TISBAĞA

I
сущ. зоол. черепаха (пресмыкающееся, покрытое костным панцирем, очень медленно передвигающееся на коротких конечностях, которые как и голова, могут втягиваться в панцирь). Quru tısbağası сухопутная черепаха, bataqlıq tısbağası болотная черепаха, dəniz tısbağası морская черепаха
II
прил. черепаший:
1) относящийся к черепахе, принадлежащий ей; черепаховый. Tısbağa başı черепашья голова, tısbağa çanağı черепаший панцирь
2) перен. очень медленный, медлительный. Tısbağa yerişi yerimək (tısbağa yerişi ilə getmək) идти черепашьим ходом, tısbağa sürətilə черепашьими темпами. Tikinti tısbağa sürətilə gedir строительство идет черепашьими темпами
2. черепаховый (сделанный, изготовленный из пластинок панциря черепахи). Tısbağa çanağından hazırlanmış daraq черепаховый гребень, tısbağa çanağından hazırlanmış sağanaq черепаховая оправа
◊ tısbağa kimi (yerimək, getmək) как черепаха, черепахой, очень медленно (идти, ехать); tısbağa kimi qınına çəkilmək замыкаться (уходить) в свою скорлупу (обособляться от всего окружающего, замыкаться в своем узком личном мирке); tısbağa çanağından çıxıb – çanağını bəyənmir черепаха вышла из панциря, а панцирь теперь ему не нравится (обычно о том, кто, добившись высокого положения в обществе, перестает уважать, любить своих родителей)
TISAĞAN
TISILDAMA
OBASTAN VİKİ
Tısbağa
Tısbağalar (lat. Testudines) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinə aid heyvan dəstəsi. Su tısbağalarının ayaq pəncələrində barmaqlarının arasında pərdə vardır. Bu, suda üzməyi asanlaşdırır, sürəti artırır. Bu pərdə quru tısbağalarında olmur. Tısbağaların ölçüləri böyük diapazonda dəyişir. Dəniz tısbağaları quruda yaşayanlardan böyükdür. Ən böyük müasir tısbağa dərili tısbağalardır (Dermochelys coriacea), uzunluğu 2 m, kütləsi 900 kq. Ən kiçiyi namaklavend tısbağası (Homopus signatus) olub, uzunluğu 10 santimetrdir.
Dərili tısbağa
Dərili tısbağa (lat. Dermochelys coriacea) — dərili tısbağalar sinfinin (Dermochelyidae) yeganə çağdaş növü. Bunlar çağdaş dünyanın ən böyük tısbağalarıdır. Bədəninin ümumi uzunluğu 2,6 m, qabaq üzlükləri arasındakı məsafə 2,5 m, çəkisi 916 kq-dır. Digər mənbələrə görə bu tısbağaların gövdə uzunluğu 2,5 metrə, ön üzgəclərin uzunluğu 5 m-ə, çəkisi isə 600 kq-a çatır. == Təsviri == Trias dövründən bəri bu heyvanların təkamülü ayrı bir yol keçdiyindən digər tısbağalardan əhəmiyyətli dərəcədə fərqlənir. Onların sümüyü skeletlə əlaqəli deyil və ən böyüyü uzununa silsilələr əmələ gətirən bir-birinə bağlı kiçik sümük lövhələrdən ibarətdir. Buynuzvari silsilələr yoxdur, çanağ sıx bir dəri ilə örtülmüşdür. Ehtimal ki sorulmuş buynuzvari qabıqdan əmələ gəlmişdir. Bədənin orta sıxlığı dəniz suyunun sıxlığı ilə təxminən eynidir.
Nəhəng tısbağa
Nəhəng tısbağa və ya nəhəng seyşel tısbağası (lat. Aldabrachelys gigantea) — quru tısbağalarına daxil olan növ. Aldabra adasına endemik canlıdır. Nadir növ sayılır. Bəzi fərdləri təbii şəraitdə 150 il yaşayır. Bu növə daxil olan Advayda tısbağası 2006-cı ildə ölmüşdür. Onun yaşının 150–250 il srası olması ehtimal edilir. Olduqca iri olan tısbağanın böyük ayaqları olsa da kiçik başa sahibdir. Çanağının uzunluğu nadir hallarda 120 sm çatır, Ancaq adəti üzrə 105 sm-dir. Quru tısbağalarına daxil olan iki iri növdən biridir.
