TURİZM

\[fr. tourisme\] туризм (ял ягъун, жуван ва я маса уьлкведин жуьреба-жуьре чкайрихъ галаз таниш хьун метлебдалди сиягьат авун, къекъуьн).
TURİST
TURNİK
OBASTAN VİKİ
Turizm
Turizm (fransız sözü olub, gəzinti, səfər deməkdir) — fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. 1954-cü ildə BMT-nin yığıncağında "Turizm" sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm son 20–25 ildə insanların vərdiş etdikləri həyati təlabatdır. Turizm xidmətlərinin və turist tələbatlı malların reallaşdırılması ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu turizm sənayesini yaranır Bura mehmanxanalar, iaşə obyektləri, sənaye və ekskursiya büroları aiddir. Turist — ölkə daxilində, yaxud xaricində müxtəlif məqsədlər üçün 24 saatdan 6 aya qədər müddətə səfər edən şəxsdir. Tur– konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan turizm məhsulunun vauçer şəklində satılan formasıdır. Turizm məhsulu isə turistlərə göstərilən xidmətlər kompleksidir. Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı, mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır.
Monteneqroda turizm
Monteneqroda turizm — iqtisadiyyatın sürətlə inkişaf edən aparıcı sektorlarından biridir 2009-cu ildə turizm mənfəəti 2007-ci illə müqayisədə 39% artaraq 480 milyon avroya (2007) qarşı 569 milyon avro (2009) təşkil etmişdir. Adriatik sahili 295 km təşkil edir, bunun 72 kilometri çimərliklərdir. == Tarixi == 2012-ci il üçün turistlər arasında ən populyar şəhərlər: Budva (692.000 turist) Herseq Novi (229.000) Bar (156.000) Ulsin (125.000) Kotor (56.000) Podqoritsa (53.000) Kotorun köhnə hissəsi və Durmitor Milli Parkı YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Çimərlikləri == Monteneqronun sahil xətti 295 km uzunluqdadır. 73 km çimərliyi vardır. Bu çimərliklərin sayı 120-dən çoxdur. Qumdan tutmuş çınqıllara qədər müxtəlif çimərlik üslubları var. === Ulsin === Ulsinin sahil xətti 32 km uzunluqdadır. 10-dan çox çimərliyi var. Ada Boyana çay adasıdır.
Mədəni turizm
Tarixi-mədəni turizm və ya Dərketmə turizmi (türk. Kültür turizmi, ing. Cultural tourism) — Təbii, tarixi-mədəni abidələr, muzey, teatr, ictimai tikililər, xalqların həyatı və adət-ənənəsi ilə tanış olmaq məqsədilə həyata keçirilən turizm fəaliyyətidir. Avropa Birliyi ölkələrini əhatə edən bir tədqiqatın nəticəsində məlum olmuşdur ki, tarixi-mədəni məqsədlərlə səyahət edən turistlərin çoxu yüksək təhsilli və yüksək gəlirli peşə sahibləridir. Məlum olmuşdur ki, yüksək təhsilli turistlərin digər turistlərdən daha çox səfər edirlər. XXI əsrdə mədəni Turallar yaradıcı (kreativ) turların axtarışındadır. ÜTT_nin 2010-cu ildə Santa Fe Adilov şəhərindəki toplantısında belə ifadə edilmişdi:Tarixi-mədəni turizm, səfər edilən yerdəki əhali ilə və onların mədəniyyətləri ilə tanış olmaq, onların adət-ənənələri ilə tanış olmaq və onları öyrənmək üçün həyata keçirilən turizm fəaliyyətidir Mədəni turizm anlayışı ilk dəfə 1980-cı illərdə Avropa Birliyinin mədəni kimliyi və mədəni mirasını ortaya çıxarmaq üçün aparılan araşdırmalarda meydana gəldi. Vaxt getdikcə, Mədəni turizm, beynəlxalq turizm bazarında yeni turist məhsulu kimi satışa çıxarıldı.
Ornitoloji turizm
Ornitoloji turizm — müxtəlif quş növlərini təbii mühitlərində müşahidə etmək məqsədiylə baş tutan turizm fəaliyyəti. Ekoloji turizmin növlərinə aid olan ornitoloji turizmin inkişafına quşlar haqqındakı sənədli filmlər, teleskop və dürbün kimi avadanlıqların çox baha olmaması, müxtəlif dövlətlərin həvəsləndirici proqramları müsbət təsir göstərir. Ornitoloji turizmdə müşahidə olunan quşlar qəfəsə salına, əhlilləşdirilə, yaxud gəlir əldə etmək məqsədilə quş fermalarında saxlanıla bilməz. Türkiyədə ən çox bu ərazilərdə ornitoloji turizm inkişaf etmişdir: Qızılırmak deltası, Marmara hövzəsi, Meriç hövzəsi, Konya qapalı hövzəsi, Dəclə hövzəsi, Antalya hövzəsi, Burdur qapalı hövzəsi, Yumurtalıq gölü, Manyas quş cənnəti, Şərqi və Qərbi Qaradəniz hövzəsi və s.
Polşada turizm
Polşa ildən-ilə artan turist sayına görə qlobal turizm bazarında özünəməxsus bir yer tutur. Polşada turizmin ölkə iqtisadiyyatında xüsusi payı var. Polşada ən məşhur turist şəhərlərinə Krakov, Varşava, Qdansk, Vrotslav, Poznan, Şetsin, Lublin, Torun, Zakopan və Osventsimi (tarixi Auşvitz həbs düşərgəsinə görə) misal göstərmək olar. Polşa Ümumdünya Turizm Təşkilatının 2012-ci il sıralamasında ölkəyə gələn turist səfərlərinin sayına görə 17-ci yeri tutmuşdur. Polşa, xüsusi ilə 2004-cü ildə Avropa İttifaqına qoşulduqdan sonra turistlər tərəfindən çox səfər edilən ölkəyə çevrilmişdir. Polşada turistləri cəlb edən onun təbiəti, tarixi yerləri və mədəniyyət tədbirləridir. Bunlar hər il milyonlarla turisti ölkəyə gətirir. Turist İnstitutunun verdiyi məlumata görə, 2006-cı ildə ölkəyə 15.7 milyon turist, 2007-ci ildə 15 milyon turist səfər etmişdir. 2012-ci ildə Polşaya 13.5 milyon turist səfər etmişdir (UEFA Avro 2012 üçün gəlib, axşam Polşada qalmayan turistlər bu statistikaya daxil edilməyib). 2013-cü ildə 15.8 milyon, 2016-cı ildə isə 17.5 milyon turist Polşaya səfər etmişdir.
