trans-Arktik
trans-Atlantik
OBASTAN VİKİ
Trans yağlar
Trans yağlar (trans yağ turşusu izomerləri) — trans-konfiqurasiyasında olan, yəni "karbon-karbon" kovalent əlaqəsinin əks tərəflərində yerləşən karbohidrogen əvəzedicilərinə malik olan doymamış yağ növü. Trans yağlar təbii ət və süd məhsullarında, eləcə də yüksək temperatura məruz qalan bitki yağlarında, xüsusən dezodorasiya olunmuş yağlarda az miqdarda olur. Onlar doymamış yağların hidrogenləşməsi prosesinin yan təsiri kimi böyük miqdarda əmələ gəlir, məsələn, marqarin istehsalında. Burada qeyd etmək lazımdır ki, tərkibində doymamış yağ turşuları olmayan sərt marqarin inək (kərə yağı) yağından fərqli olaraq 7 % ə qədər trans yağları ehtiva edə bilər. Trans yağların istehlakının ürək-damar xəstəlikləri və ölüm ehtimalının artması ilə əlaqəli olduğu göstərilmişdir. Bu baxımdan ÜST və digər səhiyyə təşkilatları trans yağların istehlakından çəkinməyi tövsiyə edir .
Asiya
Asiya – Avropa ilə birlikdə Avrasiya materikini əmələ gətirir. Asiya şimaldan cənuba (adalarla birlikdə) — 10,5 min km, qərbdən şərqə — 12,5 min km məsafədə uzanır. sahəsi 43,4 mln kv. km-dir. Əhalisinin sayı təxminən 4.3 mlrd nəfər təşkil edir. Onlardan 52,1 % kişilər, 47,9 %-ni qadınlardır. Şəhər-kənd əhalisinin nisbəti 37,6:62,4-ə olan kimidir. Əhalinin hər kv.km-də orta sıxlığı 84,7 nəfərdir. Ən çox sıxlıq Sinqapurda-6742 nəfərə çatır. Ən az əhali sıxlığı Monqolustanda hər kv.km-də 1,72 nəfərdir.
Narva Trans FK
Narva-Trans — Estoniyanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kubok yarışlarında iştirak edib.
Trans milli korporasiyalar
Təsiredici nüfuzları, çoxmilyardlıq investisiyon qüdrətləri ilə qloballaşma prosesini stimullaşdırırlar. Hərtərəfli mühafizə sistemləri, yüksək maddi-texniki baza ilə təhciz edilmiş elmi-tədqiqat institutları, laboratoriyaları, konstruktor büroları TMK-nın artan potensialını, rəqabət qüdrətini təmin edir. Belə strateji istiqamət milli kapitalın fəaliyyətinin beynəlmiləlləşdirilməsi, transmilli kapitalın maraqlarının qloballaşması ilə və əvəzlənməsini gerçəkləşdirir. Hazırda dünya təsərrüfatının mühüm mexanizmi kimi onlar ÜDM-in 20–25%-nə malik olmaqla beynəlmilləşmənin əsas hərəkətverici qüvvəsinin özəyində dayanırlar. TMK-lar əsasən XIX əsrin sonlarından başlayaraq geniş inkişaf etməyə başladı. Ancaq TMK-ların tarixi daha qədimdir. İlk beynəlxalq iqtisadi fəaliyyətlə məşğul olmağa başlamış təşkilat "Tamplier ordeni" sayılır. Onlar 1135-cil ildə hələ beynəlxalq səviyyədə bank işiylə məşğul idilər. Ancaq rəsmi şəkildə yaradılmış ilk TMK-a İngiltərənin "East İndia Company" TMK-dır. Bu kompaniya 1600-cü ildə İngiltərənin Hindistanda iqtisadi fəaliyyət göstərməsi üçun kraliça I Yelizavetanın əmriylə yaradılır.