Saçaqlı tısbağa
Saçaqlı tısbağa və ya mata mata) (lat. Chelus fimbriatus) — Monotip Chelus cinsinə daxil olan Cənubi Amerika ilanboyunlu şirin su tısbağası. Son dərəcə qəribə və özünəməxsus bir görünüşə malikdir. Çanağının uzunluğu 40 sm-dir. Çanağın kəskin konusvari tüberklər tərəfindən əmələ gələn dişli kənarları var. Bu canlının üçbucaq başı və umşaq xortumu vardır. Uzun oynunun kənarlarında qəribə çıxıntılar vardır. buna bənzər çıxıntılar boğaz və yan nahiyələrəd belə vardır. Bu heyvan yaxşı maskalanmaq imkanı verir. Bu canlıların yetkinlərinin çəkisi 15 kq çatır.
Tısbağa gölü
Tısbağa gölü (gürc. კუს ტბა) — Gürcüstanda, Tbilisi şəhərinin cənub-qərbində, Mtatsminda dağının şimal yamacında yerləşən göl. Dəniz səviyyəsindən 686.7 metr yüksəklikdə yerləşir. Sahəsi 0,034 km²-dir. Uzunluğu 180 metr, eni isə 50 metrdir. Ekzotektonik sürüşmə (əsasən qayalı sürüşmə) yaradır. Varazisxevinin suyu gölə atılır. Gölün əsas qida mənbəyi yağış və yeraltı sulardır. Balıq azdır. Gölün ətrafında Vake parkı və Mtatsminda parkı yerləşir.
Tısbağa tərbiyəçisi
Tısbağa tərbiyəçisi (türk. Kaplumbağa Terbiyecisi) — Osman Hamdi Beyin 1 may 1906-cı ildə Parisdə Fransız Sənətçilər Dərnəyinin təşkil etdiyi Salon sərgisi üçün çəkdiyi rəsm əsəri. Bu əsər 2004-cü ildə Türk rəsm sənəti tarixində ən yüksək qiymətə, 3,5 milyon dollara satılmışdır. Əsəri Suna və İnan Kıraç Vakfı Pera Muzeyində sərgilənməsi üçün satın almışlar. Parisin Böyük Sarayında ilk dəfə sərgiyə çıxarılan bu əsər öncə "Tısbağalar və adam" kimi adlandırılmışdır. Rəsm üzərində yazılmış 1906-cı il yazısı deməyə imkan veriri ki, əsər ilin əvvəllərində çəkilmişdir. Bir il sonra Osman Hamdi Bəy nisbətən kiçik və bəzi fərqlər olmaqla ikinci bir əsəridə çəkmişdir. İkinci əsərdə rəssamın qohumu olan "Salih Münir Paşaya itihaf olunur" yazısı var. Əsərin çəkilməsi ilə bağlı iki əsas fikir mövcuddur: 1. Bu əsərin çəkilməsindən 37 il əvvəl Osman Hamdi Bəy Bağdadda olan zaman babasına yazdığı məktubda təsadüfən əlinə keçən Tour de Monde jurnalının bir nüxsəsini maraqla oxuduğunu söyləyir.
Sini çanaqlı tısbağa
Sini çanaqlı tısbağa (Caretta caretta), dənizlərdə yaşar. Yumurtaqoymaq xaricində quruya heç çıxmaz. Kürək tərəfi qırmızı-qəhvəyi alt tərəfi isə ağımtıl açıq sarı rənglidir. Qıçları üzməyə yarayacaq şəkildə kürək forması alıb və xarici kənarlarında ən çox 2 dırnaq var bu da daha çox yeriyici yox üzücü olduğu üçün dür. Oksigeni havadan almasına baxmayaraq uzun müddət sualtında qala bilir. Yumurtalarını gecə qumlularda açdıqları çuxurlara basdırarlar. Bir dəfəyə 100 yumurta qoya bilir (maksimum 162ə qədər təsbit edilmişdir). Balalar 2 aylıq kürt dövründən sonra gecə vaxtı yumurtadan çıxaraq dənizə qaçırlar ki bunun özü ayrı bir mənzərədir. Aralıq dənizi sahilləri üçün endemikdir. Ən əhəmiyyətli yumurta qoyma bölgəsi Adananın Yumurtalıq mahalı və Bələk, Anamur, Kəndsiyəz, Dalyan sahilləridir.
