TON²

[yun. tonos-səsin yüksəldilməsi] тон (1. физ. гьавадин вахт-вахтунда зурзуникай ибарат яз, адан кьакьанвилин дережа тайинардай ван; yüksək ton кьакьан тон; aşağı ton аскӀан тон; // тайин са кьакьанвиле авай музыкадин ван; 2. мед. кӀвалахзавай рикӀин, адан къапагърин ван; ürəyin tonu рикӀин тон; 3. муз. ванцин яцувал, шуькӀуьвал ва я гьахьтин жуьреба-жуьре ванерин арада авай фаркь тайинардай интервал; 4. муз. тоналвал, тегьер (ванцин); major (minor) ton мажор (минор) тон; 5. музыкадин алатди ва я ванци ванунин тегьер; təmiz ton михьи тон; // рахазвай касдин ванцин гужлувал; ван; 6. рахунин тегьер; 7. тав, рангунин тегьер, рангарин тавдин туьнтвилин ва я экуьвилин дережа; tünd ton туьнт (мичӀи) тон); ** ton vermək тон гун, кардин финиф лазим тир патахъ элкъуьрун.
TOMPAK
TON¹
OBASTAN VİKİ
Ton
Ton (simvolu: t) — 1000 kq-dən yaranan kütlə vahididir. Böyük kütləli cisimləri kiloqramla ifadə etmək üçün o qədər də əlverişli deyil və 1000 kiloqrama bərabər olan ton vahidindən istifadə edilir. Xüsusilə yükdaşımalarda istifadə edilir.
TON 618
TON 618, Tazılar bürcündə Qalaktikanın Şimal Qütbünün yaxınlığında yerləşən, super parlaq bir radio-yüksək səsli kvazardır. Kütləsi 66 milyard günəş kütləsi olan ultramassiv qara dəlik kvazarla əlaqələndirilir. == Hekayəsi == Obyekt, 1957-ci ildə Samanyolu müstəvisinin xaricində yerləşən zəif mavi ulduzların (əsasən ağ cırtdanlar) bir tədqiqatı çərçivəsində aşkar edilmişdir. Kvazar konsepsiyası yalnız 1963-cü ildə formalaşmışdır, buna görə də kəşf edildiyi anda obyektin təbiəti qaranlıq qalmışdır. Meksikadakı Tonantzintla Rəsədxanasında 70 santimetrlik Schmidt teleskopu ilə çəkilmiş fotoşəkillərdə obyekt “618” olaraq təyin edilmiş və “mütləq bənövşəyi” kimi təsvir edilmişdir. 1970-ci ildə Boloniyadakı Radio Astronomiya İnstitutu TON 618-dən radio emissiya aşkarladı və bundan sonra obyekt kvazar olaraq təyin olundu. McDonald Rəsədxanasında Marie-Helene Ulrich, TON 618-i müşahidə edərkən kvazara xas olan emissiya xətlərini qeyd etdi. Qırmızıya sürüşmə (z) 2.2-ni keçdi, yəni TON 618 çox uzaq bir obyekt idi və o zaman (1976) ən parlaq kvazarlardan biri idi. == Super çəkili qara dəlik == Kvazar TON 618-in, qalaktikanın mərkəzində nəhəng bir qara dəlik ətrafında dövr edən isti qazın bir yığılma diskinə sahib olduğu düşünülür. Kvazarın 3,18 gigaparsek və ya 10,37 milyard işıq ili uzaqda olduğu təxmin edilir.
Ton Dhık Thanq
Ton Dhık Thanq (vyet. Tôn Đức Thắng; 20 avqust 1888[…], Lonqsyuen[d], Fransa Hind-Çini, Fransa – 30 mart 1980[…], Hanoy) — Vyetnam kommunist dövlət xadimi, Vyetnam Demokratik Respublikasının ikinci və sonuncu prezidenti, birləşmiş Vyetnam Sosialist Respublikasının birinci prezidenti. == Həyatı == Ton Dhık Thanq anadan olmuşdur. O, 1930-cu ildə Vyetnam Kommunist Partiyasına (VKP) daxil olmuşdur. Thanq 1951-ci ildən VKP MK-nın üzvü idi. O, 1950–1969-cu illərdə Vyetnam–Sovet Dostluğu Cəmiyyətinin sədri, 1955–1960 illərdə Vyetnam Demokratik Respublikasının (VDR) Milli Məclisi Daimi Komitəsinin sədri, 1960–1969-cu illərdə VDR-in prezident müavini, 1969–76 illərdə prezidenti olmuşdur. O, 1976–1980 illərdə Vyetnam Sosialist Respublikasının prezidenti idi. == Təltif və mükafatlar == Thanq 1955-ci ildə "Xalqlar arasında sülhü möhkəmlətməyə" görə "Lenin" mükafatına layiq görülmüşdür. O, "Lenin" ordeni ilə təltif olunmuşdur.
