UY

межд. ой (выражает чувство боли)
UVERTÜRA
UY-UY
OBASTAN VİKİ
UY Scuti
UY Scuti qalxan bürcündə yerləşən dəyişkən qırmızı ifratnəhəng ulduzdur. Radiusuna görə Stephenson 2-18 ulduzundan sonra ən böyük ulduzdur. 1.708 R⊙ (1.188 × 109 km; 7,94 astronomik vahid) radiusu ilə Günəşdən 5 milyard dəfə böyük həcmə malikdir. Yer planetindən təqribi olaraq 9,500 işıq ili uzaq məsafədə yerləşir. Əgər bu ulduz Günəş sisteminin mərkəzində yerləşsəydi fotosferası Yupiterin orbitini əhatə edərdi. Uy Scuti ilk dəfə 1860-cı ildə Bonn rəsədxanasında Alman astronomları tərəfindən göy üzündəki ulduzların ilk araşdırılması zamanı "Bonner Durchmusterung Stellar Catalogue" kataloqunda qeyd olunmuşdur. O BD-125055 adlandırılmışdır, 0-cı düz doğuşdan sayarkən 12°S və 13°S arasında yerləşən 5,055-ci ulduzdur. Növbəti araşdırma zamanı bu ulduzun parlaqlığının bir az dəyişdiyi müşahidə olundu, bu səbəblə bu ulduzun yeni dəyişkən ulduz olması fikri irəli sürüldü. Dəyişkən ulduzların təyin olunmasının beynəlxalq strandartlarına uyğun olaraq UY Scuti Qalxan bürcünün 38-ci dəyişən ulduzu kimi təyin olundu (bax: dəyişən ulduzların tərifləri) UY Scuti Qamma Scuti A-tip ulduzunun bir neçə dərəcə şimalında və NGC 6611-in şimal-şərqində məskunlaşmışdır. Ulduzun işıqlığı çox böyük olsa da, ən parlaq halı ilə Yerdən 9-cu parlaq ulduz kimi görünür, bunun səbəbi ulduzun Böyük Yarığın içərisində Qaçınma zonasında olan məsafəsi və yeridir.
.uy
.uy — Uruqvayın internet kodu.
Elektromaqnit uyğunluq
Elektronmaqnit uyğunluq 1. Başqa qurğudan gələn xarici elektromaqnit maneəsinin və sahəsinin (qəsdən törədilməmiş) təsirinə baxmayaraq elektron avadanlığın normal işləyə bilməsi; məsələn, kompüterin yanında olan televizor maneəsiz işləməlidir. 2. Qurğunun öz elektromaqnit şüalanmasını başqa qurğuların işinə təsir etməmək səviyyəsinədək məhdudlaşdırması. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: Bakı nəşriyyatı, 2017.
Geriyə uyumlu
Geriyə uyumlu (Backward compatibility)– köhnə kompüter, yaxud əməliyyat sistemi üçün əvəzetmə imkanı. Məsələn, Windows XP əməliyyat sistemi DOS ilə geriyə uyumludur, belə ki, DOS proqramlarının əksəriyyəti orada çalışa bilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. Vikianbarda Geriyə uyumlu ilə əlaqəli mediafayllar var.
Həddən artıq uyğunluq (film, 2016)
Həddən artıq uyğunluq — Rejissor Ülviyyə Könülün filmi. Böyük hisslərdən və aldanmaqdan heç kəs sığortalanmayıb. Dünyanın hər yerində sevgi, xəyanət və yalanla qarşılaşmaq olar. Mayk və Aydan ayrı-ayrılıqda aldanılıblar. Həyatlarındakı hədsiz uyğunluq onları görüşdürür və bir-birinə sevdirir. Sevgi isə məsafəyə baxmır. Əsasən də böyük sevgi. Görəsən, növbəti dəfə onlar harada görüşəcək? Bakıda yoxsa Nyu-Yorkda. Bəlkə də, heç görüşməyəcəklər?
