər lüğətlərdə