HMS Tonnant (1798)
“Tonnant” (fr. Le Tonnant sonralar ing. “HMS Tonnant - Her or His Majesty’s Ship Tonnant” - azərb. Əlahəzrətin gəmisi Tonnant‎), (1787) — üçdorlu, 84 döyüş topuna malik əvvəl Fransa donamasına, 2 avqust 1798-ci ildən Böyük Britaniya Kral Donanmasına məxsus II ranq xətt gəmisi.
Hollywood Tonight
"Hollywood Tonight" — Maykl Ceksonun ölümündən sonra çıxarılmış "Michael" albomuna daxil olan mahnı. 2011-ci ilin mart ayında həmin albom 1,5 milyon nüsxə satış və 3 milyon dəfə internetdən yükləmə sayına görə sertifikat almışdır. "Hollywood Tonight" mahnısı 11 fevral 2011-ci ildə Epic Records tərəfindən həmin albomdan olan ikinci sinql kimi satışa çıxarılmışdır. Mahnının danışıq hissələri Maykl Ceksonun əmioğlusu Taryll Jackson tərəfindən ifa edilmiş, Teddy Riley tərəfindən yazılmışdır. Mahnının klipi isə 10 mart 2011-ci ildə təqdim edilmişdir. Klipdə Əlcəzair doğumlu rəqqasə Sofia Boutella Maykl Cekson kimi paltar geyinib, 60 nəfərlə birgə onun kimi rəqs edir. == Çıxarılması == Mahnı Maykl Cekson tərəfindən "Invincible" albomunun hazırlanması zamanı yazılmışdır. Lakin o zaman mahnı alboma daxil edilməmişdir. Birdə Maykl 2007-ci ildə bu mahnı üzərinə qayıtmış və prodüser Theron "Neff-U" Feemster ilə birgə mahnı üzərində işləməyə başlamışdır. Cekson mahn ının sözlərinin ilkin variantını hələ 1999-cu ildə yazmış, daha sonra isə dostu və iş ortağı Bred Bakserlə birgə musiqi üzərində çalışmağa başlamışdır.
I Can Lose My Heart Tonight
I Can Lose My Heart Tonight (azərb. Mən bu axşam ürəyimi itirə bilərəm‎, oxunuşu: Ay kən luz may hart tünayt) – C. C. Catch tərəfindən 1985-ci ildə ifa edilən mahnısıdır. Bu mahnı C. C. Catch-in Catch the Catch albomuna daxil olan ilk mahnıdır. Mahnı klipinin bir neçə versiyası mövcuddur.. == Klip == "I Can Lose My Heart Tonight" mahnısı C. C. Catch-in Catch the Catch albomuna daxil olan 1-ci mahnıdır. Mahnının prodüseri və sözlərinin müəllifi Diter Bolen-dir. Diter Bolen mahnını ilk dəfə 31 iyul 1985-ci ildə Karolinanın ad günündə çıxarmışdır. İlk dəfə mahnının Tomas Anders tərəfindən ifa edilməsi planlaşdırılmışdır. Lakin mahnının müəllifi Diter Bolen "I Can Lose My Heart Tonight" mahnısının Modern Talking qrupu üçün kifayət qədər yaxşı hesab etmirdi. "I Can Lose My Heart Tonight" mahnısı İspaniyanın Spanish Singles Chart hit-paradında 7-ci yerə yüksəlmişdir.
I Can Lose My Heart Tonight '99
I Can Lose My Heart Tonight '99 – C. C. Catch tərəfindən 1998-ci ildə ifa edilmiş mahnıdır. == Tarixi == 1999-cu ilin 11 yanvar ayında C. C. Catch Diter Bolenin müraciəti ilə yenidən musiqi səhnəsinə qayıdaraq, ilk ifa etdiyi "I Can Lose My Heart Tonight" mahnısının Remiks formasını ifa edir. Mahnının bu versiyası ilk versiyadan nisbətən zəif idi. Demək olar ki, yeni versiya rep janrında idi. Klipdə rep sözlərini Kreyzi adlı repçi ifa edir. Lakin buna baxmayaraq mahnı bir sıra hit-paradlarda yer tutmuşdu. Mahnı 1999-ci ilin Yanvar ayında yazılmışdır.
