Kükü (yemək)

Vikipediya, azad ensiklopediya
Patriot Kor (müzakirə | töhfələr) tərəfindən edilmiş 13:41, 26 fevral 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Qozlu kükü

Qozlu kükü, Azərbaycan mətbəxində geniş istifadə olunan kükü yeməyinin bir növüdür.

Qozlu kükü hazırlamaq üçün lazım olan ərzaqlar

Qozlu kükü hazırlanma qaydası

Qozlu kükü xüsusi ilə səhərləri günə ləzzətli və enerjili bir yeməklə başlamaq üçün çox düzgün bir seçimdir.

Yeməyi hazırlamaq üçün şüyüd, keşniş və s. göyərti dəstəsi açılır, çırpılır, təmiz yuyulur. Göyərtinin yarpaq aralarında torpaq parçacıqları qalmaması üçün geniş bir qabda suda gözlətmək yaxşı olar.

Göyərti təmiz yuyulduqdan sonra kiçik – kiçik doğranılır.

Yumurtalar əvvəlcə yuyulur. Bundan sonra suyu alınır və yumurtalar sındırılır. Bir qabda yumurtalar möhkəmcə qarışdırılır.

Çırpılan yumurtalara əvvəlcədən doğrayıb bişməyə hazır etdiyimiz göyərtiləri əlavə edirik və qarışdırırıq. Göyərti və yumurta qarışığına yetəri qədər duz və əzilmiş qara istiot əlavə edirik.

Qoz ləpələri kiçik ölçüdə doğranılır və hazır gözlədilir.

Qozlu kükü bişiriləcək tava ocağın üzərinə qoyulur. Tava biraz isidildikdən sonra kərə yağı buraya əlavə edilir və tavanın dibi yağlanılır. Doğrayıb hazır gözlətdiyimiz qoz ləpələrinin bir hissəsini davanın dibinə yayırıq.

Yumurta, doğranmış göyərti, duz və istiot qarışığı da tavaya qoyuruq. Bundan sonra qoz ləpələri də göyərtinin üzərinə hər tərəfə bərabər gələcək şəkildə səpilir.

Artıq qozlu kükü bişirilməyə hazırdır.

Qozlu kükünü istəsək ocağın üzərində, istəsək duxovkada bişirmək mümkündür.

Tavanın qapağı örtülür və vam odda bişirilir.

Kükü bişdikdən sonra bıçaq şəklinda paxlava formasında doğranılır və bu şəkildə süfrəyə verilir. Belə doğranmış qozlu kükü həm də gözə xitab edir.

Mənbə