Səbziqovurma

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Səbziqovurma — xörək növü, aş-plov qarası. Xırda tikələrə doğranmış qoyun əti qovrulur, üstünə qızardılmış soğan əlavə edilir. Çox hissə kəvər, həmçinin şüyüd, nanə, keşniş, göy soğan, tərxun, ispanaqturşəng doğranıb qızarmış ətə qarışdırılaraq bişirilir. Bişənə yaxın abqora (yaxud lümü duzu) tökülür. Plov yanında verilir, ayrıca xörək kimi (bəzən sarımsaqlı qatıqla) də yeyilir. Səbziqovurma bir sıra Yaxın Şərq əlkəsində, o cumlədən Azərbaycanda geniş yayılmışdır.[1]

İstinadlar

  1. Сәбзиговурма // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: ПрадоСпринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 368.

Xarici keçidlər