Qastronomik turizm
Kulinariya turizmi (qastronomik turizm) - yeni bir yemək (içki, ədviyyat, şirniyyat və s.) ilə tanış olmaq məqsədilə edilən səyahətləri əhatə edir. Azərbaycan Respublikası "Turizm haqqında" Qanuna görə qastronomik turizm turistlərin səyahət edilən ölkənin (yerin) ənənəvi və (və ya) innovativ kulinariya nümunələri və ərza məhsulları, yerli ərzaq istehsalçıları ilə tanışlığı, kulinariya festivallarında və digər oxşar tədbirlərdə iştirakı ilə müşayiət olunan turizm formasıdır. Kulinariya turizmində turistlərə regionun milli mətbəxi və kulinariya mədəniyyəti ilə tanış olmaları hədəflənir. Burada təkcə yeməyin (içkinin) dadı yox, həm də içərisindəki inqridentlər, fərqli bişirilmə texnikaların da turistlərə tanıdılır. Əlbəttə ki, bu fəaliyyət müxtəlif qidalardan asılı olaraq (qurd, qurbağa, ilan, kərtənkələ, ilbiz və s.) bəzi turistlər üçün iyrənc görünə bilər. Belə olduqda turizm şirkətləri müştəri itirə bilər. Bir çox ölkələr fərqli qidalar üzrə ixtisaslaşmışdır və həmin qida üzrə qastronomik turizmdə aparıcı ölkə sayılır. Məsələn: Fransa şərab, Almaniya pivə, İspaniya panella, Türkiyə çiy köftə üzrə və s.
Qazaxıstanda turizm
Qazaxıstanda turizm — 2014-cü il məlumatına görə turizm sahəsi Ümumi Daxili Məhsulun 0,3 % təşkil etmişdir. 2020-ci ildə Qazaxıstan hökuməti bu rəqəmi 3 % artırmağı planlaşdırır. 2000-cu il məlumatına görə ölkəyə 1,47 mln xarici turist gəlmişdir. Bu rəqəm 2012-ci ildə 4,81 milyona çatdırılmışdır. Bu isə ölkəni bu göstəricilərlə 51-ci yerə çıxartmışdır. Beynəlxalq mətbuatda Qazaxıstanda turizm elədə yaxşı inkişaf etməmiş olaraq göstərilir. Burada pis xidmət və loqistika çətinlikləri vardır. 2013-cü ildən Qazaxıstanda turizm konsepsiyası qəbul edilmişdir. Konsepsiya 2020-ci ilə qədər turizmin inkişaf etdirilməsi planlaşdırılır. Proqramın hədəfi beş turistik klasterin meydana gətirilməsidir: Astana, Almatı, Şərqi Qazaxıstan, Cənubi Qazaxıstan və Qərbi Qazaxıstan.
Qırğızıstanda turizm
Qırğızıstanda turizm — çox zəif inkişaf edir. 2000-ci illərin əvvəllərində orta hesabla hər il əsasən keçmiş Sovet İttifaqı ölkələrindən təxminən 450.000 turist ölkəyə gəlirdi. 2018-ci ildə İngilis beqpekinq cəmiyyəti, ölkənin macəranın sirri olan bir ölkə olduğunu bildirərək Qırğızıstanı dünyanın ən yaxşı beşinci macəra səyahət yeri olaraq təyin etdi. İssık-Kul və Tyan-Şan dağları nisbətən populyar turistik yerlərdir. == Mədəni tarixi == Qırğız mədəniyyəti Monqol ordularının dövründən qalma köçəri ənənələrə əsaslanır. Müasir qırğızlılar əsasən evlərdə və ya binalarda yaşasa da, yaz aylarında yerli insanların bir sürü qoyun, keçi, at və bəzən də yaklar ilə bir yurdda necə yaşadıqlarını müşahidə edə bilərsiniz. Hər ərazidə turistlərə xidmət göstərən bir neçə; daha görünən (və uzaq) olan bəziləri, Narin vilayətindəki, Narın şəhərindən kənarda "daş evi" olan Taş Rabat və İssık-Kul gölünün Karakol şəhəri yaxınlığında Yeddi-Oğuz bölgəsindəki Yeddi-Oğuz ("Yeddi Boğa") vadisində yurd düşərgələri var. == Ekoturizm == Hazırda Qırğızıstanda "ekoloji cəhətdən təmiz" turizmin inkişafı üçün bir sıra işlər görülür. İsveçrənin Helvetas mədəni inkişaf təşkilatı "Şepard həyatı" və "İcma əsalı Turizm" də daxil olmaqla bir neçə belə layihəyə sponsorluq etmişdir. Qırğızıstandakı bir çox turizm şirkəti "eko" nun ölkələrinə gələn bir çox turist üçün çox cəlbedici göründüyünü başa düşür, buna görə də "az təsirli" hadisələri təbliğ etmək üçün heç bir şey etməsələr də, bu sözləri təşkilatlarını izah etmək üçün istifadə edirlər.
Sinqapurda turizm
Sinqapurda turizm — Sinqapur iqtisadiyyatının əsas sahələrindən biridir. 2013-cü ildə Sinqapura 15,6 mil milyon turist gəlmiş. Bu ölkə əhalisinin 3 qatı deməkdir.. 2010-cu ildə turizm ölkə büdcəsinə 18,8 milyard dollar gəlir gətirmişdir. Ölkədə turizm üzrə məsəllərə Sinqapur turizm birliyi nəzarət edir. (STB; çin. 新加坡旅游局). Turizmin inkişafı məqsədi ilə 1980-ci illərdə ölkənin tarixi və mədəniyyət əhəmiyyətli bölgələrinin (Çaynataun, Kiçik Hindistan) qorunub saxlanılmasına və bərpasına qərar verildi. Sinqapur çayı zibil qalıqlarından təmizləndi, çay ətrafı ərazilər restoran və turistik tikililər üçün satıldı. Ümumən Sinqapur hökuməti 2017-ci il üçün turizmin inkişafına 905 milyon dollar ayrımış.
Tailandda turizm
Tailandin turizm potensialında cəlbedici faktorlara tarixi abidələr, kurortlar, çimərliklər, piknik yerləri, meşələr, müxtəlif qəbilələr və vəhşi təbiət daxildir. Tailand toxnulmamış təbiət turistlərlə sıx əlaqədə olub onlara, balıqçılıq, su xizəyi, çay kruizləri, kaneo yarışları, avarçəkmə, rahat dəniz çimərliyi kimi müxtəlif xidmətlər təklif edir. == Statistika == 2011-ci ilin statistikasına görə Tailand turizmdə 1-ci yeri tutub.: == Möcüzə paytaxt == Tailandın paytaxtı Banqkok Cənub Şərqi Asiyanın incisi hesab edilir. Banqkok 200 il bundan əvvəl kiçik bir balıqçı qəsəbəsi idi. Tay dilindən tərcümədə Banqkok qısaca olaraq mələklər ölkəsi mənasını verir. Amma Banqkokun tam adının tay dilində mənası belədir: "Mələklər, ölməz hökmdarlar, 9 qiymətli qaş-daş, kral sarayları". Tailand unikal ekzotik bir ölkədir və bu da oraya səyahət edənlərə böyük təsir bağışlyayır. Tailandın ərazisi 513 min 115 kvadratkilometr, əhalisi 66,8 milyon nəfərdir artıqdır. Ölkə bütövlüklə Hind-Çin yarımadasında yerləşir. Yalnız Tailandın cənub hissəsi Malay yarımadasına düşür.
