varvarizm
varyaqlar
OBASTAN VİKİ
Varyaq mühafizəçiləri
Varyaq mühafizəçiləri (yun. Τάγμα των Βαράγγων, Tágma tōn Varángōn) X - XIV əsr müddətincə Bizans imperiyasında imperator və digər yüksək rütbəli şəxslərin şəxsi mühafizəsini təşkil etmiş xüsusi hərbi birləşmə. Vareq mühafizəçilərinin əsas xüsusiyyətlərindən biri Skandinaviya mənşəyli olmaları ilə bağlıdır.. Belə ki, X əsrdən etibarən Bizans imperiyası daxilindəki siyasi vəziyyətin gərginləşməsi fonunda imperatorlarla özlərinə qarşı baş verə biləcək mümkün təhlükələrin qarşısını almaq üçün başqa ölkələrdən gətirilmiş muzdlu mühafizəçilərin saxlanılmasına üstünlük verməyə başlamışdılar. Mühahifəzçilər ilk dəfə Böyük Kiyev Knyazı I Vladimirin xristianlığı qəbul etməsindən sonra Bizans imperatoru II. Basileiosun nəzarəti altında 988-ci ildə yaradılmışdır. I Vladimir varyaqlardan təşkil olunmuş döyüşçülərin köməkliyi ilə Kiyev şəhərini ələ keçirdikdən sonra Bizans tərəfi ilə əldə olunmuş razılaşmaya əsasən 6.000 min döyüşçünü II Basileiosa göndərmişdir.
Varyaqlar
Varyaqlar (yun. Βάραγγοι, qəd.skan. Vaeringjar rus. варяги) — Orta əsrlərdə Baltik dənizi zonasında yaşayan bir vikinq xalqıdır. Bizansda və Kiyev Knyazlığında muzdlu döyüşçü olaraq xidmət göstərən Varyaqlar bunun yanı sıra ticarətlə məşğul olurdular. Baltık dənizinin şərqinə məskunlaşan Varyaqlar, buradaki çaylar boyunca materikin içlərinə doğru yayıldılar. Dəniz və çay yaxınlarında yaşayış məskənləri qurdular və burada yaşayan Slavyanlar ilə ticarətə başladılar. Slavyanlar, daha yüksək bir mədəniyyətə sahib olan Varyaqlar ilə rahat şəkildə qaynaşdı. Varyaqların dənizçilikdəki təcrübəsi, bölgədəki çaylarda ticarətlə məşğul olmalarını asanlaşdırdı və qısa zamanda nəzarəti ələ almalarını sağladı. Bölgəyə yerləşən Varyaqlara verilən "Rus" ismi zamanla slavyanlarla sinonim halına gəldi.
Varyaqlardan yunanlara yol
"Varyaqlardan yunanlara" yol (həmçinin Varyaq yolu və ya Şərq yolu) — Baltik dənizindən Şərqi Avropa vasitəsilə Bizansa gedən su (dəniz və çay) yolu X əvvəllərindən XIII əsrin ortalarına qədər varyaqların yaşayış yerindən (Baltik dənizinin sahili) cənubdan Cənub-Şərqi Avropaya və Kiçik Asiyaya genişlənməsinin su yollarından biri olmuşdur. Akademik D. S. Lixaçyovun yazdığı kimi, bu ticarət yolu "Avropada cənubla şimal arasında ticarətin qərbə doğru hərəkət etdiyi XII əsrə qədər Avropada ən mühüm yol idi". Еремеев И. И., Дзюба О. Ф. Очерки исторической географии лесной части пути «Из варяг в греки». Археологические и палеогеографические исследования между Западной Двиной и озером Ильмень. — СПб: Нестор-История, 2010. — 669 с. Славяне и скандинавы (23000 nüs.). М.: Прогресс. Пер. с нем.; Общ.

Digər lüğətlərdə