Ligularia tongkyukensis
Ligularia tongkyukensis (lat. Ligularia tongkyukensis) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Ligularia tongolensis
Ligularia tongolensis (lat. Ligularia tongolensis) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Luka Toni
Luka Toni (it. Luca Toni ;26 may 1977[…]) — İtaliyalı keçmiş futbolçu. Hücumçu mövqeyində oynayıb. İtaliya milli komandası ilə 2006-cı ildə Dünya çempionu olub. Məhsuldar futbolçu olan Toni karyerası boyunca 300-dən çox qol vurub. Karyerasında vurduğu 322 qol ilə o, hal-hazırda bütün zamanların dördüncü ən çox qol vuran italyan futbolçudur. == Karyerası == Futbolçu karyerasına 1991-ci ildə "Modena" klubunda başlayıb. Klub səviyyəsində tez tez komanda dəyişdirən Toni karyerası boyunca on iki fərqli İtaliya komandasında oynayıb. Futbol ustalığını gec göstərən o, İtaliya futbolunun aşağı divizionlarında və A Seriyasının kiçik klubları olan "Viçentsa" və "Breşiya" klublarında bir neçə mövsüm keçirdi. Futbolçu 2003-cü ildə "Palermo" klubuna keçir və burada onun ulduzu parlayır.
Mamare Tono
Mamare Tono (橙乃 ままれ, Tōno Mamare) və ya əsl adı ilə Daysuke Umezu (梅津 大輔, Umezu Daisuke) — Yaponiya ranobe və manqa yazıçısı. Ən tanınmış ranobeləri "Log Horizon" və "Maoyu" ranobeləridir. Hər iki ranobe əsasında animelər çəkilmişdir. "Trattoria After School" (放課後のトラットリア, Hōkago no Trattoria) adlı manqanın da müəllifidir. 2015-ci ildə Tono Korporativ Vergi Qanununu pozduğuna görə vergidən qaçınma ilə təqsirləndirilmiş və Yaponiya hökumətinə 30 milyon yen borclanmışdır. Bir müddət sonra Mamare fanatlarından üzr istəmiş və rəsmi saytında vergilərini ödədiyini açıqlamışdır.
Mikania tonduzii
Mikania tonduzii (lat. Mikania tonduzii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Omero Tonyon
Homero Tognon (it. Omero Tognon) 3 mart 1924, Padova, Veneto – 23 avqust 1990, Pordenone, Friuli-Venesiya-Culiya) — İtalyalı keçmiş futbolçu. Futbolçu karyerasın bitirdikdən sonra futbol məşqçisi olub. Oyunçu kimi əsasən "Milan" klubunda, eləcə də İtaliya millisində oynaması ilə tanınır. İkiqat İtaliya çempionudur . == Klub karyerası == Peşəkar futbolda debütünü 1945-ci ildə "Milan" klubunda edib. Ümumilikdə futbolçu karyerasının 11 mövsümünü "rossonerilər"in heyətində oynayıb. Uzun müddət komandanın əsas oyunçusu olub. Bu müddət ərzində o, iki dəfə İtaliya çempionu adını qazanıb. O, peşəkar futbolçu karyerasını 1956–1958-ci illərdə oynadığı "Pordenone" klubunda başa vurub.
Quercus tonduzii
Quercus tonduzii (lat. Quercus tonduzii) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Qurgen Tonunts
Qurgen Ovanesoviç Tonunts — erməni mənşəli sovet kinoaktyoru. == Həyatı == 1922-ci il sentyabrın 2-də Tbilisidə anadan olub. 1938-1941-ci illərdə Murmansk gəmiçilik məktəbində oxuyub. Tonunts paralel olaraq yerli teatr studiyasında çalışıb. 1941-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Hərbi xidmətini Şimal donanmasındakı SKR-19 mühafizə gəmisində (“Semyon Dejnev adına buzqıran paraxod) keçib. 1942-ci il avqustun 27-də Dikson limanında alman ağır kreyseri “Admiral Şeer”lə döyüşdə iştirak edən Qurgen Tonunts yaralanıb. Onun kino debütü 1947-ci ildə baş tutur. Həmin il erməni aktyor Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olur və Lev Kuleşovun qrupunda təhsil alır. Təhsilini 1952-ci ildə başa vurur.
Restrepia tonduzii
Restrepia muscifera (lat. Restrepia muscifera) — səhləbkimilər fəsiləsinin restrepia cinsinə aid bitki növü.