Tısbağa (sualtı qayıq)
Tısbağa (ing. Turtle) — Hərbi məqsədlər üçün yaradılmış ilk sualtı qayıq. Amerikalı müharibə veteranı Devid Buşnel (1740 – 1824) tərəfindən ixtira olunmuşdur. Tısbağa suyun altında düşmən gəmilərinə yaxınlaşaraq dəniz minasını gəminin alt hissəsinə yerləşirir və ərazidən uzaqlaşdıqdan sonra mina partladılırdı. Tısbağadan ilk dəfə ABŞ İstiqlal müharibəsi dövründə Britaniya Donanmasının gəmilərinə qarşı istifadə olunmuşdur. Konnektikut ştatının qubernatoru Conatan Trumbel ixtiranın müharibədə istifadə olunmasını Corc Vaşinqtona məsləhət görmüşdür. Vaşinqton Tısbağanın açıq müharibədə istifadə olunmasına ilk öncə isti yanaşmasada, hərbi məqsədlər üçün olan ilk sualtı qayığın test edilməsi üçün lazımi maliyyə vəsaitinin ayrılmasına razılıq vermişdir. Aparılan test yürüşlərinin ardından ilk dəfə 1776-cı ildə Nyu-York limanında lövbər salan Böyük Britaniya donanmasına aid gəmilərin alt hissələrinə tısbağa vasitəsilə dəniz minasının yerləşdirilməsinə cəhd göstərilmişdir. İlk cəhdlərin hər biri uğursuzluqla nəticələnir və sualtı qayığın mövcudluğu ingilis dənizçilər tərəfindən aşkarlanır. Tısbağada olan əsas problem oksigen çatışmamazlığı idi.
Conatan (tısbağa)
Conatan ləqəbli tısbağa (1832 - 2014) — dünyanın ən yaşlı tısbağası. İlk dəfə 1882-ci ildə onu ev heyvanı kimi götürmüşdülər. Tısbağaların yetişkin olmağı üçün 50 il vaxt lazımdır. O planetin ən yaşlı canlısı kimi rekord yaratmışdır. Deyilənlərə görə Hindistanda 250 il yaşayan tısbağalar olmuşdur.
Timoti (tısbağa)
Timoti (ing. Timothy; 1839 — 3 aprel 2004) — Böyük Britaniya Krallıq donanması gəmilərinin maskotu. Dişi bir Aralıqdənizi tısbağası. Krım müharibəsinin son şahidi. Timoti 1854-cü ildə Kurtene nəslindən olan kapitan Con Everard tərəfindən portuqaliyalı bir pirat gəmisində tapılır. Krım müharibəsində Sevastopolun bombalanmasına qatılan HMS Queen gəmisinin, daha sonra HMS Princess Charlotte və Nankin yelkənli gəmilərinin maskotu olur. 1892-ci ildə quruya gətirildikdən sonra Timoti Devon qraflığında, Poudereme qəsrində yaşayır. Yalnız 1926-cı ilədə sahibləri Timotinin erkək deyil, dişi olduğunu müəyyən edirlər. Tısbağa 3 aprel 2004-cü il tarixində 165 yaşında ölür və qalada basdırılır. Timotinin ölümü, İngiltərənin ən yaşlı sakininin öldüyünü elan edən əsas ingilis mediasında böyük bir xəbərə səbəb olur.
Tısbağa şorbası
Tısbağa şorbası — əsasən Yaşıl tısbağa, Kaymanabənzər tısbağası, Qrifəbənzər tısbağa və Uzaqşərq tısbağası ətindən hazırlanır. Hüquqi baxımdan tısbağa supunun hazırlanması qadağandır. Səbəb isə tısbağa şorbasında istifadə edilən tısbağaların böyük əksəriyyətinin qırmızı kitaba düşməsi və nəslinin kəsilmə ethimalının böyük olmasıdır. Qatı qəhvəyi rəngdə olan şorbadır. Tısbağanın əti hissələrə bölünərək 3–4 saat yarımduzlu suda qaynadılır. Şorbaya qatılıq vermək məqsədi ilə ona kartof qatılır.. Bir çox Asiya ölkələrində, xüsusi ilə Sinqapurda çin mətbəxinin delikatesi hesab edilir. Ona çoxlu sayda ədva qatılır. Bu isə onun dadını artırır. İngilis dilli ölkələrdə saxta tısbağa şorbası hazırlanır.