Tibbi turizm
Tibbi turizm — yaşayış bölgəsindən kənarda planlaşdırılan tibbi xidmətlərin göstərilməsini, xaricdə tətilin yüksək ixtisaslı tibbi yardımla birləşdirilməsini ifadə edən bir termin. Tibbi turizm mütləq tibbi xidmətin başqa bir dövlətdə alınmasını nəzərdə tutmur. Məsələn, ABŞ-də xəstələr xərcləri azaltmaq üçün digər dövlətlərə müraciət edə bilər. Tibbi turizm üç qrupa bölünür: daxili, xarici və gələn. Daxili tibbi turizm adətən bir ölkənin vətəndaşlarının tibbi xidmətlər almaq üçün bölgələri arasında hərəkəti adlanır. Xarici tibbi turizm xəstənin öz tibbi ehtiyaclarını ödəmək üçün xaricə getməsi halında tibbi xidmətlərin idxalı hesab olunur. Gələn tibbi turizm tibbi xidmətlərin ixracı, yəni xarici xəstələrə tibbi xidmət göstərilməsi üçün cəlb edilməsidir. == İnkişaf etmiş tibbi turizm ölkələri == Tibbi turizm ABŞ, Kanada və Qərbi Avropa sakinləri arasında çox populyardır. ABŞ-də sığortası ciddi xroniki xəstəliklərin müalicəsini əhatə etməyən insanların sayı 110 milyona yaxınlaşır. Buna görə, bir çox amerikalı xaricdə müalicə almağa üstünlük verir, çünki kardioloji, ortopedik və digər bir çox xəstəliklərin müalicəsi, məsələn, Hindistanda və ya Taylandda, ABŞ-də bənzər müalicənin dəyərinin dörddə biri, bəzən isə onda biri olur.
Turizm bazarı
Bazar - tələbin və təklifin görüş yeridir. Müvafiq olaraq turizm bazarı elə bir yerdir ki, burada turist tələbi turizm təklifi ilə görüşür. == Turizm bazarı == "Turizm terminlərinin izahlı lüğətində" turizm bazarı anlayışının 3 variantı verilir. Bu gün və sabah turizm məhsulunu almaq üçün imkanı olan (potensial alıcılıq qabiliyyəti olan) istehlakçılar toplumu Dünyanın təsərrüfat əlaqələri sistemində turizm-ekskursiya xidmətlərinə çevrilmə prosesinin baş verməsi Dörd əsas elementin (turist tələbi, turizm məhsulunun təklifi, qiymətlər və rəqabət) qarşılıqlı iqtisadi əlaqələr sistemi. == Turizm biznesi == Turizm biznesi aşağıdakı qruplara bölünür: fərdi kiçik orta biznes == Turizmin prinsipləri == İstehlakçılar cəmiyyətinin əsas hissəsindəki prioritet Rəqabət mübarizə prinsipinin hökmran olması Turizm maddi bazası üzərində şəxsi əmlak hüququ Həm istehlakçı, həm də müştəri üçün azad seçim hüququ İnsanın gəlirlərinin, əməyin nəticəsindən və əmək bazarındakı vəziyyətdən asılılığı Dövlət tərəfindən fərdi sahibkarlığın, istehlakçıların hüquqlarının hüquqi-normativ qanunvericiliklə dəstəklənməsi və sosial xarakterli fəaliyyətin həyata keçirilməsi. == Turist tələbi == İnsanların mövcud olan qiymətlərlə ala biləcəkləri müəyyən turizm məhsulu və xidmətindən ibarət olan turizm tələbatının alıcılıq qabiliyyəti ilə təsdiq olunması. == Turizmdə təklif == İstirahət və səyahət zamanı turistə lazım olan turizm və onunla əlaqədar xidmətlərin çeşidli toplusudur.
Turizm məhsulu
Turizm məhsulu - səyahət zamanı turistin tələbatının ödənilməsi üçün lazım olan maddi istehlak malları və qeyri-maddi (xidmət formasında) istehlak dəyərinin toplusudur. == Növləri == Bütövlük (tamlıq) - məhsulun tam olması və müştəri tələbatlarını tam ödəməsi Effektlilik - turistin az xərclə, yüksək effekt əldə etməsi Etibarlılıq - məhsulun tərkibinin reklamla uyğunluğu, keyfiyyətin informasiya ilə təsdiq olunması Aşkarlıq - məhsulun istehlakçı və onun yönümü həm turistə, həm də xidmət personalına aydın olmalıdır. Çeviklik - məhsulun və xidmət sisteminin başqa tip istehlakçıya uyğunlaşması Qonaqpərvərlik - insanlarla görüşdən məmnunluq hissini onlara aşılamaq bacarığı, təvazökarlıq, hörmət, personalın gülərüzlüyü, qonaqlara və turistlərə səmimi münasibətindən ibarətdir. == Xidmət tədarükçüləri == Turun təşkili zamanı turistlərə göstərilən kompleks xidmətdə iştirak edən bütün müəssisə və təşkilatlar - xidmət tədarükçüləri adlanır. Turizm firması bu tədarükçülərlə öz münasibətlərini müqavilə əsasında qurur.
Albaniyada turizm
Albaniyada turizm — zəif inkişaf etmişdir. Ancaq kifayət qədər yüksək inkişaf tempinə malikdir. İllik turist axını cəmi 60–80 min nəfərdir. Əsas turizm mərkəzləri Albaniyanın cənub-qərbindəki Saranda kurortu, Vlyoradan Adriatik sahili boyunca Sarandayadək uzanan Güllü sahil, Durres rayonundakı çimərliklərdir. Girokastra, Kruya, Bərat şəhərlərində orta əsrlərə aid qəsr və qalalar vardır. Albaniya Milli Statistika İnstitutunun 2009-cu ilə olan məlumatına görə ölkədə 5888 nömrə və 11 932 yataq yerinə malik 369 otel mövcuddur. 2009-cu ildə ölkəni 1,5 milyon xarici turist ziyarət etmiş, onlardan təxminən 236 mini otellərdə qalmışdır. Albaniyada turistləri Qədim Yunanıstan və Roma, eləcə də Osmanlı İmperiyası dövrünün zəngin tarixi abidələri, Soyuq müharibə illərinin artefaktları, təmiz çimərlikləri, dağ cığırları, alban mətbəxi cəlb edir. ABŞ-nin onlayn nəşri olan "Huffington Post" 2013-cü ildə Albaniyaya səfər etməyin 10 səbəbini göstərmişdir. Son zamanlar Albaniyanı "Aralıq dənizinin yeni sevgisi", "Avropanın sonuncu sirri" adlandırırlar.
