vened

vened
vender
venedlər
OBASTAN VİKİ
Venediger dağları
Venediger (alm. Venedigergruppe‎) - Avstriyada dağ silsiləsi. Silsilə Mərkəzi - Şərqi Alplarda yerləşir və Granatspitze, Glockner, Goldberg və Ankogel silsilələri ilə birlikdə Yüksək Tauern silsiləsini yaradır. Dağ silsiləsinin ən yüksək zirvəsi Qrosvenediger dağıdır (3666 m). Silsilənin əsas hissəsi Yüksək Tauern Milli Parkının ərazisidir. Silsilənin İtaliya ərazisində Rieserferner-Ahrn Milli Parkı yaradılıb. Venediger silsiləsi Avstriyanın Zalsburq federal torpaqlarında yerləşir. Kiçik bir hissəsi isə İtaliyanın avtonom Cənubi Tirol əyalətinə aiddir. Əsas hissə Avstriyayanın Şərqi Tirol əyalətinə məxsusdur. Venediger silsiləsi Yüksək Tauern silsiləsinin qərb hissəsini təşkil edir.
Valeri Venediktov
Valeri Nikolayeviç Venediktov (13 iyun 1924, Daşkənd, Qırğızıstan MSSR – 30 noyabr 1995, Çelyabinsk) – Sovet hərbi komandiri, hərbi texnikanın konstruktoru, Sovet Ordusunun general-leytenantı Böyük Vətən Müharibəsinin iştirakçısı, Sosialist Əməyi Qəhrəmanı (1976 il) iki SSRİ Dövlət Mükafatı laureatı.
Klyayn-Venediq
Klyayn-Venediq (alm. Klein-Venedig‎, hərf. "Kiçik Venesiya") və ya Velzerland (Welserland) — indiki Venesuela ərazisində 1528–1546-cı illərdə mövcud olmuş keçmiş alman koloniyası. Koloniyanın ərazisinə hüquqlar Auqsburq azad şəhərindən olan Velzerlər bank ailəsi tərəfindən Müqəddəs Roma imperatoru V Karlın borclarının təminatı olaraq alınmışdı. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Gisela Graichen, Horst Gründer. Deutsche Kolonien: Traum und Trauma (1). Berlin: Ullstein. 2007. ISBN 978-3-548-36940-2. Ludolf Pelizaeus. Der Kolonialismus.