Göbələk dolması

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Hazırlanma qaydası

Göbələk dolmasını hazırlamaq üçün fırının üst gözü yandırılır. Göbələklər təmizlənir və saplaq hissələri göbələklər zədələnmədən çıxarılır. Yağ ayrıca tavada əridilir. Göbələklər güvəcə yığılır, duz və istiot vurulub 2 xörək qaşığı əridilmiş yağ göbələklərin üzərinə çəkilir. Güvəc fırına qoyularaq göbələklər yarıbişmiş hala gətirilir. İçlik üçün pendir və xırdalanmış çörək içi qarışdırılır. Yarıbişmiş göbələklər fırından götürülüb içləri doldurulur və qalan əridilmiş yağ üzərlərinə tökülür. Göbələklər yenidən fırına qoyulur və 200 dərəcə temperaturda, üstləri qızaranadək bişirilir. Süfrəyə cəfəri ilə birlikdə verilir.

Mənbə

  • Azərbaycan kulinariyası ensiklopediyası. Bakı,2007. səh.47.