Mətləb Mütəllimli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mətləb Mütəllimli
Sosial Ədalət Partiyasının sədri
Avqust 1994 – 22 iyun 2023
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
12 noyabr 1995 – 26 noyabr 2000
Seçki dairəsi40 saylı Üçüncü Sumqayıt
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıTofiq Hüseynli
bayraq
Azərbaycan Ali Sovetinin XII çağırış deputatı
bayraq2
1990 – 1995
Seçki dairəsi119 nömrəli Sumqayıt-Tələbə şəhər
SonrakıVəzifə ləğv edildi.
1992 – 9 noyabr 1992
Baş prokurorİxtiyar Şirin
Şəxsi məlumatlar
Doğum tarixi 20 may 1949(1949-05-20) (74 yaş)
Doğum yeri
Partiya
Təhsili

Mətləb Əzizulla oğlu Mütəllimli və ya Mətləb Əzimulla oğlu Mütəllimov (20 may 1949, Horavar, Yardımlı rayonu) — Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini.

Həyatı

Mətləb Mütəllimli 20 may 1949-cu il tarixində Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. 1967-ci ildə Biləsuvar rayonundakı Ağəydi kənd orta məktəbini bitirmişdir. Həmin il əmək fəaliyyətinə Sumqayıt Boru-Prokat Zavodu boru-prokat sexində presləyici köməkcisi kimi başlamışdır. 1968–1970-ci illərdə icbari hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Komsomol putyovkası ilə Tumen şəhərinə çalışmağa getmişdir. 1972–1977-ci illərdə Sumqayıtda Sintetik Kauçuk zavodunda çilingər, aparatçı, yataqxanada tərbiyəçi-müəllim olaraq çalışmışdır. Mətləb Mütəllimli işi ilə eyni zamanda 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 1978-ci ildən Sumqayı Şəhər Mənzil-İstismar İdarəsinin hüquq məsləhətçisi, 1981-ci ildən Sumqayıt Superfosfat Zavodunda hüquq şöbəsinin məsləhətçisi, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. O, 1986-cı ildən Sumqayıt Kimya Məhsulları Bazasında baş hüquq məsləhətçisi, 1988-ci ildən isə Sumqayıt Politexnik Texnikumunda hüquq fənni üzrə müəllim olaraq çalışmışdır.[1]

Mətləb Mütəllimov ailəlidir, üç övladı var.

Siyasi fəaliyyəti

Mətləb Mütəllimli 1990-cı il parlament seçkilərində 119 nömrəli Sumqayıt-Tələbə şəhər seçki dairəsi üzrə Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq deputat seçilmişdir.

Mətləb Mütəllimli bir müddət Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini vəzifəsini daşımışdır. O, 9 noyabr 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 298 nömrəli qərarı ilə vəzifəsindən azad edilmişdir.[2]

1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 40 nömrəli Sumqayıt III dairəsindən bitərəf namizədi olan Mətləb Mütəllimov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Mətləb Mütəllimov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının və Azərbaycan—İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[3][4]

Partiya fəaliyyəti

Mətləb Mütəllimli 1990–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur.[1] Mətləb Mütəllimli bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyasının da üzvü olmuşdur.[5] Daha sonra istefa verərək, 1994-cü ilin avqust ayında Sosial Ədalət Partiyasını təsis etmişdir.[1]

İstinadlar

  1. 1 2 3 Мүтәллимов Мәтләб Әзизулла оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 366. ISBN 5-89600-253-x.
  2. https://e-qanun.az/framework/7844[ölü keçid]
  3. "I çağırış Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
  4. "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  5. "Arxivlənmiş surət". 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-17.