Krossover (uydurma)
Krossover (ing. crossover) — bir çox müstəqil uydurma kainatın elementlərini və/yaxud personajlarını birləşdirən bədii əsər. Krossover və spin-off anlayışları qarışdırmamalıdır, spin-off əsas əsərin qəhrəmanlarının iştirak edə biləcəyi əlavə əsərə deyilir. Ədəbiyyatda krossover iki və ya daha çox janrda yazılmış əsərdir (məsələn, fantastika detektivi, fantastika romanı, siyasi-məhəbbət trilleri). "Frankenşteyn canavarla görüşür" (1943) adlı "Universal"ın klassik qorxu filmi iki hekayə xəttinin kəsişməsindən açıq şəkildə istifadə edən ilk müasir elmi-fantastik filmidir. "Qarağac küçəsində qarabasma" və "Cümə, ayın 13-ü" qorxu filmləri seriyasından olan iki manyak "Freddi Ceysona qarşı" filmində baş-başa gəlirlər, "Yabancı" və "Yırtıcı" ekşn-horror fantastika filmləri seriyasının yadplanetliləri isə "Yabancı Yırtıcıya qarşı" filmində qarşılaşırlar.
Mona Liza haqqında uydurma hekayələrin xronologiyası
Aşağıda, İtaliya intibahı dövründə Florensiyada Leonardo da Vinçi tərəfindən çəkilmiş Liza del Cakondonun "Mona Liza" adlı portretinə həsr edilmiş və ya qismən əsərdən bəhs edilən uyruma və yarım-uydurma hekayələrin (filmlər, teleserial seriyaları və ədəbi əsərlər də daxil olmaqla) siyahısı verilmişdir. Əsərlər çıxarıldığı dövrə uyğun olaraq xronoloji ardıcıllıqla göstərilmişdir. 1975 – İkinci xanım Cakonda (ing. The Second Mrs. Giaconda), Elayni Lobl Köniqsburq tərəfindən yazılmış və portretin çəkilməsindən bəhs edən roman. 1979 – "Ölüm şəhəri", "Doktor Kim" teleserialının seriyası, əsas süjet "Mona Liza"nın Luvrdan oğurlanmasından bəhs edir. 1985 – Granada Televiziyasının çəkdiyi "Şerlok Holms" teleseriyasının seriyalarından birində Artur Konan Doylun "Sonuncu problem" romanı əsasında "Mona Liza"nın Luvrdan oğurlanmasından bəhs edilir. Süjet ssenari müəlliflərinin ideyası olmaqla, Konan Doylun 1893-cü ilə aid hekayəsinə tam uyğun deyildir. 2003 – Da Vinçi şifrəsi, Den Braun tərəfindən yazılmış romandır. "Mona Liza" süjetin ayrılmaz hissəsidir və kitabın orijinal nəşrinin üz qabığında istifadə olunub.
Nəcip Uysal
Nəcip Uysal (24 yanvar 1991, Bakırköy, İstanbul ili) —Yarımmüdafiəçi mövqeyində forma geyinən Türk futbolçu. Türkiyə Super Liqası klublarından Beşiktaş PFK-da forma geyinir. 14 oyunda 1 məhsuldar ötürmə etmişdir. 41 oyunda 2 qol 1 məhsuldar ötürmə etmişdir. 39 oyunda 2 məhsuldar ötürmə etmişdir. 30 oyunda 1 qol 2 məhsuldar ötürmə etmişdir. 23 oyunda 1 məhsuldar ötürmə etmişdir. 37 oyunda 1 qol 2 məhsuldar ötürmə etmişdir. 43 oyunda 1 qol atmışdır. 27 oyunda 1 məhsuldar ötürmə etmişdir.
Oya Uysal
Oya Uysal (12 may 1952, İstanbul) — Türkiyə şairi. Yazıdığı ilk şeir 1968-ci ildə nəşr edilmişdir. doğdu. Yazığı şeirlər Adam Sanat, Milliyet Sanat, Gösteri, Düşler və Yaşasın Edebiyat jurnallarında da nəşr edilmişdir. Hal-hazırda şeirləri Kitap-lık, Varlık və Yasakmeyve jurnallarında nəşr olunur. Gənclik dövründə beş kitab nəşr etdikdən sonra 1980-ci illərin ikinci yarısında şeir yazmağa ara verən şair, Uçuruma Düşen Nehir (1997) əsəri ilə Ceyhun Atuf Kansu şeir mükafatına, Mevsimini Kaybetmiş Rüzgâr əsəri ilə 1999 Camal Süreya şeir mükafatına layiq görülmüşdür. 2003-cü ildə nəşr olunan Günaydın Sevgili Gece əsərindən sonra 2008-ci ildə Kimselerin Akşamı, 2012-ci ildə Uzak Olan Sendin, 2014-cü ildə isə Siyah Zaten bir Gecelik adlı şeir kitabı nəşr olunmuşdur.
