2010-11 Voleybol üzrə Qadınlar Çempionlar Liqası
2010-11 CEV Qadınlar Çempionlar Liqası — Çempionlar Liqası
=== Voleybol üzrə Çempionlar Liqası (qadınlar) 2010/2011 ===
Voleybolçulardan ibarət komandalar arasında Avropa Çempionlar Liqasına qatılacaq klublar müəyyənləşib. Azərbaycan çempionu "Rabitə" ilə yanaşı, Avropa Voleybol Konfederasiyasının (CEV) bir nömrəli klub turnirində 20 klub iştirak edir.
Azərbaycanın bir klubla mübarizə aparacağı yarışa Türkiyə, İtaliya və Polşadan üç klub qatılacaq. Fransa və Rusiyadan iki, Xorvatiya, Rumıniya, Serbiya, İspaniya, İsveçrə və Çexiyanın bir klubu qalib adı uğrunda yarışır.
Turnirin püşkatma mərasimi iyunun 25-də Avstriyanın Vyana şəhərində keçirilmişdir.
==== Çempionlar Liqasında mübarizə aparacaq klublar ====
Rabitə (Azərbaycan), Fənərbaxça (Türkiyə), Vakıfbank (Türkiyə), Eczaçıbaşı (Türkiyə), Skavolini (İtaliya), Karnagi Villa (İtaliya), Berqamo (İtaliya), Bielsko-Biala (Polşa), Budovlani Lodz (Polşa), Bank BPS Fakro (Polşa), Kann (Fransa), ASPTT (Fransa), Zareçye (Rusiya), Dinamo (Moskva, Rusiya), Zok Split (Xorvatiya), Dinamo (Buxarest, Rumıniya), Srvena Zvezda (Serbiya), Aguera (İspaniya), Volero (İsveçrə), Modranska (Çexiya)
==== Yarışın reqlamenti ====
20 komanda hərəsində 4 komanda olmaqla 5 qrupa bölünür.
1 və 2-ci yeri tutan komandalar və iki ən yaxşı nəticə göstərən 3-cü yeri tutan komandalar ,12 komandanın iştirak etdiyi Pley-Of mərhələsində oynamaq hüququ qazanır.
"Dördlər finalı"-na ev sahibliyi edəcək şəhər təsnifat mərhələsi başa çatdıqdan sonra müəyyən edilir.
"Dördlər finalı"-nı təşkil edən şəhərin komandası qrup mərhələsində ən yaxşı 3-cü yeri tutan komanda ilə əvəz olunur.
Qrup mərhələsində 3-cü yeri tutan son 3 komanda və 4-cü yeri tutan ən yaxşı 2 komanda CEV Kuboku turnirinə qatılmaq hüququ qazanır.