Yaşıl tısbağa
Yaşıl tısbağa və ya yaşıl dəniz tısbağası (lat. Chelónia mýdas) — Dəniz tısbaları fəsiləsinə aid canlı. Yaşıl tısbağalar (Chelonia Brongniart, 1800) cinsinin yeganə nümayəndəsidir. Əvvəllər isə Avstraliya yaşıl tısbağası bu cinsə daxil olsa da, hazırda Natator cinsinə daxildir. Yaşıl tısbağalar əsasən Dünya okeanın sularında, Atlantik okean və Sakit okeanının tropik və subtropik qurşağın sahil sularında yayılmışlar. Yaşıl tısbağa 80–150 sm arası olan çanağa sahibdir. Çəkisi isə 70–200 kq arasında dəyişir. Ancaq nadir hallarda uzunluğu 200 sm və çəkisi 400–500 kq olan fərdlər müşahidə edilir. Adının yaşıl tısbağa olmasına baxmayaraq, rəngi zeytuni yaşıl rəngdən tutmuş, qəhvəyi rəngdə olan fərdlərə rast gəlinir. Onların üzərində sarı və ağ ləkələr müşahidə edilir İlk illər yaşıl tısbağa açıq dənizdə yaşayır.
Amerikan şirinsu tısbağaları
Amerikan şirinsu tısbağaları (lat. Emydidae) — Tısbağalara aid fəsilə. Onlar kiçik və orta ölçülərə malik olurlar. Bir sıra növlərinin başları rəngərang olur dəriləri isə hamardır. Fəsiləyə aid növlər geniş arealda yayılmışdır. Onlara Şimali Amerika, Cənubi Amerika, Avropa və Asiya ərazilərində rast gəlinir. Bu fəsiləyə daxil olan növlər əsasən lal axan su tutarlarında yaşayırlar. Bir sıra heyvan və bitki növləri növləri ilə qidalanırlar. Bir çox növlər isə sırf bitkilərlə qidalanır.
Dəniz tısbağaları
Dəniz tısbağaları (lat. Chelonioidea) — tısbağalar dəstəsinə aid heyvan fəsiləüstü. == Xüsusiyyətləri == Daim su mühitində yaşamağa uyğunlaşmış iri sürünənlər (zirehinin uz. 1,4 m-ədək, kütləsi 400 kq-a qədər olur). Zirehi hündür deyil, sürüşgən qərni qalxancıqlarla örtülüdür. Sümükdən olan bel qalxanı qabırğalar və kənar qatlar arasında deşiklərin əmələ gəlməsi hesabına yüngülləşmişdir. İri başı və kürəkşəkilli ətrafları çanağa yığılmır, yoğun və qısa boynu isə qismən yığılır. Dəniz tısbağaları ətrafların (xüsusilə arxa ətraflara nisbətən çox iri ön ətrafların) kürəkvarı hərəkəti ilə yaxşı üzür və suya baş vururlar. Yalnız birləşmiş vəziyyətdə olan 1-3-cü barmaqlarda qısa caynaqlar var. Əksəriyyəti balıqlar, mollyusklar, dərisitikanlılar, xərçəngkimilər, bağırsaqboşluqlular və süngərlərlə qidalanır; ən irisi sayılan yaşıl tısbağa (Cheloniamydas) yosunlarla qidalanır.
Gizliboyun tısbağalar
Gizliboyun tısbağalar (lat. Cryptodira) — tısbağalar dəstəsinin ən böyük yarımdəstəsi. Gizliboyun tısbağalara 6 fəsilə aiddir. Bura 148 növ daxildir ki, bu da bütün tısbağaların 2/3-si deməkdir.
Hindistan tısbağası
== Hind Tısbağası == Quruda yaşayan tısbağa növü.Qeyri-kafi öyrənilmişdir,onun sayları azalıb. == Xarici görünşü == Tortoise orta ölçülüdür, qabığının uzunluğu 28 sm-ə qədərdir, oval, qısa, hamar bir kənar. Çiftleşme mövsümündə hind kaplumbağaları rəng dəyişdirir, xüsusən də erkəklər: burun və göz yuvalarının ərazisində dəri rənginin dəyişməsi - torpaq qatqıları üçün çox nadir haldır. == Dağılım və yaşayış sahəsi == Hindistanın cənub-qərbindəki Travancor və Koçin bölgələrini məskunlaşmışdır.Bu sıra Kerala cənubunda və Karnitanın ekstremal cənubunda dağların qərb yamacları boyunca uzanır.Dağlarda dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yaşayır.Sevimli yaşayış sahəsi - orta rütubətli yağışlı dağ meşələridir.