Qansu Uyğur idikutluğu
Qansu Uyğur idikutluğu — Çinin Qansu vilayətində mövcud olmuş qədim dövlət. Uyğur xaqanlığının dağılmasından sonra yaradılmışdı. Uyğurların bir dəstəsi Qansuda hələ 840-cı ildən yaşayırdılar. Çin ilə ticari əməkdaşlıqları olan bu uyğurlara daha sonra 890-cı ildə Uyğur xaqanlığından qaçqın düşən uyğurlar qoşuldu.Yağlakar sülaləsindən olan və Hörmüzd xaqan olaraq da bilinən Panq Təkinin başçılığı ilə qurulan bu dövlət bir əsr yarım ömür sürmüşdü. İndiki davamçıları Sarı uyğurlardır.
Qaoçan Uyğur idikutluğu
Qaoçan Uyğur idikutluğu — İndiki Sintzyan Uyğur muxtar vilayəti ərazisində mövcud olmuş dövlət. İdikut dövləti tarix səhnəsinə ilk dəfə Uyğur xaqanlığının devrilməsindən sonra, 843-cü ildə çıxmışdı. Məngli yabqu başçılığında hərəkət edən uyğurlar Qaraşəhər və Qaraxocanı ələ keçirib öz dövlətini qurdu. Dövlət 857-ci ildə Tan sülaləsi tərəfindən tanınmışdı.Kutadqu Bilik (福樂智慧) kitabı bu dövlətdə yazılmışdır. Краткий очерк культуры Уйгурского Турфанского идыкутства УЙГУРИЯ В VII–IX вв.
Qarahoca uyğur idıkutluğu
Qaoçan Uyğur idikutluğu — İndiki Sintzyan Uyğur muxtar vilayəti ərazisində mövcud olmuş dövlət. İdikut dövləti tarix səhnəsinə ilk dəfə Uyğur xaqanlığının devrilməsindən sonra, 843-cü ildə çıxmışdı. Məngli yabqu başçılığında hərəkət edən uyğurlar Qaraşəhər və Qaraxocanı ələ keçirib öz dövlətini qurdu. Dövlət 857-ci ildə Tan sülaləsi tərəfindən tanınmışdı.Kutadqu Bilik (福樂智慧) kitabı bu dövlətdə yazılmışdır. Краткий очерк культуры Уйгурского Турфанского идыкутства УЙГУРИЯ В VII–IX вв.
Qarşılıqlı birqiymətli uyğunluq
Qarşılıqlı birqiymətli uyğunluq - bir çoxluğun başqa bir çoxluğa qarşılıqlı birqiymətli uyğunluğu birinci çoxluğun ikinci çoxluğa elə inikasıdır ki, birinci çoxluğun müxtəlif elementləri ikinci çoxluğun müxtəlif elementlərinə çevrilsin. Başqa sözlə, bir çoxluğun başqa bir çoxluğa qarşılıqlı birqiymətli uyğunluq bu çoxluqların elementləri arasında elə uyğunluqdur ki, birinci çoxluğun hər bir elementinə ikinci çoxluğun yalnız bir elementi uyğun olsun və bu uyğunluqda ikinci çoxluğun hər bir elementi birinci çoxluğun yalnız bir elementinə uyğun olsun. Qarşılıqlı birqiymətli uyğunluq bəzən qarşılıqlı birqiymətli inikas, yaxud biyeksiya adlandırırlar. İki çoxluğun elementləri arasında qarşılıqlı birqiymətli uyğunluq yaratmaq mümkündürsə, onlar eyni gücə malikdir. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I-X cild, Bakı 1976-1987.
