Ayaq (təpik) sözü ilə bağlıdır. Qolu şikəst olana çolaq (əsli: qolu yox), ayağı şikəst olana topal deyirik. Deməli, təpik, təpmək, topal kimi sözlər eyni kökdən törəyib. Topuq isə “topa bənzəyən” (yumru) deməkdir, onun təpik sözü ilə qohumluğu yoxdur. Topal adamın şikəstliyi, axsaqla müqayisədə, daha çox olur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)