UĞUR

is. Bəxt, səadət, xoşbəxtlik.
[Sərətan Afətə:] Uğurlar dilərəm ürəkdən sizə; Görüm çatasınız məqsədinizə! M.Rahim.
Rübabə baxıb fərəhlənir, uğura doğru getdiyinə inamı artırdı. Mir Cəlal.
[İsmayıl:] Uğrumuza əcəb şey çıxdı! P.Makulu.

// Bir işin, arzunun və s.-nin müvəffəqiyyətli sonu, aqibəti, müsbət nəticəsi; müvəffəqiyyət, nailiyyət, qələbə. İşdə uğur diləmək. Hücum uğurla nəticələndi.
◊ Uğur(lar) olsun! – bir işə iqdam edən, başlayan adama müvəffəqiyyət, qələbə, səadət, xoşbəxtlik arzusu bildirir.
Yaxşı yollar, yaxşı uğurlar olsun! M.S.Ordubadi.
Gedin, dostlar, uğur olsun; Pozulmasın andınız. S.Rüstəm.
Uğura qənşər gələsən! – bax uğur olsun! [Qoca:] Uğura qənşər gələsən, oğul! M .Rzaquluzadə.

Uğur(lar) demək – uğur arzu etmək.
Əqlimlə biliyim tutub qolqola; Uğurlar deyərək düşdüm bu yola. A.Şaiq.
Qoy səsindən gülsün Vətən; Ellər baxıb uğur desin. S.Vurğun.

Uğruna gəlmək – bəxtinə çıxmaq, qabağına çıxmaq.
[Sultan bəy:] Hanı bir elə arvad ki uğruma gələ idi, ala idim! Ü.Hacıbəyov.

Синонимы

  • UĞUR uğur bax 1. xoşbəxtlik; bəxt; 2. nailiyyət
  • UĞUR salamatlıq — xoşbəxtlik — firavanlıq
  • UĞUR müvəffəqiyyət

Этимология

  • UĞUR1 Yaxşı arzumuzu bildirmək üçün “uğur olsun” deyirik. Ehtimal ki, buradakı uğur sözü qutğur kimi olub və qut kəlməsindən əmələ gəlib
UĞUNMAQ
UĞURLU

Значение слова в других словарях