Qazaxıstan uyğurları
Qazaxıstan uyğurları — respublikanın beşinci ən böyük etnik azlığıdır. 2014-cü ilin əvvəlində Qazaxıstan uyğurlarının sayı 246,777 nəfər olmuşdur (ölkə əhalisinin 1,44% -i). Dunqanlarla birlikdə uyğurlar Çində Uyğur üsyanının yatırılmasından sonra, ilk dəfə 1860-1880-ci illərdə Qazaxıstan ərazisinə yerləşməyə başladılar. Bununla yanaşı 1916-cı il qiyamının yatırılmasından sonra Semireçye qazaxlarının bir hissəsi Şərqi Türküstanın uyğur torpaqlarına köç edir. Sovet dövründə ölkədə uyğurların sayı durmadan artırdı. Uyğurlar 1960-1970-ci illərdə SSRİ ilə ÇXR arasındakı açıq sərhədlər dövründə onlar əsasən Almatı və Taldı-Kurqan bölgələrinin kəndlərində və rayon mərkəzlərində məskunlaşırlar. Respublikada uyğurların sayı sürətlə artırdı. 1989-cu il siyahıyaalmasına əsasən respublikada 180 min uyğur yaşayırdı (respublika əhalisinin 1,1% -i). Uyğurlar indiki sərhədlər daxilində Almatı vilayətinin əhalisinin 7,8% -ni və Alma-Ata əhalisinin 3,5% -ni təşkil edirdi. 1999-cu il siyahıyaalınmasına əsasən, onların sayı 210 minə çadır (əhalinin 1,4%), Almatı vilayətinin Uyğur rayonunda isə uyğurlar əhalinin əksəriyyətini (56%) təşkil edirdi.
Qədim Uyğur əlifbası
Qədim uyğur əlifbası — qədim uyğur dilini, Turfanda (həmçinin Turpan da adlandırılır) danışılan müxtəlif qədim türkcəni və müasir Qərbi yuğur (Sarı uyğurlar) dilinin əcdadı olan Qansu dilində yazmaq üçün istifadə edilmişdir. Bu əlifba üçün istifadə edilən “Qədim Uyğur” ifadəsi yanlışdır, çünki 843-cü ildə yaradılmış Uyğur (Yuğur) çarlığı Qarahoca uyğur idıkutluğu ilk olaraq əski türk əlifbasından istifadə etmişdir. Uyğurlar 840-cı ildən sonra Turfana köçərkən yerli sakinlərdən bu "Qədim uyğur" yazısını mənimsəmişlər. Bu, Turfanda 700-800 il ərzində Buddist, Manixeist və Xristian məzmunlu mətnlər üçün istifadə edilən Arami əlifbasının uyğunlaşdırılması idi. Ən son məlum əlyazmalar XVIII əsrə aiddir. Bu, monqol və mançu əlifbalarının prototipi idi. Qədim uyğur əlifbasını Monqolustana Tata-tonqa gətirmişdir. Qədim uyğur yazısı VIII-XVII əsrlər arasında ilk növbədə Çinin indiki Sincan-Uyğur Muxtar Rayonunda yerləşən Mərkəzi Asiyanın Tarım hövzəsində istifadə edilmişdir. Əbcəd xüsusiyyətlərinə malik əyri-birləşən əlifbadır və şaquli şəkildə yazılmışdır. Yazı XV əsrdə Orta Asiyada və İranın bir hissəsində genişləndi, lakin sonda XVI əsrdə ərəb qrafikası ilə əvəz olundu.
Qədim uyğurlar
Qədim uyğurlar (veyhu, xoyxu, Oyxor) — Mərkəzi Asiya türk xalqlarının etnopolitik tarixində əhəmiyyətli rol oynayan ən böyük orta əsr türk etnik qruplarından biridir. Yazılı mənbələrdən əldə edilən məlumatlara əsaslanaraq qədim uyğurların tarixi təxminən min il müddətinə: IV əsrdə "qaoçe"-"telelər" tayfalar birliyinin beynəlxalq arenaya çıxdığı andan başlayaraq, XIII-XV əsrlərə qədər, qədim uyğurların nəhayət Novouygur və ya Şərqi Türkistannın müasir Uyğur etnosu və Qansu əyalətinin Sarı uyğurları izlənilmişdir. Bu dövrdən əvvəlki dövrdə, yəni IV əsrdən əvvəlki tarixlərdə proto-uyğur tayfalarının tarixi həyatının qurulmasına rəvac vermir, lakin onun Hunların qəbilə birliyi ilə birbaşa əlaqəli olduğu məlumdur. Qədim Çin tarixi yazılı mınbılərində qədim uyğurların hun və dinlin türk xalqları köklərindən gəldikləri barədə məlumatlar var. Oyxorların mənşəyi e.ə.III əsrdə Baykal gölü ətrafında məskunlaşmış köçəri dinlin xalqına gedib çıxır. V əsrdə dinlinlər tarixi arenada yenidən ortaya çıxdı, o vaxtdan etibarən cəsədlər adlandırıldılar. Erkən Tan sülaləsi salnamələrində qədim uyğurlara xueyxelər deyilirdi. IV əsrə qədər qədim uyğur tayfaları "xueyqu" adlanmağa başladı. 840-cı ildə Syaclar (Yenisey qırğızları) Xueyqu ölkəsini fəth etdilər və Uyğur xaqanlığının əhalisinin bir hissəsi tədricən köçəri həyat tərzindən oturaq həyat tərzinə keçərək Tarım hövzəsinin yerli əhalisi ilə birləşərək Şərqi Türkistana köçdülər - Xan sülaləsindən bəri qərb ərazilərinə köçərən çinlilər, Xotan, Şule və Kuça sakinləri ilə birgə yaşadılar. Qədim Uyğur tayfalarının tarixində üç əsas dövr vardır: Monqolustanda və Cunqariyada dövlət quruluşları dövrü (IV-VI əsrlərdəki köçəri tayfaların birlikləri).
