turpəng

turpəng
turpca 2021
turş
OBASTAN VİKİ
Turpəng
Turpəng (lat. Barbarea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Turpəng toxumlarında 33-42% yarımquruyan yağ (yod ədədi 110-111) vardır. Bu yağ xüsusiyyətlərinə görə raps yağına yaxındır. Amma tərkibindəki eruk turşusu onun qidalılıq dəyərini azaldır. Qida məqsədilə saflaşdırılmış yağı və ya tərkibində eruk turşusu az olan sortlardan alınan yağlar istifadə edilir. Belə yağlar yüksək dad keyfiyyətinə malik olurlar. Turpəng yağı sənayenin müxtəlif sahələrində texniki məqsədlər üçün istifadə edilir. Ondan sabunbişirmədə, lak - boyaq sahəsində metallurgiyada və başqa sahələrdə istifadə olunur. Jmıxın tərkibində 40 % -ə qədər tam keyfiyyətli zülal vardır ki, bu da heyvandarlıqda yaxşı konsentrat yem kimi istifadə olunur.
Turpəng kəpənəyi
Turpəng kəpənəyi (lat. Pieris rapae) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ağcalar fəsiləsinə aid olan növ Kiçik ölçülü ağ rəngli kəpənəklərdir. Növün arealından asılı olaraq nəsilvermə qabiliyyəti müxtəlifdir. Belə ki, Sankt-Peterburq və Moskva vilayətlərində bu zərərverici 2 nəsil verir. Aşağı Povoljyevdə və Qafqazda bu növ 4-5 nəsil verir. Zaqafqaziya və Qara dəniz sahillərinin subtropik zonasında 5 nəsil verməsi mümkün hüsab olunur. Baykal ətrafında 3 nəsil verir. Turpəng kəpənəyinin aparılan tədqiqatlar nəticəsində pup mərhələsində qışladığı müəyyən olunmuşdur. Quba-Xaçmaz bölgəsində ilk kəpənəklər aprel ayının III ongünlüyündə uçmağa başlayır. Kəpənəklərin kütləvi uçuşu may ayının II yarısında müşahidə edilir.

Digər lüğətlərdə