Alternativ turizm
Alternativ turizm — istifadə edilən təchizat vasitələri, təşkilatçılıq və insan resurslarına görə kütləvi turizmdın fərqlənən turist məhsulları və fərdi turist xidmətlərini nəzərdə tutur. Bu termini bəzən "fərqli" və ya "başqa turizm", "ağıllı" və ya "məqsədli turizm", "anti-turizm" və ya "iştirakçı turizm" terminlərinin əvəzinə "dəbdə olan" sözləri ilə də ifadə edirlər. == Formaları == "Alternativ turizm" termini fəal turizm konsepti ilə tədqiqatçı və qarşılaşma səyahətlərini və hətta əqidə turizmi konseptini əhatə etməyə çalışır. Aşağıdakı siyahılarda alternativ turizmin bəzi növləri sadalanmağa çalışılıb.
Arxeoloji turizm
Arxeoturizm və ya Arxeoloji turizm — mədəni turizmin bir növü olub arxeologiyaya olan ictimai marağı təbliğ etmək və tarixi ərazilərin gələcək üçün qorunması məqsədini daşıyır. Arxeoloji turizm arxeologiyanın ictimaiyyətdə təbliği, arxeoloji ərazilərə, muzeylərə, izahat mərkəzlərinə səfərlər, tarixi hadisələrin canlandırılması, yerli əhalinin qədim adətlərinin bərpası, festivallar və teatrlarla əlaqəli bütün məhsulları əhatə edir. Arxeoloji turizm arxeoloji və mədəni irs ərazilərinin təbliği ilə yanaşı, həm də bu ərazilərə onlara zərər vura da bilər və buna görə də bəzən müdaxilə turizminə çevrilmək təhlükəsi yaranır. Arxeoloqlar hesab edirlər ki, turizm keçmişə baxışları və bilikləri təşviq edir. Lakin, arxeoloji obyektlər turizm qurumları tərəfindən idarə olunanda, bilet və suvenir satışlarından daxilolmalar daha böyük əhəmiyyət kəsb etməyə başlayır və sual yaranır ki, ərazini ictimaiyyətə açıq saxlamaqmı daha dəyərlidir, yoxsa qapalı saxlayıb dəyə biləcək zərərlərdən qorumaq. Arxeoloji materiallara vurulan zərər yalnız birbaşa dağıtma, yerdəyişmə, oğurlama şəklində deyil, bəzən də bilavasitə yollarla mümkün olur. Məsələn, düzgün planlaşdırılmamış yol, restoran, mağaza və otel tikintisi sürüşmələrə, sel basqınlarına və torpağın aşınmasına səbəb olur. == İstinadlar == == Xarici keçidlər == ArqueotuR Arxivləşdirilib 2021-01-18 at the Wayback Machine (2010) — arxeoloji turizmin təbliği və yerli inkişaf üçün institusional şəbəkə. Barselona Universiteti tərəfindən koordinasiya olunur.
Avstriyada turizm
Avstriyada turizm — Avstriya ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. Avstriya hazırda iqtisadi cəhətdən Avropanın ən inkişaf etmiş ölkələrindən biridir. O, İkinci dünya müharibəsi illərində öz gözəl tarixi memarlıq abidələrini dağılmaqdan qoruyub saxlaya bildi. Gözəl saraylar, mehmanxanalar, yollar hələ müharibədən əvvəl tikilmişdi. Onlar daima ölkənin tükənməz turizm resursları hesab olunur. Avstriya iqtisadiyyatında turizm əhəmiyyətli yer tutur. Şimal-cənub, qərb-şərq istiqamətində hərəkət edən turistləri Avstriyanın gözəl avtomobil yolları cəlb edir. Onların əksəriyyəti bir günlük turistlərdir. Avstriyada ölkədaxili turizm işi dünya standartlarına uyğun şəkildə təşkil edilir, ancaq, Avstriyalılar öz ölkələrində səyahət etməyə o qədər də maraq göstərmir, Aralıq dənizi sahillərində və qışda dağ kurortlarında dincəlməyə üstünlük verirlər. Hazırda Avstriya qış idman növləri üzrə lider mövqeyi tutmuş beynəlxalq turizm mərkəzidir.
Turizm turları
Müasir beynəlxalq turizm xidmətləri bazarında çoxsaylı tur və turist marşrutları mövcuddur. Turizm formalaşmasına və tərkibinə görə, inklüziv və sifarişli turlara ayrılır. == İnklüziv turlar == Tərkibinə müəyyən, dəqiq, öncədən planlaşdırılmış xidmətlər dəsti daxil edilən turlardır. == Sifarişli (fərdi) turlar == Müştərinin istəyinə və seçiminə görə xidmətlər paketinin tərkibi birbaşa satış zamanı formalaşan turlardır. === Xidmətinə görə === Xidmətindən asılı olaraq turlar aşağıdakı turlara bölünür: Tematik (mövzulu) turlar - proqramında ekskursiya xidmətinin və tematik - dərketmə yönümülü məşğuluğun üstünlük təşkil edtiyi turlar; Kurort-sağlamlıq turları - sağlamlıı bərpaetmə tədbirlərinin və istirahət yönlü məşğulluğun üstünlük təşkil etdiyi turlar; İdman turlar - idman tədbirlərinin və ya fəal hərəkat üsullarının üstünlük təşkil etdiyi turlar; Kombinə edilmiş turlar - xidmət proqramında tematik, kurort-sağlamlıq və idman - yürüş turlarının elementlərini birləşdirən turlar. === Mövsümünə görə turlar === İl boyu - bunlara illik fəaliyyət qrafiki olan bütün turlar aiddir. Mövsümü - hər hansı bir mövsüm və ya mövsümlər ərzində fəaliyyət göstərən turlar Turlar marşrut yolunun quruluşuna görə bölünür: Xətti - bir neçə xidmət məntəqələrinə baş çəkməklə və xidmətin başlanğıc və son nöqtələrinin üst-üstə düşməməsi ilə fərqlənən turlar.