Salar-De-Uyuni səhrası
Salar de Uyuni və ya Salar de Tunupa-10.582 kvadrat kilometr (4,086 kv mi) ilə dünyanın ən böyük duz düzü, gölü və səhrası. Cənub-qərb Boliviyada Potosi və Oruro bölgələrində və And krestinin yaxınlığında və orta dəniz səviyyəsindən 3.656 metr (11,995 ft) yüksəkdə yerləşir. Dünyanın ən iri duzlu səhrasıdır. Səhranın özü kifəyət qədər geniş, səthi düzdür və bunun nəticəsində burada yığılan su güzgüyə bənzəyən nazik su qatı əmələ gətirir. Bütün bunlar heyrət ediləcək dərəcədə gözəl görünür. Salar-de-Uyunidə faydalı qazıntı yataqları çox olduğundan burada suyu qəribə rənglərə çalan bir neçə göl var. Səhra duzlu olduğu üçün duz hasilatı burada əsas yer tutur. Mütəxəssislərin hesablamalarına görə, ərazidə 10 milyard tondan artıq duz ehtiyatı var. Halbuki, ildə bunun cəmi 25 min tonu çıxarılır.
Salar de Uyuni
Salar de Uyuni və ya Salar de Tunupa-10.582 kvadrat kilometr (4,086 kv mi) ilə dünyanın ən böyük duz düzü, gölü və səhrası. Cənub-qərb Boliviyada Potosi və Oruro bölgələrində və And krestinin yaxınlığında və orta dəniz səviyyəsindən 3.656 metr (11,995 ft) yüksəkdə yerləşir. Dünyanın ən iri duzlu səhrasıdır. Səhranın özü kifəyət qədər geniş, səthi düzdür və bunun nəticəsində burada yığılan su güzgüyə bənzəyən nazik su qatı əmələ gətirir. Bütün bunlar heyrət ediləcək dərəcədə gözəl görünür. Salar-de-Uyunidə faydalı qazıntı yataqları çox olduğundan burada suyu qəribə rənglərə çalan bir neçə göl var. Səhra duzlu olduğu üçün duz hasilatı burada əsas yer tutur. Mütəxəssislərin hesablamalarına görə, ərazidə 10 milyard tondan artıq duz ehtiyatı var. Halbuki, ildə bunun cəmi 25 min tonu çıxarılır.
Sarı Uyğurlar
Sarı uyğurlar və ya Sarı Yuğurlar — Çin Xalq Respublikasında yaşayan türk xalqlarından biri. Onlar Çinin Qansu əyalətinin dairə dərəcəli Canqye (Zhangye) şəhərinin (prefecture-level city) Sunan Yuğur Muxtar rayonunda yaşayırlar. 2000-ci ildə aparılmış siyahıya almaya əsasən Çində sayları 13.719 nəfərdir.