Sahil tonqal otu
Sahil tonqal otu - lat. Zerna riparia R. sıx çim əmələ gətirən,dik duran, çox gövdəli ot bitkisidir. == Sahil tonqal otu == Taxıllar fəsiləsinin efemer xassəli çoxillik ot bitkisidir. Yarpaqlan ensiz xətli olub 30-60(70) sm-ə qədər boy verirlər. Çiçəkyanlığı süpürgəvaridır və hər gövdənin tilində 10-15 sm uzunluğunda yerləşirlər. May ayının əvvəlində çiçəkləyir, sonunda isə meyvə verirlər. Bir qədər quraqlığa davamlıdır, suvarıldıqda bol yaşı, kütlə verirlər. Sahil tonqa, otu rekultivasiyanın bioloji mərhələsində əkin qara yoncası ilə sıx cəngəllik əmələ gətirə bilirlər. Yaxşı fitomeliorativ xüsusiyyətə malikdir.
Sandro Tonali
Sandro Tonali (it. Sandro Tonali ; 8 may 2000, Lodi, Lombardiya) — İtaliyalı peşəkar futbolçu. Orta xətt oyunçusudur. İngiltərə Premyer Liqasında çıxış edən "Nyukasl Yunayted" klubunun və İtaliya milli komandasının yarımmüdafiəçisi. == Klub karyerası == === Breşiya === Sandro Tonali "Pyaçentsa" və "Breşiya" klublarının yetirməsidir. O, 26 avqust 2017-ci ildə "Breşiya"nın səfərdə "Avellino" klubu ilə oyununda peşəkar karyerasında debüt edir. 28 aprel 2018-ci il tarixində "Salerintana" klubuna qarşı oyunda Sandro Tonali ilk qolunu vurur. 25 avqust 2019-cu ildə "Breşiya"nın heyətində "Kalyari" klubuna qarşı oyunda meydana çıxmaqla İtaliya A Seriyasında debüt edir. === Milan === 9 sentyabr 2020-ci il tarixində Tonali "Milan" klubunun oyunçusu kimi təqdim edilir. Müqaviləyə görə futbolçu ilk mövsümu 10 milyon avro qarşılığında icarə əsasında "Milan"da oynayacaq, sonra isə "Milan" klubu daha 10 milyon avro ödəyərək futbolçunun transfer hüququnu alacaq.
Senecio tonii
Senecio tonii (lat. Senecio tonii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sixteen Tons
Sixteen Tons (azərb. On altı ton‎) — kömürçü-şaxtaçıların ağır əməyindən və kasıblığından bəhs edən populyar mahnı. İlk dəfə 1946-cı ildə amerikalı kantri müğənnisi Merl Trevis tərəfindən yazılmış və növbəti il onun "Folk Songs of the Hills" albomuna daxil edilmişdir. 1955-ci ildə Tennessi Erni Fordun "You Don’t Have to Be a Baby to Cry" albomuna daxil olan ifa ABŞ-də Billboard çartlarında birinci yerə yüksəldi və 10 həftə boyunca yerini qorudu. Eyni zamanda Böyük Britaniyada Frenki Leynin ifasındakı versiya populyar idi. Sonrakı dövrlərdə mahnı çoxsaylı ifalarla yadda qalmış və mahnı yazılmış 20 milyon nüsxə val satılmışdır. == Kaver versiyalar == Ən məşhur kaver versiyaları sırasında 1957-ci ildə "The Platters" qrupunun, 1966-cı ildə Stivi Uanderin, 1967-ci ildə Tom Consun, 1987-ci ildə Conni Keşin, 2012-ci ildə LeAnn Raymsın və 2013-cü ildə Robbi Uilyamsın ifalarını qeyd etmək olar.
Styrax tonkinensis
Tonkin stiraksı (lat. Styrax tonkinensis) — stiraks cinsinə aid bitki növü.
Səid Tongiyev
Səid Tongiyev (rus. Саит Таипович Тонгиев, inq. Сейт Томп-Хаджи Тонгиев; 1881—1944 və ya 1882—1947) — Rusiya çar ordusu, Azərbaycan Xalq Cümhuriyyəti ordusu və Qızıl Ordunun inquş əsilli zabiti. 1920-ci ildə 3-cü Şəki süvari alayının komandanı. == Həyatı == Səid Tongiyev 15 yanvar 1882-ci il tarixində (başqa mənbəyə görə, 1881-ci ildə) Bazorkino kəndində tacir Teyp-Hacı Tongiyevin (öl.1932) ailəsində anadan olmuşdur. Vladiqafqaz real məktəbini bitirmişdir. 1909-cu ilin məlumatına görə, 15-ci qusar Ukrayna alayında Səid Tongiyev poruçik rütbəsində xidmət etmişdir. Vəhşi Diviziyanın İnquş süvari alayının tərkibində Birinci Dünya müharibəsində iştirak edib, Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdur. Rusiya imperiyasının süqutu ərəfəsində Tongiyev podpolkovnik (bəzi mənbələrə görə, polkovnik) rütbəsi daşıyırdı. Oktyabr inqilabından sonra o, bolşevikləri dəstəkləmişdir, 1917—1918-ci illərdə İnquş Qızıl ordusunun ştab rəisi olmuşdur (başqa mənbədə isə Tongiyevin 1918-ci ilin yayında gələcəkdə İnquş Qızıl Ordusunu təşkil edən İnquş qeyri-nizami qoşunlarının ştab rəisi kimi göstərilir).