Nindza tısbağalar
Nindza tısbağalar (ing. Teenage Mutant Ninja Turtles, qısaldılmış variant: TMNT) — senseyləri mutant-siçovul olan Usta Splinter tərəfindən nindza sənətini öyrənmiş uydurma dörd mutant tısbağadan ibarət komanda. Cəmiyyətdən Manhettenin kanalizasiyalarında gizlənərək, onlar şəhər küçələrindəki şər qüvvələrə qarşı mübarizə aparırlar. Onları iki rəssam – Kevin İstmen və Piter Lerd yaradıb. 2009-cu ildə tısbağalar təntənə ilə öz 25 illiyini qeyd etdilər. 2009-cu ilin payızında "Nindza tısbağalar"ın yayım hüququ Nikelodeon telekanalı tərəfindən alınmışdır. Rafael (ing. Raphael) — nindza tısbağalar arasında ən aqressivi və qısqancıdır. Leonardonun gücünə qısqanır. Həmişə davada ilk hücum edir.
Nindza tısbağalar (cizgi filmi, 2007)
Nindza tısbağalar (ing. Teenage Mutant Ninja Turtles və ya TMNT) — Nindza tısbağalar seriyasının dördüncü filmidir. Rejissoru Kevin Monro tərəfindən 2007-ci ildə çəkilmişdir. Nindza tısbağalar — Internet Movie Database saytında.
Nindza tısbağalar (film, 1990)
Nindza tısbağalar (ing. Teenage Mutant Ninja Turtles və ya TMNT) — Nindza tısbağalar seriyasının ilk filmidir. 1990-cı ildə irlandiyalı rejissor Stiv Barron tərəfindən çəkilmişdir. Filmin distribütori New Line Cinema kinokompaniyasıdır. Nyu-York ştatının kanalizasiyasına kolba düşmüşdür. Bu kolbanın içindəki radioaktiv maddə dağılmışdır. Kanalizasiyada yaşayan 4 tısbağa radioaktiv maddə qidalanan zaman onlarda mutasiya gedir. Tısbağalar getdikdə böyüyür və mutant tısbağalara dönürlər. Mutant tısbağaları başqa bir mutant siçovul – sensey Splinter tapır. Splinter onları böyüdür və tərbiyə edir.
Nindza tısbağalar 2: Zığın sirri (film, 1991)
Nindza tısbağalar 2: Zığın sirri (ing. Teenage Mutant Ninja Turtles II: The Secret of the Ooze və ya TMNT 2) — Nindza tısbağalar seriyasının ikinci filmidir. Rejissoru Maykl Pressman tərəfindən 1991-ci ildə çəkilmişdir. Teenage Mutant Ninja Turtles II Nindza tısbağalar 2: Zığın sirri — Internet Movie Database saytında.
Nindza tısbağalar 3 (film, 1993)
Nindza tısbağalar 3 (ing. Teenage Mutant Ninja Turtles III və ya TMNT 3) — Nindza tısbağalar seriyasının üçüncü filmidir. Rejissoru Stüart Qillard tərəfindən 1993-cü ildə çəkilmişdir.
Qalapaqos tısbağası
Qalapaqos tısbağası (lat. Chelonoidis niger) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinin quru tısbağaları fəsiləsinin chelonoidis cinsinə aid heyvan növü. Yaşayan ən böyük tısbağa növü olub, ən ağır 10-cu sürünəndir, ağırlığı 400 kq-a, uzunluğu 1.8 metr-ə qədər çata bilir. 100 ilə yaxın ömür sürməklə, ən uzun ömürlü onurğalılardan biridir. Nəzarətə alınmış bir növü ən azı 170 il yaşamışdır. Tısbağa Ekvator ərazisinin qərbindən təxminən 1000 km-də yerləşən bir vulkanik arxipelaq olan yeddi Qalapaqos adalarına məxsusdur. İspan tədqiqatçılar 16-cı əsrdə adanı kəşf etmiş və İspanca mənası tısbağa olan galápago adını vermişlər. Qoruyucu qabığının ölçüsü və forması populyasiyalar arası dəyişir. Adanın rütubətli yüksəkliklərində, tısbağalar böyük olub, günbəz şəkilli qoruyucu qabığa və qısa boyuna malik olurlar – adanın quru alçaqlıqlarında isə, tısbağalar kiçik olub, yəhər şəkilli arxalı qoruyucu qabığa və uzun boğaza malik olurlar. Çarlz Darvin 1835-ci ildə bu fərqlilikləri müşahidə etmiş və bu onun təkamül nəzəriyəsinin inkişafına töhfə vermişdir.