Trans-Xəzər dəmiryolu
Trans-Xəzər dəmiryolu (rus. Среднеазиатская железная дорога) — Qərbi Mərkəzi Asiyanın böyük hissəsindən keçən böyük ipək yolunu izləyən dəmir yolu. XIX əsrdə Orta Asiyanı işğal edən Rusiya İmperiyası tərəfindən tikilmişdir. Dəmiryolunun inşaatı 1879-cu ildə rusların Kokand üzərində qələbəsindən sonra başlamışdır. Yol əvvəlcə İmperator Rusiya Ordusunun yerli müqavimətə qarşı hərəkətlərini asanlaşdırmaq üçün hərbi məqsədə xidmət edirdi. Lakin lord Kerzon dəmir yoluna baş çəkərkən qeyd etdi ki, onun əhəmiyyəti yerli hərbi nəzarətdən kənara çıxır və Britaniyanın Asiyadakı maraqlarını təhdid edir.
Asiya (dəqiqləşdirmə)
Asiya — Yer kürəsindəki ən böyük qitə
Asiya (okeanida)
Asiya (Asiya, q.yun. Ἀσία) — qədim yunan mifologiyasının personajlarından biri. Pilosdan gələn mətnlərdə bu, Potniya epitetidir. Müasir alimlərin fərziyyələrinə görə, epitet Kritin Asios şəhərində və ya Kiçik Asiyadakı Asiya bölgəsinə işarədir. Yunan mifologiyasında, okeanida Okeanla Tefiyanın qızıdır. Herodotun fikrincə, dünyanın bir hissəsinin şərəfinə adlandırılan Asiya Prometeyin həyat yoldaşıdır. Digər versiyalara görə, Asiya, Prometeyin anası, İapetin həyat yoldaşıdır . 1861-ci ildə İngilis astronomu Norman Pogson tərəfindən Madras Rəsədxanasında kəşf edilən asteroid (67) Asiyanın şərəfinə Asiya adlandırılır. Bu cür adlanması Asiya ərazisindən kəşf edilən ilk asteroid olması ilə əlaqədardır.
Asiya Dialoqu
Asiya Birliyi və yə Asiya Dialoqu (İngilis dilində: Asia Cooperation Dialogue) - Asiya ölkələri arasında birlik yaratmaq və ASEAN, SAARC və Körfəz Əməkdaşlıq Şurası kimi təşkilatlara kömək etmək məqsədi ilə 2002-ci ildə qurulan beynəlxalq təşkilatdır. Asiya qitəsində olslarada Şərqi Timor, Ermənistan, Gürcüstan, İraq, srail , Kipr, Şimali Koreya, Livan, Maldiv adaları, Papua-Yeni Qvineya, Suriya bu təşkilata üzv deyil.Həmçinin Azərbaycanda bu təşkilata üzv olmasada bu təşkilatla əməkdaşlıq edir.
Asiya Karrera
Eyşa Karrera (6 avqust 1973, Nyu-York, ABŞ) — ABŞ pornoaktrisası, ssenaristi və modeli. 300-dən artıq pornoqrafik filmdə iştirak etmişdir. Ateistdir. == Həyatı == Eyşa Karrera 1973-cü ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur. Atası yapon, anası alman əsillidir. Ailədə 4 uşaqdan biridir. Uşaqlıq vaxtında piyano dərsləri almışdır. 1990-cı ildə barlarda striptizçi olaraq çalışmışdır. 1993-cü ildə isə artıq porno kassetlər yayımlamışdır. Bəzən "Cessika Bennett" ləqəbi ilə də filmlərdə iştirak etmişdir.
Asiya Oyunları
Asiya Oyunları — Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə, Asiya Olimpiya Komitəsinin isə birbaşa təşkilatçılığı ilə keçirilən çox idman növlü tədbir. Bir növ Yay Olimpiya Oyunlarının Asiya qitəsi üçün olan yarışlarıdır. Yarışlar ilk dəfə 1951-ci ildə Hindistanda, Yeni Dehli şəhərində keçirilmişdi. == Turnirin arxivi == == Ən dəyərli oyunçular == Samsung Group şirkətinin spornsorluğu ilə 1998-ci ildən "Asiya Oyunlarının Ən Dəyərli Oyunçusu" seçilir.
