ULTRABƏNÖVŞƏYİ

s. (şüa) ultra-violet; ~ lampa ultra-violet lamp; ~ şüalar ultra-violet rays

ULTRA
ULTRAQISA
OBASTAN VİKİ
Ultrabənövşəyi spektroskopiya
Ultrabənövşəyi (UF) (elektron) spektroskopiya — (UF-spektroskopiya, ing. near-infrared spectroscopy, NIR) optik spektroskopiyanın bölməsidir, üzvi və qeyri-üzvi birləşmələrin tədqiqatının ən yayılmış fiziki-kimyəvi metodlarından biridir. Ultrabənövşəyi spektroskopiya ultrabənövşəyi sahədə udulma, əks etmə spektrlərinin alınmasını, tədqiqatını və istifadə olunmasını özündə əks etdirir. Üzvi molekulların elektronlarını əsas vəziyyətdən həyəcanlandırılmış vəziyyətə keçirmək üçündür(bağlayıcı orbitaldan yumşaldıcı orbitala). Spektrin ultrabənövşəyi və görünən diapazonunun fotonlarının enerjisi kifayət qədər yüksəkdir (1,7–100 eV və ya təxminən 100-dən 730 nm-a qədər). Bütün üzvi maddələr ultrabənövşəyi sahədə udulur. Bir qayda olaraq, "işçi" sahə intervalı 190–730 nm təşkil edir, əsasən 200-dən 380 nm-a qədər. Prizma və küvetin istehsalı üçün bu sahələrdə optik materiallar şəffafdır. 190 nm-dən (ultrabənövşəyi vakuum) az olan dalğa uzunluğu iş üçün əlverişsizdir, çünki bu sahədə havanın komponentləri olan oksigen və azotu udur. Bu səbəbdən iş üçün xüsusi vakuum kameraları istifadə olunur, bu isə laboratoriya təcrübəsini çətinləşdirir, ancaq tez-tez elə olur ki, qadağan edilmiş zonanın böyük ölçülü dielektriklərinin tədqiqatı əvəzolunmaz olur.
Ultrabənövşəyi şüalanma
Ultrabənövşəyi şüalanma (ing. ultraviolet, UV) — dalğa uzunluğu 10–400 nanometr arasında şüalanmadır. İnsan gözü 400–700 nanommetr dalğa uzunluqlarına həssasdır və bu spektrin xaricindəki şüaları görə bilmir. Gözün görə bildiyi ən kiçik dalğa uzunluqlu şüalanma bənövşəyi olduğundan, ondan daha kiçik dalğa uzunluğuna sahib olan şüaya "ultra bənövşəyi" adı verilmişdir. Bütün ultrabənövşəyi şüaların eyni xarakteristikaya sahib olmadığı və canlılar üzərindəki təsiri fərqli olması səbəbi ilə Ultrabənövşəyi şüalanma UŞ-A, UŞ-B və UŞ-C adlanan üç kateqoriyaya ayrılmışdır. UŞ-A: O biri şüalara nisbətən 95%-i ilə ən geniş ultrabənövşəyi şüadır. Ozon təbəqəsi bu şüaların keçməsinə imkan verir. UŞ-B: Olduqca təhlükəlidir. Bu şüaların böyük bir qismi, ozon təbəqəsi bu şüaların keçməsinə mane olur. Ultrabənövşəyi şüalarının 5 %-ni təşkil edir.

Digər lüğətlərdə