Sincan-Uyğur Muxtar Rayonu
Sincan-Uyğur Muxtar Rayonu və ya Sintszyan-Uyğur Muxtar Rayonu (çin. sadə. 新疆维吾尔自治区, pinyin: Xīnjiāng Wéiwú'ěr Zìzhìqūuyğ. شىنجاڭ ئۇيغۇر ئاپتونوم رايونى, qısa olaraq: çin. sadə. 新疆, pinyin: Xīnjiāng → ) — Çin Xalq Respublikasında inzibati-ərazi vahidi. 1 oktyabr 1955-ci ildə yaradılıb. Ərazisi 1.66 milyon km²-dən çoxdur və bu göstərici ilə ÇXR-da əyalət səviyyəsində ən iri inzibati-ərazi vahidləri arasında ilk yeri tutur. Sitazyan Çin dilində sonradan gəlmiş mənasını verir. Uyğurlar Böyük Hun İmperiyasının varlığında dəyərli bir rol oynayıblar.
Sintszyan-Uyğur Muxtar Rayonu
Sincan-Uyğur Muxtar Rayonu və ya Sintszyan-Uyğur Muxtar Rayonu (çin. sadə. 新疆维吾尔自治区, pinyin: Xīnjiāng Wéiwú'ěr Zìzhìqūuyğ. شىنجاڭ ئۇيغۇر ئاپتونوم رايونى, qısa olaraq: çin. sadə. 新疆, pinyin: Xīnjiāng → ) — Çin Xalq Respublikasında inzibati-ərazi vahidi. 1 oktyabr 1955-ci ildə yaradılıb. Ərazisi 1.66 milyon km²-dən çoxdur və bu göstərici ilə ÇXR-da əyalət səviyyəsində ən iri inzibati-ərazi vahidləri arasında ilk yeri tutur. Sitazyan Çin dilində sonradan gəlmiş mənasını verir. Uyğurlar Böyük Hun İmperiyasının varlığında dəyərli bir rol oynayıblar.
Sintszyan-Uyğur Muxtar Rayonu əhalisi
Bu məqalə Sincan-Uyğur Muxtar Rayonunun əhalisinin sayı, sosial-demoqrafik xüsusiyyətləri haqqındadır. 1 noyabr, 2010-cu il siyahıyaalınmasına əsasən əhalinin yaş qrupları üzrə bölünməsi; 1 noyabr 2010-cu il siyahıyaalınmasına əsasən muxtar rayon ərazisində Çində rəsmən tanınan bütün 56 etnik qrupun nümyanəndələri yaşamaqdadır. Muxtar rayonda dövlət tərəfindən rəsmən tanınan 7 türk xalqının nümayəndələri yaşayır və onlar rayondakı ümumi əhalinin 53.25%-ini təşkil edirlər.
Sintszyan-Uyğur muxtar rayonu əhalisinin etnik tərkibi
Bu məqalə Sincan-Uyğur Muxtar Rayonunun əhalisinin sayı, sosial-demoqrafik xüsusiyyətləri haqqındadır. 1 noyabr, 2010-cu il siyahıyaalınmasına əsasən əhalinin yaş qrupları üzrə bölünməsi; 1 noyabr 2010-cu il siyahıyaalınmasına əsasən muxtar rayon ərazisində Çində rəsmən tanınan bütün 56 etnik qrupun nümyanəndələri yaşamaqdadır. Muxtar rayonda dövlət tərəfindən rəsmən tanınan 7 türk xalqının nümayəndələri yaşayır və onlar rayondakı ümumi əhalinin 53.25%-ini təşkil edirlər.