Asiya ardıcı
Azor ardıcı (lat. Juniperus brevifolia) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Azor adalarıında rast gəlinir, endemikdir. Təbii şəkildə dəniz səviyyəsindən 250–800 m yüksəklikdə olan dağlarda bitir.
Asiya ağacdələnləri
Asiya ağacdələnləri (lat. Megalaimidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Asiya boymadərəni
Asiya boymadərəni (lat. Achillea asiatica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Asiya camışları
Asiya camışları (lat. Bubalus) — Boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid heyvan cinsi.Azərbaycanda camış ən qədim zamanlardan bəri yetişdirilir. Dağıstan MR, Kuban, Qara dəniz sahilləri, Krım və Dunay çayı ətrafında da camışçılıq inkişaf etmişdir. Vəhşi camışlara Hindistanın bəzi tropik meşələrində, xüsusən şərq bataqlıqlarında, mərkəzi əyalətlərində, habelə Seylon adasının şərqində indi də rast gəlmək olur. Təbii xassələrinə görə camış susevər (hidrofil) heyvandır. Camış əhliləşdirilmiş halda Malıy adaları, Çin, Yaponiya, İran, Misir və Türkiyədə xeyli miqdarda yayılmışdır. Cənubi Avropada camışlar Bolqarıstan, Ruminiya, Albaniya, Macarıstan, Yunanıstan, Yuqoslaviya və başqa Balkan ölkələrində, hətta az miqdarda Çexoslovakiyada, Cənubi İtalyanın Kalabriya hissəsində və Siciliya adasında da yetişdirilir. Bu ölkələrdə yağıntı az olsa da, çoxlu çay və su mənbələri vardır. Camış isti günlərdə həmişə nohurlarda, bataqlıq yerlərdə, durğun sularda, gölməçələrdə, yaxud çaylarda yatmağı sevir. Suda olduqda camışın ancaq başı kənarda qalır, baş adətən bel ilə bir hündürlüklə durur, bu da onun suda yaşamaq adəti ilə əlaqədardır.
Asiya camışı
Asiya camışı, Hindistan camışı və ya Su camışı (lat. Bubalus bubalis - Boşbuynuzlular fəsiləsinin Öküzlər yarımfəsiləsinə aid heyvan növü.Hind vəhşi camışı – arni (Bos arnee) cənubi Asiyada Himalay dağlarından Benqaliyədək, Assam cınqıllarında, Birma və Siamda, habelə Seylon adasında yaşayır. Keçmişdə Beynəlnəhreyndə (Mesopatamiyada) və bəzi müəlliflərin yazdığına görə, şimali Afrikada da yaşayırmış. Hind camışı 200 sm hündürlükdə və 1500 kq ağırlığında olur. Assam ölkəsində olanlar Borneo və Seylon adalarında olanlara nisbətən uzunbuynuzludurlar. Vəhşi hind camışı ev camışına çox oxşayır, bu səbəbdən onu ev camışının mənşəyi hesab edirlər.
Asiya depressiyası
Asiya depressiyası və ya Cənubi Asiya depressiyası — yay aylarında Asiya qitəsi üzərində yaranan alçaq təzyiq sahəsi. İyulda mərkəzində, yəni Əfqanıstan üzərində təzyiq 995 millibara çatır. Asiya depressiyasının cənub hissəsini qitədən tropiklərə doğru yönəlmiş ekvatorial depressiya hesab etmək. Şimalda onun yaranmasına səbəb qitə üzərində qütb cəbhəsi siklonlarının fəaliyyətidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Энциклопедический словарь. 2009. Азиатская депрессия.
