Vilnüs

coğ. Vilnius

villa
vineqret
OBASTAN VİKİ
Vilnüs Universiteti
Vilnüs Universiteti (lit. Vilniaus universitetas) — Litvanın paytaxtı Vilnüs şəhərində yerləşən ali təhsil müəssisəsi. Şərqi və Orta Avropanın ən məşhur və qədim ali təhsil müəssisələrindən biridir. Vilnüs Universitetinin əsası 1579-cu ildə qoyulmuşdur. Onun təməlinin qoyulması yüksək siyasi əhəmiyyət daşıyaraq XVI əsrdə Litva Böyük Hersoqluğunun mədəni həyatında ən əhəmiyyətli hadisə idi. Vilnüs Universiteti nəinki təkcə Litva Böyük Hersoqluğunda deyil, həmçinin bütün Şərqi Avropada ilk ali təhsil məktəbi idi. Bu universitet təhsilin və elmin nəinki Litvada, həmçinin Belarusda və Ukraynada yayılmasında böyük rol oynamışdır. Hüquq fakültəsi; Tibb fakültəsi; İqtisadiyyat fakültəsi; Sosial elmlər fakültəsi; Kompüter elmləri fakültəsi; Xarici dillər fakültəsi; Psixologiya fakültəsi; Fəlsəfə fakültəsi; Tətbiqi riyaziyyat fakültəsi; Fizika fakültəsi; Biologiya fakültəsi; Kimya fakültəsi. Vilnüs Universitetinin rəsədxanası 1962-ci ildən fəaliyyət göstərir. Bu rəsədxana Litvada və Baltikyanı ölkələrdə astronomiya və təbiət elmləri üzrə yeganə ixtisaslaşdırılmış informasiya mərkəzidir.
Vilnüs qəzası
Vilnüs qəzasının ərazisi 9 730 km2-dır.
Vilnüs şəhəri
Vilnüs (lit. Vilnius, pol. Wilno) − Litvanın paytaxtı. Jalqiris FK futbol klubu. Vilnüs FK futbol klubu.
Kafedral meydanı (Vilnüs)
Kafedral meydanı (lit. Katedros aikštė) — Vilnüsün Əski şəhərinin baş meydanı. Sovet dövründə Gedimin meydanı adını daşıyırdı. Meydan Gediminas təpəsinin dibində yerləşir. == Tarixi == Kafedral meydanının yeri yazılı mənbələrdə ən erkən qeyd olunmuş Vilnüsün yerlərindən biridir. Xronikalarda və əfsanələrdə onun adı Şventaragis vadisi kimi keçir. Dəmir qurd haqqında əfsanəyə görə, Böyük Knyaz Gediminas öz röyasında Şvenrargis vadisində dəmir qurdu görüb. Röyasındaki dəmir qurdun mənası onun bu yerdə yenilə bilməyən qalanı tikməyə çağırış olduğunu izah edilib. Və 1323-cü ildə Vilnüs şəhərinin əsası bu yerdə qoyulub. Şventaragis vadisində və onun yanındaki Gediminas təpəsində hərəsində bir saray tikilib.
Qədim şəhər (Vilnüs)
Qədim şəhər (Vilnüs) (lit. Vilniaus senamiestis, pol. Stare Miasto w Wilnie, belar. Стары горад у Вільнюсе, rus. Старый город в Вильнюсe) — Şimali Avropanın ən böyük orta əsrə aid qədim şəhərlərindən biri. 3,59 km² (887 akr) sahəyə malikdir. Mərtəbələrinin ümumi sahəsi 1,497,000 m² olan 1487 bina və 70 küçə ilə birlikdə 74 məhəlləni əhatə edir. Litvanın paytaxtı Vilnüsün ən qədim hissəsi olmaqla, şəhər bir neçə əsr ərzində inkişaf etmiş və özündə həm şəhərin qədim tarixini, həm də daim dəyişən mədəni təsirləri əks etdirmişdir. Burada Avropanın ən qədim memarlıq üslublarının bəziləri — qotika, intibah memarlığı, barokko memarlığı və neoklassik memarlığı yanaşı gəlir və bir-birini tamamlayır. Pilies küçəsi Qədim şəhərin ana xəttini təşkil etməklə bərabər, kafelərin və küçə bazar həyatının da mərkəzidir.