Sultan Ərətna bəy Uyğur
Sultan Əlaəddin Ərətna bəy Cəfər bəy oğlu Uyğur (1344-1352)—Ərətna bəyliyinin qurucusu və sultanı. Çalisqanligi, ədaləti və qabiliyəti sayəsində diqqət çəkən Ərətna bəy, Anadoluda oldugu sirada bacısını Elxanlı Rum valisi Əmir Teymurtaş Çobanlı (1314-1327) ilə evləndirərək onunla qohum oldu. Bu sayədə O, Əbu Səid Bahadir xanin birinci dərəcədəki əmirləri arasina girməyi bacardi. Teymurtaşin yardimçisi olaraq fəaliyyət göstərən Ərətna bəy, eyni zamanda Anadolu xalqi üzərində yaxşı nüfuz qurmağa və özünü sevdirməyə çalisirdı. O, Anadoludaki xalqla yaxşı davranır, hər kəslə adalətlə müamilə edirdi. Monqollarin Anadolu valisi Əmir Teymurtaş Çobanlı isə istilaçi və yayilmaçi bir hərəkət içərisində olub, burada müstaqil bir dövlət qurmaq və istiklalini elan etmək düsüncəsində idi. Anadolu bəylərini ortadan qaldirmaq için mücadələyə girisən Teymurtaş, Ərətna və Sungur aga kimi elxanli əmirlərinə qarsi da cəbhə almisdi. Teymurtaşin bu davranişi sonucunda Ərətna bəy və Sungur aga Qaraman ölkəsinə qaçmisdilar. Ancaq bu sirada elxanlilarin mərkəzində Əbu Səid Bahadir xan ilə Əmir Çobanin arasi açilmis və sonucunda da Əmir Çoban öldürülmüsdü. Atasinin ortadan qaldirildigini ögrənən Anadolu valise Əmir Teymurtaş, siranin ona da gələcəyini düsünərək, Anadolunu qaynı Ərətnaya biraxaraq Misirə qaçdi (1328).
Tomris Uyar
Tomris Uyar (15 mart 1941, İstanbul – 4 iyul 2003, İstanbul) — türk yazıçı və tərcüməçi. Tomris Uyar 15 mart 1941-ci ildə İstanbulda iki vəkilin qızı və Cümhuriyyət Xalq Partiyasının siyasətçisi Süleyman Sırrı Gedikin nəvəsi olaraq dünyaya gəlmişdir. İngilis Qızlar Orta Məktəbi və Arnavutköy Amerika Qızlar Kollecində təhsil almışdır (1961). 1963-cü ildə İstanbul Universitetinin İqtisadiyyat fakültəsinə bağlı Jurnalistika İnstitutunu bitirib. Camal Sürəya və Ülkü Tamerlə birlikdə "Papirus" jurnalının yaradıcılarından olan Uyar "Yeni Dergi", "Soyut", "Varlıq" kimi jurnallarda esse, tənqid və kitab təqdimatlarını dərc edib. 60-dan çox dildə tərcüməsi çap olunan Uyarın gündəlikləri "Gündökümü" ümumi adı ilə nəşr olunmuşdur. Virciniya Vulf, Edqar Allan Po, Xorxe Luis Borxes, Luis Kerroll, Antuan de Sent-Ekzüperi və Qabriel Qarsiya Markes kimi müəlliflərin əsərlərini türk dilinə tərcümə etmiş, qısa hekayələri 11 cilddən ibarət kitabda nəşr olunmuşdur. 2003-cü ildə qida borusu xərçəngindən vəfat edən yazıçının məzarı Zəncirliquyu qəbiristanlığında yerləşir. 1975-ci ildə həyat yoldaşı Turqut Uyarla birlikdə Lukresinin təbii ensiklopediya "De rerum natura" (Evrenin yapısı, İstanbul 1974) tərcüməsinə görə Türk Dil Qurumunun mükafatını qazanmışdır. 1980 və 1987-ci illərdə Sait Faiq Hekayə Ərmağanına layiq görülən iki türk yazıçıdan biri olub.
Türkiyədə uyğurlar
Türkiyədə uyğurlar — Türkiyədə yaşayan və ya Türkiyə vətəndaşı olan uyğur əsilli şəxslər. Anadolu türkləri ilə uyğurlar arasında əlaqənin uzun bir tarixi var. Uyğurlar tarixən Türkiyə ərazisində məskunlaşmışdılar. Ərətna bəy əslən uyğurdur, Ərətna bəyliyinin əsasını qoymuş və eyni zamanda uyğurları bəyliyin ərazisinə köçürmüşdür. Həmçinin, 1980-ci illərdən ÇXR-da Şərqi Türküstan münaqişəsi səbəbilə uyğurlar Türkiyəyə köçmək üçün Şərqi Türküstanı kütləvi şəkildə tərk etməyə başlamışdılar. 2000-ci ildə Türkiyədə 10,000 uyğur var idi, 2009-cu ildə bu rəqəm 50 minə çatmışdır. 2018-ci ildə Mərkəzi Asiyadan uyğurların axını olmuş və onların sayı 150 minə qədər artmışdır. 2022-ci ilin məlumatına görə, Türkiyədə 200 mindən çox uyğur yaşayır.

Digər lüğətlərdə