Asiya dəyərləri
Asiya dəyərləri – 1990-cı illərdə Cənub-Şərqi və Şərqi Asiya xalqları üçün ümumi olan cəmiyyət, mədəniyyət və tarix elementlərini müəyyən edən siyasi ideologiya idi. İnsanları iqtisadi və sosial rifahı üçün birləşdirmək üçün ümumi cəhətlərdən, məsələn, kollektivizm prinsipindən istifadə etmək nəzərdə tutulurdu. Bu, ümumbəşəri insan hüquqlarının Avropa idealları ilə ziddiyyət təşkil edirdi. Bu konsepsiya Mahathir Məhəmməd (Malayziyanın Baş Naziri, 1981–2003, 2018–2020) və Li Kuan Yu (Sinqapur Baş Naziri, 1959–1990) və digər Asiya liderləri tərəfindən müdafiə edilmişdir. Bundan tez-tez qeyri-demokratik liderlər tərəfindən siyasi opponentlərə qarşı təzyiqlərə haqq qazandırmaq üçün istifadə edilmişdir, bu, "insan hüquqları Asiya dəyərlərinin bir hissəsi deyil"səbəbi ilə insan hüquqlarının pozulması kimi təsvir edilmişdir. Konsepsiyanın populyarlığı 1997-ci il Asiya maliyyə böhranından sonra, Asiyanın böhranla mübarizə aparmaq üçün ardıcıl regional institusional mexanizmə malik olmadığı aşkar edildikdən sonra azaldı. == Tarixi == Tarixən ortaq bir "Asiya" kimliyi olmamışdır və vahid coğrafi regional kimlik anlayışı 20-ci əsrdə məşhur olduğu dövrdə, şübhəsiz ki, Asiya ilə məhdudlaşmırdı. Asiya dəyərləri Çin Xalq Respublikasında, Çin Respublikasında (Komintang dövründə Tayvan), Malayziyada (Mahathir Məhəmməd dövründə), Sinqapurda (Li Kuan Yunun rəhbərliyi altında), İndoneziyada, Cənubi Koreyada və Yaponiyada (bəlkə də İkinci Dünya Müharibəsindən əvvəlki dövr) Qərbdə Asiya dəyərlərinin öyrənilməsi Asiyanı başa düşmək və regionla daha yaxın əlaqələr qurmaq üçün bir yol kimi qəbul edilirdi. Onun Malayziya və Sinqapurdakı tərəfdarları iddia edirlər ki, bu konsepsiya İslam, Konfutsiçilik və Hinduizmi uzlaşdırmağa kömək edir və Qərb fəlsəfəsindən fərqli olaraq birləşdiricidir. bir millətin taleyini iqtisadiyyatı və ya siyasəti ilə deyil, mədəniyyəti ilə müəyyən edəcəyini müdafiə etdi.
Asiya sentellası
Asiya sentellası (lat. Centella asiatica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin sentella cinsinə aid bitki növü.
Asiya tarakanı
Asiya Tarakanı(Periplaneta australasia). Bədən rəngi qırmızımtı qəhvəyidən tünd qəhvəyi və ya qaraya qədər dəyişən bu növdə qanadlar yaxşı inkişaf etmiş, pronotum tünd qəhvəyi rəngdə olub kənarları diqqətə çarpacaq dərəcədə açıq sarı rəngdə bir lentlə çevrili olur, bu zolağın qalınlığı dəyişə bilər, ön qanadların qaidə qisimində açıq sarı rəngdə bir xətt olur, dişilərdə abdomenin sonunda və alt tərəfində, yanında uzunlamasına yarığa bənzər bir xətt var. Yetişkilər 21–34 mm boyunda olur. == Mənbə == Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология: М.,Москва, 1989, 414с. Белозеров Е.С., Иоанниди Е.А. Курс эпидемиологии: АПП “Джангар”, 2005, 136с. Васильев К., Шляхов Э. Методы исследования в эпиде- миологии: Картя Молдовеняска, 1971, 186с. Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология: Санкт-Петер- бург, Фолиант, 2006, 716с. Клименко Е.П., Попов В.П. Эпидемиологический анализ: М., Медицина, 1983, 192с. Покровский В.И., Пак С.Г., Брико Н.И. Инфекцион- ные болезни и эпидемиология: М., Москва, 2006, 810с. Попов В.Ф. Руководство по эпидемиологическому ана- лизу: М., Медицина, 1973, 216с.