Turizm tələbatı
Məşhur amerika alimi marketoloqu Maslou hesab edir ki, müxtəlif vaxtlarda insanları müxtəlif tələbatlar hərəkətə gətirir. Bu tələbatlar iyerarxiya əhəmiyyətinə görə ən böyüyündən-ən kiçiyinə qədər sıralanır. Fizioloji tələbatlar və özünəqoruma tələbatı Sosial tələbatlar (görüşlər, dostluq) Özünə hörmət tələbatı Özünətəsdiq tələbatı == Turizm tələbatı == Bunlar eyn zamanda turizm tələbatına da aiddir və 5 qrupa bölünürlər6 Təbiət amilləri (istirahətin coğrafi məkanı, iqlim, flora və s.) İstirahət yerinin sosial-iqtisadi inkişaf səviyyəsi (ölkənin dili, iqtisadiyyat və mədəniyyət səviyyəsi) Turizm sənayesinin maddi bazası (nəqliyyat, mehmanxanalar, qidalanma müəssisələri) İstirahət yerinin infrastrukturu (kommunikasiya sistemi, yollar, işıqlandırma və s) Turizm təklifi (qonaqpərvərlik resursları, idman, əyləncə və s.) == Turizm xidmətinin marketinqi == Müştərilərin tələbatının aşkar edilməsi və ona uyğun müəyyən xidmətin göstərilməsi yolu ilə turizm məhsulunun satışının təmin olunması üzrə fəaliyyətdir.
Türkiyədə turizm
Türkiyədə turizm — Türkiyə ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. == Çimərlik turizmi == 2016-cı ildə Türkiyədə 444 "mavi bayraq" sertifikatına sahib çimərlik qeydə alınmışdır. == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Turkey haqqında səyahət məlumatları var.
Türkmənistanda turizm
Türkmənistanda turizm — son illərdə sürətlə inkişaf edən Türkmənistan iqtisadiyyatının əsas sahələrindən biridir. Xaricdən gələn turistlərə viza tətbiq olunur. Yerli əhali ilə ünsiyyət qurmaq, bir sıra obyektlərin fotoşəkillərini çəkmək imkanları əhəmiyyətli dərəcədə məhduddur. == Viza == Hər bir turist Türkmənistana girməzdən əvvəl viza almalıdır. Turist vizası almaq üçün bütün əyalətlərin vətəndaşlarına ev sahibi turist təşkilatının yazılı ərizəsi və ya şəxsi müraciəti lazımdır. Almaniya, İran, ABŞ, Avstraliya, Böyük Britaniya, Belçika, Fransa və İtaliyadan olan turistlər Türkmənistana ən çox maraq göstərirlər. 2012 -ci ildə Türkmənistana gələn turist istiqamətindəki üç lider dövlət aşağıdakılardır: İran — 3874 insan Almaniya — 1143 insan ABŞ — 531 insan == Gömrük qaydaları == Yerli valyutanın idxalı və ixracı qadağandır. Türkmənistana gəldikdən sonra xarici valyuta bəyan edilməlidir. Bəyannamədə göstərilən məbləği aşmayan məbləğ çıxara bilərsiniz. Şəxsi istifadə üçün nəzərdə tutulmuş əşyaların, habelə 200-ə qədər siqaret və ya 200 qrama qədər tütünün (16 yaşdan yuxarı olanlar üçün), 2 litrə qədər hər hansı spirtli içkilərin (21 yaşdan yuxarı insanlar üçün) gömrük idxalına icazə verilir.
Virtual turizm
Virtual turizm — turistlərin olduqları yeri tərk etmədən istənilən yerə (teatr, muzey, otel, kafe, milli park və s.) virtual olaraq səyahət edə bildikləri turizm növü. Texnoloji inkişafın gətirdiyi yeniliklər ilə daha da təkmilləşən virtual turizmin həcmi hər il artmaqdadır. Bu turizm növünün digər turizm növlərindən əsas fərqi ucuz olmasıdır. Belə ki, turistlər virtual səyahət zamanı yol, qida və yerləşmə xərclərindən, təhlükəsizlik qayğılarından və əlavə vaxt sərfindən azad olmuş olurlar. Müxtəlif saytlar və tətbiqlər müxtəlif qiymətlərə, yaxud ödənişsiz olaraq virtual səyahət təklif edir.
Xorvatiyada turizm
Xorvatiyada turizm - turizm Xorvatiya iqtisadiyyatının əsas aparıcı sahələrindən biri. == Ümumi məlumat == Ölkənin əsas turistik bölgərindən biri Adriatik dənizi sahilləridir. Burada Xorvatiyaya məxsus olan çoxlu adalar vardır. Bu adalar yumşaq iqlimi ilə seçilir. Üstəlik uzun qumlu çimərliklərə sahibdirlər. Sahil ərazisi Vindsörfinq, Dayvinq və Yelkənli idman həvəskarları arasında məşhurdur. Dənizdən kənarda isə əsasən Zaqreb, Varajdin kimi şəhərlər özünün borokko stilli tikililəri ilə turistləri özünə cəlb edir. Yeddi obyekt YUNESCO Ümumdünya irsi siyahısına daxildir. Üstəlik 15 obyekt siyahıya namizəddir. Ölkədə 8 milli park və 11 təbiət parkı vardır.
Çində turizm
Çin XXI əsrdə dünyada ən yüksək artım tempinə malik iri turizm xidməti bazarına çevrilmişdir. Çin ölkəyə gələn xarici turistlərin sayına görə (56 mln., 2015; 22,2 mln., 2006; 10,2 mln., 2000) dünyada 4-cü (Fransa, İspaniya və ABŞ-dən sonra) yeri tutur. Koreya Respublikasından (3,9 mln.), Yaponiya (3,8 mln.), Rusiya (2,4 mln.), ABŞ (1,7 mln.), Malayziya (0,9 mln.) və Sinqapurdan (0,8 mln.) gələnlərin sayı daha çoxdur. Çinə səfərlərin 60 %-ni işgüzar məqsədlərlə turizm təşkil edir. Çin statistikası Syanqan və Aomın xüsusi inzibati rayonlarından ölkənin kontinental hissəsinə səfər edən həmvətənlərini (98,3 mln., 2006), həmçinin Tayvan əyalətindən (4,4 mln. insan) olan müsafirləri də xarici turistlərə aid edir. 2010-cu ildə xarici turizmdən (Syanqan, Aomın və Tayvan sakinlərinin səfərləri də daxil olmaqla) əldə olunan gəlir təqribən 45 mlrd. dollar təşkil etmişdir (16,2 mlrd. dollar, 2000; 2,2 mlrd. dollar, 1990).
