Böyükağa Qurbanov

Böyükağa Cabir oğlu Qurbanov (22 aprel 1964, Bayoba, Xaçmaz rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.

Böyükağa Qurbanov
24 noyabr 1995 – 12 noyabr 2000
Şəxsi məlumatlar
Doğum tarixi 22 aprel 1964(1964-04-22) (60 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Tərəqqi" medalı — 2015

Böyükağa Qurbanov 1964-cü il aprelin 22-də Xaçmaz rayonunun Bayoba qəsəbəsində anadan olub. D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda xalq təsərrüfatı fəaliyyətinin təhlili üzrə ali təhsil alıb. Rus dilini bilir.

Böyükağa Qurbanov ailəlidir, üç övladı var.

1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 92 nömrəli Xaçmaz dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Böyükağa Qurbanov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Böyükağa Qurbanov Milli Məclisin Büdcə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[1][2]

Böyükağa Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli 1404 nömrəli Sərəncamı ilə Xaçmaz rayonunun ictimai-siyasi həyatında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.[3]

  1. "I çağırış Azərbaycan Milli Məclisinin Büdcə məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
  2. "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  3. "Xaçmaz rayonunun ictimai-siyasi həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli 1404 nömrəli Sərəncamı" (az.)). 14.09.2015. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.