Asiya zirinci
Asiya zirinci (lat. Berberis asiatica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Asiya çılpaqgözü
Asiya çılpaqgözü (lat. Ablepharus pannonicus) — Çılpaqgözlülər cinsinə aid növ. == Təsviri == Çənəarası qalxancıq qısa tikişlə alın qalxancıqa toxunur. Alınönü qalxancıq 2, alıntəpə qalxancığı 1 dənədir. Təpəarası qalxancıqı 1 dənədir. Gözüstü qalxancığın xarici kənarına 3–4 dənə xırda kirpik qalxancığı söykənir. Gözaltı qalxancıqdan öndə 4, nadir hallarda 3 dənə üst dodaq qalxancığı yerləşir. Göz dənəvər pulcuqlarla əhatə olunmuşdur. Gicgahın birinci cərgəsində 3 qalxancıq yerləşir. İki aralı anal qalxancıq vardır.
Asiya çəyirtkəsi
Köçəri çəyirtkə (lat. Locusta migratoria) və ya Asiya çəyirtkəsi — əsl çəyirtkələr (Acrididae) fəsiləsindən düzqanadlılar növləri. == Polifaq == Tarla, bağ, bağ, meşə, tərəvəz, bostan, giləmeyvə və müxtəlif texniki bitkilərə zərər verir. Qarışıq forma 300 kilometrə qədər miqrasiya edir. Aralıq Avropa, Asiya, Afrikanın geniş ərazilərini əhatə edir. Bu sahədə növ 7 alt növ təşkil edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Бей-Биенко, Григорий Яковлевич. Руководство по учету саранчовых. Л.: Упр. Службы учета Гос.
Asiya şiri
Asiya şiri (lat. Panthera leo persica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü. Nəsli kəsilmə həddindədir. == Ölçüləri == Ölçüləri iridir. Erkəklərin bədən quruluşu massivdir, dişilər daha incədir. Növün nümayəndəsi üçün 204 sm. uzunluğu səciyəvidir. Quyruğun uzunluğu 90 sm. Asiya aslanı Afrika aslanından kiçikdir. Erkəklər dişilərdən iridir.
Asiya şirkəti
Asiya şirkəti (dan. Asiatisk Kompagni) — XVIII əsrdə Hindistan və Çin ilə ticarət etmək üçün qurulan Danimarka ticarət şirkəti. == Tarixi == Asiya şirkəti 1732-ci ildə (digər mənbələrə görə — 1730-cu ildə) əsasən çürümüş Danimarka Şərqi Hindistan Şirkətinin keçmiş səhmdarları tərəfindən quruldu və krallıq imtiyazına görə, Hind Okeanı bölgəsində və Çində yerləşən ölkələrlə ticarətdə inhisar aldı. Təşkilati olaraq şirkət ən böyük səhmdarları Kopenhagen tacirləri olan bir səhmdar cəmiyyətdi. Şirkətin nizamnamə kapitalı 100 min riksdalerdən ibarət idi və hər biri 250 riksdalerin 400 səhminə bölündü. Şirkət 1732-dən 1807-ci ilə qədər inkişaf etmişdir. O dövrdə Kopenhagen Şərqi Hindistan və Çin ticarəti üçün böyük bir mərkəz idi və Danimarka Avropa hərbi münaqişələri zamanı bitərəf qaldıqda şirkət əhəmiyyətli mənfəət əldə etdi. 1734-1745-ci illər arasında Danimarkaya 9,1 milyon Riksdaler dəyərində mal idxal edildi. Bu illər ərzində Şərqi Hindistana 15, Çinə 17 gəmi göndərildi və 1746 - 1765 arasında onların sayı müvafiq olaraq 27 və 38 gəmiyə yüksəldi. 1772-ci ildə imtiyazın bitməsindən sonra Şərqi Hindistan ilə ticarət sərbəst hala gəldi, lakin şirkətə 20 il müddətinə bu bölgəyə gəmi göndərən şəxslərdən müəyyən miqdarda haqq alma hüququ verildi.
Asiya şəhərləri
Bu siyahıda Asiya qitəsində olan şəhərlər ölkələrinə görə sıralanmışdır.