Quru tısbağaları
Quru tısbağaları (lat. Testudinidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinə aid heyvan fəsiləsi. Fəsiləyə 11–13 cins, 40 növ daxildir. Bəzi tısbağalar kiçik olur və uzunluqları cəmi 12 sm olur. Bəzi növlər isə hətta 1 metr və daha uzun olur. Onlara Afrika, Asiya, Cənubi Avropa rast gəlmək olar. Xüsusi ilə səhra, yarımsəhra, savanna və rütübətli meşələrdə daha çox yayılmışdır. Tısbağalar uzun ömürlü olurlar. Növündən asılı olaraq 50–100 il yaşaya bilirlər. Bəzi növlər var ki, 150-200 il yaşayır.
Reyunyon nəhəng tısbağası
Reyunyon nəhəng tısbağası (lat. Cylindraspis indica) — nəhəng quru tısbağalarına daxil olan, nəsli kəsilmiş növ. Hind okeanında yerləşən Reyunyon adasının (Maskaren adaları) endemik canlısı olmuşdur. Balalarının və yumurtalarının ev donuzu və ev pişikləri tərəfindən yeyilməsi ilə nəsli tükənmişdir. Avropalılara 1611-ci ildə məlum olmuşdur. Artıq yüz ildən sonra isə nadir növə çevrilir. 1728-ci ildə onlara ancaq adanın qərb sahillərində rast gəlinirdi. Artıq 1773-cü ildən onları aşkarlayan olmur. Bundan sonra adaya digər növlərdən olan tısbağalar gətirilir.
Rodriges tısbağası
Rodriges tısbağası (lat. Cylindraspis peltastes) — nəhəng quru tısbağalarına daxil olan, nəsli kəsilmiş növ. Öz cinsinin ən kiçik nümayəndəsidir (Çanağı 42 sm olmuşdur.). Hind okeanında yerləşən Rodriges adasıın (Maskaren adaları) endemik canlısı olmuşdur. 1691–1761-ci illərdə sayları olduqca çox olmuşdur. Sonrakı dövrlərdə insanlar tərəfindən digər adalara daşınması ilə sayları azalmışdır.
Su tısbağaları
Su tısbağaları (lat. Mauremys) — Asiya şirinsu tısbağaları fəsiləsinə aid tısbağa cinsi. Onların canağları çox hamar olur. Bura daxil növlər əsasən Yaponiya, Çin, Vyetnam, Yaxın Şərq, Cənubi Qafqaz, Türkmənistan, Cənubi Avropa və Şimali Afrika ərazilərində yayılmışdır.
Nindza tısbağalar (film, 2007)
Nindza tısbağalar (ing. Teenage Mutant Ninja Turtles və ya TMNT) — Nindza tısbağalar seriyasının dördüncü filmidir. Rejissoru Kevin Monro tərəfindən 2007-ci ildə çəkilmişdir. Nindza tısbağalar — Internet Movie Database saytında.
Nindza tısbağalar 2: Zığın sirri
Nindza tısbağalar 2: Zığın sirri (ing. Teenage Mutant Ninja Turtles II: The Secret of the Ooze və ya TMNT 2) — Nindza tısbağalar seriyasının ikinci filmidir. Rejissoru Maykl Pressman tərəfindən 1991-ci ildə çəkilmişdir. Teenage Mutant Ninja Turtles II Nindza tısbağalar 2: Zığın sirri — Internet Movie Database saytında.
Nindza tısbağalar 3
Nindza tısbağalar 3 (ing. Teenage Mutant Ninja Turtles III və ya TMNT 3) — Nindza tısbağalar seriyasının üçüncü filmidir. Rejissoru Stüart Qillard tərəfindən 1993-cü ildə çəkilmişdir.

Digər lüğətlərdə