Səid Tonqiyev
Səid Tongiyev (rus. Саит Таипович Тонгиев, inq. Сейт Томп-Хаджи Тонгиев; 1881—1944 və ya 1882—1947) — Rusiya çar ordusu, Azərbaycan Xalq Cümhuriyyəti ordusu və Qızıl Ordunun inquş əsilli zabiti. 1920-ci ildə 3-cü Şəki süvari alayının komandanı. == Həyatı == Səid Tongiyev 15 yanvar 1882-ci il tarixində (başqa mənbəyə görə, 1881-ci ildə) Bazorkino kəndində tacir Teyp-Hacı Tongiyevin (öl.1932) ailəsində anadan olmuşdur. Vladiqafqaz real məktəbini bitirmişdir. 1909-cu ilin məlumatına görə, 15-ci qusar Ukrayna alayında Səid Tongiyev poruçik rütbəsində xidmət etmişdir. Vəhşi Diviziyanın İnquş süvari alayının tərkibində Birinci Dünya müharibəsində iştirak edib, Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdur. Rusiya imperiyasının süqutu ərəfəsində Tongiyev podpolkovnik (bəzi mənbələrə görə, polkovnik) rütbəsi daşıyırdı. Oktyabr inqilabından sonra o, bolşevikləri dəstəkləmişdir, 1917—1918-ci illərdə İnquş Qızıl ordusunun ştab rəisi olmuşdur (başqa mənbədə isə Tongiyevin 1918-ci ilin yayında gələcəkdə İnquş Qızıl Ordusunu təşkil edən İnquş qeyri-nizami qoşunlarının ştab rəisi kimi göstərilir).
Tau-Tona mədəni
Tau-Tona mədəni — dünyanın ən dərin mədəni. Setsvana "Böyük aslan" mənasını verən bu məbəd Cənubi Afrika Respublikasının Qauteng bölgəsində yerləşir. Dərinliyi 3.9 km olan mədənin 5600 işcisi vardır. İşçiləri mədənin dibindən yer üzünə çatdırmaq üçün saniyədə 16 metr qalxan lift təqribən 1 saatlıq yol qət edir. Tau-Tona qızıl məbədi Anqlo Qold Aşanti Limited adlı şirkətə məxsusdur. Qeyd edək ki, 1957-ci ildə şirkət ilk qızıl çıxarılmaya başlanılanda bu məbədin dərinliyi 2 metr idi. Tau-Tona qızıl mədəni umumi 800 km uzunluğunda tunellərdən düzəlmişdir. Mədən çox dərin olduğu üçün işləmə şərtləri çox təhlükəlidir və hər il orta hesabla 5 işçi həyatını itirir. Digər çətinlik isə mədən havasının istiliyinin 55 dərəcə olmasıdır. Bu problemi aradan qaldırmaq üçün firma mədənə təmiz hava göndərir.
Tona
Tona, Tana (erm.: e.ə. Դեբեդ, l.ə. Debed, gür.: g.ə. დებედა, l.ə. Debeda) — indiki Ermənistan və Gürcüstan ərazilərindən axan çay. Anaxatır çayının sağ qolu. XIX əsrin sonu, XX əsrin əvvəllərinədək Rus mənbələrində tarixi Borçalı mahalının adı ilə Borçalı çayı adlanırdı. == Adın mənşəyi == == Coğrafi mövqeyi == Tona hövzəsi Kiçik Qafqazın təqribən orta hissəsində, Ermənistan (yuxarı və orta axımı) və Gürcüstan (aşağı axımı) ərazisində yerləşir. Hövzə 44° və 45°10′ şərq uzunluqları və 40°30′ ilə 41°15′ şimal enlikləri arasında yerləşir. Tona çayı iki ən böyük qolları olan Cəlaloğlu və Pəmbək çaylarının birləşməsindən yaranır.

Digər lüğətlərdə