vəzili

sif. 1) solide, sérieu//x, -se, d’une grande portée ; pesant, -e, lourd, -e ; qui compte ; rythmique, rythmé, -e ; 2) anat. oncotique ; tumoral, -e

vəzifəsizlik
vəzir
OBASTAN VİKİ
Vəzili biyan
Vəzili sürvə
Vəzili adaçayı
Vəzili adaçayı (lat. Salvia glutinosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, hündürlüyü 1-1,5 m, gövdəsi düz, sadə, uzun tüklənmişdir. Yarpaqları saplaqlı, yumurtavari və ya uzunsov yumurtavari, uzunluğu 15 sm, eni 9 sm-ə kimi, kənarları diş-dişli, az tüklü və ya çılpaq, damarlar boyu yapışqanlı tüklərlə örtülmüşdür. Çiçəkyanı yarpaqları çox xırda, yumurtavari-elliptik, qıraqları bütövdür. Çiçəkqrupu sadə, 3-6 çiçəkli çoxsaylı topalardan təşkil olunmuşdur, yapışqanlıdır. Kasacıq (çiçəkləyən vaxt) 10–13 mm, vəzili-uzuntüklü, yapışqanlıdır. Tacı 3-4 sm, tüklənmiş, qırmızımtıl naxışlı və ləkəli sarı rəngdədir. Fındıqçaları 3 mm uzunluqda, elliptik formalı, qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır.
Vəzili kafur ağacı
Camphora glandulifera (lat. Camphora glandulifera) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin camphora cinsinə aid bitki növü. Cənubi-Şərqi Asiya, Hindistan, Çin və Şərqi Tibetdə bitir. 50 m və daha çox hündürlüyə qalxan, çadırvari çətirə malik, həmişəyaşıl ağacdır. Qabığı tünd-boz rəngdə olub, çatlıdır. Cavan zoğları yaşıldır. Yarpaqları tərs-yumurtavari, 9-12 sm uzunluqda, 5-7 sm enində, ucu sivriləşən, üstdən parlaq, tünd yaşıl, altdan açıq yaşıl olub, lələkvari damarlıdır. Yarpağın yan damarlarında alt tərəfdən vəziləri vardır. Yarpaq saplağı 2,5 sm uzunluqdadır. Çiçəkləri qısa saplaqlı, çiçəkyanlığı sarımtıl, 5-6 mm enində olub, 6 bölümlüdür.

Digər lüğətlərdə