Sumqayıt dolması: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Rescuing 1 sources and tagging 0 as dead.) #IABot (v2.0.9.2
→‎Festivalda: crosswiki standartlaşdırma
 
Sətir 19: Sətir 19:


== Festivalda ==
== Festivalda ==
Sumqayıt dolması 2016-cı il iyulun 1-də [[Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi]], Abşeron Rayon İcra Hakimiyyəti, [[Azərbaycan Milli Kulinariya Mərkəzi]] və [[Azərbaycan Milli Kulinariya Assosiasiyası]]nın birgə təşkilatçılığı ilə keçirilmiş birinci beynəlxalq dolma festivalında gümüş medala layiq görülüb<ref>[http://xeberle.com/medeniyyet/22802-sumqayit-dolmasi-beynelxalq-festivalda-gumush-medala-layiq-gorulub-fotolar.html Sumqayıt dolması beynəlxalq festivalda gümüş medala layiq görülüb — FOTOLAR] {{Vebarxiv|url=https://web.archive.org/web/20200111043443/http://xeberle.com/medeniyyet/22802-sumqayit-dolmasi-beynelxalq-festivalda-gumush-medala-layiq-gorulub-fotolar.html |date=2020-01-11 }}. xeberle.com, 02.07.2016 {{az}}</ref>.
Sumqayıt dolması 2016-cı il iyulun 1-də [[Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi]], Abşeron Rayon İcra Hakimiyyəti, [[Azərbaycan Milli Kulinariya Mərkəzi]] və [[Azərbaycan Milli Kulinariya Assosiasiyası]]nın birgə təşkilatçılığı ilə keçirilmiş birinci beynəlxalq dolma festivalında gümüş medala layiq görülüb<ref>[http://xeberle.com/medeniyyet/22802-sumqayit-dolmasi-beynelxalq-festivalda-gumush-medala-layiq-gorulub-fotolar.html Sumqayıt dolması beynəlxalq festivalda gümüş medala layiq görülüb — FOTOLAR] {{Vebarxiv|url=https://web.archive.org/web/20200111043443/http://xeberle.com/medeniyyet/22802-sumqayit-dolmasi-beynelxalq-festivalda-gumush-medala-layiq-gorulub-fotolar.html |date=2020-01-11 }}. xeberle.com, 02.07.2016 {{ref-az}}</ref>.


== İstinadlar ==
== İstinadlar ==

Səhifəsinin 11:15, 12 yanvar 2024 tarixinə olan son versiyası

Sumqayıt dolması və ya ikiqat dolmadolma növü; Azərbaycanın milli mətbəxinə aid olan xörək.

Tarixçə[redaktə | mənbəni redaktə et]

İlk dəfə Sumqayıt şəhərində yaranmışdır. Dolmanın adı da elə bu şəhərin adı ilə bağlıdır. Sumqayıt dolmasının reseptinin ideya müəllifi sumqayıtlı sahibkar, həkim, Sumqayıt "Dostlar klubu"nun sədri Hümbət Quliyevdir. Bu dolma növünün təqdimat mərasimi 2012-ci ilin oktyabrında keçirilmişdir.

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Bu dolmanın digərlərindən əsas fərqi odur ki, dolmaiçi inqrediyentlər əvvəl üzüm yarpağına, daha sonra isə ikinci qat olaraq kələm yarpağına bükülür. Bu ikiqat dolmada ayrı-ayrılıqda yarpaq və kələmdə olan çatışmazlıqlar aradan qaldırılır. Belə ki,

  • ikiqat dolmada etibarlı hermetiklik təmin olunur;
  • kələmə bükülmüş yarpaq özü də yaxşı bişir;
  • kələm mədə-bağırsaqda üzüm yarpağının həzm olunmasına kömək edir.

Bu dolmanı hazırlayarkən ölçüsü elə olmalıdır ki, bir dəfəyə tam şəkildə ağıza rahatlıqla yerləşə bilsin. Belə olarsa, ağızda dolma sıxılaraq "dad partlayışı" effekti yaradır ki, nəticədə də bütün dolmaiçi inqrediyentlərin, həm də yarpaq və kələmin təkrarolunmaz ləzzəti ortaya çıxır.

Süfrəyə verilməsi[redaktə | mənbəni redaktə et]

Sumqayıt dolması süfrəyə ilıq şəkildə verilir. Dolma əllə və ya qaşıqla yeyilməli, çəngəlbıçaqdan istifadə edilməməlidir. Dolmanın hermetikliyi ağıza qədər qorunub saxlanılmalıdır.

Vegeterian variantı[redaktə | mənbəni redaktə et]

Bu dolmanın vegeterian variantı da hazırlanır. Hazırlanmasında ət məhzullarından istifadə olunmayan həmin dolma yalançı ikiqat dolma adlanır.

Festivalda[redaktə | mənbəni redaktə et]

Sumqayıt dolması 2016-cı il iyulun 1-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya MərkəziAzərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş birinci beynəlxalq dolma festivalında gümüş medala layiq görülüb[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]