Vilnüs Dəmiryolu Stansiyası
Vilnüs Dəmiryolu Stansiyası (lit. Vilnius) — Litva Dəmir Yollarına aid olan dəmiryolu stansiyası. Vilnüsda yerləşən aritektur bina. Litvanın ən iri stansiya binası. Dəmiryolu stansiyası Qyalyajinkyalyu, 16 ünvanında yerləşir. Stansiya Pereburq-Varşava dəmiryolu xəttinin çəkilişi zamanı inşa edilmişdir (1853—1862). Stansiyaya ilk qatar Dinaburqdan 4 sentyabr 1860-cı ildə gəlmişdir. Vağzal binası 1862-ci ildə, depo isə 1884-cü ildə inşa edilmişdir. 15 mart 1862-ci ildə Dinaburqdan Landvorovo, 10 may Landvorovo — Kovno, 1874-cü ildə isə Lida - Baravovisi -Lida xətləri istismara verilmişdir. Birinci Dünya müharibəsindən sonra 1918-ci ildə Litva Dəmir Yolları təsis edilir.
Vilnüs Universitetinin Kitabxanası
Vilnüs Universitetinin Kitabxanası (lit. Vilniaus universiteto biblioteka) — Litvanın ən qədim və ən böyük akademik kitabxanasıdır. 1570-ci ildə yaradılmış bu kitabxana, yalnız Litvanın deyil, Baltikyanı ölkələrin də ən əhəmiyyətli elmi və mədəni mərkəzlərindən biri hesab olunur. Kitabxana, Vilnüs Universiteti ilə birgə elmi tədqiqatları dəstəkləyən əsas resurslardan biridir. == Kitabxananın əsas xüsusiyyətləri == === Tarixi əhəmiyyəti === Vilnüs Universitetinin Kitabxanası, Avropanın ən qədim universitet kitabxanalarından biridir və XVI əsrdən bu günə qədər fəaliyyət göstərir. Onun zəngin tarixi mirası ilə bağlı çoxsaylı nadir əlyazmalar və əsərlər mövcuddur. Kitabxanada 5 milyondan çox kitab, jurnal, əlyazma, nadir nəşrlər, xəritələr və digər elmi materiallar toplanmışdır. Kolleksiya geniş tematik sahələri, o cümlədən humanitar, sosial, təbiət elmləri və texnologiya sahələrini əhatə edir. == Rəqəmsal resursları == Kitabxana müasir dövrdə rəqəmsallaşdırma işlərinə böyük əhəmiyyət verir. Elektron kitablar, rəqəmsal məlumat bazaları və onlayn xidmətlər vasitəsilə geniş auditoriyaya elmi məlumatları təqdim edir.
Vilnüs Beynəlxalq Hava Limanı
Vilnüs Beynəlxalq Hava Limanı (lit. Vilniaus oro uostas; (IATA: VNO, ICAO: EYVI)) – Litvanın paytaxtında yerləşən beynəlxalq hava limanı, Vilnüs şəhərinin mərkəzindən 7 kilometr cənubda yerləşir. Litvanın ən böyük hava limanıdır (sərnişin axınının 80% -i, 2017) və Baltikyanı ölkələrin ikinci ən sıx hava limanıdır (2019-cu ilin sonuna qədər hava limanı 5 milyondan çox insana xidmət göstərmişdir). Hava limanı Litvanın çarter hava yolu şirkəti Small Planet Airlines, ucuz hava yolları Ryanair və Wizz Air, habelə AirBaltic üçün bir mərkəzdir. Hava limanı dövlətə məxsus Litva Hava limanları tərəfindən idarə olunur. Hava limanı 17 avqust 1932-ci ildə fəaliyyətə başlayır. Hava limanı əvvəlcə "Vilno-Porubanek" adlanan əraziyə yaxınlıqdakı Porubanek kəndinin (indiki Kirtimai rayonu) adı verilmişdir. Əvvəlcə hava limanından yalnız Varşava və Lvova daxili uçuşlar həyata keçirilir. Sonra 15 aprel 1939-cu ildən Kaunasa beynəlxalq uçuşlar təşkil edilir. 4 oktyabr 1954-cü ildə, memarlar Dmitri Burdin və Qennadi Yolkinin layihəsinə görə Stalinist imperiya üslubunda inşa edilmiş terminalın ilk binasının tikintisi başa çatır.