İspaniyada turizm
İspaniyada turizm — İspaniya ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. == Xarici turistlər == 2015-ci ildə İspaniyaya gələn qonaqlar arasında aşağıdakı ölkələr üstünlük təşkil etmişdir: == Çimərlik turizmi == 2016-cı ildə İspaniya növbəti dəfə dünyanın ən təmiz və təhlükəsiz çimərliklərə sahib ölkəsi seçilmişdir. Həmçinin, İspaniya "ən yaxşı çimərliklər" nominasiyasında öz rekordunu da yeniləmişdir. Ekoloji və İstehlakçılar Maariflənməsi Assosiasiyasının məlumatına əsasən, İspaniyada 2016-cı ildə 586 "mavi bayraq" sertifikatına sahib çimərlik qeydə alınmışdır. Bu ölkədə ən yaxşı yay istirahəti üçün regionlar sırasında Valensiyanın adı çəkilir; burada 125 "mavi bayraq" işarəli çimərlik var. Siyahıda növbəti yerləri Qalisiya (123), Kataloniya (98), Əndəlüs (76) və s. tutur. == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Spain haqqında səyahət məlumatları var.
Mingəçevir Turizm Kolleci
Mingəçevir Turizm Kolleci (tam adı: Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Mingəçevir Turizm Kolleci) — Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyinə verilmiş orta-ixtisas təhsili müəssisəsi == Tarixi == 13 fevral 2006-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin Mingəçevir şöbəsinin bazasında yaradılmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr mütəxəssislər hazırlanır: Muzey işi və abidələrin qorunması; Mühasibat uçotu; Nəqliyyatın logistikası; Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi; Turizm işinin təşkili; Turizm Bələdçiliyi; İaşə müəssisələrinin servisi; Rekreasiya, idman və sağlamlıq turizmi; Aqroturizm; Maliyyə işi.
Musiqi turizmi
Musiqi turizmi hər hansı böyük şəhər və ya kiçik şəhərcikdə keçirilən musiqi festivalını və ya ayrı-ayrı musiqi tədbirlərini görmək üçün ziyarət etmək aktıdır. Bu növ turizm hal-hazırda getdikcə populyarlaşır. Müxtəlif ölkələrin həm böyük şəhərləri , həm də kiçik qəsəbələri belə , musiqi festivalı keçirərkən xarici qonaqların dəvət olunması və ziyarətçilərin axını yerli bələdiyyələr tərəfindən tənzimlənir, festivalın proqramı aylarca öncədən elan olunur ,kağız daşıyıcılar, məsələn , afişa və müasir üsulla, yəni KİV vasitəsilə turistlər cəlb edilir. Yaxın dövrlərdə Jam band fenomenini kimi müasir örnək musiqi turizminin inkişafına yol açmışdır.Hər il keçirilən festivallarda ildən-ilə ziyarətçi turistlərin sayı daha da artır.Bu cür musiqi bayramları həm musiqi kollektivlərinin tanınması, həm tədbir məkanının məşhurlaşmasına səbəb olur. == Musiqiyə yaxın tədbirlər və istiqamətlər == Bütün dünyada böyük sayda musiqi festivalları keçirilir , adətən , onlar hər il keçirilir ki , bu da təkcə yerli deyil , əcnəbi ziyarətçiləri cəlb edir.Bəzi nəhəng musiqi festivalları davamiyyətinə və ziyarətçi sayına görə rəqabət aparır.Bəzi festivalların konsertləri isə açıq havada icra olunur. Hər halda , hər bir böyük musiqi tədbiri böyük maliyyə hesabına başa gəlir. == Azərbaycanda musiqi turizmi == Azərbaycanda musiqi turizmi son on ildə çox inkişaf etmişdir.Azərbaycanın paytaxtı Bakıdan əlavə , böyük şəhərləri olan Qəbələ , Şəki Beynəlxalq musiqi festivallarına ev sahibliyi edir.
Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi — mədəniyyət, incəsənət, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat və kinematoqrafiya sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Haqqında == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar 2006-cı il tarixli, 359 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli 393 nömrəli Fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi haqqında əsasnamə təsdiq edilmişdir. 20 aprel 2018-ci ildə Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi yaradılmışdır. == Tabeliyindəki qurumlar == Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti 28 teatr 6308 tarix və mədəniyyət abidəsi 1 sirk 12 konsert müəssisəsi 3985 kitabxana 2708 klub 189 dövlət muzeyi (filiallarla birlikdə) 234 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbi 33 rəsm qalereyası və sərgi salonu 21 dövlət qoruğu 60 mədəniyyət və istirahət parkı 1 zoopark Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz 4 asudə vaxt Mərkəzi 6 təsərrüfat təşkilatı, "Azərbaycanfilm" də daxil olmaqla 7 film istehsalı studiya 134 şəhər və rayon kinoteatrı Dövlət Film Fondu (Naxçıvan filialı ilə birlikdə) Respublika Kitabxana Kollektoru bir qəzet ("Mədəniyyət") iki jurnal ("Mədəni-maarif" və "Pəncərə") redaksiyası Bakı Xoreoqrafiya Məktəbi Mədəniyyət İşçilərinin İxtisasartırma Mərkəzi Milli Kulinariya Mərkəzi 62 şəhər və rayon mədəniyyət və turizm şöbəsi Naxçıvan MR Mədəniyyət Nazirliyi Şəki Atçılıq Mərkəzi Lənkəran Uşaq düşərgəsi . Azərbaycan Film Komissiyası == Fəaliyyəti == müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək; müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək; müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirmək; strukturuna daxil olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti vasitəsilə mədəni irsin qorunmasına, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərinin (abidələrinin) bərpasına, rekonstruksiyasına, konservasiyasına, yenidən qurulmasına, texniki təchizat vasitələrinin yeniləşdirilməsinə, cari və əsaslı təmir-bərpa işlərinin layihələndirilməsinə dövlət nəzarətini həyata keçirmək; müvafiq sahənin inkişafı üçün tədbirlər görmək. == Beynəlxalq əlaqələri == Nazirliyin dövlətlərarası müqavilələrə uyğun olaraq Avropa, Asiya və İslam ölkələri, ABŞ və Latın Amerikası ilə beynəlxalq mədəniyyət proqramlarını həyata keçirir. Nazirlik çoxtərəfli əməkdaşlıq çərçivəsində BMT, MDB, GUAM, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, YUNESKO, Dünya Turizm Təşkilatı, TÜRKSOY, İSESKO və digər beynəlxalq qurumlar vasitəsi ilə Azərbaycan mədəniyyətini dünyada təbliğ edir, eyni zamanda dünya mədəni sərvətlərinin Azərbaycanda tanıdılması sahəsində əhəmiyyətli proqramlar həyata keçirir.
Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi
Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi — Azərbaycan Respublikasının Ağsu rayonunun Ülgüc kəndi ərazisində yerləşən örtülü arxeoloji turizm kompleksi. == Tarixi == XVIII əsrdə əhalisinin sayına görə Ağsu Azərbaycanın ən böyük şəhəri olub. 1735-ci ilin mayında Nadir şah tərəfindən Ağsu qəsəbəsi yaxınlığında tikdirilən qala uzun müddət bu bölgədə çox əhəmiyyətli iqamətgah olmuşdur. Nadir şahın bölgəyə təyin etdiyi hakimlər, Şirvan xanları bu qalada otururdular. XVIII əsrin məşhur səyyahları Samuel Qmelin, Biberşteyn, Bronevski və başqaları bu qala haqqında yazmışlar. Ağsu qalası Nadir şaha qarşı Şirvan zadəganlarının üsyanlarının mərkəzi də olmuşdur. Bu qalaya Şəkili Hacı Çələbi xan və Məhəmmədhəsən xan, Qubalı Hüseynəli xan, Fətəli xan və Şeyxəli xan, Ağa Məhəmməd şahın sərdarları Mustafa xan Dəvəli və Əliqulu xan, rus sərkərdəsi qraf Valeryan Zubov, Naibüssəltənə Abbas Mirzə hücum etmiş, mühasirədə saxlamış, bəziləri almış, bəziləri isə uğur əldə edə bilməyərək kor-peşman geri qayıtmışlar. Ağsuda iki dəfə taun xəstəliyi yayılmış, xeyli insan bundan vəfat etmişdi. Şirvan xanları dövründə Ağsuda sənətkarlıq, ticarət, mədəniyyət xeyli inkişaf etmişdi. == Ərazisi == Orta əsr Ağsu şəhərinin ərazisi plan etibarilə düzbucaqlı formada olmaqla təqribən 40 hektar sahəni əhatə edir.
Qumar turizmi
Qumar turizmi — qumar oynamaq üçün bir yerə yığılan oyunçuları, eyni zamanda bu səyahəti və oyunu təşkil edən sektoru ifadə edən ümumi anlayış. Qumar turizminin Las- Veqas, Kıbrıs, Macarıstan, Portuqaliya, Sinqapur, Yaponiya, İspaniya, Dubay, Vyetnam və s. mərkəzləri vardır. Qumar turizmi ölkəyə gələn turistlərin sayını artırmaqla yanaşı, həm də məşğulluq imkanlarının təmin edilməsinə və artırılmasına kömək edir. Kazinoların adətən otel, kurort, restoran və s. bənzər tipli obyektlərin sıx olduğu ərazilərdə yerləşdirilir. Bu obyektlər və kazinolar müxtəlif formalarda əməkdaşlıq edirlər. Qeyd etmək lazımdır ki, qumar turizmi başqa turizm növlərinə nisbətən daha bahalı hesab olunur. == ABŞ-də qumar turizmi == ABŞ Dünya miqyasında ən böyük qumar turizm mərkəzlərindən biridir. ABŞ-də ən böyük qumar bazarları bunlardır: Las-Veqas, Nyu-York, Detroit, Atlantik Citi və s.
Qətər Turizm Agentliyi
Qətər Dövlətinin bir qurumu olan Qətər Turizm Agentliyi Qətər dövləti üzrə turizmin inkişafı və təşviqi üzrə qaydaların, tənzimləmələrin və qanunların formalaşdırılması və administrasiyası üzrə səlahiyyətli olan ali orqandır. Nazirlik turistlərin cəlb olunması və səyahətçilərin yerləşdirilməsi, Qətər turizm sənayesinin genişləndirilməsi və şaxələndirilməsi, eləcə də turizmin rolunun ölkənin ÜDM-da artırılması, gələcək artım və sosial inkişaf üzrə məsuliyyət daşıyır. QTA-nın işi 2030-cu il üzrə Qətər Milli Turizm Sektor Strategiyasına əsaslanır (QNTSS), strategiya 2014-cü ilin fevral ayında nəşr edilmiş və sənayenin gələcək inkişafı üçün planın hazırlanmasını nəzərdə tutur. == Vizadan azad olanlar == Körfəz Əməkdaşlığı Şurası ölkələrinin (Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi) vətəndaşlarından Qətərə daxil olmaq üçün viza tələb olunmur. == Ziyarətçilər üçün vizalar == Aşağıda siyahısı verilən 34 ölkənin vətəndaşları üçün öncədən viza təşkili tələb olunmur və Qətərə daxil olduqda vizasız rejim əldə edə bilərlər. Vizasız rejim təqdim olunduğu tarixdən etibarən 180 gün etibarlıdır və təqdim olunan şəxsə Qətərdə tək səfər və ya çoxsaylı səfər zamanı 90 gün qalmağa icazə verir. Aşağıda siyahısı verilən 46 ölkənin vətəndaşları üçün öncədən viza təşkili tələb olunmur və Qətərə daxil olduqda vizasız rejim əldə edə bilərlər. Vizasız rejim təqdim olunduğu tarixdən etibarən 30 gün müddətində etibarlıdır və təqdim olunan şəxsə Qətərdə tək səfər və ya çoxsaylı səfər zamanı 30 günədək qalmağa icazə verir. Bu vizasız rejim əlavə 30 gün də artırıla bilər. == Qatar Turist Vizası == İstənilən hava yolu şirkəti ilə uçuş həyata keçirən Qətər ziyarətçiləri Qətər Turist Vizası üçün onlayn müraciət edə bilərlər.
Safari turizmi
Safari — Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. "Safari" sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, "səyahət etmək", "yolçuluq", "gəzinti" mənasını verir. Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilir. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə "sakit ov" da adlandırırlar.
Seks turizmi
Seks turizmi — pul qarşılığında cinsi fəaliyyət və ya münasibətlərdə olmaq niyyəti ilə fərqli ölkələrə və ya qitələrə səyahət etmək təcrübəsi. Seks turizmi ümumiyyətlə transmilli bir problem olaraq qəbul edilir, çünki Cənub-Şərqi Asiya kimi inkişaf etməkdə olan ölkələrdə marginal demoqrafik göstəriciləri hədəf alır. Seks turizmi dünya miqyasında milyonlarla işçi qüvvəsini dəstəkləyən, hava yolu, taksi, restoran və otel sənayesi kimi xidmət sahələrindən birbaşa faydalanan milyardlarla dollarlıq bir sənaye kimi tanınır. Braziliya, Kosta Rika, Dominikan Respublikası, Hollandiya (xüsusilə Amsterdam), Keniya, Kolumbiya, Tayland, Filippinlər, Kamboca, Kuba və İndoneziya (xüsusilə Bali) daxil olmaqla bir sıra ölkələr seks turizmi üçün populyar məkanlara çevrilib.
Serb Respublikasında turizm
Serb Respublikasında turizm olduqca zəngin təbiəti və görməli yerləri hesabına böyük perespektivə sahibdir. Burada dağ turizmi, spa-turizmi və ekoloji turizm inkişaf etmişdir. Burada Aralıq dənizi iqlimindən tutmuş mülayim-kontinental iqlimə rast gəlmək mümkündür. Müvafiq olaraq birinci iqlim Herseqovina, ikinci iqlim tipi isə respublikanın şimalına xasdır. == Təbiət gözəllikləri == Ərazisində bir sıra alp dağlarına aid zirvələr vardır: Zelenaqora, Treskavisa, Yaxorina, Romaniya, Qrmeç, Kozara, Ozren və s. Onların böyük hissəsi zəngin meşələrlə örtülüdür. Yaxorina dağında xizək eniş zolağı vardır. Burada hətta 1984-cü ildə qış olimpiya oyunları keçirilmişdir. Buradan axan çaylar əhəng daşı suxurlarından keçdiyindən gözəl mənzərələr əmələ gətirir. Ən gursulu çayları Una, Sana, Brbas, Ukrina, Drina və Taradır.
Tarixi-mədəni turizm
Tarixi-mədəni turizm və ya Dərketmə turizmi (türk. Kültür turizmi, ing. Cultural tourism) — Təbii, tarixi-mədəni abidələr, muzey, teatr, ictimai tikililər, xalqların həyatı və adət-ənənəsi ilə tanış olmaq məqsədilə həyata keçirilən turizm fəaliyyətidir. Avropa Birliyi ölkələrini əhatə edən bir tədqiqatın nəticəsində məlum olmuşdur ki, tarixi-mədəni məqsədlərlə səyahət edən turistlərin çoxu yüksək təhsilli və yüksək gəlirli peşə sahibləridir. Məlum olmuşdur ki, yüksək təhsilli turistlərin digər turistlərdən daha çox səfər edirlər. XXI əsrdə mədəni Turallar yaradıcı (kreativ) turların axtarışındadır. ÜTT_nin 2010-cu ildə Santa Fe Adilov şəhərindəki toplantısında belə ifadə edilmişdi:Tarixi-mədəni turizm, səfər edilən yerdəki əhali ilə və onların mədəniyyətləri ilə tanış olmaq, onların adət-ənənələri ilə tanış olmaq və onları öyrənmək üçün həyata keçirilən turizm fəaliyyətidir Mədəni turizm anlayışı ilk dəfə 1980-cı illərdə Avropa Birliyinin mədəni kimliyi və mədəni mirasını ortaya çıxarmaq üçün aparılan araşdırmalarda meydana gəldi. Vaxt getdikcə, Mədəni turizm, beynəlxalq turizm bazarında yeni turist məhsulu kimi satışa çıxarıldı.
Turizm sahəsində reklam
Turizm sahəsində reklam - informasiya fəaliyyəti iki səviyyədə həyata keçirilir: a) Dövlət və ya makrosəviyyədə b) Kommersiya strukturları səviyyəsində və ya mikrosəviyyədə == Makrosəviyyəli reklam == Dövlət tənzimlənmə orqanları tərəfindən həyata keçirilir. ÜTT onları ümumiləşdirərək, Milli Turizm Təşkilatları (MTT) adlandırır. Regionların, bələdiyyələrin turizmi idarə edən orqanları və assosiasiyaları da belə təşkilatlar sırasına aid edilir. Makrosəviyyəli reklam əsas məqsədi: ölkənin və ya onun regionların xoş simasını yaratmaq potensial istehlakçıda öz səyahəti üçün çox saylı turist istiqamətləri arasında yalnız bu ölkəni və ya regionu seçməyə həvəs yaratmaqdır. == Mikrosəviyyəli reklam == Mikrosəviyyəli və ya kommersiya xarakterli reklamın əsas məqsədi ölkənin xoş simasını yaradan reklamdan fərqli olaraq, alıcını bazarda təklif edilən çoxsaylı məhsullar arasında yalnız konkret məhsul almağa sovq etməkdir. Turizmdə reklam vasitələrinə aşağıdakılar aid edilir: Kütləvi informasiya vasitələri Çap reklam nəşləri Kino və videoreklam Küçə reklamı Reklam suvenirləri Sərgilər, birjalar, yarmarkalar və s.
Turizm sənayеsi müəssisələri
Turizm sənayesi müəssisələri— turistlərə xidmətlə məşğul olan, amma turizmə birbaşa aidiyyəti olmayan və iqtisadiyyatın başqa sahələrinə şamil edilən firmalardır. == Turkorporasiyalar == Turist korporasiyaları bir qayda olaraq müxtəlif istiqamətli çoxlu sayda turist firmalarını özündə birləşdirir. Korporasiyalar, firmaların ümumi fəaliyyətdə işgüzar iştirakı şərti ilə, könüllülük əsasında xırda turist firmalarının — turoperatorların və turagentlərin birləşdirilməsi yolu ilə yaradılır. Korporasiyalar turist xidməti göstərməkdən əlavə, öz fəaliyyətlərini əsasən turizmlə əlaqəli sahələr istiqamətində də genişləndirirlər: onlar nəqliyyat müəssisələrinin, mağazalar şəbəkəsinin və ictimai-iaşə təşkilatlarının, turist ləvazimatı istehsal edən müəssisələrin, bankların, sığorta cəmiyyətlərinin və s. sahiblərinə çevrilirlər. == Mehmanxana kompleksləri == Yerləşdirmə və turistlərə xidmət üzrə iri mərkəzlərdir. Yerləşdirmə xidməti ilə yanaşı təklif edilən xidmətlər əsasən, qidalanmanın, mehmanxanada yaşayanlar üçün nəqliyyat biletlərinin alınması və əyləncə proqramlarının təşkili, taksi sifarişi və avtonəqliyyatın kirayə edilməsi, simpozium və toplantılar keçirilməsi üçün yer (zal) ayrılması, ticarət, mədəni-sağlamlıq və əyləncə xidmətlərindən və s. ibarətdir. Mehmanxana biznesində iflasa uğramamaq üçün yollar axtarmaq məcburiyyəti qarşısında qalan, pərakəndə halda fəaliyyət göstərən mehmanxanalar birləşirlər. Belə birliklərin yaradılması aşağıdakı şərtlər əsasında həyata keçirilir: Hər bir iştirakçının maliyyə müstəqilliyinin saxlanılması şərti ilə "könüllü mehmanxana şəbəkəsi" kimi yaradılan birliklər şəklində.

Digər lüğətlərdə